02 Avqust 2010-cı il, N 396(1892)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2476)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1145)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1110)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1104)
Polis mayorunun təsadüfən özünə xəsarət yetirməsinin təfərrüatları açıqlandı (1101)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İrana qarşı sanksiyalarda Naxçıvan faktoru vəziyyəti xeyli dəyişir
İran Azərbaycan və Türkiyənin vacib bir məsələdə mövqeyini gözləyir

Bilindiyi kimi, BMT-nin ardınca Avropa İttifaqı da İrana qarşı neft-qaz sahəsində geniş sanksiyalar tətbiq edib. Sanksiyalara əsasən, neft-qaz sahəsində investisiyalara, eləcə də neftin təmizlənməsi və qazın sıxılması texnologiyalarının ötürülməsinə qadağa qoyulub. Hazırda İranda xüsusi maraq dairəsində olan məsələ qonşu dövlətlərin bu sanksiyalara nə dərəcədə qoşulacağıdır.

   Xüsusən də İranı maraqlandıran əsas məsələ onunla eyni dinə malik Azərbaycan və Türkiyənin tutacağı mövqedir. Rusiyanın "Pressentr" mətbu orqanı bu məsələnin İran üçün prinsipial əhəmiyyət kəsb etdiyini bildirir.

   Xatırladaq ki, Azərbaycanın İranla birbaşa neft-qaz sahəsində əlaqələri yoxdur. Azərbaycan 2006-cı ildən İrandan, tranzit ölkə kimi, Naxçıvanın 300 milyard kub metr qazla təmin edilməsi üçün isifadə edir, əvəzində isə İrana Avropada 5-7% çərçivəsində olan 15% tranzit haqqı ödəyir.

   Azərbaycanla İran arasında pik vaxtlarda enerji paylaşımı olsa da, bu, qeyri-kommersiya əlaqələrinə söykənir.

   İqtisadçı-ekspert İlham Şaban deyir ki, bu sanksiyalar neftayırma və neft emalı sahələrinə aid olduğundan və Azərbaycan İrandan özünün bir bölgəsini qazlaşdırmaq məqsədilə istifadə etdiyi üçün iki ölkə arasındakı əməkdaşlığa təsir edə bilməz. Politoloq Rasim Musabəyovun fikrincə, Avropa İttifaqı Azərbaycana İranla əməkdaşlıq barəsində qadağa qoya bilməz. Azərbaycanın Avropada əhəmiyyətli iş əlaqələri olmadığından, bu məsələ heç bir narahatlıq və narazılıq doğura bilməz. Türkiyə isə İran üzərinə yeni BMT sanksiyalarının əleyhinə səs vermişdi. Ankara diplomatik çözümü üstün tutduğunu vurğulayır.

   İki ölkə arasında 500 kilometr uzunluğunda sərhəd var. Ötən il onlar arasında ticarət mübadiləsi 10 milyard dollara çatmışdı. Lakin Avropa İttifaqı Türkiyə üçün bundan da iri ticarət partnyoruna çevrilməkdədir. Hələlik Türkiyə son BMT qətnamələrinə əməl edəcəyini deyir. Bu səbəbdən İran üçün Türkiyə və Azərbaycanın sonrakı mövqeyi xüsusi diqqətlə izlənir.

   Hələlik isə, Birləşmiş Ştatlar Dövlət Departamentinin hesablamalarına görə, son bir neçə ildə sanksiyalar nəticəsində İranın enerji sektoru 50-60 milyard dollar həcmində investisiyadan məhrum olub. Bu arada bəzi siyasi analitiklər qadağaların bir nəticə verməyəcəyini və ABŞ-ın bu ilin oktyabrında İrana hücum edəcəyini deyir. Birləşmiş Ştatlar və İsrailin İrana qarşı hərbi müdaxiləyə başlayacağı ilə bağlı ehtimallar hər ötən gün daha da artır. "Günaz TV"nin məlumatına görə, hücum iki faktorla bağlıdır. Əvvəla, Vaşinqton Tehranın nüvə silahına malik olmasını qəti istəmir. Digər məsələ isə Barak Obamanın nüfuzunun sürətlə aşağı düşməsilə əlaqədardır. Belə ki, demokratlar noyabrdakı Konqres seçkisi öncəsi amerikalıların vətənpərvərlik hisslərinə təsir edərək səs qazanmaq istəyir. ABŞ və İsrailin birgə hücumunun əsas hədəfi isə İranın nüvə obyektləri olacaq. Hücum Əfqanıstan və Fars Körfəzindən gerçəkləşdiriləcək. Bunun üçün həmin ərazilərdə Amerikanın kifayət qədər hərbi potensialı var.

