29 Iyul 2010-cı il, N 394(1890)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3666)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1292)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1262)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1149)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1112)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1108)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Argentina millisində Maradona erası sona çatdı
Onun yerinə artıq iki namizəd də tapılıb
Argentina milli komandasının baş məşqçisi, əfsanəvi futbolçu Diyeqo Armando Maradona öz postunu tərk edir. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Argentina Futbol Federasiyasının təmsilçisi Ernesto Çerkis Bialo söyləyib.
   O bildirib ki, Argentina Futbol Federasiyasının İcraiyyə Komitəsi Maradona ilə müqavilənin müddətini uzatmamaq barədə qərar verib. Argentina yığmasının baş məşqçisi postunu müvəqqəti olaraq gənclərdən ibarət yığmanın baş məşqçisi Serxio Batista tutacaq.
   Yığmanın baş məşqçisi postuna namizədlər arasında "Estudiantes" komandasının baş məşqçisi Alexandro Sabelya və "San-Lorenso" komandasının baş məşqçisi Ramon Diasın adları çəkilir.
"Everton" Araz Abdullayevi transfer etmək istəmir?
Sadıq Sadıqov: "Hələ də onlardan xəbər yoxdur"
"Araz Abdullayevinin "Everton"a keçidini həll etmişik. Yəni, bu məsələnin xırdalıqları bizim tərəfimizdən yerinə yetirilib.
   Hətta Araz "Everton"da tibbi müayinədən də keçib. İndi "Everton" rəsmilərinin səfərini gözləyirik". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" futbol klubunun prezidenti Sadıq Sadıqov deyib. "Futbolumuzun inkişafı, Arazın daha da püxtələşməsi üçün onu İngiltərə klubuna göndərə bilərik. Amma gərək "Everton" rəhbərliyi bu məsələnin üstünə düşsün və nümayəndələrini Bakıya göndərsin. Ancaq hələ də onlardan xəbər yoxdur",- deyə klub prezidenti əlavə edib.
"Qalatasaray"ın sabiq futbolçusu Rumıniyada bazar tikdirir
Popesku 25 milyon avroya otel tikmək istədiyini də söyləyib
Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu George Popesku vətəni Rumıniyada biznes fəaliyyətinə başlayıb. Lent.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Popesku Rumıniyanın paytaxtı Buxarestin ən böyük ticarət mərkəzlərindən birinin inşasına başlayıb.
   O, şəhərin Rahova məhəlləsində tikiləcək "Doldora Bazaar"ın ərsəyə gəlməsi üçün 10 milyon avro sərmayə qoyacaq. Bu məbləği Popeskuya Türkiyənin "Garanti" bankı kredit formasında verib. Ticarət mərkəzində 2000 nəfər işlə təmin olunacaq. Mərkəzdə xüsusən tekstil və geyim əşyaları satışa çıxarılacaq. Obyektin 12 min kvadratmetr ərazisində 200 avtomobillik park da olacaq.
   Popesku "Doldora Bazaar"ın ardından 25 milyon avroya otel tikmək istədiyini də söyləyib. Hələlik 41 yaşlı futbol ulduzunun Buxarestdə sənət əsərləri qalereyası var.
   Qeyd edək ki, George Popesku "Qalatasaray"da 1997 - 2001-ci illərdə çıxış edib. "Sarı qırmızılar"ın heyətində 122 matçda 9 qol vuran Popesku 3 dəfə Türkiyə çempionluğu, iki dəfə ölkə kuboku, eləcə də UEFA Kuboku və Superkubokunu qazanıb. O, karyerasına 2003-cü ildə son qoyub.
Raul "Şalke-04"lə iki illik müqavilə bağladı
İspaniyanın "Real" komandasının sabiq kapitanı Raul Qonsales Almaniyanın "Şalke-04" futbol klubu ilə müqavilə bağlayıb. Lent.az-ın Gelzenkirhen klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı hücumçu ilə 2 illik anlaşma əldə edilib.
   Raul son 16 ildə çıxış etdiyi "Real"ı iyulun 16-da tərk edib. Onun şərəfinə "Santyaqo Bernabeu" stadionunda yolasalma mərasimi təşkil olunub. "Kral klubu"nda 1994-cü ildən çıxış edən forvard oynadığı qarşılaşmaların (740) və vurduğu qolların sayında (323) rekordçu, 6 dəfə İspaniya çempionu, 4 dəfə ölkə Superkubokunun, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə Qitələrarası Kubokun, 1 dəfə isə UEFA Superkubokunun sahibi olub. "Şalke-04" isə 2009-2010-cu il mövsümündə Almaniya vitse-çempionu olaraq, Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnib. Qeyd edək ki, "Real" iyulun 26-da təkcə Raul Qonsaleslə yox, 1995-ci ildən komandada çıxış edən Quti Hernandeslə də vidalaşıb. Quti Türkiyə "Beşiktaş"ı ilə 2 illik müqavilə bağlayıb.
   
