Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri bir araya gələcək
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mənuçöhr Möttəki və Əhməd Davudoğlu İran, Naxçıvan və Türkiyə sərhədində üçtərəfli görüş keçirməyi planlaşdırır. Bu barədə "Trend"ə Türkiyə xarici işlər nazirinin rəsmi nümayəndəsi Osman Sert bildirib.
Görüşün dəqiq tarixi hələlik müəyyən edilməyib. Sertin sözlərinə görə, görüşdə məqsəd qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsidir.