29 Iyul 2010-cı il, N 394(1890)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1756)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1262)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1149)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1111)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1108)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Sumqayıtdakı "Şərq bazarı"nın ətrafını partlamış boru suları basır
9-cu mikrorayonda deşilmiş su borusunu niyə təmir etmirlər?
Bir gözəl deyim var ki, onu da həmişə qulağımızda sırğa edib saxlamışıq. Bu gün də "su həyat mənbəyidir" deyib, elə bu mənbənin üzərində dayanırıq. Ancaq təəssüfləndirici haldır ki, əksər vaxtlar örnək dolu kəlamları "qulaqardına" vurub işləri istədiyimiz məcraya yönəldirik.
   Elə bizim ayrı-ayrı dövlət strukturlarında çalışan bəzi səlahiyyət sahibləri kimi. Deyəsən, bu dəfə iş onların istədiyi məcraya deyil, əks səmtə yönəlib ki, bütün gizli "paxırlar" üzə çıxıb. Lap elə Sumqayıt şəhər 9-cu mikrorayon sakinlərinin şikayətləri kimi.
   Beləliklə, ölkənin 3 ən böyük şəhərindən biri olan Sumqayıtın 9-cu mikrorayon ərazisində yerləşən "Şərq" bazarına yaxın hissəsində su gölməçələri, az qalıb ki, Kür çayı kimi kükrəyib daşsın. İş orasındadır ki, yaşayış binalarına içməli su nəql olunan böyük diametrli boru xətti 2009-cu il dekabrın 29-dan deşilib və bunun nəticəsində yüksək təzyiqlə gedən suyun bir hissəsi ətrafdakı obyektlərin ərazisinə və yaxınlıqdakı küçəyə axaraq bütün qış boyu ərazidəki küçədə çoxsaylı gölməçələr, palçıq əmələ gətirib. Artıq 7 aya yaxındır davam edən bu acınacaqlı vəziyyət həm piyadalar, həm də avtomobil sahibləri üçün əlavə problem, narahatlıq yaradır. Bundan başqa, ərazidə suyun yaratdığı çirkab, üfunətli qoxu az qalıb sakinlərin canına malyariya xəstəliyi salsın. Kanalizasiya sisteminin işləməməsi isə problemi daha dözülməz həddə çatdırıb.
   Qeyd edək ki, bizdə, ümumiyyətlə, kanalizasiya sistemi düzgün qrulmadığından, yollar isə bir qayda olaraq normativə uyğun çəkilmədiyindən bu ərazi, bir çox başqa yerlər kimi, yağışdan sonra keçilməz vəziyyətə düşür. Ətrafda yaşayan sakinlərin, fəaliyyət göstərən ticarətçilərin dediyinə görə, qəza yerinə bir dəfə əlaqədar təşkilatlardan, konkret olaraq su istismarı idarəsinin məsul işçiləri, fəhlələri gəlsələr də, məsələ həllini tapmayıb. Şahidlərin dediyinə görə, boru ətrafında qazıntı işləri aparılaraq, borunun təmirinə cəhd edilib. Ancaq cəhd uğursuz olub və bu da təbiidir. Çünki boruya sadəcə olaraq çiv-taxta-kol vurmaqla problemi həll etmək mümkün deyil.
   Aydındır ki, boru bir neçə yerdən deşildiyindən, müvafiq hissəsi bütövlükdə dəyişdirilməlidir və bu da aidiyyəti idarədən həm daha ciddi münasibət, həm də müəyyən vəsait tələb edir. Hər bir halda, artıq məşhur olmuş borunun təmiri, sakinlərin deyil, müvafiq qurumların işidir.
   əhalinin suya olan borcunun su idarəsi tərəfindən inadla tələb olunması fonunda milli sərvət olan suya qarşı belə israfçı münasibət başadüşülən deyil. Acınacaqlı və təhlükəli məqam odur ki, adıçəkilən ərazidən həm də yüksək gərginlikli elektrik xətləri, kabellər keçir.
   Ərazidə fəaliyyət göstərən sahibkarlar onu da bildirir ki, dəfələrlə bu barədə müvafiq orqanlara müraciət etmələrinə baxmayaraq, hələ ki, aidiyyəti orqanlar müsbət nəticə verəcək addım atmayıblar. Əvəzində cavab olaraq sahibkarlara "pul verin düzəltdirək" təklifini irəli sürüblər. Yəni dövlət sturukturu olan Su Təsərrüfatı İdarəsinin görəcəyi iş sahibkarların üzərinə atılıb. Onlar da mövcud problemin qanun çərçivəsində həll olunmasını istəyir. Qeyd edək ki, borunun təmir olunması üçün sahibkarlardan heç də az vəsait tələb olunmayıb.
   Şikayətçilər içməli suyun aylardır boş-boşuna küçələrə axmasından, israfçılıqdan ürək dolusu danışdılar. Bunun əlaqədar təşkilatlar tərəfindən bilindiyini isə xüsusi vurğuladılar. Ümid edirik, bu yazıdan sonra Sumqayıt şəhərinin müvafiq qurumları məsələnin həlli istiqamətində müəyyən addımlar atacaq. Şikayətçilərin, sahibkarların su arzusunu ürəyində qoymayacaq.
   
Samir SƏFƏROĞLU.
Qubanın 2-ci Nügədi kəndində qəbiristanlıq yanıb
Dünən Quba rayonunda 2 yanğın hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun xəbərinə görə, hadisələrdən biri saat 15.00 radələrində 2-ci Nügədi kəndinin 9-cu məhəllə adlanan ərazisində baş verib.
   Kənd sakininə məxsus təndirxanada yaranan alov 9 kvadratmetrlik sahəni külə döndərib. Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını cəlb edilib və yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. Daha bir hadisə isə saat 16.00 radələrində Qubanın Əlibəyqışlaq kəndinin yaxınlığındakı meşədə yerləşən qəbiristanlıqda baş verib. 1 hektar ərazidə yaranan alov 10-dək məzara öz təsirini göstərib. Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını gəlib. Kənd sakinlərinin də yaxından köməyi sayəsində yanğının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına yaxınlıqdakı elektrik xətlərində qısaqapanma səbəb olub. Quba Yanğından Mühafizə Xidmətinin rəisi Əzizağa Qasımovun APA-ya verdiyi məlumata görə, son 2 gün ərzində Quba rayonunda 5 yanğın hadisəsi qeydə alınıb. Yanğınların bir səbəbi də qızmar və küləkli hava şəraitilə əlaqələndirilir.
   
Yaxın üç gündə hava dəhşətli dərəcədə istiləşəcək
Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava çox isti olacaq, cənub-şərq küləyi əsəcək.
   Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə havanın temperaturu gecə 23-27, gündüz 36-39, bəzi yerlərdə 41dərəcə olacaq, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq, şərq küləyi əsəcək.
   
