.jpg)
Rusiya prezidenti Dmitriy Medvedyevin insan haqları üzrə ən yüksək vəzifəli müşaviri istefa verib. APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Ella Pamfilova deyib ki, bu onun şəxsi qərarıdır və heç kim onu vəzifəsini tərk etməyə məcbur etməyib.
O bildirib ki, istefasının səbəblərini hazırda müzakirə etmək istəmir.
Pamfilovanın istefası prezident Medvedyevin yeni qanunu imzalanmasından bir gün sonra baş verib.
Həmin qanun Rusiyanın xüsusi təhlükəsizlik xidməti olan "FSB"-yə əlavə səlahiyyətlər verir.
BBC-i radiosuna müsahibədə prezident yanında insan haqları üzrə Şuranın sədri vəzifəsini tərk edən Pamfilova belə deyib: "Mən hələlik müxtəlif səbəblərə görə bu addımım haqda şərh vermək istəməzdim. Bu səbəblərə Şuranın taleyi, onun sonrakı fəaliyyəti daxildir. Mən bu haqda sonra danışacağam. Özümdən sonra söndürülmüş ocaq qoyub getmək istəmirəm".