02 Sentyabr 2010-cı il, N 409(1905)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3655)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2032)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1261)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1149)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1111)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1107)
Polis mayorunun təsadüfən özünə xəsarət yetirməsinin təfərrüatları açıqlandı (1102)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Valideynlərə qarşı övladların ağır cinayətləri artır
"Tədbir görməsək, vəziyyət daha da pisləşəcək"
Dəyanət Rzayev: "Ən başlıcası, cəmiyyətdə psixopatizasiya prosesi gedir və bu çox təhlükəli tendensiyadır"

Son vaxtlar ailə-məişət zəminində törədilən ağır cinayətlərin timsalında bir məqam diqqəti daha çox cəlb edir. Bir neçə il əvvəl nadir hallarda baş verən cinayətlər sanki bu gün sürətlə artır.

   Belə ki, əvvəllər ailədə oğulun atanı öldürməsi nadir hallarda baş verirdisə, indi bu səpkili cinayətlərin sayında artım müşahidə olunur. Cəmiyyət üçün çox arzuolunmaz olan belə halların çoxalması isə çoxlarını narahat edir. Özü də qəribəsi odur ki, əksər hallarda bu, ya maddiyyat, ya da psixoloji səbəblər üzündən baş verir. Yetkinlik yaşına çatmayan və yeniyetmələr arasında da ağır cinayətlərin törədilməsi halları artmaqdadır. Ümumiyyətlə, övladın atanı öldürməsi hallarını yaradan psixoloji və sosial amillərin kökü nədən qaynaqlanır? Belə qorxunc hallara qarşı mübarizədə cəmiyyətdə hansı işlər görülməlidir? Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev Azərbaycanda bu səpkili cinayətlərin artmasını bir sıra amillərlə əlaqələndirdi: "Ən başlıcası, cəmiyyətdə psixopatizasiya prosesi gedir və bu çox təhlükəli tendensiyadır. Psixopat o şəxsdir ki, nə özü yaşayır, nə də digərini qoyur yaşamağa. Digər tərəfdən, valideynlə övlad arasında böyük uçurum var. Qabaqlar qohumcanlılıq, ailəcanlılıq və s. ənənələr var idi. Yəni hədəflər, məqsədlər başqa idi. Ancaq indi tamam başqa vəziyyətdir. İndi oğul, uşaq valideynə "pretenziya" edir, deyir sən mənim üçün nə etmisən? Görür ki, cəmiyyətdə təbəqələşmə gedir, bir az da aqressivləşir. Əsasən belə şeylər kasıb ailələrdə daha çox olur. Başlayır valideyninə irad tutmağa ki, mənim üçün maşın, ev almısan? Nə etmisən? Bu zaman təbii ki, belə sözlər atanın qüruruna toxunur və konflikt yaranır. Mənfi situasiyanın nəticəsi də pis qurtarır. Digər tərəfdən, problem ondan ibarətdir ki, bizda psixoprofilaktika, maarifləndirmə yoxdur. Başqa bir tərəfdən, sanki bütün insanlar asan yolla pul qazanmağa konsentrasiya olunub. Adicə bu gün evi təmir etmək üçün normal usta belə tapa bilmirsən. Hamsı saxta ustalardır, gəlir, aldadır və daha sonra aradan çıxır. Ancaq sovet vaxtı hamının başı işə qarışmışdı, insanlar işlədiyi sahədə bir növ peşəkar idi. İndi hamı müftəxorluqla dolanmaq istəyir. Məktəblər biabırçı vəziyyətdədir. Bir çox valideynin də pulu olmur ki, uşağına müəllim tutsun. Bu da uşaqla valideyn arasında problem yaradır. Nəticədə konfilikt, narkomaniya, alkoqolizm və s. baş verir. Bax, sözügedən cinayət hallarına sosial-psixoloji zəmin yaradan əsas faktorlar bunlardır. Ona görə də gərək insan işləsin, məşğuliyyəti olsun. Buna əmək terapiyası deyilir. Bu gün çox təəssüflər olsun ki, bir çoxları əməklə məşğul olmaq istəmir". D.Rzayev bu kimi xoşagəlməz hadisələrdən qurtulmaq üçün bir sıra tövsiyələr də verdi: "Sağlamlıq haqda proqram lazımdır. Çünki insan daxilən hansısa problem yaşayırsa, onu öz bildiyi kimi həll etməyə çalışır. Məktəbdə oxuyan şagirdlərlə əvvəldən bu yöndə müəyyən profilaktik tədbirlər görülməlidir ki, belə hadisələrin baş verməsinə zəmin yaranmasın. Fikir verirsinizsə, sovet dövründə məktəbi qurtaranlar nadir hallarda belə cinayətlər törədir. Məktəblərdə özünü psixoloq hesab edənlər oturub nə işlə məşğuldur, məlum deyil. Ona görə də, bu istiqamətdə profilaktik xarakterli ciddi və köklü tədbirlərin görülməsinə ehtiyac var. Biz indidən tədbirlərin görülməsinə başlasaq, 10 il ərzində müəyyən irəliləyişlərə nail ola bilərik. Yox, tədbir görməsək, vəziyyət daha da pisləşəcək. O cümlədən, bütün bunların başvermə səbəbləri ayrı-ayrılıqda araşdırılmalıdır. Yəni görüləsi işlər çoxdur və bu işlərin həyata keçirilməsi müəyyən zaman tələb edir".

