Narkomafiya ABŞ-ın Meksikadakı konsulluqlarından birini bağlatdı
Mafiya ilə mübarizədə bu şəhərdə altı ayda 7 min insan həlak olub
ABŞ Meksikanın Süidad Xuarez şəhərində Baş Konsulluğunu "qeyri-müəyyən" müddətə bağlayıb. APA-nın RFİ radiosuna istinadən verdiyi xəbərə görə, bu, sözügedən şəhərdə müxtəlif narkotik kartellərin aralarında apardığı qanlı mübarizə ilə bağlıdır.
ABŞ sərhədi yaxınlığında yerləşən Süidad Xuarez Meksikanın ən təhlükəli şəhər hesab edilir. Şimalı Meksika narkotik kartellər müharibə meydanına çevrilib. İlin əvvəlindən bu şəhərdə 7000 insan həlak olub.
2006-ci ildən Meksika prezidenti Felipe Roma mütəşəkkil cinayətkarlıqla geniş mübarizə aparır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə 50.000 hərbiçi cəlb edilib. ABŞ bu təşəbbüsü dəstəkləyib. Meksika Latın Amerikasından ABŞ-a narkotiklərin qanunsuz dövriyyəsi üçün əsas məntəqədir.
2006 ildən narkotik alverçilərilə Meksika təhlükəsizlik qüvvələri arasında toqquşmalarda 25 min nəfər ölüb.