29 Iyul 2010-cı il, N 394(1890)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1756)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1262)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1149)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1111)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1108)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Dünya Bankının Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı hesabatı ciddi müzakirələrə yol açdı
İlham Hüseynli: "Azərbaycanda kölgə iqtisadiyyatını yaradan əsas amillər korrupsiya və çirkli pullardır"
Əliməmməd Nuriyev: "Kölgə iqtisadiyyatının artması və çirkli pullara qarşı mübarizə qlobal xarakter alıb"
Zahid Oruc: "Yaxın illərdə Azərbaycanda kölgə iqtisadiyyatının həcmi minimuma düşəcək"
Xəbər verildiyi kimi, Dünya Bankı kölgə iqtisadiyyatının vəziyyətilə bağlı bu günlərdə 151 ölkə haqqında hesabat açıqlayıb. Hesabatda bildirilir ki, 1999-2007-ci illərdə aparılmış tədqiqatın nəticəsinə görə, bütün dünyada kölgə iqtisadiyyatının payı artmaqda davam edir və hazırda ÜDM-nin 35,5 faizi həddinə çatıb. Bankın hesablamalarına görə, ən az gölgə iqtisadiyyatı İsveçrə və ABŞ-dadır.
   Ən çox qanunsuz iqtisadiyyat isə Gürcüstanda (70 faiz), Boliviyada (68.1 faiz) və Azərbaycandadır. (63.3 faiz).
   Çirkli pullar, əsasən gizli iqtisadiyyat nəticəsində əldə olunur. Çirkli pulların ölkə iqtisadiyyatındakı çəkisinə gəldikdə, məsələ ilə bağlı rəsmilərlə müstəqil iqtisadçılar arasında fikir ayrılığı var. Belə ki, Statistika Komitəsi onun səviyyəsinin 15-20 faiz olduğunu bəyan edir. Çirkli pulların ölkə iqtisadiyyatındakı səviyyəsini ekspertlər 40 faiz nisbətində qiymətləndirir. Dünya üzrə orta göstəriciyə gəldikdə, ABŞ, Avropa Birliyi və Yaponiya kimi inkişaf etmiş ölkələrdə bu göstərici 5-10 faiz civarındadır. Asiya və Afrikanın geridə qalmış ölkələrində isə çirkli pulların iqtisadiyyatdakı çəkisi 50-60 faizə çatır. Bu onu göstərir ki, çirkli pulların iqtisadiyyatdakı çəkisi az olduqca, həmin ölkə daha inkişaf etmiş səviyyədə olur. Azərbaycan da inkişaf etmiş ölkələr səviyyəsinə çatmaq üçün yubanmadan bu sahədə ciddi addımlar atmalıdır. Bu işdə müvafiq qanunun qəbulu və onun işlək mexanizmə çevrilməsi üçün qanunverici orqanın da üzərinə mühüm vəzifə düşür. Görəsən Azərbaycan şəraitində qanunsuz yolla əldə edilmiş çirkli pulların yuyulmasının qarşısını almaq üçün nə kimi tədbirlər görülməlidir ki, sonda məsələ öz müsbət həllini tapa bilsin?
