Hollandiya hərbçiləri Əfqanıstandan çıxır
Dörd il Əfqanıstanda keçirən və 2000 nəfərlik güclü əsgəri qüvvəsi olan Hollandiya NATO-nun xarici qüvvələri arasında ən effektivi sayılırdı.
NATO rəsmiləri ordunun çıxarılmasının əhəmiyyətini azaltmağa çalışsalar da, müxbirlər deyir ki, bu, alyans üçün həssas bir zamanda, yəni xəsarət hallarının artdığı və strategiyaya dair yeni şübhələrin yarandığı bir vaxtda baş verir.
Hollandiya Silahlı Qüvvələrinin baş komandanı general Petr Van Um, 950 nəfərlik hərbi misiyanın Uruzqan əyalətində təhlükəsizliyin təmin edilməsində bir sıra uğurlar qazandığını deyir. İndi bu ərazi ABŞ və Avstraliya qüvvələrinin nəzarətinə keçəcək.
Niderland ordusu 4 il ərzində Əfqanıstanda 24 itki verib. Niderland əsgərlərinin Əfqanıstandakı missiyasının uzadılması ilə bağlı mübahisə bu yaxınlarda hökumətin buraxılması ilə nəticələndi. Ötən həftə "Taliban" bu qərarına görə Hollandiyanı təbrik edib deyib ki, eyni addımı başqa ölkələrdən gözləyir.