Fələstində polis qüvvələrinin təlim-məşq toplantısı bombardman edildi
İsrailin Qəzzaya hava zərbəsi endirməsi nəticəsində 9 fələstinli yaralanıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, yaralananlar HƏMAS təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. Hava zərbəsi HƏMAS-ın polis qüvvələrinin təlim kompleksinə endirilib.
İsrail rəsmiləri bildirir ki, bu bir neçə saat əvvəl Qəzzadan İsrailin Aşkelon şəhərinə endirilən raket zərbəsinə cavabdır. Bu zərbədən ölən və xəsarət alan olmayıb.