29 Iyul 2010-cı il, N 394(1890)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3669)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1292)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1262)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1149)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1112)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1108)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Efirdə "geydirmə" sözü işlətmək olarmı?
Allahverdi Eminov: "Etimologiyasına nəzər salsaq, bu söz çox pis məna verir"
Kütləvi informasiya vasitələrinin əsas vəzifələrindən biri ana dilinin qayğısına qalmaq, onu təcavüzdən qorumaq, ondan yerli-yerində istifadə eləməkdir. Lakin çox zaman efirdə buna əməl edilmir. Xüsusən də bəzi özəl radiolarda dilimizə hörmət edilmir.
   Jarqon sözlərdən istifadə isə artıq o həddə çatıb ki, bir çox verilişlərdə aparıcılar bu ifadələrdən istifadə edir. Nədənsə, radio sahəsində çalışan həmkarlarımız yalnız gecə efirində deyil, gündüz də dinləyiciləri bəs deyincə jarqon sözlərə "qonaq" edir.
   Küçədə, bayırda işlənən elə sözlər, ifadələr var ki, biz onları heç məişətimizdə dilə gətirməyi özümüzə rəva görmürük. Amma radiolarda işləyənlər bunları işlətməkdən, dilə gətirməkdən yorulmur.
   Dünən səhər ANS ÇM radiosunu dinləyərkən bir söz diqqətimizi çəkdi. Aparıcı hansısa bir proqramda "geydirmədir" sözünü işlətdi. Tək bir televiziya yox, başqa teleradiolarda da belə faktlara rast gəlmək mümkündür. "Geydirmə" jarqon ifadədir və çox zaman onu evdə, ailə yanında dilə gətirmirik. Amma efirdən aparıcı bunu səsləndirir.
   Pedaqoji elmlər namizədi Allahverdi Eminov bizimlə söhbətində bildirdi ki, nəinki efiri, hətta bəzi qəzetləri də jarqon sözlər başına götürüb. A.Eminovun dediyinə görə, o dəfələrlə küçə sözlərini televiziya efirindən eşidib: "Yalnız ANS ÇM radiosu deyil, başqa radiolarda da, televiziyalarda da jarqon sözlərdən istifadə edilir. Bir aparıcının radiodan birbaşa "geydirmə" sözünü dilə gətirməsi yaxşı hal deyil. Bunu pisləyirəm. Ümumiyyətlə, jarqon sözlərin mətbuata gətirilməsinə yaxşı baxmıram. "Geydirmə" sözün etimologiyasına nəzər salsaq, pis məna verir. Bu şeyləri qəbul eləmirəm. Redaktorlar bu məsələyə xüsusi önəm verməlidir. Unutmaq lazım deyil ki, kütləvi informasiya vasitələri insanları maarifləndirməlidir. Ölkənin aparıcı qəzetlərində də kifayət qədər dil qüsurları, jarqon ifadələrə rast gəlinir. Xüsusən də köşə yazılarında. Yeni jurnalistlər mətbuata jarqon sözlər gətirir. Hesab edirlər ki, bu yaxşı haldır. Amma mən əksini düşünürəm. Dilimizin qayda və prinsiplərinə bütün KİV-lər əməl eləməlidir".
   A.Eminov hesab edir ki, KİV-də çalışan hər bir jurnalist, redaktor təqdim elədiyi sözün, ifadənin dərindən mənasına varmalı, yalnız bundan sonra onu ortalığa çıxarmalıdır.
   
Aytəkin KƏRİMLİ
Şou müğənnilər yol polislərini cana doydurub
"Bəziləri hətta özünü dövlət xadimləri ilə eyniləşdirir"
Ərköyünlüyə adət eləmiş bəzi şou müğənniləri az-çox populyarlıqlarından istifadə edərək qanunları pozmağa vərdiş edib. Onlar bir qədər bərkə-boşa düşəndə, cəmiyyətin digər təbəqələrində təmsil olunan insanların haqlı iradı ilə qarşılaşanda isə çaşır. Bu adamlar heç bir kəsdən özlərinə təzyiqi qəbul etmək istəmir.
   Bir çox hallarda, şou-biznesçilərə elə elə gəlir ki, kimlərinsə gözü onların məşhurluğunu götürmür.
