03 Sentyabr 2010-cı il, N 410(1906)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3655)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2032)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1261)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1149)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1111)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1107)
Polis mayorunun təsadüfən özünə xəsarət yetirməsinin təfərrüatları açıqlandı (1102)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Azərbaycanla Dünya Ticarət Təşkilatının mübahisəsi davam edir
Mübahisə obyekti olan bir-iki faizin arxasında çox böyük mətləblər dayanır

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsi, artıq 13 ildir ki, müzakirə mövzusudur. Proseslərin son gedişi göstərir ki, ölkəmizin hələ yaxın perspektivdə də bu təşkilata üzv olması sual altındadır. Buna əsas səbəb ÜTT ilə ölkəmiz arasında bir sıra mühüm məqamlara görə özünü qabarıq şəkildə büruzə verən ziddiyyətlərin davam etməsidir.

   Hazırda Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı danışıqların bu qədər uzanması fonunda isə bəzən belə fikirlər səslənir ki, ölkəmizin bu quruma üzv olmaması daha məqbuldur. Lakin müstəqil ekspertlərin bir çoxu tam əks mövqedən çıxış edir. Bu mənada, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün ölkəyə nə verəcəyi xüsusi maraq doğurur.

   Bir daha xatırladaq ki, Azərbaycan 1997-ci ildən ÜTT-yə üzvlüklə bağlı müraciət edib. ÜTT-yə üzv olan hər bir ölkə üçün razılaşdırılmış şərtlər əsasında beynəlxalq ticarət prosedurları tənzimlənir. Bu təşkilata üzv olmanın müsbət tərəfləri budur ki, Azərbaycan sahibkarlarının ixrac imkanlarını artır, üzv ölkələr bir-birinə hər hansı qadağa tətbiq edə bilmir. Digər müsbət cəhət budur ki, ölkədaxili və beynəlxalq ticarət əlaqələrində prosedurlar sadələşdirilir. İnhisarın azalması, şəffaflığın artması baxımından da ÜTT-yə üzvlük olduqca əhəmiyyətlidir. Təşkilata üzvlüyün mənfi cəhətləri isə özünü aqrar və xidmət sektorlarında göstərir. Belə ki, ÜTT üzvü ölkələrdə aqrar sektora subsidiyaların verilməsinə limitlər tətbiq edilir.

   Son proseslər isə, qeyd olunduğu kimi, təşkilatla Azərbaycan arasında ciddi ziddiyyətlərin qalmaqda olduğunu əyani şəkildə büruzə verir. ÜTT üzrə ekspert, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının ÜTT komponentinin rəhbəri Fərhad Yaokim Azərbaycanın təşkilata üzvlüyünün vacibliyini qeyd edir: "ÜTT-nin üzvü olan bütün ölkələr bundan faydalanıb, 153 üzv ölkədən heç biri təşkilatdan imtina etməyib. Üzvlük islahatlar sahəsində dünyanın qabaqcıl təcrübəsinin milli iqtisadiyyata gətirilməsi deməkdir. Milli iqtisadiyyatın qabaqcıl təcrübəyə əsaslanması isə bazar iqtisadiyyatına keçid deməkdir".

   Bəzi ekspertlər hesab edir ki, ÜTT-nin tələb etdiyi bir sıra islahatlar həyata keçirilməyincə Azərbaycanın təşkilata üzvlüyündən danışmağa dəyməz. Fərhad Yaokim bununla bağlı bildirir: "Hesab edirəm ki, siyasi iradə nümayiş etdirilsə, qanunvericilik sənədləri qısa vaxtda qəbul edilsə, üzvlük bir ilə mümkündür. Elə islahatlar var ki, bu, bütün üzv ölkələr üçün eynidir və Azərbaycanda da bu islahatların yerinə yetirilməsi vacibdir. Bu islahatlar danışıqların predmeti deyil. Qanunvericilik sahəsində islahatlar hamı tərəfindən yerinə yetirilməlidir". İslahatların əsas istiqamətləri tarif dərəcələrini, qanunvericilik, xidmətlər, kənd təsərrüfatı və digər sahələri əhatə edir.

   İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Bəxtiyar Alışov hökumətin tariflər və kənd təsərrüfatı sahəsinə irəli sürülən şərtlərlə bağlı narahatlığını ifadə edir. Onun fikrincə, bu şərtlər Azərbaycan üçün milli istehsalın inkişafına şərait yaratmır. O, Azərbaycanın ÜTT-yə inkişaf etməkdə olan ölkə statusunda qəbul edilməsində israrlı olduğunu bildirib. "Belə ki, bu statusda qəbul gömrük tariflərində və kənd təsərrüfatında daha çox güzəştlərə imkan verir".

   Fərhad Yaokim də təsdiq edir ki, Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan dövlət kimi qəbul olunmaq istəyir: "İnkişaf etməkdə olan ölkələr üçün gömrük tarifləri 10 faizdən aşağıdır, inkişaf etmiş ölkələr üçün isə 3-5 faizdir. Azərbaycanda hazırda gömrük tarifləri 6-7 faiz təşkil edir. Kənd Təsərrüfatı sahəsində subsidiyalar məhsulun dəyərinin 27 faizini təşkil edir. İnkişaf etmiş ölkələr üçün isə bu 5-10 faizə bərabərdir".

   Bəxtiyar Alışov hesab edir ki, indiki halda rüsumların aşağı salınması xeyli problem yarada bilər: "Tutaq ki, 20 ildən sonra bizim neftimiz tükəndi. Biz o aşağı rüsumlarla ölkənin kənd təsərrüfatını qoruya biləcəyikmi, dövlət büdcəsinin gəlirlərini formalaşdıra, pensiyaları, yoxsul əhaliyə düşən kompensasiyaları verə biləcəyikmi?". Bəxtiyar Alışova görə, indiki halda Azərbaycan öz daxili bazarını, milli iqtisadiyyatı qorumalıdır.

   İqtisadi İnkişaf Nazirliyinin rəsmisi onu da bildirir ki, üzv ölkələrin bəzilərində kənd təsərrüfatına yönəldilən subsidiyalar və gömrük tarifləri Azərbaycandan da yüksəkdir: "Amma Azərbaycana təklif edirlər ki, subsidiyalar ümumiyyətlə olmasın. Bu isə qəbuledilməzdir. Azərbaycan qanunvericilik sahəsində islahatları davam etdirir və standartlara uyğun mal istehsal edir".

   Bəzi ekspertlər isə hesab edir ki, Azərbaycan ÜTT-yə üzvlüyünü gecikdirməklə çox böyük risq altına girir. Onların fikrincə, gecikmə ölkəni gələcəkdə əsassız tələblərlə üz-üz qoya bilər. Lakin göründüyü kimi, hökumət heç də tələsik addım atmaq istəmir. Hələlik isə müşahidə olunan odur ki, Azərbaycanın təşkilata inkişaf etmiş, yoxsa inkişaf etməkdə olan ölkə statusu ilə üzvlüyü yönündə ÜTT ilə yaşadığı ziddiyyət davam edir. həmçinin gömrük tarifləri, kənd təsərrüfatına ayrılan subsidiyaların həcmilə bağlı ziddiyyətin də davam etdiyi aydın şəkildə özünü büruzə verir. Tərəflərin heç birinin mövqeyindən geri çəkilmək niyyətində olmaması isə ölkəmizin sözügedən quruma üzvlük məsələsinin hələ bir müddət uzanacağını göstərir.