TURAN
Azər Orucov Gədəbəydə yeniyetməni qətlə yetirən Rəhman Namazovun cinayətini sübut etdi
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gədəbəy rayonunda yeniyetməni qətlə yetirməkdə ittiham olunan Rəhman Namazovun məhkəməsi yekunlaşıb.
   APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə R.Namazov 15 il müddətinə azadlıqdan məhrum edilib.
   İttihama görə, 1995-ci il təvəllüdlü Ramin Allahverdiyevin valideynləri onun itkin düşməsi barədə polisə məlumat verib. Axtarış tədbirlərinə baxmayaraq, R.Allahverdiyevi tapmaq mümkün olmayıb.
   Gədəbəy Rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində 14 yaşlı Raminin qətlə yetirildiyi məlum olub. İstintaq müəyyən edib ki, R.Allahverdiyev qonşusu, 1985-ci il təvəllüdlü Rəhman Namazov tərəfindən qətlə yetirilib. R.Namazov cinayət əməlini gizlətmək məqsədilə yeniyetmənin meyitini hissələrə bölərək dağlıq ərazidə torpağa basdırıb.
   Araşdırmalar zamanı məlum olub ki, qonşular arasında it üstündə dava düşüb. R.Namazov və R.Allahverdiyevin itlərinin boğuşması hər iki şəxsin mübahisə etməsinə səbəb olub. Mübahisə isə R.Allahverdiyevin itinin R.Namazovun itinə qalib gəlməsi üstündə baş verib. R.Allahverdiyev "bax, mənim itim, sənin itini boğdu" deməsi Namazova təsir edib. Bu sözlərdən təsirlənən R.Namazov özündə olan bıçaqla R.Allahverdiyevi qətlə yetirib. O, daha sonra törətdiyi ağır cinayəti gizlətmək məqsədilə Allahverdiyevi bir neçə hissəyə bölüb və dağların arasında basdırıb.
   
   
   
Azərbaycanda neft-qaz sahəsində bəzi idxal rüsumları ləğv edildi
Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunun təkmilləşdirilməsilə əlaqədar olaraq bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib.
   Hökumətin qərarına əsasən, "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Nazirlər Kabinetinin qərarına edilmiş dəyişikliklə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycana verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Dövlət Neft Fonduna (ARDNF) və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar gömrük idxal rüsumlarından azad olunub.
   Qeyd edək ki, buna qədər 1998-ci ildə qəbul edilmiş qərara əsasən, Azərbaycana, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin ARDNF-ə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar gömrük idxal rüsumlarından azad olub.
   Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarına etdiyi əlavəyə əsasən, neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycana verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin ARDNF-ə və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycanı təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar əlavə dəyər vergisindən azad olunub.
   
Bu ilin altı ayında Azərbaycanda mənzil tikintisinə qoyulan vəsait 5 dəfə artıb
Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator - CSI) 2010-cu ilin iyun ayı üzrə 111% təşkil edib. "APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin may ayında bu indikator 159%, apreldə 169%, martda 83,7%, fevralda 160,6%, yanvarda isə 34,3%-ə bərabər olub.
   CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın analoji göstəricisinə nisbəti kimi hesablanır. Mənzil tikintisi prosesini xarakterizə edən CSI indikatoru əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və iqtisadiyyatın ümumi inkişaf səviyyəsinin göstəricisi hesab olunur.
   Qeyd edək ki, 2010-cu ilin iyun ayında mənzil tikintisinə 91 mln. manat, may ayında 81,9 mln. manat, apreldə 51,4 mln. manat, martda 30,4 mln. manat, fevralda 36,3 mln. manat, yanvarda isə 22,6 mln. manat həcmində maliyyə vəsaiti yönəldilib. Beləliklə, CSI indikatorunun 100% səviyyəsindən yüksək olması mənzil tikintisinə yönəldilən investisiyaların həcminin artdığını və ümumilikdə tikinti işlərinin genişləndiyini əks etdirir.
   
Azərbaycanın intellektual komandası erməniləri və gürcüləri üstələdi
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XII Cənubi Qafqaz çempionatında Azərbaycan qalib gəlib.
   "Atəşgah İntellektual Oyunlar Klubu"nun İnformasiya siyasəti və mətbuatla əlaqələr xidmətindən APA-ya verilən məlumata görə, çempionatda üç Cənubi Qafqaz respublikasını təmsil edən 54 komanda 6 oyun turuna bölünərək mübarizə aparıb. Marafonun ilk turlarından liderliyə yiyələnərək onu əldən verməyən Balakişi Qasımovun komandası (Anar Əzimov, Adnan Axundov, Elman Talıbov, Anar Quliyev, Rauf Nəcəfli) 75 mümkün xaldan 64-ü toplayıb, ən yaxın rəqibini 7 xal qabaqlayaraq inamlı qələbə qazanıb. Çempionatın ikinci yerini də Azərbaycanı təmsil edən və Faiq Hüseynovun rəhbərlik etdiyi komanda (Emil Mədətov, Roman Orkodaşvili, Cəmilə Əzizova, Zaur Ağayev, Rüfət Abdulla) 57 xal toplamaqla tutub. Gürcüstanı təmsil edən David Rapavanın komandası və erməni komandalarından biri eyni xal yığmaqla üçuncü yeri bölüşüb. "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XII Cənubi Qafqaz Çempionatı çərçivəsində bir sıra qeyri-rəsmi səciyyə daşıyan yarışlar da keçirilib.
   
   
Yerli taxıl istehsalının tələbatımızı ödəməyəcəyi rəsmən təsdiqləndi
Hektardan məhsuldarlıq 26 sentnerdən 19 sentnerə düşüb, bir milyon 800 min ton taxıl yığılıb
Son dövrlər ölkə mediasında tez-tez müzakirə olunan məsələlərdən biri də kənd təsərrüfatı məhsullarının qiymətlərində artımların olmasıdır. Bahalaşmanın səbəbləri, ilk növbədə, meyvə-tərəvəz mövsümünün bitməsi, bir neçə regionda baş vermiş təbii fəlakətlər üzündən qıtlıq yaranması ilə əlaqədardır.
   İqtisadçılar hesab edir ki, ilin ikinci yarısında da qiymət artımı gözlənilən və qaçılmaz prosesdir. Sözügedən artımlar istehsala bir o qədər də təsir göstərmir. Yəni bahalaşma olarsa, istehsalçılar öz məhsullarının qiymətini artıracaq. Amma bu artımlar ümumi dövriyyəyə, alıcılıq qabiliyyətinə və əhalinin sosial-iqtisadi durumuna təsir edəcək.
   Lakin bu fonda daha çox diqqət yetirilən məqamlardan biri də taxılla bağlıdır. Artıq Kənd Təsərrüfatı Nazirliyində etiraf edirlər ki, yerli istehsal taxıla olan tələbatı ödəməyəcək. Taxılçılıq bölgələrindəki taxıl sahələrində və zəmilərdə "sarıpas" xəstəliyinin kütləviləşməsi, eləcə də cari ildə baş verən təbii fəlakətlər üzündən öncədən verilmiş proqnozdan az məhsulun yığıldığı məlumdur. Digər tərəfdən, son zamanlar biçilməmiş taxıl sahələrində və zəmilərdə baş verən leysan yağışları da məhsuldarlığı kifayət qədər azaltmaqdadır.
   Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdir müavini Rizvan Mustafayev bildirir ki, sahənin 97 faizində taxıl biçilib: "Biçilmiş zəmilərdən tədarük edilən məhsulun həcmi 1 milyon 811 min 622 tondur. Hər hektar sahədə məhsuldarlıq 19,9 sentner olub. Ötən il isə bu göstərici 26 sentner idi. Builki azalma, daha çox, gözlənilməz yağışlar, yəni hava şəraitinin qeyri-sabit keçməsilə əlaqədardır".
   Onun sözlərinə görə, hətta bəzi rayonlarda qeyri-sabit hava şəraitilə əlaqədar taxıl biçinini davam etdirmək qəlizləşib: "Məhz həmin səbəblər üzündən də dağətəyi və dağlıq rayonlarda biçin müvəqqəti səngiyib. Şəki, Şəmkir, Şamaxı, Quba, Qusar, İsmayıllı, Yardımlı, Tovuz rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında biçilməmiş taxıl sahələri hələ də var. Hətta hava şəraiti imkan vermədiyindən, Gədəbəy rayonunda olan 625 hektarlıq zəminin biçininə hələ də başlanmayıb. Böyük ehtimalla, adıçəkilən rayondakı taxıl sahələrinin biçininə avqustun 7-dən etibarən başlanacaq".
    Rizvan Mustafayev "Həftə içi" qəzetinə açıqlamasında təsdiq edib ki, yerli istehsal taxıla olan tələbatı ödəməyəcək. Onun sözlərinə görə, cari il üzrə öncədən verilmiş proqnoz 2,5 milyon ton məhsul olsa da, sel və daşqınlar nəticəsində subasma və təbii fəlakət zonalarındakı taxıl sahələrinin tamamilə məhv olması və yararsız hala düşməsilə əlaqədar olaraq vəziyyət yenidən təhlil edilib və proqnoz yenilənib: "Yəni yeni proqnozumuza görə, tədarük ediləcək məhsulun həcmi 2 milyon ton olacaq. Onu da deyim ki, Azərbaycanın ərzaq buğdasına olan tələbatının ödənilməsi üçün bizə 1 milyon 620 min ton ərzaq buğdası lazımdır. Ancaq iyulun 26-na kimi respublika ərazisindəki biçilmiş zəmilərdən 1 miylon 283 min 419 ton ərzaq buğdası istehsal edilib. Rəqəmlərdən də göründüyü kimi, tələbatımız ödənilməyəcək. Yəni faktiki olaraq, hazırda 336 min 581 ton ərzaq buğdasına ehtiyacımız var. Ona görə də tələbatımızı ödəmək üçün xarici dövlətlərdən ərzaq buğdası almaq məcburiyyətindəyik. İdxalın hansı həcmdə olacağı və hansı xarici ölkələrdən alınacağı məsələsinə gəlincə, bu proses taxıl biçini başa çatdıqdan və son müzakirələr aparıldıqdan sonra verilən qərarla əlaqədar olaraq həyata keçiriləcək".
   Bu fonda isə taxılın qiyməti günü-gündən bahalaşmaqda davam edir. Biçin vaxtı 16 qəpiyə olan buğdanın kiloqramı indi 25-30 qəpiyə qalxıb. Bahalaşmanın səbəblərilə bağlı müxtəlif fikirlər səslənir. Salyandan olan fermer Elçin Əzizov "Azadlıq" radiosuna bildirir ki, buğdanın ötən illə müqayisədə indi xeyli baha olması, əslində bu sahəyə lazımı diqqət yetirilməməsilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanın ehtiyacı daha çox xaricdən gətirilən buğda hesabına ödənildiyindən, ölkədə neçə illərdir taxıl istehsalına lazımı diqqət yetirilmir: "Əsas problem toxum məsələsi və torpağa lazımı qulluğun göstərilməməsilə bağlıdır. Demək olar ki, 1992-ci ildən bəri torpaqlara gübrələr verilmir, bu bəlkə də Azərbaycanın hər yerində belədir. Yer də qüvvədən düşüb, keyfiyyətli toxum yoxdur, bir yandan da məsuliyyətsizlik baş alıb gedir. Yer də qoca, toxum da qoca, bu da avtomatik olaraq taxıl qıtlığına gətirib çıxarır".
   İndi isə gözlənir ki, xaricdən ölkəyə gözlənildiyindən daha çox taxıl gətirilsin. Çünki xaricdən gətirilən məhsul nisbətən ucuz başa gəlir. Xatırladaq ki, ötən ilin sonunda
   Nazirlər Kabineti Dövlət Taxıl Fondu üçün xaricdən gətirilən taxıl və taxıl emalı məhsullarını əlavə dəyər vergisindən azad edib. Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədilə idxal olunan taxıl və taxıl emalı məhsulları, həmçinin, gömrük rüsumlarından azad olunub. Hökumətin qərarında bildirilib ki, bu addım fövqəladə hallarda istehlakçıların taxıl və taxıl emalı məhsullarına tələbatını ödəmək, taxıl və taxıl emalı məhsulları ehtiyatlarını formalaşdırmaq, lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə hökumət qurumlarının təklifi nəzərə alınaraq qəbul olunub.
   Xaricdən gətirilən taxıl və taxıl emalı məhsullarının əlavə dəyər vergisindən azad edilməsi və ölkəmizdə sözügedən məhsulun bahalaşması idxal taxıl biznesini qazanclı hala gətirir. Lakin bu, yerli taxıl istehsalına ciddi zərbə sayılır.
   
Tahir TAĞIYEV
Dəhşətli istilər Azərbaycan meşələrini yandıra-yandıra gedir
Son günlər havanın isti keçməsi bölgələrdə yanğınların yaranmasına səbəb olur. Bu yanğınlar, adətən bölgələrdə qurumuş otların istidən yanması, adamların ehtiyatsızlığı üzündən baş verir. Belə ki, yanğınlar ölkənin bütün bölgələrinə yayılsa da, ən çox şimal tərəfdə müşahidə edilir.
   Srağagün Şabran rayonunun 7 kəndində yanğın baş verib. Təqribən 1000 hektara yaxın əkin, biçənək, bağ sahələri yanıb, yanğın Zeyvə kəndinin yaxınlığındakı meşə massivinə doğru irəliləyib. Yanğının söndürülməsi üçün rayon sakinləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin şimal regional bölməsinin qüvvələri səfərbər edilib.
   Yanğının baş verdiyi sahələr dağlıq ərazi olduğundan, alovun qarşısının alınmasında çətinlik yaranıb. Hələlik baş verən yanğınlar nəticəsində heç kimin xəsarət almadığı bildirilir.
   Bundan əlavə, Qubanın Qırmızın qəsəbə yolundakı körpünün yaxınlığında, eləcə də Qəndab-Yalama avtomagistralının kənarında yerləşən meşə zolağında 3 ha meşə zolağı yanıb.
   FHN-in gündəlik məlumatlarına görə, Göyçay, Ağdaş, Ağstafa, Hacıqabul, Füzuli və digər rayonlarda tonlarla ot bağlaması, bir neçə ha kol-kos yanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələri qorumağa çağırır.
   
TURAN
Lənkəran Əliyevdən sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılmış yoxlamaların məhkəmə istintaqı başladı
Anar Eminov özünü qismən təqsirli bildi
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinin (TTM) keçmiş bölük komandiri, baş leytenant Anar Eminovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
   İttihama görə, təqsirləndirilən Anar Aydın oğlu Eminov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələrilə ittiham olunur.
   Məhkəmədə ifadə verən A.Eminov isə özünü qismən təqsirli bilib.
   Sonra proses zərərçəkən və şahid ifadələrilə davam etdirilib.
   Xatırladaq ki, 2009-cu ilə iyununda Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabiti istintaqa cəlb olunub. General-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra isə hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb.
   Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı aşkarlanıb, Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələrilə cinayət işi açılıb. Bundan sonra TTM-in Avtomobil Xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə Mənzil İstismar Xidmətinin rəisini əvəzləyən polkovnik-leytenant Elşən Abbasov, yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov, Əşya Xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə Xidmətinin rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev istintaqa cəlb olunub.
   Müddətdən artıq xidmət edən hərbçilərin bölük komandiri, kapitan Ramil Xammədov isə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
   Adıçəkilən digər hərbi qulluqçuların cinayət işinin ibtidai istintaqı isə ayrı icraatda aparılır.
   
Dini Komitə və Ədliyyə Nazirliyinə əlavə səlahiyyət verildi
Azərbaycanda qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri Ədliyyə Nazirliyi və nazirliyin rayon (şəhər) qeydiyyat şöbələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən öz səlahiyyətləri daxilində aparılacaq.
   Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" 13 aprel 2005-ci il tarixli 70 nömrəli qərarına dəyişikliklər və əlavə edilməsi barədə qərarında qeyd olunub.
   "Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi"nə 2 nömrəli əlavəyə "Hüquqi varislik" adlı 15-ci bənd əlavə edilib.
   Həmin qərarla təsdiq edilmiş "Xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət reyestri"nin adında "Xarici hüquqi şəxslərin" sözləri "Xarici qeyri-kommersiya hüquqi şəxslərinin" sözlərilə əvəz edilib.
Əlillər barədə vahid respublika məlumat bazası hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 410 min əlilin hər biri ilə şəxsi araşdırma aparır
Əlillərin sayında qeyri-dəqiqlik rəsmən təsdiqləndi
Elnur Kələntərli: "Prosedurun sərtləşdirilməsi saxta əlilliyin qarşısının alınmasına görədir"
   
   Qəzetimizin ötən sayında əlillərin problemlərinə toxunaraq, onların üzləşdiyi çətinliklərdən söz açmışdıq. Burada qeyd olunurdu ki, 1 milyondan çox qaçqını və 18 il müharibə vəziyyətində olan Azərbaycanda əlillərin sayı Yaponiyada və ya Almaniyada olduğundan azdır.
   Almaniyada bu göstərici 7, Yaponiyada 5,5 faiz təşkil etdiyi halda, Azərbaycanda 4,9 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyinə görə isə, əlillərin sayı əhalinin ümumi sayının 6-10 faizi nisbətində olarsa, bu normal hal sayılır. Rəsmi məlumata görə, hazırda ölkədə 430 mindən çox əlil var ki, onların da 11 mini Qarabağ müharibəsi zamanı yaralananlardır. Hazırda I qrup üçün müavinətlər 110 manat, II qrup üçün 70 manat, III qrup üçün isə 41 manat təşkil edir. Həmçinin qeyd edilirdi ki, əlillər dərəcəni almaq üçün süründürməçiliklə üzləşir. Əhalinin əksəriyyətinin yoxsul olması səbəbindən onların əlillik dərəcəsi almaq üçün tələb olunan prosedurları adlaması problemə çevrilir. Mövcud qaydalara görə, əlillik dərəcəsi almaq üçün işləyən şəxslər 6, işləməyənlər 3 ay müddətinə stasionar müalicə almalıdır. Ölkədə 75 inzibati rayon olduğu halda, əlillik dərəcəsi vermək üçün 22 tibbi-sosial ekspert komissiyası fəaliyyət göstərir. Bu isə insanların bir sənəddən ötrü uzun və yorucu məsafə qət etməsi deməkdir. Əlillərin sayının Azərbaycanda belə az olması heç cür başadüşülən deyil. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda əlillərin sayı reallıqda çox olsa da, əlillik dərəcəsi almağa qoyulan prosedur şərtləri ağır olduğundan, vətəndaşlar məsələnin həllinə elə də həvəslə qoşulmur.
   Qəzetdə gedən bu materiala Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərlinin də fikirlərini öyrəndik. O, materialda gedən məlumatlarla qətiyyən razı olmadığını bildirdi: "Buradakı yazı ilə qətiyyən razılaşmırıq. Öncə onu qeyd edim ki, əlillərin sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Onların sayının 410 min, 395 min, 400 min və ya 405 min civarında olduğu barədə fikirlər var. Bunun da bəzi obyektiv və subyektiv səbəbləri mövcuddur. Çünki elə əlil vətəndaş var ki, pensiyanı Dövlət Sosial Müdafiə Fondundan alır, bəziləri də bizim nazirlik tərəfindən alır. Digərləri hərbi xidmətdə olarkən xidməti vəzifəsini yerinə yetirərkən sağlamlığını itirib. Əlillər haqqında daha ətraflı məlumata yiyələnmək üçün onların ailə vəziyyəti, yaş qrupları və sosial demoqrafik qruplarla bağlı məlumatları özündə birləşdirən əlillər barədə respublika üzrə vahid məlumat bazası hazırlanır. Hazırda 410 minə yaxın əlillə ayrı-ayrılıqda, təkbətək görüş keçirilir. Onların hamısı bizim tibbi sosial ekspert komissiyaları və yerlərdəki əhalinin sosial müdafiə mərkəzlərinə dəvət olunur. Bütün sənədlər yenidən araşdırılır. Ümid edirik ki, ilin sonuna qədər hesabatlar başa çatacaq və respublikada konkret nə qədər əlilin olduğunu biləcəyik. Onlardan neçəsinin birinci, ikinci və ya üçüncü qrup olduğu da aydınlaşacaq. Bu günə olan məlumata görə, bazada 50 min əlil haqda müfəssəl məlumat var. Lakin elə vətəndaşlar var ki, 15-20 il əvvəl ömürlük olaraq əlillik dərəcəsi alıb. Buna görə də biz həmin vətəndaşlar barədə dəqiq məlumata malik deyilik. Məlumat bazası hazır olan kimi müddətsiz əlillər barədə də tam məlumat əldə edəcəyik. E.Kələntərli əlillərin sayının az olmasını sevindirici məqam kimi qiymətləndirdi. O, belə vəziyyəti vətəndaşlarımızın daha çox gümrah olmaları ilə əlaqələndirdi: "Əlillərin say göstəricisinin Avropa ölkələrilə müqayisədə bizdə az olmasına gəldikdə, əksinə, bu sevindirici haldır. Həmin məqam ölkə vətəndaşlarının sağlamlıq göstəricisinin yüksəkliyindən irəli gəlir. Respublikamızda demoqrafik göstəricilər digər Avropa ölkələrilə müqayisədə daha yaxşıdır. Ölkədə əmək qabiliyyətli cavan nəsil çoxluq təşkil edir ki, əlillərin sayının az olmasına bunun da təsiri var. Qarabağ müharibəsi olmasaydı, sözsüz ki, bizdə əlillərin sayı bir qədər də az olardı. Əlillərlə bağlı say göstəricinin az olması sevindirici haldır. Ölkədə əlillərin 14 reabilitasiya mərkəzi fəaliyyət göstərir. İlbəil də belə mərkəzlərin sayı artır. Məqsəd əlilləri reabilitasiya etmək, yenidən həyata qaytarmaqdır". Nazirliyin sözçüsü qeyd etdi ki, faiz nisbəti müəyyənləşərkən reabilitasiya göstəricilərini də mütləq qeydə almaq lazımdır: "Çünki hər reabilitasiyaya gələn əlildə kifayət qədər yaxşı nəticələr alınır. Ötən ilin altı ayı ilə müqayisədə bu ilin yarısı ərzində tam reabilitasiya göstəriciləri 2,4 faiz artaraq, 3,6 faizdən 6 faizə çatıb. Tam reabilitasiya edilmiş vətəndaşların sayı da analoji dövrdə 2740 nəfər artaraq 6655 nəfər olub. Nəticədə bu qədər vətəndaşın üstündən əlillik dərəcəsi götürülüb. İlkin əlilliyin təyinatında da azalma müşahidə olunur. Bu il ilkin əlilliyin artımı sıfıra endirilib. 2009-cu ildə 12573 nəfərə ilkin əlillik verilmişdisə, cari ilin müvafiq dövrü ərzində 11686 nəfərə endirilib. Yəni ilkin əlilliyin artım dinamikası sıfıra endirilib. Burada əsas məqsəd əlil vətəndaşla işin düzgün aparılmasıdır. Elə xəstəliklər var ki, onların müalicəsi tibbi nöqteyi-nəzərdən mümkünsüzdür. Lakin onların qismən də olsa cəmiyyətə inteqrasiya olunması, məşğulluğun təmin edilməsi kimi məsələlər var ki, bu istiqamətdə reabilitasiya mərkəzlərinin fəaliyyəti danılmazdır. Bizdə məqsəd əlillik dərəcəsini hamıya verib əhalinin süni, saxta əlillik faizini artırmaq deyil. Əksinə reabilitasiya oluna biləcək xəstələri cəmiyyətə sağlam şəkildə qaytarmaqdır. Reabilitasiya mərkəzləri də məhz bunun üçün fəaliyyət göstərir. Təəssüf ki, bəzi vətəndaşlar bununla razılaşmaq istəmir. Onlar, sadəcə əlil qalaraq, dövlətdən daim müavinət almaq istəyir. Onlara qarşı barışmaz mövqe tutulur. Belə olan halda şikayətlər gəlir. Bunlar arasında əsassız və bəzən də əsaslı şikayətlər olur. Bizdə Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi fəaliyyət göstərir. Bundan başqa, Parolimpiya Komitəsi mövcuddur. Əlillər hər il Ukraynanın Simferopol diyarının Saki şəhərindəki pansionata göndərilir. Hər il prezidentin xüsusi fərmanına uyğun olaraq biz ora əlilləri aparırıq. Bu, beynəlxalq sanatoriyadır. Bu il 70 nəfər ora göndərilib. Əsasən aşağı ətraflarından məhrum olan birinci qrup əlillər ora götürülür. Bununla yanaşı, ölkəmizdə də beynəlxalq standartlara cavab verən reabilitasiya mərkəzləri tikilir. Əlillərin əl işləri sərgiləri, idman, musiqi yarışları keçirilir". E.Kələntərli əlilliyin təyin edilməsinin yeni meyarları üzərində işlədiklərini də diqqətə çatdırdı: "Əlilliyin təyin olunma kriteriyası var ki, o da bir neçə il bundan əvvəl təsdiq olunub. Lakin bu gün elə xəstəliklər var ki, 15 il əvvəl həmin xəstəliklərə az rast gəlinirdi, indisə artıb. Eyni zamanda, 15-20 il əvvəl müalicəsi qeyri-mümkün olan xəstəliklər artıq müalicə oluna bilir. Əlilliyin yeni meyarları üzərində iş gedir və bununla bağlı təkliflərimizi hazırlamışıq. Yaxın gələcəkdə yeni meyarlar təsdiq olunacaq. Belə olan halda, sözsüz ki, xəstəliklərdə də fərqlər olacaq". Onun sözlərinə görə, əlillik dərəcəsi almaq üçün vətəndaşın heç də özünün komissiyalara ayaq açmasına ehtiyac yoxdur: "Onu da qeyd edim ki, 88 nömrəli arayışı vətəndaşlar poliklinikadan alır və sənədlərə tibb sosial ekspert komissiyalarında baxılır. Mətbuatda vurğulandığı kimi, əhali heç də bu komissiyalara ayaq açmır. Bu düzgün informasiya deyil. Əksinə, komissiyanın həkimləri özləri bu quruma aid rayonlara ezam olunur ki, vətəndaş problemini həll edərkən öz rayonunu tərk etməsin. Bəzən əlillik dərəcəsinin verilməsində süründürməçiliyin olması barədə, az olsa da, bizə də siqnallar gəlir. Buna mərkəzi aparat tərəfindən dərhal reaksiya verilir. Belə hallara yol verən bir neçə komissiya rəhbəri işdən azad olub. 10-a yaxın əməkdaşımız məhz belə hərəkətə yol verdiyindən işdən uzaqlaşdırılıb".
   Həmsöhbətimiz əlillik dərəcəsi almaq üçün qoyulan prosedur şərtlərinin ağır olması ilə də razılaşmır: "Elə xəstəliklər var ki, indi onun tam sağaldılması mümkünləşib, onlara əlillik dərəcəsi vermək düzgün deyil. Digər tərəfdən, əlillik dərəcəsi almaq belə asan olsaydı, o hər bir cüzi xəstəliyə şamil edilsəydi, onda rəqəmlər də daha çox olacaqdı. Əlillik dərəcəsi verməyin özü vətəndaşı bir qədər cəmiyyətdən təcrid edir. Vətəndaşların bəziləri bunu anlamaq istəmir. Məqsədimiz o deyil ki, hansısa əlili mütləq saxlayıb, ona əlillik dərəcəsi verməyək. Kiminsə səhhətində həqiqətən də əlillik dərəcəsinə düşəcək problem yaranıbsa, biz o dərəcələri verəcəyik. Lakin bunun prosedur qaydaları var, o dəqiq aparılmalı, həkim-ekspert öz fikrini bildirməlidir. Daha sonra bu rəy Mərkəzi Tibbi Sosial Ekspert komissiyasına təqdim olunur və son qərar burada verilir. Prosedurun sərtləşdirilməsi ona görədir ki, saxta əlilliyin qarşısı alınsın".
   