   
Vidadi ORDAHALLI
Oxunub: 339 Geri gayıt
Digər xəbərlər
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu beynəlxalq axtarışda olan iki nəfəri həbs edib
Valideynlərə qarşı övladların ağır cinayətləri artır
"Tədbir görməsək, vəziyyət daha da pisləşəcək"
"Sahil camaatı" adlı terrorçu dəstənin iki il əvvəl hərbi hissədən çoxlu silah oğurladığı aşkarlandı
Dəstəyə parolu həmin hissədə xidmət etmiş keçmiş əsgər verib
 
 SON XƏBƏRLƏR
2010-09-02 Zabrat yolunda ağır qəza
2010-09-02 Yasamaldakı "Qafqaz Turo" şirkətinin rəhbəri barədə araşdırma başladı
2010-09-02 "Daewoo" sürücüsü Ələkbər Allahverdiyevə basqın edildi
2010-09-02 Bakı-Novorossiysk neft kəməri yanğın təhlükəsilə üzləşib
2010-09-02 Medvedyevin Bakıdakı maşın kortejini "Atəşgah Sığorta" sığortaladı
2010-09-02 Bir əsgərimiz də Naftalandakı hərbi hissədə öldü
2010-09-02 Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın əsgər ölümü barədə "pripiskasını" rədd etdi
2010-09-02 Horadiz-Bakı sərnişin avtobusu Saatlıda aşdı
2010-09-02 Azərbaycana Qərbi Nil xəstəliyi gəlir
2010-09-02 Əhməd Davudoğlu Ermənistanla sərhədə baş çəkib
2010-09-02 ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycana səfəri təxirə salındı
2010-09-02 Deputatlarla "Diffamasiya haqqında" qanun naminə lobbiçilik işi aparılacaq
2010-09-02 Mətbuat Şurası və ATƏT jurnalistlərin Peşə Kodeksinin layihəsi üzərində işi başa vurdu
2010-09-02 Əflatun Amaşov qəzetlərin iqtisadi vəziyyəti naminə radikal müsbət qərarlar vəd etdi
2010-09-02 Bayraq meydanının açılışı oldu
2010-09-02 Vüqar Səfərli "Şərq"in baş redaktorunun narazılığına cavab verdi
2010-09-02 İsmayıl Ömərova Beynəlxalq Aytmatov Akademiyasının akademiki diplomu təqdim olunub
2010-09-02 Azərbaycanda bahalaşma ilə bağlı proqnozlar üst-üstə düşmədi
2010-09-02 ANS Bakı Onkoloji Dispanser barədə həyəcanlı xəbər yaydı
2010-09-02 Müsavatla DUİ-nin vahid namizədləri hələlik onlardı
2010-09-02 "Müxalifət haqqında" qanuna hərə bir cür baxdı
2010-09-02 Namizədlər partiya pulundan göz çəkməli oldular
2010-09-02 PKK-nı dəstəkləyən Roj-TV-yə qarşı məhkəmə iddiası qaldırılıb
2010-09-02 Kondaliza Raysın keçmiş müavini "Freedom House" təşkilatına rəhbərlik edəcək
2010-09-02 Robert Qeyts gözlənilmədən İraqa gedib
2010-09-02 Obama İraqda müharibəni bitirdi
2010-09-02 Anjey Kaspşikin Qarabağ bölgəsində mandatı uzadıldı
2010-09-02 QAT Dmitri Medvedyevin Azərbaycana gəlməsini istəmir
2010-09-02 Bayram Səfərov Serj Sarkisyanı hədələdi
2010-09-02 AXCP qurultay zalının qiyməti barədə razılaşma əldə etdi
2010-09-02 YAP rəhbərliyi ilk dəfə səs verəcək partiya üzvlərinin bir qrupu ilə görüşdü
2010-09-02 Araz Əlizadə Azərbaycan siyasətində bloklaşma mədəniyyətinin olmadığını deyir