   İqtisadçı ekspert İlham Hüseynlinin sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatını yaradan əsas amillər korrupsiya və çirkli pullardır. Bu məsələdə Azərbaycandakı anlayışla dünyadakı anlayış arasında fərqlər var. Onun dediyinə görə, dünyada çirkli pullar dedikdə, əsas üç biznes növü göz önünə gəlir: "Bunlar silah alveri, narkotik və insan alverindən ibarətdir. Ölkəmizdə isə bu özünü, əsasən, qeyri-leqal yolla və gizli iqtisadiyyat nəticəsində əldə edilmiş vəsait səviyyəsində göstərir. Dünyada qəbul edilən çirkli pul anlayışı bu səbəbdən də ölkəmiz üçün bir o qədər uyğun deyil. Deyilən üç yolla qazanılan pullar daha çox terrorizm və separatizm kimi neqativ halların maliyyələşməsinə yönəlir. Bu baxımdan ölkəmiz üçün narahatlıq yoxdur. Çünki Azərbaycanda çirkli pullar məmur biznesinin bir qədər də genişlənməsinə sərf edilir. Milli Bank və Maliyyə Nazirliyinin pulun mənbəyinin soruşulması və hərəkətilə və tanınmış terrorçuların hesabları ilə bağlı müvafiq təlimatları var. Dünyada maliyyə cinayətilə mübarizə aparan FATF təşkilatı ilə Azərbaycan yaxından əməkdaşlıq edir. Onlar ölkəmizdə də monitorinq aparır". Ekspert düşünür ki, Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə üçün iki istiqamət əsas götürülə bilər. Ona görə, ilk öncə korrupsiyanın azaldılması və bu yolla əldə olunan pulların yuyulması istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə nail olunmalıdır: "Ölkəmiz bununla bağlı təkcə FATF-la deyil, Avropa Birliyi və digər təşkilatlarla da əməkdaşlıq çərçivəsində gizli iqtisadiyyat sektorunun mümkün qədər daha çox leqallaşmasına çalışmalıdır. Məmur özbaşınalığına daha ciddi təsirlər göstərilməlidir. Bizdə tikinti, restoran və turizm biznesində dövr edən pulların böyük əksəriyyəti çirkli pullardır. Bütün bunlar onu göstərir ki, həmin pulların leqallaşdırılmasına, maliyyə amnistiyasına ehtiyac var. MDB məkanında, Qazaxıstan da daxil olmaqla, bir sıra ölkələr artıq bunu tətbiq edib". Ekspert zənn edir ki, amnistiya daimi deyil, müəyyən bir müddət üçün tətbiq edilməlidir.
   Bunun 1 il olması, ekspertə görə, məqbuldur: "Bu müddətdə gizli vəsaitin leqallaşması üçün tam şərait yaradılmalıdır. Amnistiya müddəti başa çatdıqdan sonra gəlirlər haqqında deklarasiya tələb oluna bilər. Vəzifəli şəxslərin gəlir və xərc deklarasiyaları mütləq tətbiq edilməlidir. Vergi və gömrük rüsumu elə qurulmalıdır ki, əlavə korrupsiyaya yol açmasın. İnsanlar qeyri-leqal hərəkətdənsə, leqal fəaliyyət göstərməklə dövlət büdcəsinə vergi ödəməkdə daha maraqlı olmağa stimullaşsın".
   İ.Hüseynli qeyd etdi ki, Azərbaycanda kölgə iqtisadiyyatının formalaşması üçün ən münbit məkan Ermənistanın işğalı altında olan ərazilərdir: "Azərbaycanın işğal altında olan ərazilərilə bağlı hökumət, cəmiyyət və bütün siyasi partiyalar həmrəy olmalıdır. Bu ərazilər bütün beynəlxalq qurumlar və dövlətləri tərəfindən də ölkəmizin toxunulmaz ərazisi kimi qəbul edilib. Eyni zamanda, onlar da həmin əraziyə nəzarətdən kənar zona kimi baxır. İşğal edilmiş ərazi, əsasən, silah alveri və narkotik məkanına çevrilib. Yəni çirkli pullar belə ərazidə özünü sərbəst hiss edir". Gizli iqtisadiyyatın daha çox nağd pullarla bağlı olduğunu diqqətə çatdıran həmsöhbətimiz, ümumiyyətlə, pul dövriyyəsinin 60 faizinin nağd pulun payına düşdüyünü vurğuladı.
   Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında" Qanunun qəbulunu korrupsiyaya qarşı mübarizə sahəsində və gizli iqtisadiyyatın payının azaldılması baxımından çox əhəmiyyətli sayır: "Qanunun qəbulu və monitorinq komitəsinin yaradılması çox əhəmiyyətlidir.
   Qanunun icrasına nəzarət edən monitorinq komitəsinin əsasnaməsi təsdiq edilsə də, təsis edilmiş yeni qurumun rəhbərliyi müəyyənləşməyib. Əlbəttə ki, bu prosesdə tələskənliyə yol vermək olmaz. Kölgə iqtisadiyyatının artması və çirkli pullara qarşı mübarizə qlobal xarakter alıb. Çoxlu sayda təşkilatlar, insanlar var ki, qazanılmış vəsaitləri bir sıra hallarda mənimsəməklə məşğul olur.