Rüfət SULTAN
Dini Komitə "Dini liderlərin Bakı sammiti" barədə xəbərlərə düzəliş verdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yaydı
Bəzi kütləvi informasiya vasitələrində bu ilin dekabr ayının əvvəllərində Bakıda "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda dünya dini liderlərinin növbəti sammitinin keçiriləcəyi barədə məlumat yayılıb.
   Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti bildirir ki, "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusundakı beynəlxalq tədbirdə müxtəlif ölkələrin dövlət qurumlarında din məsələlərilə məşğul olan rəhbər işçilərin iştirakı nəzərdə tutulub. Politoloqlar, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların nümayəndələrinin də qatılacağı həmin konfransa bəzi region ölkələrinin din xadimlərinin də qoşulması üçün onlara məktub göndərilib.
   Beynəlxalq konfrans dövlət-din münasibətlərinin dünyəvilik baxımından öyrənilməsi problemlərinə həsr olunub. Tədbirin "dünya dini liderlərinin
   növbəti sammiti" kimi təqdim edilməsi onun formatına uyğun deyil.
   
"Səid Dadaşbəylinin dəstəsi"nin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
Qohumlar vətənə xəyanət ittihamını qəbul etmir
"Səid Dadaşbəylinin dəstəsi" şərti adı ilə məhkum edilən şəxslərin valideynləri və həyat yoldaşları bu şəxslərin Hüquqlarını Müdafiə Komitəsi yaradıb.
   Komitə üzvləri vətənə xəyanət, xarici dövlətin xeyrinə casusluq, hakimiyyət çevrilişi ittihamları ilə məhkum edilən övladlarına və həyat yoldaşlarına qarşı çıxarılan məhkəmə qərarını əsassız sayır və bundan irəli gələrək, yenidən məhkəmə prosesi keçirilməsini tələb edirlər.
   Onların fikrincə, bu məhkəmə qərarı özü siyasi sifarişin nəticəsidir və gerçəklə heç bir əlaqəsi yoxdur. İttiham özü, istintaqın sübutları, istintaq prosesi saxtakarlıq və yalan üstə qurulub.
   Komitə üzvləri övladlarını və həyat yoldaşlarını hansısa dini icma yox, birgə biznes fəaliyyətlərinin birləşdirdiyini deyib.
   Bundan irəli gələrək, komitə üzvləri dövlət başçısı İlham Əliyevə bu dəstənin işilə bağlı çıxarılan məhkəmə qəraınının əsassız olduğu və buna görə yenidən mühakimə prosesi keçirilməsinə dair müraciət ünvanlayıb. Bu tipli müraciət baş prokurora da ünvanlanıb.
   Komitə üzvləri yaxın vaxtlarda mətbuat konfransı keçirərək, bu məsələni bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istədiklərini deyiblər.
   Komitə üzvlərinin açıqlamalarına görə, hazırda bu iş Avropa Məhkəməsində kommunikasiya mərhələsindədir. Bu işin təfərrüatı ilə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kriştof Ştrasser də məlumatlandırılıb.
   Xatırladaq kı, 10 dekabr 2007-ci ildə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə "Səidin qrupu" (15 nəfər) barəsində hökm çıxarıb.
   