   Şou-biznesçilərin hərəsinin öz şəxsi avtomobili var. Maşınların əksəriyyətinin qiyməti isə 100-200 min manat dəyərindədir. Bu adamların çoxu istəyir ki, avtomobili özü idarə eləsin. Şou müğənnilərinin sükan arxasında əyləşməsi isə çox zaman qəzalara səbəb olur. Bu yaxınlarda Rəqsanənin qəza törətməsi çoxlarına məlumdur. Onun ardınca isə digər müğənni Ülviyyə Rəhimova avtomobilini aşırdı, nəticədə özü ağır bədən xəsarəti aldı, anası isə dünyasını dəyişdi. Şou müğənnilərin paytaxt küçələrində, eləcə də şəhərətrafı yerlərdə avtomobili çox böyük sürətlə idarə etdiyi bildirilir. Hətta çox zaman onların sükan arxasına içkili vəziyyətdə oturduğu da deyilir.
   Müğənnilər bəzən şikayət edirlər ki, Yol Polisinin əməkdaşları onları tez-tez cərimələyir. Onların sözündən belə çıxır ki, guya yol polisi bunu nahaqdan edir. Yol polislərinin qeyri-obyektivliyindən şikayətlənənlərdən biri də müğənni Zamiqdir. Zamiq mətbuata deyib ki, yol polisləri onu yaman incidir. Müğənninin sözlərinə görə, demək olar ki, hər gün o, yol polisinə cərimə ödəyir. Maraqlıdır ki, bu zaman Zamiq özünün qanunsuzluq etməsini, qəza vəziyyəti yaratmasını dilə gətirmir. Necə ola bilər ki, sürücü hər gün cərimə ödəsin, hər dəfə də günahkar yol polisi olsun?
   Zamiq onu yolda saxlayan "QAİ" işçilərinin hərəkətini pisləməklə yanaşı, bildirib ki, maşın qoşa ağ zolağın üstündən keçən kimi Yol polisi onu saxlayır. Yol polisinin şou müğənnilərini çox incitdiyini deyən Zamiq hesab edir ki, onlar səhnə adamı olduğu üçün bütün sahələrdə onlara güzəştlər edilməlidir. Yol polisinin də müğənnilərin vəziyyətini başa düşməli olduğunu bildirən Zamiqin sözlərinə görə, yalnız şou müğənniləri deyil, avtomobil sahiblərinin böyük əksəriyyəti şəhərdə normal maşın sürə bilmir.
   Başqa şou müğənniləri də yol polisindən narazıdır. Şou-biznesçilərə elə gəlir ki, "QAİ" işçiləri bütün vaxtlarda onların yol hərəkəti qaydalarını pozmasına göz yummalıdır. Onların sözündən belə çıxır ki, şou müğənnilərinin qanuna riayət eləməsi, törətdiyi qəzaya görə qarşılıq ödəməməsi keçərli olmalıdır. Şou əhli Azərbaycan qanunlarına həmişə sayğısızlıq göstərir. Məlumdur ki, onların çoxunun dövlətə kifayət qədər vergi borcu var. Bu adamlar vergi ödəmək əvəzinə fikirləşirlər ki, şou müğənnilərinin vergi borcları ləğv olunmalıdır. Çünki onlar şou müğənniləridir. Deyirlər ki, vergi sahəsində çalışanların, polislərin və başqa yerlərdə işləyənlərin şad günündə pulsuz oxuduqlarına görə onlara "yaşıl işıq" yandırılmalıdır. Şou əhli özünü yazıq görkəmdə təqdim eləmək istəsə də, buna heç kəs inanmaz. Çünki az qala bütün sahələrdə onlara, cüzi də olsa, güzəşt edilir. Yol polisləri deyir ki, şou müğənnilərini saxlayarkən yeri gələndə heç onlara cərimə də ödətdirmirlər. Amma bəzilərinin özlərini çox yekəxana, göydən aparması polisləri hiddətləndirir. Zamiqin şikayətinə gəlincə, yol polisləri deyir ki, yalnız o deyil, başqaları da avtomobilini saxlayanda polislərin üstünə hücüm çəkib "siz kimsiniz ki, məni saxlayırsınız? Heç bilirsiniz mən kiməm?" deyir. Yəni şou əhli öz kobudluğu, başqalarının peşəsini aşağılamaq niyyəti güddüyü üçün bu şəkildə cəzalandırılır. Yol Patrul Xidmətində çalışan tanışımızın dediyinə görə, şou əhlinin tərbiyəsizliyi onları cana doydurub. Hətta bəzi şou müğənnilərinin mənfi davranışı üzündən elə olub ki, onların maşını bir-iki günlük də olsa cərimə meydançasında qalıb. Yol Patrul Xidməti əməkdaşı onu da bildirdi ki, şou müğənniləri çox zaman içkili, hallı vəziyyətdə yaxalanır. Bu halda onlar polislərə dil töküb yalvarmaqla canını qurtarır. Gecələr şou müğənnilərinin çox pis maşın sürdüyünü deyən Xidmət əməkdaşının bildirdiyinə görə, onlar bəzən özlərini məmurlarla müqayisə edir. Yəni deyir ki, niyə filankəs bu yoldan keçəndə onun üçün yol boşaldılır, bizim üçün yox? Tanışımız dedi ki, artıq şou müğənnilərinin biabırçılığına, tərbiyəsiz davranışlarına, Azərbaycan qanunlarını saymamasına rəsmi qurumlar göz yummaq fikrində deyil. Onlar qarşısına tez bir zamanda şou müğənnilərinə bu və digər şəkildə öz hədlərini göstərmək məqsədi qoyub.
