03 Sentyabr 2010-cı il, N 410(1906)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3655)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1754)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1261)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1148)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1111)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1107)
Polis mayorunun təsadüfən özünə xəsarət yetirməsinin təfərrüatları açıqlandı (1102)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Bazarlarda kənd təsərrüfatı məhsulları yenidən bahalaşdı
Həmin məhsullardan bəzilərinin qiyməti bir neçə faiz, bəzilərininki isə 2 dəfə artıb
Satıcılar bahalaşmada yollarda yük maşınlarına qanunsuz müdaxilə edən nəqliyyat müfəttişlərini və yol polislərini ittiham edir

Dünəndən başlayaraq paytaxtda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış mərkəzlərində və bazarlarda qiymət artımına start verilib. Hətta bəzi kənd təsərrüfatı məhsullarının, eləcə də yeyinti məhsullarının qiymətlərində bir neçə faiz artımla yanaşı, onların qıtlığı da müşahidə edilməkdədir.

   Bahalaşmanın əsas səbəbləri kimi meyvə-tərəvəz mövsümünün bitməsi, daşınma xərclərindəki bahalıq və sair göstərilir. Biz də, öz növbəmizdə, deyilənləri dəqiqləşdirmək üçün "Təzə Bazar" Ticarət Mərkəzinə üz tutduq. Adıçəkilən obyektdə satıcıların sayı nisbətən çox olsa da, ticarət köşklərinin ("polka"ların) əksəriyyəti boş idi. Bazarda meyvə-tərəvəzdən tutmuş bostan məhsullarına, balıq, ət, toyuq, çolpa, ağartı məhsullarına kimi hər şeyə rast gəldik. Ancaq bununla belə, əvvəlki dövrlərdən fərqli olaraq, sözügedən bazardakı satıcıların sayı barmaqla sayılacaq qədər az idi. Müşahidələrimiz zamanı əsas satılan məhsulların kartof, soğan, qarpız, yemiş, göyərti və bəzi meyvələr olduğunu gördük. Bundan başqa, 1-2 kiloqramdan artıq məhsul alan tək-tək müştərilərə rast gəldik. Alıcılar qiymət bahalığından gileylənirdi. Ürək ağrıdan faktlardan biri də o oldu ki, imkansız müştərilər sadəcə haqqında bəhs etdiyimiz bazardakı baha satılan, lakin tələbatının və ehtiyacının çox olduğu məhsulları seyr etməklə kifayətlənir və ah çəkirdi.

   

   Qiymətlər "atın belində", müştərilər isə piyadadır

   