TURAN
Sumqayıtın istehlak malları mağazalarında reydlər keçirilib
Sumqayıt şəhərində istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət məqsədilə yaradılmış ictimai komissiya satış obyektlərində reydlər keçirib.
   Sumqayıt Şəhər İcra Hakimiyyətindən "APA-Economics"ə verilən məlumata görə, reydlər zamanı bir çox obyektlərdə nöqsanlar aşkar edilib. Vaxtı keçmiş məhsullar aşkar olunaraq satışdan yığışdırılıb. Komissiya üzvlərinin iştirakı ilə şəhərin topdansatış və pərakəndə ticarət obyektlərindən vaxtı keçmiş, ev şəraitində hazırlanmış, ümumilikdə çəkisi 225 kq olan 62 adda ərzaq və uşaq yeməkləri məişət tullantıları poliqonunda yandırılaraq məhv edilib. İctimai komissiya tərəfindən reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
   
   
Gözlənilən buğda qıtlığının səbəbləri kəskin ziddiyyətli şəkildə izah olunur
Nazirlik və parlamentin komitə sədri bir cür, ekspertlər isə fərqli yanaşır
Eldar İbrahimov istehsal olunan unun Rusiya və Azərbaycan buğdasının qatışığından alındığını bildirir
Məlum olduğu kimi, Kür çayının yaratdığı sel bir sıra aran rayonlarında əkin sahələrinə ciddi ziyan vurub. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, daşqın nəticəsində 51 min hektar əkin sahəsi su altında qalıb.
   Bu qədər ərazinin su altında qalması ölkədə istehsal olunan taxılın həcminin və keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarıb.
   Bunu Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov da mətbuata açıqlamasında təsdiqləyib. Onun sözlərinə görə, taxıl qıtlığının yaranmasına başlıca səbəb bu il baş vermiş təbii fəlakətdir. Bununla belə, o, payızda unun və çörəyin bahalaşacağına dair səslənən fikirlərlə razılaşmayıb. Qeyd edib ki, ehtiyat fondunda kifayət qədər buğda olduğundan, narahatlığa əsas yoxdur: "Söhbət builki buğdanın keyfiyyətinin aşağı olmasından gedə bilər. Həqiqətən də yerli buğdaların keyfiyyəti aşağıdır. Buğdamızın yapışqanlığı az olduğu üçün onu Rusiya buğdası ilə qatışdırıb un üyüdürük".
   E.İbrahimov taxıl qıtlığının olmasında başlıca amil kimi sarı pas xəstəliyinin bu il çox olması ilə bağlı səslənən fikirlərlə də razılaşmır: "Əsas səbəb təbii fəlakətdir. Bu məsələdə Kənd Təsərrüfatı Nazirliyini günahlandırmaq düzgün olmazdı. Onlar lazım olan tədbirləri görüblər. Amma yağış çox yağdı, əraziləri sel basdı və məhsuldarlıq aşağı düşdü. Buna Kənd Təsərrüfatı Nazirliyi neyləsin?".
   Qeyd edək ki, bu il Qazaxıstan və Rusiyada hökm sürən quraqlıqla bağlı olaraq bu ölkələrdə taxıl qıtlığı yaranıb. Artıq Rusiya taxıl ixracını dayandırıb. Fermerlər isə, yem çatışmazlığı ucbatından, mal-qara kəsimini sürətləndirib. Bütün bunlar onu göstərir ki, Azərbaycan Rusiyadan taxılı bu il baha qiymətə alacaq. Bu isə yerli qiymətlərə təsir göstərəcək. Amma ekspertlər un və un məhsullarında qiymət artımının, əsasən, noyabr ayından sonra müşahidə edilə biləcəyini düşünür. Çünki müəyyən həddə qədər hökumət qiymətləri sabit saxlaya biləcək. Amma undan hazırlanan bəzi məhsullarda indidən qiymət artımının müşahidə edildiyi də bildirilir. Qeyd olunur ki, artıq şirniyyat məhsullarının qiymətləri qaldırılıb. Həmin məhsullar üçün istifadə olunan un xaricdən gətirildiyindən, qiymətlər artıb.
   Əlavə edək ki, hətta indiki şəraitdə Azərbaycanda çörəyin qiyməti qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Ölkədə ərzaq buğdasına tələbat 1 milyon 600 min tondur.
   Ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, taxıl qıtlığının yaranmasında başlıca səbəblər keyfiyyətli toxumluq buğdanın olmaması, pas xəstəliyinin yayılmasıdır: "Toxumluq buğda yerli buğdadan alınır ki, bu da bol və keyfiyyətli məhsul götürməyə imkan vermir. Fermerlər hektara 150 kq toxumluq buğda səpmək əvəzinə 380 kq toxum səpiblər. Xəstəlik isə sünbüldəki zülallı maddələrin miqdarını azaldıb və buğdadakı yağlılığı, yapışqanlığı minimuma endirib. Bu il ölkədə istehsal olunan buğda heç maldarlıq üçün də yaramır. Kənd Təsərrüfatı Nazirliyi vaxtında profilaktik tədbirlər görməyib. Bizdə fermerlərin bilik səviyyəsi də aşağıdır. Fermerlərin təcrübəsinin artırılması və onları keyfiyyətli buğda ilə təmin etmək Nazirliyin əsas işlərindən biridir. Amma bunların heç biri həyata keçirilməyib".
   Ekspertə görə, biçilən taxıl hökumətin elan etdiyi keyfiyyət göstəricilərinə cavab vermədiyi üçün dəyər-dəyməzinə satılır. Bizim ölkədə məhsuldarlıq aşağı olduğuna görə onun maya dəyəri yüksək olur. Hətta 40 manat və ya 80 manat subsidiya alan fermerlərə də buğdanı 6 qəpiyə satmaq sərf eləmir.
   Kənd Təsərrüfatı Nazirliyində isə hesab edirlər ki, ciddi narahatlığa əsas yoxdur, Ehtiyat Fondunda kifayət qədər buğda var. Bununla belə, Nazirliyin ayrı-ayrı nümayəndələri mətbuata açıqlamalarında qeyd edirlər ki, hazırda Azərbaycanda çörək maya dəyərindən bir neçə dəfə baha satılır. Ötən il Azərbaycanda buğda istehsalı maksimum həddə çatdığından və daxili tələbat ölkədə becərilən taxılın hesabına ödənildiyindən, çörəyin qiymətinin aşağı salınması üçün obeyktiv səbəblər mövcuddur. Çünki hazırda 1 kq buğdanın qiyməti 5-6 qəpik olduğu halda, 450 qramlıq çörək 30 qəpiyə satılır. Bu isə ədalətsizlikdir.
   Əks mövqedən çıxış edən ekspertlərin rəyinə görə, çörəyin qiymətinin formalaşmasında buğdanın və unun payı o qədər də yüksək deyil. Onların fikrincə, qiymət portfelinə elektrik enerjisi və qazın istehlak tariflərinin yüksək olması daha çox təsir göstərir. Ona görə də enerjidaşıyıcılarının qiyməti aşağı salınmadan çörəyin ucuzlaşmasından danışmaq tezdir.
   İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, çörəyin qiymətinin aşağı salınması mümkündür: "Nəzərə alsaq ki, Azərbaycanın taxıla olan tələbatı yerli istehsal hesabına ödənilir, o halda xaricdən asılılıq azalır. Çörəkbişirmə müəssisələrinin arqumenti ondan ibarətdir ki, enerjinin və digər məhsulların qiymətində ucuzlaşma olmadığına görə onlar da endirim edə bilməz. Amma mən bu yanaşma ilə razılaşmıram. Söhbət ondan getmir ki, Azərbaycanda da çörəyin qiyməti iki dəfə aşağı düşsün. Bunu heç kəs istəmir. Vəziyyəti təhlil etsək görərik ki, əhali istehlak qrupuna satılan qazın qiymətində artım baş verib. İstehsal müəssisələrinə satılan qazın qiyməti isə artmayıb. Eləcə də, elektrik enerjisinin tariflərində artım olmayıb. Eyni zamanda, buğdanın qiyməti aşağı düşüb, paralel olaraq digər xərclər sabit qalıb. Bu da çörək istehsalı ilə məşğul olan sahibkarlara imkan verir ki, qiymətləri aşağı salsın. İndiki halda çörəyin qiymətinin 5 qəpik aşağı salınması sahibkarlara heç bir ziyan gətirmir".
   
