Saakaşvilinin "Biz ki zənci deyilik" sözləri aləmi qarışdırıb
Gürcüstan Prezidentinin mətbuat xidməti dövlət başçısının Maliyyə Nazirliyindəki görüşdə işlətdiyi bəzi ifadələrlə bağlı izahat verməyi zəruri hesab edib.
Mixeil Saakaşvili Maliyyə Nazirliyinin əməkdaşları ilə görüşü zamanı ölkədə tez-tez işlədilən "Belə etmək olmaz" mənasını verən "Biz ki zənci deyilik" ifadəsindən istifadə edib. Bu barədə mətbuat xidməti məlumat verib.
Gürcüstan dövlət başçısının mətbuat xidmətinin bildirdiyinə görə, Prezidentin sözlərinin hansısa irqə heç bir aidiyyəti yoxdur və onlar irqi ayrı-seçkilik kontekstində deyilməyib. Gürcüstan dövlət başçısının mətbuat xidməti Mixeil Saakaşvili tərəfindən işlədilən və heç bir halda irqi kontekstdə istifadə olunmayan ifadənin bir sıra KİV tərəfindən bilərəkdən irqi rəng verilməklə düzgün şərh edilmədiyindən təəssüflənir.