   "Təzə bazar" Ticarət Mərkəzindəki satış qiymətlərilə maraqlananda eşitdiyimiz rəqəmlər bizi şoka saldı. Satış qiymətlərini oxucularımıza təqdim edirik. Kənd təsərrüfatı məhsullarından 1 kiloqram kartof 40 - 80 qəpik, 1 kiloqram soğan 60 - 80 qəpik, 1 kiloqram şirin bibər 70 qəpik - 1 manat, 1 kiloqram acı bibər - 80 qəpik - 1 manat, 1 kiloqram rəngbərəng Bakı bibəri 2 - 3 manat, 1 kiloqram badımcan 50 qəpik - 1 manat, 1 kiloqram lobya 2 manat - 2 manat 20 qəpik, 1 kiloqram xiyar 1 manat, 1 kiloqram Zirə xiyarı 6 manat, 1 kiloqram pomidor 1 - 2 manat, 1 kiloqram kök 1 manat - 1 manat 50 qəpik, 1 kiloqram kələm 80 qəpik - 1 manat, 1 kiloqram çuğundur 1 manat, 1 kiloqram boranı 1 manat 50 qəpik - 2 manatdır. Bostan məhsullarından 1 kiloqram qarpız 30 qəpiyə, 1 kiloqram yemiş 70 - 80 qəpiyə satılır. Müxtəlif göyərtilərin 1 dəstəsinin qiyməti 30 - 40 qəpik olsa da, 1 dəstə tərxunun qiyməti 80 qəpik - 1 manatdan ucuz deyil. 1 kiloqram göbələyi isə 4 manatdan aşağı qiymətə almaq mümkün deyil. 1 kiloqram kabakın qiyməti 2 manat, 1 kiloqram sarımsağın qiyməti isə 3 manat olub. Meyvələrdən və digər məhsullardan 1 kiloqram şaftalı 1 manat 50 qəpik - 3 manat, 1 kiloqram qırmızı və ağ alma 1 - 2 manat, 1 kiloqram armud 2 - 3 manat, 1 kiloqram gavalı 1 - 2 manat, 1 kiloqram portağal 2 manat, 1 kiloqram üzüm 1 - 2 manat, 1 kiloqram zoğal 1 -2 manat, 1 kiloqram banan 2 manat 50 qəpik - 3 manat, 1 kiloqram kivi 5 manat, 1 kiloqram ananas 4 manat, 1 kiloqram qreypfrut 2 manat 50 qəpik - 3 manat, 1 kiloqram moruq 7 manat, 1 kiloqram böyürtkən 4 - 5 manat, 1 kiloqram balaca və sarı əncir 1 manat 50 qəpik, 1 kiloqram böyük və qara əncir 2 - 3 manat, 1 kiloqram çiyələk 5 manat, 1 ədəd lumu isə 20 - 30 qəpikdir. "Təzə bazar"da qoyun ətinə rast gəlməsək də, az miqdarda olan quzu ətinin 1 kiloqramının qiyməti 7 - 8 manatdan ucuz deyil. 1 kiloqram sümüklü mal əti 5 manat 30 qəpik - 5 manat 50 qəpiyə satılır. Sümüksüz mal ətinin 1 kiloqramının qiyməti isə 6 manat - 6 manat 50 qəpikdir. İnkubator çolpasının 1 kiloqramı 3 - 5 manata satılır. Satıcıların kənd çolpası dediyi çolpaların 1 kiloqramını isə 8 - 10 manatdan ucuz tapmaq qeyri-mümkündür. 1 ədəd yumurta 15 qəpiyədir. Ağartı məhsullarından 1 kiloqram pendir 3 manat - 3 manat 50 qəpiyə, 1 kiloqram motal pendiri 8 - 10 manata satılır. Balıqlardan 1 kiloqram osetrin 25 manata, nərəkimilərə aid olanların 1 kiloqramı 25 manata, çay balıqlarından olan kütümün, sazanın, kifalın və digərlərinin 1 kiloqramının qiyməti 4 - 8 manatdır. 1 kiloqram ağ balıq 18 - 20 manata satılır. 1 kiloqram Norveç qızıl balığı 35 - 40 manata, 1 kiloqram Xəzər qızıl balığı isə 50 manata satılır. 1 kiloqramlıq bankada satılan 80 - 85 qramlıq kürünün qiyməti 100 manatdır. 1 kiloqram osetrin balığının kürüsü 900 - 1000 manata, 1 kiloqram ağ balığın kürüsü isə 1200 - 1500 manata satılır. Hisə verilmiş balıqlara az rast gəlsək də, onların qiymətlərilə də maraqlandıq. 1 kiloqram kilkə 3 manat, 1 kiloqram vobla 5 manat, 1 kiloqram xəşəm 9 manat, 1 kiloqram çapaq 6 manat, 1 kiloqram zalom 5 manat, 1 kiloqram nərə 40 manat, 1 kiloqram osetrin 51 manatdır. 1 kiloqram kütümün qiyməti isə 10 - 50 manat arasında dəyişir.

   

   Müştərilər bahaçılıq üzündən qonaq qəbul etmək və qonaq getmək istəmir

   