Eldar XƏYAL
Hökumət çoxmərtəbəli binalardakı mənzillərlə bağlı yeni qayda tətbiq etdi
Yeni yaşayış binaları elektrik, qaz və su sayğacları ilə təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim ediləcək
Azərbaycan Nazirlər Kabineti "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavələrin edilməsilə əlaqədar olaraq bəzi qərarlarına dəyişiklik və əlavələr edib.
   Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib.
   Nazirlər Kabineti adıçəkilən qanunların tətbiqilə əlaqədar olaraq yaşayış binaları, o cümlədən mənzillərin elektrik, qaz və su xətlərinə qoşulma xidmətlərini "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na əlavə edib.
   "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"na edilmiş əlavəyə əsasən, obyektin istismara qəbul edilməsi mərhələsində yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim edilə bilər.
   Nazirlər Kabineti, həmçinin, "Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar"ına əlavə edib. Əlavələrə əsasən, yaşayış binaları, o cümlədən mənzillər elektrik, qaz və su sayğacları ilə təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim edilməlidir.
Ünvanlı yardımlara görə Sosial Müdafiə Nazirliyinin 40 məsul əməkdaşı cəzalandırıldı
Ünvanlı yardım mexanizmi dəyişdirilir
Nazirlik əhali ilə birbaşa videobağlantı sisteminə keçir
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilk dəfə olaraq, yerli mərkəzlərlə canlı əlaqə saxlamaq üçün videobağlantı sistemi yaradılıb.
   APA-nın məlumatına görə, ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli jurnalistlərə açıqlamasında deyib ki, əvvəllər nazirliyin əməkdaşları məsələləri araşdırmaq üçün rayonlara ezam olunurdu. Bu, vaxt itkisi yaradaraq problemlərin operativ həllinə imkan vermirdi. Yeni sistemin tətbiqi sayəsində isə ƏƏSMN işçiləri artıq işdən ayrılmadan nazirliyin yerli strukturları ilə əlaqə yarada biləcək. Hazırda belə videokonfranslar Gəncə və Göyçayın yerli mərkəzlərilə təşkil olunur. Artıq Naxçıvan Muxtar Respublikasında da bu sistem yaradılıb. Gələcəkdə isə respublikanın bütün rayon və şəhər mərkəzlərində bu yenilik tətbiq ediləcək. E.Kələntərli bildirib ki, nazirlik vətəndaşları da videokonfranslara dəvət etməyi nəzərdə tutur: "Əhaliyə ünvanlı sosial yardımların verilməsi, əlillik dərəcələrinin təyini, xaricdə müalicə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin paylanılması, avtomobillərin verilməsi kimi məsələlərdə bəzi problemlər yaranır. Vətəndaşlar bu problemləri həll etmək üçün uzaq rayonlardan Bakıya gəlməli olur. Videobağlantı sistemi rayonlarda tətbiq ediləndən sonra gələcəkdə belə videokonfranslar vasitəsilə vətəndaşların problemləri onlarla birgə araşdırılacaq. Bu, işlərin operativ həllinə imkan verəcək".
   Nazirlik ünvanlı sosial yardımların verilməsi prosesində ciddi nöqsanlara yol verdiyinə görə 40 nəfər məsul işçisini cəzalandırıb. APA-nın məlumatına görə, bunu ƏƏSMN-in şöbə müdiri Natiq Qasımov bildirib.
   N.Qasımovun sözlərinə görə, rayon və şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin işçilərindən 2 nəfər tutduğu vəzifədən azad edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 3 nəfərin ixtisas dərəcəsi bir pillə aşağı salınıb, 8 nəfərin vəzifə maaşı 6 ay müddətinə aşağı salınıb, 23 nəfərə töhmət verilib və 3 nəfərin nəzərinə çatdırılıb.
   N.Qasımov deyib ki, işdə yol verdiyi ciddi nöqsanlara görə Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri işdən azad edilib.
   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımın verilməsi prosesində yeniliklər həyata keçirəcək. APA-nın məlumatına görə, bu barədə, ƏƏSMN-in şöbə müdiri Natiq Qasımov dünən ünvanlı sosial yardımlara həsr edilən tədbirdə deyib.
   Onun sözlərinə görə, gələn ildən aztəminatlı ailələrə sosial xidmətin göstərilməsi, məşğulluğun artırılması, yardımların daha effektiv xərclənməsinə şəraitin yaradılması məqsədilə vətəndaşlarla sosial müqavilələrin bağlanması nəzərdə tutulur. Eyni zamanda, yardımların verilmə prosesində də yeniliklər olacaq. Məqsəd ailələrin yoxsulluğuna təsir edən amilləri aradan qaldırmaqla tədricən özünütəminetməyə şərait yaratmaqdır. Bunlardan əlavə, Dünya Bankının tövsiyəsilə 2 pilot rayonda - Quba və İsmayıllıda özünütəminetmə proqram layihəsinin 1 il müddətinə sınaqdan keçirilməsi planlaşdırılır. N.Qasımov deyib ki, gələn ildən pilot rayonlarda ailələrə bir il üçün nəzərdə tutulan ünvanlı sosial yardım əvvəlcədən veriləcək. Bunun üçün ailələr nazirliyə biznes planlarını təqdim etməlidir.
   Qeyd edək ki, tədbirdə Gəncə və Ağstafa Əhalinin Sosial Müdafiə mərkəzlərilə ünvanlı sosial yardımların verilməsi prosesilə bağlı canlı bağlantı olub.
   
Xəbər xidməti
Ötən gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş on bir nəfər xilas olunub
İki şəxsin isə meyiti çıxarılıb
Srağagün dənizdə batmaq təhlükəsilə üzləşmiş on bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
   Nazirliyin internet saytının məlumatına görə, həmin şəxslər dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batmaq təhlükəsilə üzləşib.
   Xilasedicilər dənizin nəzarət olunmayan hissəsində batmış 25 yaşlı Anar Əlövsət oğlu Məmmədov və 34 yaşlı Babək Əliqulu oğlu Ağayevin cəsədini sudan taparaq aidiyyəti üzrə təhvil verib.
   
