Azərbaycanda geni modifikasiya olunmuş məhsullara qarşı laboratoriya yaradılacaq
Azərbaycan geni modifikasiya olunmuş məhsulların laboratoriyasını yaratmaq niyyətindədir.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib. Onun sözlərinə görə, hazırda geni modifikasiya olunmuş məhsulların laboratoriyasının yaradılmasına dair işlər davam etdirilir, araşdırmalar aparılır: "Laboratoriyanın nə vaxt və harada yaradılacağı hələ müəyyənləşdirilməyib".