   Bu arada isə xüsusi diqqət mərkəzində olan məsələlərdən biri İrana qarşı yeridilən sanksiyaların bu ölkənin ordusunun döyüş qabiliyyətinə hər hansı təsir göstərməsidir. Xatırladaq ki,İran regionda ən böyük orduya malikdir. Silahlı qüvvələrdə yarım milyondan çox adam xidmət edir.

   Bi-Bi-Si radiosunun müdafiə və təhlükəsizlik məsələləri üzrə müxbiri Nik Çayldz deyir ki, bu rəqəm heç də əsl mənzərəni tam və dolğun əks etdirmir: "İran liderləri yaxşı hərbi parad keçirməyi sevir. Lakin onilliklər ərzində davam edən ABŞ sanksiyaları İranın adi silahlı qüvvələrinə böyük təsir göstərib.

   1980-ci illərdə İran-İraq müharibəsindən bəri İranın Fars körfəzindəki qonşuları qeyri-məhdud surətdə ən yeni silahların alınmasına nəhəng məbləğlər xərcləyib. İran isə bunu etməyib" Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzindən Entoni Kordesmən bununla bağlı qeyd edir: "İran indiyə kimi şah dövründə ölkəyə gətirilmiş hərbi avadanlıqdan çox asılıdır. Bu köhnəlmiş, nasazlıqlara məruz qalan, istismardan çıxarılmalı sistemlərdir. Hər il onlar daha da yaşa dolur və müasir tələblərdən geri qalır". Bu problemi bir qədər yüngülləşdirmək üçün Tehran texnologiyadan az asılı olan çözüm yollarına üz tutub. Buna assimmetrik və ya qeyri-nizami müharibə metodları deyirlər. Londondakı Kral Tədqiqatlar İnstitutundan professor Malkolm Çarmer bildirir: "Siyasi maraqlarını qorumaq və genişləndirmək üçün Tehran rejimi müxtəlif metodlara əl atır. Elə də müasir olmayan avadanlıq və metodlardan istifadə edir

   Məsələn, İranın "Hizbullah", HƏMAS və ya "Taliban"a dəstəyindən danışarkən, söhbət hərbi təyyarələrdən yox, adi "yer-yer", "yer-hava" tipli sadə raketlərdən gedir."

   Eləcə də, özünün köhnəlmiş müdafiə sistemlərinin hazırlığını təmin etmək üçün, Entoni Kordesmənin dediyinə görə, İran ölkəyə qaçaqmal kimi ehtiyat hissələr gətirir: "Bu, İran üçün son dərəcə vacib məsələdir. Hələ bu hissələri ölkəyə gətirməklə İran öz uçaqlarının 40-60 faizini havaya qaldıra bilir. Qaçaqmalçılıqla məşğul olmasa, heç bir təyyarəsi uça bilməz."

   Əlbəttə, vaxt keçdikcə silah embarqolarının təsiri zəifləməyə başlamalıdır. Malkolm Çarmer qeyd edir: "Silah embarqosunun uzunmüddətli effekti o olur ki, ölkə öz resurslarına daha çox bel bağlamağa başlayır, özünün istehsal gücünü artırır. Biz bunu tarixən görmüşük.

   Məsələn, Cənubi Afrikanın nümunəsində. Aparteid dövründə həmin ölkə hərbi sənayesini genişləndirməklə özünün müdafiə qabiliyyətini xeyli möhkəmlədə bildi. Embarqo olmasaydı, bu baş verməzdi."

   Rusiya və Çin isə uzun illər boyunca İrana o qədər də müasir olmayan silahlar satmağa hazır olduqlarını nümayiş etdirib. Amma belə sövdələşmələr daim diplomatik şəraitin girovuna çevrilir. Son sərt sanksiyalardan sonra Rusiyanın İrana S-300 havadan müdafiə sistemləri satmaq planı da alt-üst ola bilər. Moskvalı hərbi ekspert Vladimir Orlov qeyd edir: "Hazırda heç bir qadağa Rusiyaya S300 sistemlərini İrana satmağı yasaqlamır. Rusiya belə bir öhdəlik götürməyib. Amma Rusiyanın İrana adıçəkilən avadanlığı satmaq niyyəti də yoxdur.