   Bəzən çirkli pullar insanların, qurumların varlanmasına gətirib çıxarır. Onlar çalışır ki, əldə etdiyi çirkli pulları mənimsəsin. Başqa bir təhlükə terrorçuluğun maliyyələşməsilə bağlıdır. Ermənilərin terrorçuluq fəaliyyəti, həmçinin Neft Akademiyasında yaşanan qanlı olay məhz belə çirkli pullar hesabına baş verir. Nəzarət altında olmayan işğal edilmiş ərazilərdə silah və narkotik biznesindən geniş istifadə olunur".
   Məmurların gəlir deklarasiyasının doldurulması ilə bağlı Nazirlər Kabineti tərəfindən bəyannamə formasının hazırlanmadığını da önə çəkən Ə.Nuriyev qeyd etdi ki, bu proses hələ də ləngiməkdədir: "Qanuna görə, 20 min manatdan artıq vəsait ölkədən kənara çıxarılarsa, bununla bağlı tədqiqat aparıla bilər. Qanunun qəbulu siyasi fəaliyyətlə məşğul olan və fəaliyyəti şübhə doğuran şirkətlərin, qurumların üzərində monitorinqin gücləndirilməsinə zəmin yaradacaq".
   Milli Məclisin üzvü Zahid Orucun sözlərinə görə, terrorçuluqla mübarizə və o cümlədən çirkli pulların yuyulmasının qarşısının alınması məsələsi 11 sentyabr hadisələrindən sonra aktualaşıb: "Azərbaycan bu sahədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Maliyyə-bank sektorunda mənbəyi şübhə doğuran maliyyələşmələr haqqında hesabatların verilməsi reallaşdı. Azərbaycanda kölgə iqtisadiyyatının həcmi getdikcə azalır və bunun dəqiq göstəricisini söyləmək çətindir. Kölgə iqtisadiyyatının əsasını təşkil edən "Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında" qanun qəbul olunub.
   Qanundan irəli gələn maliyyə kəşfiyyatı qurumunun yaradılması üçün gərəkən addımlar atılıb. Güman edirəm ki, yaxın vaxtlarda maliyyə kəşfiyyatı qurumu yaradılacaq. Azərbaycanın çirkli pulların dövriyyəsində və terrorçuluğun maliyyələşməsində tranzit rolunu oynaması mümkün deyil. Bu günə qədər belə bir fakta rast gəlinməyib. Hətta beynəlxalq qurumların hesabatlarında Azərbaycanın adı hallanmayıb".
   Z.Oruc yaxın illərdə Azərbaycan iqtisadiyyatında gizli biznesin, maliyyələşmənin həcminin minimuma enəcəyini bildirdi.
   
Eldar XƏYAL
Qırğızıstanda çirkli pul üstündə həbs edilmiş azərbaycanlının vəziyyəti ağırlaşıb
Qırğızıstanda həbs edilmiş Böyük Britaniya vətəndaşı, "Flexi Communications" özəl PR agentliyinin sahibi, azərbaycanlı Vüqar Xəlilovun vəkili Artyom İvanov Böyük Britaniyanın, Almaniyanın Bişkekdəki səfirliklərinə, BMT-nin, Avropa Birliyinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu ölkədəki nümayəndəliklərinə müraciət edib.
   V.Xəlilovun qardaşı Azər Xəlilovun APA-ya verdiyi məlumata görə, vəkil müdafiəçisi olduğu şəxsin müayinəsi üçün beynəlxalq həkim konsiliumunun keçirilməsi və onun xaricdə müalicəsi üçün təcili tədbirlər görülməsinin istəyib.
   A.İvanov bildirib ki, V.Xəlilov bu il aprelin 12-də çirkli pulların leqallaşdırılması kimi əsassız ittihamla Bişkekdə həbs edilib: "Vaxtında tibbi yardım göstərilməməsi nəticəsində onun səhhəti ciddi şəkildə pozulub, ürək funksiyalarının pozulması da daxil olmaqla, sağlamlığına və həyatına təhlükə törədən xəstəliklər yaranıb. Vüqar Xəlilov yalnız vəziyyəti ağırlaşdıqdan sonra xəstəxanaya aparılıb".