Elano "Rubin"də çıxış edə bilər
Futbol üzrə son Rusiya çempionu olan "Rubin" klubu "Qalatasaray"ın braziliyalı üzvü Elano ilə maraqlanır. Kazan klubu 29 yaşlı futbolçu üçün 9 milyon avrosundan keçməyə hazırdır. Elano "Rubin" klubuna transfer olunarsa, illik 3,5 milyon avro məvacib alacaq. Xatırladaq ki, Elano Türkiyənin "Qalatasaray" klubuna "Mançester Siti" kollektivindən transfer olunmuşdu.
   
Fatih Təkkə Türkiyədə klub alır
Hazırda Rusiyanın "Rubin" komandasının formasını geyinən Türkiyə millisinin sabiq hücumçusu Fatih Təkkə klub alır. Apasport.az saytının xəbərinə görə, 32 yaşlı futbolçu ən yaxın dostu - milyonçu Muzaffer Bilazerlə birlikdə Türkiyə II Liqasında mübarizə aparan "Erzurumspor"un səhmlər paketinə yiyələnmək istəyir. Türkiyə mətbuatında yer alan xəbərə əsasən, artıq sənədləşmə işlərinə start verilib. Ötən il "Zenit"dən transfer olunan Təkkə "Rubin"in heyətində Premyer Liqada cəmi 5 qarşılaşmada forma geyinib.
   Qeyd edək ki, "Erzurumspor" azərbaycanlı futbolsevərlər üçün yad komanda deyil. Belə ki, 1999-2000-ci il mövsümündə Türkiyə klubunu mərhum məşqçi Ruslan Abdullayev çalışdırıb.
"Qalatasaray"ın üç yeni forması təqdim olundu
Biri isə azarkeşlərə sürpriz kimi sonraya saxlandı
Türkiyənin "Qalatasaray" klubu yeni formalarını "Qalatsaray TV" vasitəsilə təqdim edib.
   Klub bunun üçün manekenlər və futbolçulardan istifadə etməyib. İstanbul klubu 2010-2011-ci il mövsümü üçün 4 yeni forma hazırlayıb. Onlardan 3-ü təqdim olunsa da, 1-inin təqdimatı sürpriz olaraq sonraya saxlanılıb.
   
"Barselona"nın 442 milyon avro borcu yaranıb
"Barselona" tarixinin ən çətin dövrünü yaşayır. Apasport.az saytının məlumatına görə, klub rəsmisi Xavyer Faus Kataloniya komandasının 442 milyon avro borcunun olduğunu açıqlayıb.
   Yarandığı gündən bu qədər borcu olmayan klubun belə çətin vəziyyətə düşməsində isə sabiq prezident Xoan Laporta günahkar hesab edilir. Faus bildirib ki, "Barselona" iflasa uğramasa da gəlirləri azlıq təşkil edir: "Komandamızın iflasa uğramaq qorxusu yoxdur. Lakin klubun xərcləri gəlirlərindən çoxdur. 1 il əvvəl 445,5 milyon avro xeyir əldə edilsə də, bu il məbləğ 408,9 milyon avroya düşüb. Xərclər isə 1 ildə 50 milyon avro artıb".
   Qeyd edək ki, komandaya ən böyük ziyanı "Deloitte" firması vurub. Onlar "Barselona"nı bu il 77,1 milyon avro geri salıblar.
   
"Real"la "İnter" Maykon məsələsində razılığa gəldi
"İnter" və Madrid "Real"ı braziliyalı futbolçu Maykonun İspaniyaya transferi ilə bağlı anlaşma əldə edib. Fanat.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" və "Corriere della Sera" qəzetləri məlumat yayıb.
   İddialara görə, "İnter" 28 milyon avro qarşılığında futbolçusunu "Real"a satmağa razılıq verib. Xəbərdə qeyd edilir ki, artıq "Real" Maykonun keçidini həll edib və transfer 48 saat içində rəsmiləşəcək.
   Xəbərdə həmçinin bildirilir ki, Maykon 4 illik müqavilə çərçivəsində hər il üçün 6 milyon avro istəyib, lakin "Real"ın prezidenti braziliyalı futboçluya ildə 5,5 milyon avro maaş təklif edib. Tərəflər bu məsələdə anlaşan kimi rəsmi müqavilə imzalanacaq.
   