2010-09-02 İran-Ermənistan dəmiryolunun tikintisi yenidən aktuallaşıb
2010-09-02 Zaqatalada unun bir kisəsi 18 manata qalxdı
2010-09-02 19 yaşlı Bakı sakini Elvin Ağayev Xəzərdə batıb
2010-09-02 İsmayıllı icra başçısının müavini Rövşən Ağayev "Azqazservis" MMC-nin işçilərinə hədə-qorxu gəlib
2010-09-02 Binəqədidəki 7-ci mikrorayon qəbiristanlığında 240 qəbirin 90-ı köçürüldü
2010-09-02 Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi tapançalar beynəlxalq müdafiə sərgisinə çıxarılır
2010-09-02 Türkmənistan neftinin Bakı-Ceyhan boru kəmərilə nəqlinə başlanıb
2010-09-02 "8-ci kilometr bazarı"nda qiymətlər od tutub yanır
2010-09-02 Lerik meşələrində 51 yaşlı qadının asılmış meyiti tapılıb
2010-09-02 Etimad İsmayılovun taleyi Çelyabinskdə hakimiyyət dəyişikliyindən asılıdır
2010-09-02 Prezidentin pensiya-maaşlara artımı iqtisadçıların təhlil mövzusuna çevrildi
2010-09-02 Sabirabad kəndlərində sel kompensasiyasının mənimsənilməsi iddiaları araşdırılır
2010-09-02 Səlim Müslümov prezidentin pensiya artımına saysız rəqəmlərlə izah verdi
2010-09-02 Çörəyin bahalaşması əleyhinə tədbirlər müzakirəyə çıxdı
2010-09-02 Ramazan ayının 24-cü gününün duasına qısa şərh
2010-09-02 Balaxanı-Zabrat yolunda "Mercedes"lə "Jiquli" toqquşdu
2010-09-02 Çoxuşaqlı ailələrdə məktəbli formasına görə kompensasiya gündəmə gəldi
2010-09-02 Gəncədə 50 kiloqramlıq un kisəsi hazırda 17 manat 50 qəpiyə satılır
2010-09-02 "Bakı" "Mets"in fransalı futbolçusu ilə güclənir
2010-09-02 "Real" Van der Vartı itirdi
2010-09-02 Almaniya yığmasında kapitan sarğısını kim daşıyacaq?
2010-09-02 "Beşiktaş" Fatih Təkkəni transfer etdi
2010-09-02 "Deportivo" Ze Castronun "Beşiktaş"a keçidinə razılıq verdi
2010-09-02 "Real"ın baş məşqçisi onu tənqid edənlərə cavab verdi
2010-09-02 UEFA vuvuzellanı qadağan etdi
2010-09-02 "Atletiko" "Qalatasaray"a rəsmi təklif göndərdi
2010-09-02 "Fənərbaxça" "Everton"un oyunçusunu aldı
2010-09-02 Əfran İsmayılov Messidən üstün oldu
2010-09-02 Bir şəkili, bir goranboylu "Naqan" tapançanı 2 minə satmaq istədi...
2010-09-02 "Nadir şah" tarixi romanının üçüncü...
2010-09-02 Yeni "Azercell Ekspress" ofisi açıldı
2010-09-02 Tovuzun Cırdaxan kəndində "Jiquli" aşdı
2010-09-02 Bakıda istilərin ikinci mərhələsində 160 nəfəri gün vurub
2010-09-02 Bəzi televiziyalar vətənpərvər çağırışları imici zədəli şou əhlinin ixtiyarına buraxıb
2010-09-02 İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu beynəlxalq axtarışda olan iki nəfəri həbs edib
2010-09-02 Valideynlərə qarşı övladların ağır cinayətləri artır
2010-09-01 "İnterpol" axtarışda olan Azərbaycan vətəndaşı Çingiz Zəkimovu Sank-Peterburqda həbs edib
2010-09-01 25 yaşlı erməni qızı Moskvada dörd nəfəri bıçaqlayıb qaçdı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009