"LUKoil" prezidenti Vahid Ələkbərov istefası haqda xəbərlərə münasibət bildirdi
Rusiyanın "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov istefaya hazırlaşması barədə xəbərləri təkzib edib.
"APA-Economics"in Rusiya mətbuatına istinadən xəbərinə görə, 60 yaşlı V.Ələkbərov varis barədə düşünmədiyini bəyan edib. "Hesab edirəm ki, mənim missiyam hələ başa çatmayıb. Şirkətin strukturlaşmasını başa çatdırmaq və yeni strategiyasını hazırlamaq lazımdır" - deyə "LUKoil" prezidenti qeyd edib. Bununla belə, V.Ələkbərov şirkətdə onu əvəz edə biləcək layiqli kadrların "həddən artıq çox" olduğunu da vurğulayıb.