   Azər Xəlilov da, öz növbəsində, xarici audit şirkətlərindən birinə müraciət edərək "Flexi Communications" şirkətinin müstəqil və obyektiv yoxlanışının həyata keçirilməsini istəyib.
QAT Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan edib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə mərkəzi televiziyalar, igündəlik qəzetlər, informasiya agentlikləri iştirak edə bilər. Televiziyalar üzrə: I mükafat - 1000 AZN, II mükafat - 800 AZN, III mükafat - 600 AZN
   2 həvəsləndirici mükafat - hər biri 300 AZN. Gündəlik qəzetlər üzrə I mükafat - 1000 AZN, II mükafat - 800 AZN, III mükafat - 500 AZN, 2 həvəsləndirici mükafat - hər biri 200 AZN. İnformasiya agentlikləri üzrə I mükafat - 1000 AZN, II mükafat - 800 AZN, III mükafat - 500 AZN, 2 həvəsləndirici mükafat - hər biri 200 AZN. Müsabiqə 1 avqust - 1 dekabr dövrünü əhatə edəcək. Qalibləri müəyyən etmək üçün KİV-i mütəmadi izləyən xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Qrupun təqdim etdiyi göstəricilər üzrə Şura müsabiqənin qaliblərini müəyyən edəcək.
   Müsabiqənin nəticələri 15 dekabr 2010-cu ildən sonra açıqlanacaq, qaliblərə mükafatlar təntənəli mərasimdə təqdim ediləcək.
   
Binəqədi polisi Eyvazov Oqtaydan lüləsi kəsilmiş tüfəng tapdı
Azərbaycan paytaxtında şəhər sakinindən odlu silah aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Oqtay Eyvazovdan 1 ədəd "TOZ-17" markalı 5, 6 kalibrli lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (odlu silah və onun ehtiyat hissələrini saxlama, satma əldə etmə, daşıma, göndərmə) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
   
Meksika körfəzində növbəti neft qəzası baş verib
Yedək gəmisi istifadə olunmayan neft quyusunun qurğusu ilə toqquşub
Meksika körfəzində yedək gəmisinin istifadə olunmayan neft quyusunun qurğusu ilə toqquşması nəticəsində yeni neft axını başlayıb. Hadisə Mad-Ley gölündə,ekoloji fəlakət bölgəsindən şimalda baş verib. ABŞ Sahil Mühafizə Xidmətinin nümayəndələri bildirib ki, hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparılır. Xüsusilə, neft axınının baş verdiyi ərazidə neft ləkəsinin yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görülür.
   
   
BP-nin Azərbaycanda taleyi barədə təzə xəbərlər yayılıb
Nəhəng şirkətə yeni baş direktorun gəlişi yeni müzakirələrə səbəb olub
Meksika körfəzində üzləşdiyi qəzadan sonra dünya mediasının gündəmində adı daha çox hallanmağa başlayan BP şirkətinin rəhbər strukturlarında edilən dəyişiklik müxtəlif məlumatların yayılmasına səbəb olub. Həmin məlumatlara görə, Robert Dadli şirkət rəhbərliyinə gəldikdən sonra BP-nin xarici fəaliyyətində ciddi dəyişikliklər baş verəcək.
   Hətta iddia edilir ki, yeni təyinatdan sonra BP xarici partnyorlarla münasibətlərə yenidən baxacaq. Hətta şirkətin konkret Rusiya və Azərbaycanda fəaliyyətini donduracağı və ya minimal həddə salacağı barədə məlumatlar da səsləndirilir. Eyni zamanda, əvvəlki kimi BP-nin Azərbaycandakı payını satacağı istisna olunmur. Lakin şirkətin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Tamam Bayatlı yenidən bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
   Onun sözlərinə görə, BP-nin Azərbaycanda nəinki paylarını satmaq fikri yoxdur, hətta Azərbaycandakı işlərini genişləndirmək niyyətindədir. Bu yönümdə də çox ciddi addımlar atılır".