   
Tahir TAĞIYEV
Oxunub: 249 Geri gayıt
Digər xəbərlər
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri bir araya gələcək
QHT Şurası 65 layihəyə 253 min manat vəsait ayırdı
Fərasət Qurbanov: "Maliyyələşən layihələr içərisində yalnız bir təşkilat maksimum 6 min manat aldı"
DUİ-nin Müsavata güzəştə getdiyi dairələr AXCP ilə müzakirəyə çıxarıldı
Vəziyyət qəlizləşir
Müsavatla DUİ-nin vahid namizədlər siyahısına AXCP-nin reaksiyası...
Razi Nurullayev: "Pənah Hüseynlə Mirmahmud Mirəlioğlunun dairələri üzrə müəyyən razılığa gəlmək olar"
Ermənistan yeni hakimiyyət böhranı astanasında
Qiymətlərin 50 faizə qədər qalxması ölkə əhalisinə dəhşətli aclıq vəd edir
Əhməd Davudoğlu Arpaçayda əllərini yudu
Naxçıvandan Elmar Məmmədyarova zəng etdi
Azərbaycanla Dünya Ticarət Təşkilatının mübahisəsi davam edir
Mübahisə obyekti olan bir-iki faizin arxasında çox böyük mətləblər dayanır
"LUKoil" prezidenti Vahid Ələkbərov istefası haqda xəbərlərə münasibət bildirdi
Obamanın Fələstin liderilə danışıqları uğurlu alındı
İranın nüvə silahı olsa, regionun 10-12 ölkəsi bu silaha can atacaq
Amerikalı analitik Mark Dubovits nüvəli İranın qonşularına təhlükəsindən danışdı
Türkiyə də İrana benzin ixracını dayandırır
Rəsmi Tehran razılaşmanı pozduğuna görə Türkiyədən 600 milyon dollar kompensasiya alıb
Rusiya böyük qaz oyunu üçün Azərbaycana minnətçi düşür
Super dövləti qorxudan odur ki...
 