   
Əli TURABOV
 
 
 SON XƏBƏRLƏR
2010-07-29 QMİ Həcc ziyarətinə zəvvar yığır
2010-07-29 Türkiyədən qalxan sərnişin təyyarəsi İslamabadda təpəliyə düşdü
2010-07-29 Xankəndidə Ermənistan Milli Çempionatının qarşısı alındı
2010-07-29 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
2010-07-29 KİV DF-nin maliyyə dəstəyi ilə daha bir tədbir keçirildi
2010-07-29 Əlaçı orta məktəb məzunlarının işi Təhsil Nazirliyində araşdırılacaq
2010-07-29 Nərimanovda qızıl boyunbağı olan çantanı oğurlayan Elşən Bayramov həbs olundu
2010-07-29 Nəsimi polisi soyğunçu Babayev Etibarı həbs etdi
2010-07-29 Nəsimi rayonunda yaşayış binası yandı
2010-07-29 Birləşmiş Ştatlar daha bir rus qadın casusu ifşa edib
2010-07-29 Avqustun 11-i orucluğun ilk günü elan edildi
2010-07-29 Gürcüstan müharibəyə hazırlaşır?
2010-07-29 Dünya sosialistlərinin başçısı Azərbaycana gəlir
2010-07-29 Azərbaycan prezidenti Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət nazirini qəbul edib
2010-07-29 Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirinin gəlməsi ətrafında qeyri-müəyyənlik hələ də qalır
2010-07-29 Vətəndaş və İnkişaf Partiyası yeni 105 minə qərargah alıb
2010-07-29 "Nurəddin bəy öz işi ilə məşğul olsa yaxşıdır"
2010-07-29 Prezidentin göstərdiyi problemin əsas baiskarı banklar və SC-lərdir
2010-07-29 Qulamhüseyn Əlibəyli AXCP-Müsavat ittifaqına meyllənib
2010-07-29 Eldəniz Quliyev də VİP-lə ALP-nin yaradacağı bloka qoşulur
2010-07-29 MSK-dan Natiq Məmmədovun sözlərinə əlavə şərh gəldi
2010-07-29 Əli Əliyevlə Lalə Şövkətə qoşulacaq üçüncü partiya kim olacaq?