Diktator yığma komandanın rəhbərliyini danladı
Dünya çempionatının final mərhələsində keçirdiyi hər üç oyunda məğlub olaraq, mundialı xalsız başa vuran Şimali Koreya yığmasının baş məşqçisi və futbolçuları hökumət tərəfindən danlanılıb.
   Fanat.az Free Asiya Radiosuna istinadən xəbər verir ki, bu günlərdə hökumət üzvlərinin iştirakı ilə paytaxt Pyonqyanqda millinin çıxışına həsr olunmuş toplantı keçirilib.
   Baş məşqçi Kim Yonq Hun və futbolçuların qatıldığı toplantıda milli üzvləri ciddi şəkildə tənqid edilib, hökumət üzvləri onları danlayıblar. Şimali Koreya mətbuatı isə bütün bunlarla bağlı bir cümlə belə xəbər yayımayıb.
   
"Xəzər Lənkəran" Denis Romanovsla iki illik müqavilə bağladı
Latviya yığma komandasının qapıçısı Denis Romanovs "Xəzər Lənkəran" klubuna keçib. Klubdan verilən məlumata görə, futbolçu klubla iki illik müqavilə imzalayıb. İmzalamadan qabaq futbolçu tibbi müayinədən keçib.
   Xatırladaq ki, 1978-ci il təvəllüdlü D.Romanovs bundan əvvəl Çexiyanın "Slaviya" komandasında forma geyinib. Futbolçu latış, rus, ingilis və çex dillərində danışır.
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-07-29 QMİ Həcc ziyarətinə zəvvar yığır
2010-07-29 Türkiyədən qalxan sərnişin təyyarəsi İslamabadda təpəliyə düşdü
2010-07-29 Xankəndidə Ermənistan Milli Çempionatının qarşısı alındı
2010-07-29 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
2010-07-29 KİV DF-nin maliyyə dəstəyi ilə daha bir tədbir keçirildi
2010-07-29 Əlaçı orta məktəb məzunlarının işi Təhsil Nazirliyində araşdırılacaq
2010-07-29 Nərimanovda qızıl boyunbağı olan çantanı oğurlayan Elşən Bayramov həbs olundu
2010-07-29 Nəsimi polisi soyğunçu Babayev Etibarı həbs etdi
2010-07-29 Nəsimi rayonunda yaşayış binası yandı
2010-07-29 Birləşmiş Ştatlar daha bir rus qadın casusu ifşa edib
2010-07-29 Avqustun 11-i orucluğun ilk günü elan edildi
2010-07-29 Gürcüstan müharibəyə hazırlaşır?
2010-07-29 Dünya sosialistlərinin başçısı Azərbaycana gəlir
2010-07-29 Azərbaycan prezidenti Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət nazirini qəbul edib
2010-07-29 Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirinin gəlməsi ətrafında qeyri-müəyyənlik hələ də qalır
2010-07-29 Vətəndaş və İnkişaf Partiyası yeni 105 minə qərargah alıb
2010-07-29 "Nurəddin bəy öz işi ilə məşğul olsa yaxşıdır"
2010-07-29 Prezidentin göstərdiyi problemin əsas baiskarı banklar və SC-lərdir
2010-07-29 Qulamhüseyn Əlibəyli AXCP-Müsavat ittifaqına meyllənib
2010-07-29 Eldəniz Quliyev də VİP-lə ALP-nin yaradacağı bloka qoşulur
2010-07-29 MSK-dan Natiq Məmmədovun sözlərinə əlavə şərh gəldi
2010-07-29 Əli Əliyevlə Lalə Şövkətə qoşulacaq üçüncü partiya kim olacaq?
2010-07-29 Allahmədədli sakinləri Bakıya yeni yürüş edəcək
2010-07-29 Hulusi Kılıç Mətbuat Şurasının yeni ofisinin ilk diplomat qonağı oldu
2010-07-29 KİV DF direktorunun "jurnalist-mənzil şəhərciyi" ideyası ətrafında müzakirə açıldı
2010-07-29 Əflatun Amaşov "reket jurnalistlərin" məsələsini baş prokurorla müzakirə etdi
2010-07-29 Azərbaycanda daha bir dəstənin silahlı cihada hazırlığı ssenarisi açıldı
2010-07-29 Mirmahmud Mirəlioğlu DUİ-nin Müsavat-AXCP birliyinə qoşulması barədə məlumatlarda tarixin təhrif olunduğunu dedi