 SON XƏBƏRLƏR
2010-09-03 Niyaz Şirinov və Qəhrəman Haşımov "BMW-X5"lə "VAZ 2103"ü toqquşdurdu
2010-09-03 Bakı metrosunda ölüm hadisəsi baş verib
2010-09-03 "Azəriqaz"ın Müdafiə Nazirliyinə qarşı iddiası üzrə apelyasiya şikayəti təmin olunmadı
2010-09-03 Qaradağda Vaqif Məmmədovun avtobusu ilə Anarın "07"si dəhşətli şəkildə toqquşdu
2010-09-03 Saatlının Qaranur kəndində 77 yaşlı ata 50 yaşlı oğlunu baltaladı
2010-09-03 Erməni Azərbaycan parlamentinin deputatı olmaq istəyir
2010-09-03 Ramazotti Vahid Ələkbərovun yubileyində 150 min dollara oxudu
2010-09-03 ABŞ-da telekanal binasında insanları girov götürən şəxs öldürüldü
2010-09-03 Ramazan bayramı iki gün qeyd olunacaq
2010-09-03 Bərdənin Bəjirəvan kəndində kütləvi zəhərlənmə olub
2010-09-03 Eynulla Fətullayev 16 məhkəmə protokolunun 10-u ilə tanış olduğu üçün vəsatət qaldırdı
2010-09-03 Ordudan qaçan əsgərimiz Abşeronda sirkə turşusu içib öldü
2010-09-03 Ermənistan azərbaycanlı çavuşun girov götürüldüyünü boynuna aldı
2010-09-03 Azərbaycanın Dövlət Bayrağı dirəyi dünyanın ən hündür dirəyi kimi Ginnesə düşdü
2010-09-03 KİV-ə dəstək yenilikləri müsbət əks-səda doğurdu
2010-09-03 Medvedyev bu gün İlham Əliyevlə görüşəcək
2010-09-03 Lalə Şövkətlə Əli Əliyev bloka "İnsan naminə" adı qoydu
2010-09-03 Əgər iki partiyaya blok demək olarsa, belə bloklardan biri də gələn həftə elan olunacaq
2010-09-03 Azərbaycanın öz istehsal silahları ictimaiyyətə niyə göstərilmir?
2010-09-03 Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri bir araya gələcək
2010-09-03 QHT Şurası 65 layihəyə 253 min manat vəsait ayırdı
2010-09-03 DUİ-nin Müsavata güzəştə getdiyi dairələr AXCP ilə müzakirəyə çıxarıldı
2010-09-03 Müsavatla DUİ-nin vahid namizədlər siyahısına AXCP-nin reaksiyası...
2010-09-03 Minsk Qrupunun həmsədrləri yenə gəlir
2010-09-03 AXCP və Müsavatın 41 saylı seçki dairəsindən namizədləri bir-birinə zidd açıqlamalar veriblər
2010-09-03 2011-ci ildə Azərbaycanda benzin bahalaşa bilərmi?
2010-09-03 Taxıl Qafqaz geosiyasətində mühüm faktora çevrilir
2010-09-03 Ermənistan yeni hakimiyyət böhranı astanasında
2010-09-03 Əhməd Davudoğlu Arpaçayda əllərini yudu
2010-09-03 Azərbaycanla Dünya Ticarət Təşkilatının mübahisəsi davam edir
2010-09-03 "LUKoil" prezidenti Vahid Ələkbərov istefası haqda xəbərlərə münasibət bildirdi
2010-09-03 Obamanın Fələstin liderilə danışıqları uğurlu alındı
2010-09-03 İranın nüvə silahı olsa, regionun 10-12 ölkəsi bu silaha can atacaq
2010-09-03 Türkiyə də İrana benzin ixracını dayandırır
2010-09-03 Azərbaycanda geni modifikasiya olunmuş məhsullara qarşı laboratoriya yaradılacaq
2010-09-03 Gömrük Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinin polemikasına Cümşüd Nuriyev də qoşuldu
2010-09-03 Sumqayıtda bıçaqlanan üç Seyidov qardaşlarından biri ölüb
2010-09-03 "Qoca" ləqəbli Namiq Məmmədov yenə ifadə vermədi
2010-09-03 Bazarlarda kənd təsərrüfatı məhsulları yenidən bahalaşdı
2010-09-03 Ramazan ayının 25, 26 və 27 -ci günlərinin duasına qısa şərh
2010-09-03 Robbi Kin "Beşiktaş"a gəlməkdən imtina etdi
2010-09-03 Platini futbol meydanlarında hakimlərin sayını artırmağı təklif edir
2010-09-03 Rəhman Hacıyevin Türkiyə klubuna transferi baş tutmadı
2010-09-03 "Mançester Siti" transferlərə ən çox pul xərcləyən Avropa klubudur
2010-09-03 Yığmamız Almaniya ilə oyuna yeni forma ilə çıxacaq
2010-09-03 Bukmeker kontorları yığmamıza pul qoyanların qazancını açıqladı
2010-09-03 Lövlə Maurinyo Məsut Özilə görə toqquşdu
2010-09-03 Yoahim Löv Azərbaycan yığmasını necə qiymətləndirir?
2010-09-03 Buffon "Yuventus"un heyətindən kənarlaşdırıldı
2010-09-03 Zidan yenidən Fransa yığmasında
2010-09-03 "Turan"ın baş məşqçisi kimdir?
2010-09-03 AMEA doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirdi
2010-09-03 Prokuror "Əmrahbank"ın keçmiş əməkdaşlarının hər birinə 9 il həbs istədi
2010-09-03 Rusiyada adam öldürməkdə təqsirləndirilən azərbaycanlı Bakıda həbs edilib
2010-09-03 Azərbaycanda saxta pul dövriyyəsilə məşğul olan şəxslərə hökm oxunub
2010-09-03 Rəfail Həsənov metronun "Məşədi Əzizbəyov" stansiyasındakı köşkdən 14 mobil telefon oğurladı və tutuldu
2010-09-03 İsmayıllının Hacıhətəmli kəndində camaata "qan udduran" şirkət(?)...
2010-09-03 Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova ilə aktyor Nicat Kazımovun arası düzəlib
2010-09-03 Aktyorlar dublyajdan imtina etməyə başlayıblar
2010-09-02 Zabrat yolunda ağır qəza
2010-09-02 Yasamaldakı "Qafqaz Turo" şirkətinin rəhbəri barədə araşdırma başladı
2010-09-02 "Daewoo" sürücüsü Ələkbər Allahverdiyevə basqın edildi
2010-09-02 Bakı-Novorossiysk neft kəməri yanğın təhlükəsilə üzləşib
2010-09-02 Medvedyevin Bakıdakı maşın kortejini "Atəşgah Sığorta" sığortaladı
2010-09-02 Bir əsgərimiz də Naftalandakı hərbi hissədə öldü
2010-09-02 Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın əsgər ölümü barədə "pripiskasını" rədd etdi
2010-09-02 Ermənilər Tərtərdə iki əsgərimizi öldürdü
2010-09-02 Horadiz-Bakı sərnişin avtobusu Saatlıda aşdı
2010-09-02 Azərbaycana Qərbi Nil xəstəliyi gəlir
2010-09-02 Əhməd Davudoğlu Ermənistanla sərhədə baş çəkib
 
 
 
Copyright (c) Bakı Xəbər 2009