 
 
 SON XƏBƏRLƏR
2010-07-29 QMİ Həcc ziyarətinə zəvvar yığır
2010-07-29 Türkiyədən qalxan sərnişin təyyarəsi İslamabadda təpəliyə düşdü
2010-07-29 Xankəndidə Ermənistan Milli Çempionatının qarşısı alındı
2010-07-29 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
2010-07-29 KİV DF-nin maliyyə dəstəyi ilə daha bir tədbir keçirildi
2010-07-29 Əlaçı orta məktəb məzunlarının işi Təhsil Nazirliyində araşdırılacaq
2010-07-29 Nərimanovda qızıl boyunbağı olan çantanı oğurlayan Elşən Bayramov həbs olundu
2010-07-29 Nəsimi polisi soyğunçu Babayev Etibarı həbs etdi
2010-07-29 Nəsimi rayonunda yaşayış binası yandı
2010-07-29 Birləşmiş Ştatlar daha bir rus qadın casusu ifşa edib
2010-07-29 Avqustun 11-i orucluğun ilk günü elan edildi
2010-07-29 Gürcüstan müharibəyə hazırlaşır?
2010-07-29 Dünya sosialistlərinin başçısı Azərbaycana gəlir
2010-07-29 Azərbaycan prezidenti Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət nazirini qəbul edib
2010-07-29 Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirinin gəlməsi ətrafında qeyri-müəyyənlik hələ də qalır
2010-07-29 Vətəndaş və İnkişaf Partiyası yeni 105 minə qərargah alıb
2010-07-29 "Nurəddin bəy öz işi ilə məşğul olsa yaxşıdır"
2010-07-29 Prezidentin göstərdiyi problemin əsas baiskarı banklar və SC-lərdir
2010-07-29 Qulamhüseyn Əlibəyli AXCP-Müsavat ittifaqına meyllənib
2010-07-29 Eldəniz Quliyev də VİP-lə ALP-nin yaradacağı bloka qoşulur
2010-07-29 MSK-dan Natiq Məmmədovun sözlərinə əlavə şərh gəldi
2010-07-29 Əli Əliyevlə Lalə Şövkətə qoşulacaq üçüncü partiya kim olacaq?
2010-07-29 Allahmədədli sakinləri Bakıya yeni yürüş edəcək
2010-07-29 Hulusi Kılıç Mətbuat Şurasının yeni ofisinin ilk diplomat qonağı oldu
2010-07-29 KİV DF direktorunun "jurnalist-mənzil şəhərciyi" ideyası ətrafında müzakirə açıldı
2010-07-29 Əflatun Amaşov "reket jurnalistlərin" məsələsini baş prokurorla müzakirə etdi
2010-07-29 Azərbaycanda daha bir dəstənin silahlı cihada hazırlığı ssenarisi açıldı
2010-07-29 Mirmahmud Mirəlioğlu DUİ-nin Müsavat-AXCP birliyinə qoşulması barədə məlumatlarda tarixin təhrif olunduğunu dedi
2010-07-29 Meksika körfəzində növbəti neft qəzası baş verib
2010-07-29 Binəqədi polisi Eyvazov Oqtaydan lüləsi kəsilmiş tüfəng tapdı
2010-07-29 QAT Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan etdi
2010-07-29 Qırğızıstanda çirkli pul üstündə həbs edilmiş azərbaycanlının vəziyyəti ağırlaşıb
2010-07-29 Dünya Bankının Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı hesabatı ciddi müzakirələrə yol açdı
2010-07-29 Cenevrədə ATƏT və Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya-Gürcüstan danışıqları başlayıb
2010-07-29 Saakaşvilinin "Biz ki zənci deyilik" sözləri aləmi qarışdırıb
2010-07-29 Obama mətbuata sızan məxfi məlumatlara reaksiya verdi
2010-07-29 BMT-nin Azərbaycanda yeni rezidenti Eldar Mahmudovla görüşdü
2010-07-29 Seçkilərin Monitorinq Mərkəzi internetdə vaxtsız deputat təbliğatlarını qanunsuz saymadı
2010-07-29 ATƏT Azərbaycanda seçkiqabağı mühitlə bağlı ilk hesabatı açıqladı
2010-07-29 Politoloq Dağlıq Qarabağın müstəqillik qərarından BMT məhkəməsinə şikayət etməyə lüzum görmür
2010-07-29 Erməni lobbisi Sarkisyana qəzəblənib
2010-07-29 Ötən gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş on bir nəfər xilas olunub
2010-07-29 Ünvanlı yardımlara görə Sosial Müdafiə Nazirliyinin 40 məsul əməkdaşı cəzalandırıldı
2010-07-29 Hökumət çoxmərtəbəli binalardakı mənzillərlə bağlı yeni qayda tətbiq etdi
2010-07-29 Sumqayıtın istehlak malları mağazalarında reydlər keçirilib
2010-07-29 "Səid Dadaşbəylinin dəstəsi"nin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
2010-07-29 Dini Komitə "Dini liderlərin Bakı sammiti" barədə xəbərlərə düzəliş verdi
2010-07-29 Dini Komitə və Ədliyyə Nazirliyinə əlavə səlahiyyət verildi
2010-07-29 Lənkəran Əliyevdən sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılmış yoxlamaların məhkəmə istintaqı başladı
2010-07-29 Dəhşətli istilər Azərbaycan meşələrini yandıra-yandıra gedir
2010-07-29 Yerli taxıl istehsalının tələbatımızı ödəməyəcəyi rəsmən təsdiqləndi
2010-07-29 "Xəzər Lənkəran" Denis Romanovsla iki illik müqavilə bağladı
2010-07-29 Diktator yığma komandanın rəhbərliyini danladı
2010-07-29 "Real"la "İnter" Maykon məsələsində razılığa gəldi
2010-07-29 "Barselona"nın 442 milyon avro borcu yaranıb
2010-07-29 "Qalatasaray"ın üç yeni forması təqdim olundu
2010-07-29 Fatih Təkkə Türkiyədə klub alır
2010-07-29 Elano "Rubin"də çıxış edə bilər
2010-07-29 Raul "Şalke-04"lə iki illik müqavilə bağladı
2010-07-29 "Qalatasaray"ın sabiq futbolçusu Rumıniyada bazar tikdirir
2010-07-29 "Everton" Araz Abdullayevi transfer etmək istəmir?
2010-07-29 Argentina millisində Maradona erası sona çatdı
2010-07-29 Azərbaycanın intellektual komandası erməniləri və gürcüləri üstələdi
2010-07-29 Bu ilin altı ayında Azərbaycanda mənzil tikintisinə qoyulan vəsait 5 dəfə artıb
2010-07-29 Azərbaycanda neft-qaz sahəsində bəzi idxal rüsumları ləğv edildi
2010-07-29 Azər Orucov Gədəbəydə yeniyetməni qətlə yetirən Rəhman Namazovun cinayətini sübut etdi
2010-07-29 Yaxın üç gündə hava dəhşətli dərəcədə istiləşəcək
2010-07-29 Qubanın 2-ci Nügədi kəndində qəbiristanlıq yanıb
2010-07-29 Sumqayıtdakı "Şərq bazarı"nın ətrafını partlamış boru suları basır
2010-07-29 Şou müğənnilər yol polislərini cana doydurub
 
 
 
Copyright (c) Bakı Xəbər 2009