   Belə ki, son zamanlarda Tehran Kremllə münasibətlərdə kifayət qədər aqressiv mövqe tutur."

   
Tahir TAĞIYEV
Oxunub: 422 Geri gayıt
Digər xəbərlər
Azərbaycanla Rusiyanın "S-300 alverinə" hələ də şübhələr var
Müqavilənin həqiqətən mövcudluğuna dair Moskvadakı ekspertlər daha çox versiyalarla çıxış edir
Senat erməni lobbisinin təzyiqi altında Brayzanın namizədliyini geri qaytara bilərmi?
Qarabağ müharibəsində Rusiya qoşunlarının açıq iştirakına hüquqi baza yaradıla bilər
Ermənistan-Rusiya hərbi protokolları ən müxtəlif istiqamətlərdə şərh olunur
Türkiyə siyasətini silkələyən proses avqustun 4-də bitəcək(?)
Ekspertlər hər şeyin yenidən başlaya biləcəyini də proqnoz edir
Eldəniz Quliyev məzar ziyarətinə görə şəxsə partiya cəzasını yolverilməz sayır
"Belə düşüncə qüsurludur"
İrana qarşı sanksiyalarda Naxçıvan faktoru vəziyyəti xeyli dəyişir
İran Azərbaycan və Türkiyənin vacib bir məsələdə mövqeyini gözləyir
 