   Müşahidələrimizi bitirib müştərilərlə həmsöhbət olduq. Onlar dedilər ki, haqqında bəhs etdiyimiz bazarda qiymətlər son bir neçə ərzində artıb. Alıcıların sözlərinə görə, bəzi məhsulların qiymətlərinin bir neçə faiz, bəzilərinin isə iki dəfə artması onların haqlı narazılığına və narahatlığına səbəb olub: "Bazarda birdən-birə bahalaşmanın yaranması bizi əməlli-başlı müflisləşdirib. Təsəvvür edin ki, 100 - 150 manatla buraya gəlsək, gündəlik tələbatımızı ödəmək üçün tələb olunan məhsulların heç yarısını almadan pulumuz bitər. Satıcılar da qiymətlərdə aşağı düşmək istəmir. Ehtiyacımız olan, ancaq ala bilmədiyimiz, qiymətlərinə yaxın düşə bilmədiyimiz məhsulları ürək ağrısı ilə seyr etməkdən başqa çarəmiz qalmır. Ona görə də xırda-para şeylər almaqla kifayətlənməyə məcburuq. Allaha yalvarırıq ki, evimizə qonaq-qara gəlməsin. Yoxsa bahaçılıq üzündən onların yanında biabır olarıq. Özümüz də kiminsə evinə getmək istəmirik. Çünki qonaq gedəndə həm ev yiyəsini əlavə xərcə salacağıq, həm də özümüz maddi ziyana düşəcəyik".

   

   Satıcılar yol polislərinin və nəqliyyat müfəttişlərinin əlindən yanıqlıdır

   

   Satıcılarla da həmsöhbət olduq. Qiymət artımlarını təsdiqləyən müsahiblərimizdən öyrəndik ki, mövsüm məsələsinin bahalaşmaya təsiri olsa da, qiymət artımının səbəbi, əsasən bununla əlaqədar deyil: "Bakı şəhərinə yaxın bölgələrdə, məsələn, Kürdəmir rayonunda pomidorun 1 kiloqramını 20 qəpiyə və daha ucuz almaq mümkündür. Amma həmin məhsulu paytaxta gətirənə kimi Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Nəqliyyat Müfəttişliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin yerli şöbələrinin əməkdaşları yolboyu yük maşınlarının, yaxud yük daşıyan avtomobillərin qarşısını bir neçə dəfə kəsir. Yükdaşıma qaydalarını pozmaqda ittiham etdikləri sürücüləri, sahibkarları, fermerləri və kənd təsərrüfatı məhsullarının istehsalçılarını cərimələyirlər. Nəticədə 20 qəpiyə alınmış 1 kiloqram pomidorun bazara gətirilib çatdırılması həm yollarda sərf olunan əlavə vəsaitlər, həm də nəqliyyat xərcləri üzündən 70 - 80 qəpiyə başa gəlir. Ona görə də həmin məhsulun ən azı 1 manatdan aşağı qiymətə satmaq kimsəyə sərf etmir. Yol polisləri və nəqliyyat müfəttişləri üzündən rayonlardan kənd təsərrüfatı məhsullarını, bostan məhsullarını, meyvə-tərəvəzi və digər gündəlik tələbat mallarını gətirmək istəyənlərin sayı günbəgün azalmaqdadır. Bütün bunlara görə də məhsulların qıtlığı üzündən bahalaşma baş verib. Yollarda yaradılan süni maneələr və problemlər çözülməsə, məhsul qıtlığı daha da güclənəcək. Nəticədə qiymətlərin 3 dəfəyədək bahalaşması da gözlənilə bilər. Ona görə də qiymət artımlarına görə bizi kimsə qınamasın".

   

   
Təbriz VƏFALI
Oxunub: 220 Geri gayıt
Digər xəbərlər
Sumqayıtda bıçaqlanan üç Seyidov qardaşlarından biri ölüb
Qatil Pərvin Novruzov həbs edildi
"Qoca" ləqəbli Namiq Məmmədov yenə ifadə vermədi
"Şəmkirli Saşa"nın məhkəməyə gəlməyə fiziki imkanı yoxdur
Bazarlarda kənd təsərrüfatı məhsulları yenidən bahalaşdı
Həmin məhsullardan bəzilərinin qiyməti bir neçə faiz, bəzilərininki isə 2 dəfə artıb
Ramazan ayının 25, 26 və 27 -ci günlərinin duasına qısa şərh
AMEA doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirdi
Prokuror "Əmrahbank"ın keçmiş əməkdaşlarının hər birinə 9 il həbs istədi
Rusiyada adam öldürməkdə təqsirləndirilən azərbaycanlı Bakıda həbs edilib
Azərbaycanda saxta pul dövriyyəsilə məşğul olan şəxslərə hökm oxunub
Babək Həsənova 3 il azadlığın məhdudlaşdırılması, Aybəniz Məmmədovaya 5 il şərti cəza
Rəfail Həsənov metronun "Məşədi Əzizbəyov" stansiyasındakı köşkdən 14 mobil telefon oğurladı və tutuldu
İsmayıllının Hacıhətəmli kəndində camaata "qan udduran" şirkət(?)...
İdris Kərimov prezidentə və KİV-ə müraciət etdi
Azərbaycana yaxınlaşan Qərbi Nil xəstəliyi nədir?
Qərbi Nil qızdırmasının Azərbaycanda yayılma ehtimalı yoxdur
 