2010-07-29 Allahmədədli sakinləri Bakıya yeni yürüş edəcək
2010-07-29 Hulusi Kılıç Mətbuat Şurasının yeni ofisinin ilk diplomat qonağı oldu
2010-07-29 KİV DF direktorunun "jurnalist-mənzil şəhərciyi" ideyası ətrafında müzakirə açıldı
2010-07-29 Əflatun Amaşov "reket jurnalistlərin" məsələsini baş prokurorla müzakirə etdi
2010-07-29 Azərbaycanda daha bir dəstənin silahlı cihada hazırlığı ssenarisi açıldı
2010-07-29 Mirmahmud Mirəlioğlu DUİ-nin Müsavat-AXCP birliyinə qoşulması barədə məlumatlarda tarixin təhrif olunduğunu dedi
2010-07-29 Meksika körfəzində növbəti neft qəzası baş verib
2010-07-29 Binəqədi polisi Eyvazov Oqtaydan lüləsi kəsilmiş tüfəng tapdı
2010-07-29 QAT Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan etdi
2010-07-29 Qırğızıstanda çirkli pul üstündə həbs edilmiş azərbaycanlının vəziyyəti ağırlaşıb
2010-07-29 Dünya Bankının Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı hesabatı ciddi müzakirələrə yol açdı
2010-07-29 Cenevrədə ATƏT və Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya-Gürcüstan danışıqları başlayıb
2010-07-29 Saakaşvilinin "Biz ki zənci deyilik" sözləri aləmi qarışdırıb
2010-07-29 Obama mətbuata sızan məxfi məlumatlara reaksiya verdi
2010-07-29 BMT-nin Azərbaycanda yeni rezidenti Eldar Mahmudovla görüşdü
2010-07-29 Seçkilərin Monitorinq Mərkəzi internetdə vaxtsız deputat təbliğatlarını qanunsuz saymadı
2010-07-29 ATƏT Azərbaycanda seçkiqabağı mühitlə bağlı ilk hesabatı açıqladı
2010-07-29 Politoloq Dağlıq Qarabağın müstəqillik qərarından BMT məhkəməsinə şikayət etməyə lüzum görmür
2010-07-29 Erməni lobbisi Sarkisyana qəzəblənib
2010-07-29 Ötən gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş on bir nəfər xilas olunub
2010-07-29 Ünvanlı yardımlara görə Sosial Müdafiə Nazirliyinin 40 məsul əməkdaşı cəzalandırıldı
2010-07-29 Hökumət çoxmərtəbəli binalardakı mənzillərlə bağlı yeni qayda tətbiq etdi
2010-07-29 Sumqayıtın istehlak malları mağazalarında reydlər keçirilib
2010-07-29 "Səid Dadaşbəylinin dəstəsi"nin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
2010-07-29 Dini Komitə "Dini liderlərin Bakı sammiti" barədə xəbərlərə düzəliş verdi
2010-07-29 Dini Komitə və Ədliyyə Nazirliyinə əlavə səlahiyyət verildi
2010-07-29 Lənkəran Əliyevdən sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılmış yoxlamaların məhkəmə istintaqı başladı
2010-07-29 Dəhşətli istilər Azərbaycan meşələrini yandıra-yandıra gedir
2010-07-29 Yerli taxıl istehsalının tələbatımızı ödəməyəcəyi rəsmən təsdiqləndi
2010-07-29 "Xəzər Lənkəran" Denis Romanovsla iki illik müqavilə bağladı
2010-07-29 Diktator yığma komandanın rəhbərliyini danladı
2010-07-29 "Real"la "İnter" Maykon məsələsində razılığa gəldi
2010-07-29 "Barselona"nın 442 milyon avro borcu yaranıb
2010-07-29 "Qalatasaray"ın üç yeni forması təqdim olundu
2010-07-29 Fatih Təkkə Türkiyədə klub alır
2010-07-29 Elano "Rubin"də çıxış edə bilər
2010-07-29 Raul "Şalke-04"lə iki illik müqavilə bağladı
2010-07-29 "Qalatasaray"ın sabiq futbolçusu Rumıniyada bazar tikdirir
2010-07-29 "Everton" Araz Abdullayevi transfer etmək istəmir?
2010-07-29 Argentina millisində Maradona erası sona çatdı
2010-07-29 Azərbaycanın intellektual komandası erməniləri və gürcüləri üstələdi
2010-07-29 Bu ilin altı ayında Azərbaycanda mənzil tikintisinə qoyulan vəsait 5 dəfə artıb
2010-07-29 Azərbaycanda neft-qaz sahəsində bəzi idxal rüsumları ləğv edildi
2010-07-29 Azər Orucov Gədəbəydə yeniyetməni qətlə yetirən Rəhman Namazovun cinayətini sübut etdi
2010-07-29 Yaxın üç gündə hava dəhşətli dərəcədə istiləşəcək
2010-07-29 Qubanın 2-ci Nügədi kəndində qəbiristanlıq yanıb
2010-07-29 Sumqayıtdakı "Şərq bazarı"nın ətrafını partlamış boru suları basır
2010-07-29 Şou müğənnilər yol polislərini cana doydurub
 
 
 
Copyright (c) Bakı Xəbər 2009