Seçkilərin Monitorinq Mərkəzi internetdə vaxtsız deputat təbliğatlarını qanunsuz saymadı
Azərbaycan qanunvericiliyi İnternetdə sosial şəbəkələrdə deputatlığa namizədlərin təşviqatının aparılmasını qadağan etmir.
Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) hüquqşünası Azər Qasımov "Turan"-ın müxbirilə söhbətində Facebook və Twitter sosial şəbəkələrində vaxtından əvvəl seçkiqabağı təşviqatın qanunsuz olması barədə MSK katibi Natiq Məmmədovun bəyanatını şərh edərkən bildirib.
Qasımovun sözlərinə görə, Seçki Məcəlləsinin 75.2-ci maddəsində seçkiqabağı təşviqatın səsvermə gününə 23 gün qalmış başlaması və səsverməyə 24 saat qalmış dayandırılması göstərilib. Bu da qeydə alınmış namizədin seçkiqabağı təşviqatını göstərir. Lakin Qanunvericilik rəsmi seçki kampaniyası başlayana qədər adamların öz planlarını açıqlamasını qadağan etmir.
Bundan əlavə, 74.2-ci maddədə deyilir ki, təşviqat qanunla qadağan edilməyən digər üsullarla həyata keçirilə bilər. "Odur ki, gələcəkdə seçkilər dövründə belə İnternetdə sosial şəbəkələrdə təşviqatın aparılması qanunla qadağan edilmir" - -ekspert deyib.
TURAN