 SON XƏBƏRLƏR
2010-09-03 Niyaz Şirinov və Qəhrəman Haşımov "BMW-X5"lə "VAZ 2103"ü toqquşdurdu
2010-09-03 Bakı metrosunda ölüm hadisəsi baş verib
2010-09-03 "Azəriqaz"ın Müdafiə Nazirliyinə qarşı iddiası üzrə apelyasiya şikayəti təmin olunmadı
2010-09-03 Qaradağda Vaqif Məmmədovun avtobusu ilə Anarın "07"si dəhşətli şəkildə toqquşdu
2010-09-03 Saatlının Qaranur kəndində 77 yaşlı ata 50 yaşlı oğlunu baltaladı
2010-09-03 Erməni Azərbaycan parlamentinin deputatı olmaq istəyir
2010-09-03 Ramazotti Vahid Ələkbərovun yubileyində 150 min dollara oxudu
2010-09-03 ABŞ-da telekanal binasında insanları girov götürən şəxs öldürüldü
2010-09-03 Ramazan bayramı iki gün qeyd olunacaq
2010-09-03 Bərdənin Bəjirəvan kəndində kütləvi zəhərlənmə olub
2010-09-03 Eynulla Fətullayev 16 məhkəmə protokolunun 10-u ilə tanış olduğu üçün vəsatət qaldırdı
2010-09-03 Ordudan qaçan əsgərimiz Abşeronda sirkə turşusu içib öldü
2010-09-03 Ermənistan azərbaycanlı çavuşun girov götürüldüyünü boynuna aldı
2010-09-03 Azərbaycanın Dövlət Bayrağı dirəyi dünyanın ən hündür dirəyi kimi Ginnesə düşdü
2010-09-03 KİV-ə dəstək yenilikləri müsbət əks-səda doğurdu
2010-09-03 Medvedyev bu gün İlham Əliyevlə görüşəcək
2010-09-03 Lalə Şövkətlə Əli Əliyev bloka "İnsan naminə" adı qoydu
2010-09-03 Əgər iki partiyaya blok demək olarsa, belə bloklardan biri də gələn həftə elan olunacaq
2010-09-03 Azərbaycanın öz istehsal silahları ictimaiyyətə niyə göstərilmir?
2010-09-03 Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri bir araya gələcək
2010-09-03 QHT Şurası 65 layihəyə 253 min manat vəsait ayırdı
2010-09-03 DUİ-nin Müsavata güzəştə getdiyi dairələr AXCP ilə müzakirəyə çıxarıldı
2010-09-03 Müsavatla DUİ-nin vahid namizədlər siyahısına AXCP-nin reaksiyası...
2010-09-03 Minsk Qrupunun həmsədrləri yenə gəlir
2010-09-03 AXCP və Müsavatın 41 saylı seçki dairəsindən namizədləri bir-birinə zidd açıqlamalar veriblər
2010-09-03 2011-ci ildə Azərbaycanda benzin bahalaşa bilərmi?
2010-09-03 Taxıl Qafqaz geosiyasətində mühüm faktora çevrilir
2010-09-03 Ermənistan yeni hakimiyyət böhranı astanasında
2010-09-03 Əhməd Davudoğlu Arpaçayda əllərini yudu
2010-09-03 Azərbaycanla Dünya Ticarət Təşkilatının mübahisəsi davam edir
2010-09-03 "LUKoil" prezidenti Vahid Ələkbərov istefası haqda xəbərlərə münasibət bildirdi
2010-09-03 Obamanın Fələstin liderilə danışıqları uğurlu alındı
2010-09-03 İranın nüvə silahı olsa, regionun 10-12 ölkəsi bu silaha can atacaq
2010-09-03 Türkiyə də İrana benzin ixracını dayandırır
2010-09-03 Azərbaycanda geni modifikasiya olunmuş məhsullara qarşı laboratoriya yaradılacaq