2010-07-29 Meksika körfəzində növbəti neft qəzası baş verib
2010-07-29 Binəqədi polisi Eyvazov Oqtaydan lüləsi kəsilmiş tüfəng tapdı
2010-07-29 QAT Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan etdi
2010-07-29 Qırğızıstanda çirkli pul üstündə həbs edilmiş azərbaycanlının vəziyyəti ağırlaşıb
2010-07-29 Dünya Bankının Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı hesabatı ciddi müzakirələrə yol açdı
2010-07-29 Cenevrədə ATƏT və Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya-Gürcüstan danışıqları başlayıb
2010-07-29 Saakaşvilinin "Biz ki zənci deyilik" sözləri aləmi qarışdırıb
2010-07-29 Obama mətbuata sızan məxfi məlumatlara reaksiya verdi
2010-07-29 BMT-nin Azərbaycanda yeni rezidenti Eldar Mahmudovla görüşdü
2010-07-29 Seçkilərin Monitorinq Mərkəzi internetdə vaxtsız deputat təbliğatlarını qanunsuz saymadı
2010-07-29 ATƏT Azərbaycanda seçkiqabağı mühitlə bağlı ilk hesabatı açıqladı
2010-07-29 Politoloq Dağlıq Qarabağın müstəqillik qərarından BMT məhkəməsinə şikayət etməyə lüzum görmür
2010-07-29 Erməni lobbisi Sarkisyana qəzəblənib
2010-07-29 Ötən gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş on bir nəfər xilas olunub
2010-07-29 Ünvanlı yardımlara görə Sosial Müdafiə Nazirliyinin 40 məsul əməkdaşı cəzalandırıldı
2010-07-29 Hökumət çoxmərtəbəli binalardakı mənzillərlə bağlı yeni qayda tətbiq etdi
2010-07-29 Sumqayıtın istehlak malları mağazalarında reydlər keçirilib
2010-07-29 "Səid Dadaşbəylinin dəstəsi"nin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
2010-07-29 Dini Komitə "Dini liderlərin Bakı sammiti" barədə xəbərlərə düzəliş verdi
2010-07-29 Dini Komitə və Ədliyyə Nazirliyinə əlavə səlahiyyət verildi
2010-07-29 Lənkəran Əliyevdən sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılmış yoxlamaların məhkəmə istintaqı başladı
2010-07-29 Dəhşətli istilər Azərbaycan meşələrini yandıra-yandıra gedir
2010-07-29 Yerli taxıl istehsalının tələbatımızı ödəməyəcəyi rəsmən təsdiqləndi
2010-07-29 "Xəzər Lənkəran" Denis Romanovsla iki illik müqavilə bağladı
2010-07-29 Diktator yığma komandanın rəhbərliyini danladı
2010-07-29 "Real"la "İnter" Maykon məsələsində razılığa gəldi
2010-07-29 "Barselona"nın 442 milyon avro borcu yaranıb
2010-07-29 "Qalatasaray"ın üç yeni forması təqdim olundu
2010-07-29 Fatih Təkkə Türkiyədə klub alır
2010-07-29 Elano "Rubin"də çıxış edə bilər
2010-07-29 Raul "Şalke-04"lə iki illik müqavilə bağladı
2010-07-29 "Qalatasaray"ın sabiq futbolçusu Rumıniyada bazar tikdirir
2010-07-29 "Everton" Araz Abdullayevi transfer etmək istəmir?
2010-07-29 Argentina millisində Maradona erası sona çatdı
2010-07-29 Azərbaycanın intellektual komandası erməniləri və gürcüləri üstələdi
2010-07-29 Bu ilin altı ayında Azərbaycanda mənzil tikintisinə qoyulan vəsait 5 dəfə artıb
2010-07-29 Azərbaycanda neft-qaz sahəsində bəzi idxal rüsumları ləğv edildi
2010-07-29 Azər Orucov Gədəbəydə yeniyetməni qətlə yetirən Rəhman Namazovun cinayətini sübut etdi
2010-07-29 Yaxın üç gündə hava dəhşətli dərəcədə istiləşəcək
2010-07-29 Qubanın 2-ci Nügədi kəndində qəbiristanlıq yanıb
2010-07-29 Sumqayıtdakı "Şərq bazarı"nın ətrafını partlamış boru suları basır
2010-07-29 Şou müğənnilər yol polislərini cana doydurub
 
 
 
Copyright (c) Bakı Xəbər 2009