   ,Tamam Bayatlı "Azadlıq" radiosuna açıqlamasında, həmçinin şirkətin Azərbaycanda bir sıra proqram və layihələrini ixtisara salması haqda deyilənləri də təkzib edib: "Biz Azərbaycanda heç nəyi ixtisara salmırıq. Əksinə, biznesimizi genişləndiririk. Bununla bağlı bu yaxınlarda Azərbaycan hökumətilə yeni hasilatın pay bölgüsü sazişinin kommersiya şərtləri də razılaşdırılıb. Və BP prezidenti Toni Heyvard Azərbaycanda olarkən bu haqda sənəd də imzalayıb. Bu, "Şəfəq-Asiman" strukturlarının birlikdə işlənməsi və kəşfiyyatı haqqında hasilatın pay bölgüsü sazişinin kommersiya şərtləri idi. Bu il ərzində həmin sazişin imzalanması gözlənir.
   Xatırladaq ki, BP neft şirkəti baş direktor vəzifəsinə yeni təyinatı rəsmən təsdiqləyib. Şirkətin baş ofisinin yaydığı məlumata görə, bu şəxs 2003-2008-ci illərdə "TNK-bp" Britaniya-Rusiya birgə müəssisəsinin prezidenti vəzifəsində çalışmış, 2009-cu ildən isə BP-nin Direktorlar Şurasının üzvü olan Robert Dadlidir. O da faktdır ki, BP-nin Meksika körfəzində üzləşdiyi problemi aradan qaldıra bilməməsi şirkətin zərərlərini durmadan artırır. Bu, Britaniya tarixində bir şirkətin məruz qaldığı ən böyük itkilərdən sayılır. Lakin demək olmaz ki, nəhəng itki şirkətin çökməsi təhlükəsini reallaşdırıb. Qəzanın xərclərini kənara qoysaq, BP-nin maliyyə vəziyyəti yaxşıdır.
   Başqa əməliyyatlardan şirkət xeyli gəlir götürüb. Elə bu xeyir də çox vaxtına düşüb. Çünki Meksika körfəzindəki neft ləkəsinin təmizlənməsinə 30 milyard dollara kimi nəhəng məbləğ tələb oluna bilər.
   Bu isə istənilən şirkət üçün böyük zərbədir. BP bəyan edib ki, lazımi vəsaiti əldə etmək üçün elə 30 milyard dollar məbləğində əmlakını satacaq. Bundan əlavə, neft nəhəngi 3 aydan sonra baş müdiri Toni Heyvardın təqaüdə çıxacağını bildirib. Heyvard qəza ilə bağlı fəaliyyətinə görə kəskin tənqidə məruz qalmışdı. BP sədri Karl Henrik Svanberq bildirib ki, cənab Heyvardın özü və BP-nin Sədrlər Şurası razılaşıb ki, baş müdir vəzifəsindən getməlidir. BP şirkəti bəyan edib ki, onun baş icraçı direktoru Toni Heyvard oktyabrın 1-də vəzifəsini tərk edəcək. Bundan başqa, şirkət aprel-iyun aylarında 17 milyard dollar itki verdiyini açıqlayıb. Bu itkiyə səbəb Meksika körfəzində baş vermiş qəza və onun fəsadlarının aradan qaldırılmasına tələb olunan xərclərdir: "Bu Toni Heyvard və şuranın birgə qərarı idi. Toni Heyvard 30 il ərzində şirkət üçün böyük işlər görüb. Son 2 ildə baş direktor işləyib və Meksika Körfəzində baş vermiş fəlakətlə mübarizədə misilsiz rəhbərlik nümayiş etdirib. Lakin o, realist və namuslu bir adamdır. Hamımız belə bir nəticəyə gəldik ki, reputasiyamızı bərpa etmək üçün, lider mövqeyimizə qayıtmaq üçün bizə yeni rəhbərlik lazımdır. Bunu da bu gün elan edirik."