 SON XƏBƏRLƏR
2010-08-02 Lənkəranda sürücülük vəsiqəsi olmayan Famil maşınla adam vurub
2010-08-02 İranda zəlzələdən zərər çəkənlərin sayı 200-ə çatıb
2010-08-02 Ağdaş sakinini 3 ay əvvəl it dişlədi, qızının toy günü öldü
2010-08-02 HƏMAS komandirin qətlinə görə İsraildən intiqam alacağına and içib
2010-08-02 400 nəfərin kütləvi davasında cəmi üç nəfər ölüb...
2010-08-02 17-ci Polis Bölməsi insanları yuxuladan oğrunu həbs etdi
2010-08-02 Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı müəssisəsində yanğın...
2010-08-02 Bakıda dondurma istehsalçısı olan Müzəffər Poladov ağır cəriməyə məruz qoyuldu
2010-08-02 Sumqayıtdakı "Aylı gecə" restoranı gündəlik dava-dalaş yerinə çevrilir(?)
2010-08-02 Sabirabadın Qasımbəyli kəndinin çox hissəsi hələ su altındadır
2010-08-02 Şabranda meşə yanğınları ilə mübarizəyə helikopterlər cəlb edilib
2010-08-02 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlər üçün yeni müsabiqəyə başladı
2010-08-02 Zabratda Osmanovlar ailəsində qətl törədildi
2010-08-02 ARDNŞ İraqda investisiya xəbərlərinə reaksiya verdi
2010-08-02 Qırğızıstanda baş vermiş iğtişaşlarla bağlı 132 polis məsuliyyətə cəlb olunub
2010-08-02 "Bakı-Xəbər" KİVDF müsabiqəsi çərçivəsində layihəni yekunlaşdırdı
2010-08-02 İqtidar daxilindən "etibarlı mənbə" adı ilə məlumat sızmaları yenidən çoxalır
2010-08-02 Bakı Beynəlxalq Avtovağzalında biletlərin qiymətinin süni şəkildə artırılması qalmaqalı...
2010-08-02 Lənkəranda Aqil Qurbanovun dirəyə çırpılan avtomobili iki hissəyə bölünüb
2010-08-02 Rusiya Prezident Administrasiyasının rəhbəri Bakıya gəlib
2010-08-02 Deputat Aydın Mirzəzadənin jesti də biznesmenləri hərəkətə gətirə bilmədi
2010-08-02 Bu dəfə, deyəsən, müxalifətdə mandatdan imtina edənlər olmayacaq
2010-08-02 Azərbaycanla Rusiyanın "S-300 alverinə" hələ də şübhələr var
2010-08-02 Senat erməni lobbisinin təzyiqi altında Brayzanın namizədliyini geri qaytara bilərmi?
2010-08-02 Fələstində polis qüvvələrinin təlim-məşq toplantısı bombardman edildi
2010-08-02 Narkomafiya ABŞ-ın Meksikadakı konsulluqlarından birini bağlatdı
2010-08-02 Hollandiya hərbçiləri Əfqanıstandan çıxır
2010-08-02 Medvedyevin insan haqları müşaviri istefa verdi
2010-08-02 Braziliya İranda zinalığa görə ölümə məhkum edilmiş qadına sığınacaq vəd etdi
2010-08-02 Müxalifət liderini qoruya bilməyən polis rəisi vəzifəsindən uzaqlaşdırılıb
2010-08-02 Üç ABŞ vətəndaşının İranda girov həyatının bir ili tamam oldu
2010-08-02 Qarabağ müharibəsində Rusiya qoşunlarının açıq iştirakına hüquqi baza yaradıla bilər
2010-08-02 Eldəniz Quliyev məzar ziyarətinə görə şəxsə partiya cəzasını yolverilməz sayır
2010-08-02 Meşə yanğınları Rusiyanı "çökdürür"
2010-08-02 Zərdabın Şəftəhan kənd sakini kollektorda boğulub
2010-08-02 Qəbələdə oğul atasını qətlə yetirdi
2010-08-02 Vicdanın rəngi...
2010-08-02 Təhsil Nazirliyinin "əlaçı şagird yoxlamaları"na reaksiya gəldi
2010-08-02 Ramazan İslam dininin namus pərdəsidir
2010-08-02 "Yekədiş" futbodan gedəcəyi vaxtı açıqladı
2010-08-02 "Real" 14 milyon avroya daha bir transfer reallaşdırdı
2010-08-02 "Xəzər-Lənkəran"dan qovulan futbolçu "İnter"ə keçdi
2010-08-02 Rəşad Sadıqov Rusiyanın "Alaniya" klubundan təklif alıb
2010-08-02 "Real" və "Milan"ın sabiq futbolçusu "Bakı"ya gəlir
2010-08-02 Loran Blan Zinəddin Zidanı yenidən Fransa millisinə çağırdı
2010-08-02 "Fənərbaxça"nın transfer məsələsi yenə daşa dirənib
2010-08-02 Şimali Koreya yığması dünyanı dəhşətə gətirəcək olayla üzləşdi
2010-08-02 Bakıda tikintidə daha bir ölüm hadisəsi...
2010-08-02 Fuad Nəsirov "06" ilə 72 yaşlı kişini vurub öldürdü
2010-08-02 Şəmkirdə "VAZ 21011"lə "Ford" markalı mikroavtobus toqquşdu
2010-08-02 Bakıda ikimərtəbəli şadlıq sarayı yandı
2010-08-02 Bu gün Bakıda 36-38 dərəcə isti olacaq
2010-08-02 Horadiz Taxıl Tədarükü Kombinatında qoca kişini asdılar
2010-08-02 Dilənçi mafiyası oğlan uşaqlarının da dalına körpə bağlamağa başlayıb
2010-08-02 Azərbaycanın kosmik erası başlayır
2010-08-02 "Lənkəran-Chay" SC özəlləşdirilir
2010-07-30 Biləsuvarda kombayn 16 yaşlı oğlanı doğradı
2010-07-30 Oğuzun Filfilli kənd sakini intihar edib
2010-07-30 Anomal istilər avqustun əvvəllərinə qədər davam edəcək
2010-07-30 Nazarbayev Xəzərdəki Azərbaycan brakonyerlərinə müharibə elan edə bilər
2010-07-30 Nabranda polis mayoru bıçaqlanıb
2010-07-30 Qaradağda Zeynalovlar ailəsi yol qəzasına düşdü
2010-07-30 "Sahil" metrostansiyasına "bomba qoyuldu"
2010-07-30 Sankt-Peterburqda öz biznes ortaqlarını oğurlayaraq pul tələb edən 2 azərbaycanlı yaxalanıb
2010-07-30 Qobustan həbsxanasında aclıq edən ömürlük məhbusla görüş baş tutdu
2010-07-30 Binəqədidə çayxanada Anar Ağayevdən 100 min dollar tələb edən maskalılar yaxalandı
2010-07-30 "Əl-Qaidə"nin ikinci adamından Türkiyəyə çağırış...
2010-07-30 Abdulbari Goozal A.M.A.Y prezidentinə cavab verdi
2010-07-30 Paytaxtda "Seçki Məcəlləsi" defisiti yaranıb
2010-07-30 Minsk Qrupu həmsədrləri sentyabrda regiona yeni səfər etmək niyyətindədir
 
 
 
Copyright (c) Bakı Xəbər 2009