2010-09-03 Gömrük Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinin polemikasına Cümşüd Nuriyev də qoşuldu
2010-09-03 Sumqayıtda bıçaqlanan üç Seyidov qardaşlarından biri ölüb
2010-09-03 "Qoca" ləqəbli Namiq Məmmədov yenə ifadə vermədi
2010-09-03 Bazarlarda kənd təsərrüfatı məhsulları yenidən bahalaşdı
2010-09-03 Ramazan ayının 25, 26 və 27 -ci günlərinin duasına qısa şərh
2010-09-03 Robbi Kin "Beşiktaş"a gəlməkdən imtina etdi
2010-09-03 Platini futbol meydanlarında hakimlərin sayını artırmağı təklif edir
2010-09-03 Rəhman Hacıyevin Türkiyə klubuna transferi baş tutmadı
2010-09-03 "Mançester Siti" transferlərə ən çox pul xərcləyən Avropa klubudur
2010-09-03 Yığmamız Almaniya ilə oyuna yeni forma ilə çıxacaq
2010-09-03 Bukmeker kontorları yığmamıza pul qoyanların qazancını açıqladı
2010-09-03 Lövlə Maurinyo Məsut Özilə görə toqquşdu
2010-09-03 Yoahim Löv Azərbaycan yığmasını necə qiymətləndirir?
2010-09-03 Buffon "Yuventus"un heyətindən kənarlaşdırıldı
2010-09-03 Zidan yenidən Fransa yığmasında
2010-09-03 "Turan"ın baş məşqçisi kimdir?
2010-09-03 AMEA doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirdi
2010-09-03 Prokuror "Əmrahbank"ın keçmiş əməkdaşlarının hər birinə 9 il həbs istədi
2010-09-03 Rusiyada adam öldürməkdə təqsirləndirilən azərbaycanlı Bakıda həbs edilib
2010-09-03 Azərbaycanda saxta pul dövriyyəsilə məşğul olan şəxslərə hökm oxunub
2010-09-03 Rəfail Həsənov metronun "Məşədi Əzizbəyov" stansiyasındakı köşkdən 14 mobil telefon oğurladı və tutuldu
2010-09-03 İsmayıllının Hacıhətəmli kəndində camaata "qan udduran" şirkət(?)...
2010-09-03 Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova ilə aktyor Nicat Kazımovun arası düzəlib
2010-09-03 Aktyorlar dublyajdan imtina etməyə başlayıblar
2010-09-02 Zabrat yolunda ağır qəza
2010-09-02 Yasamaldakı "Qafqaz Turo" şirkətinin rəhbəri barədə araşdırma başladı
2010-09-02 "Daewoo" sürücüsü Ələkbər Allahverdiyevə basqın edildi
2010-09-02 Bakı-Novorossiysk neft kəməri yanğın təhlükəsilə üzləşib
2010-09-02 Medvedyevin Bakıdakı maşın kortejini "Atəşgah Sığorta" sığortaladı
2010-09-02 Bir əsgərimiz də Naftalandakı hərbi hissədə öldü
2010-09-02 Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın əsgər ölümü barədə "pripiskasını" rədd etdi
2010-09-02 Ermənilər Tərtərdə iki əsgərimizi öldürdü
2010-09-02 Horadiz-Bakı sərnişin avtobusu Saatlıda aşdı
2010-09-02 Azərbaycana Qərbi Nil xəstəliyi gəlir
2010-09-02 Əhməd Davudoğlu Ermənistanla sərhədə baş çəkib
 
 
 
Copyright (c) Bakı Xəbər 2009