   17 milyard dollar itkiyə baxmayaraq, BP sədri cənab Svanberq şirkətin ümumi işlərinin yaxşı getdiyini bildirib: "Əlbəttə, bu böyük bir itkidir və hər şeyi kölgədə qoyur. Amma əslində şirkət çox yaxşı nəticələr əldə edib. Dünya üzrə bizim gəlirli əmlakımız var, nəğd pul axını da sabitdir. Eləcə də, elan edirik ki, 25-30 milyard dollar məbləğində əmlakımızı satmaq niyyətindəyik. Qoy heç kimdə bizim maliyyə vəziyyətimizə və bu çətinliklərdən çıxmağa qadir olmağımıza dair şübhə olmasın. Əlbəttə, baş verənlər faciədir və ağır fəsadlarla nəticələnib. Lakin biz tam əminik ki, şirkətimizin reputasiyasını bərpa edə biləcəyik."
   
Tahir TAĞIYEV
Mirmahmud Mirəlioğlu DUİ-nin Müsavat-AXCP birliyinə qoşulması barədə məlumatlarda tarixin təhrif olunduğunu dedi
Müxalif Demokratiya Uğrunda İttifaqın (DUİ) Müsavat-AXCP birliyinə qoşulması məsələsi gündəmdə deyil. Bunu çərşənbə günü Trend-ə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
   "Kimlərsə gələcəkdə DUİ-nin bu birliyə qoşulmasından danışırsa, bu doğru deyil. Ona görə ki, bu birliyin müəllifi DUİ-nin özüdür və birlik ideyası DUİ-yə məxsusdur. Sadəcə olaraq, biz "Azadlıq" blokuna birlikdə fəaliyyət göstərməyi təklif edərkən bizə bildirmişdilər ki, həmin blokdakı partiyaların məramları Müsavat Partiyası ilə düz gəlmədiyinə görə blok bizim təklif etdiyimiz birliyə qoşula bilmir. Buna görə AXCP də prosesdən kənarda qalmışdı. "Azadlıq" blokunun siyasi fəaliyyətinə xitam verildikdən sonra AXCP bu məsələyə qoşulub. Kimlərsə DUİ-nin Müsavat-AXCP birliyinə qoşulmağından danışırsa, bu doğru yanaşma deyil və tarixi saxtalaşdırmaqdır" - Mirəlioğlu əlavə edib.
   Demokratiya Uğrunda İttifaqı 2005-ci il parlament seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yaradıb. 2008-ci il sentyabrın əvvəllərində Böyük Azərbaycan, noyabr ayında isə Xalq partiyaları DUİ-yə üzv qəbul olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.
   Mirəlioğlu mətbuatda müzakirə olunan məsələlərin reallıqla bağlı olmadığını deyib.
   "Birinci mərhələdə bir sıra işlər görmüşük. Müsavat ilə namizədləri razılaşdırmışıq. Bizim nəzərdə tutduğumuz plan irəliləməkdədir. AXCP isə növbəti mərhələdə proseslərə qoşulub. Sadəcə, bir-iki jurnalistin, köşə yazarının təxəyyülü güclüdür deyə, bir az da irəli gedirlər və bu məsələyə münasibət bildirərkən hətta AXCP-Müsavat birliyindən danışırlar. Bu onların öz işidir, ancaq siyasi proseslər heç də belə deyil" - Mirəlioğlu bildirib.
   İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda bu təklif istiqamətində danışıqlar davam etdirilir. Azərbaycan mətbuatında da bu iki partiyanın birləşəcəyi barədə fikirlər səslənir.
   "Bizim siyasətimiz budur ki, DUİ, Müsavat və AXCP birgə fəaliyyət göstərsin. Nə mümkündürsə, onu edirik. Bu baş tutacağı təqdirdə, 125 dairənin hamısında namizəd irəli sürəcəyik" - Mirəlioğlu deyib.
   
Azərbaycanda daha bir dəstənin silahlı cihada hazırlığı ssenarisi açıldı
Gürcüstandan silah daşıyan dəstənin Camal adlı üzvü ətrafında müəmma hökm sürür
İyulun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanda partlayışlar törətməyə cəhddə təqsirləndirilən dəstənin məhkəməsinə hazırlıq iclası keçirilib. İş hakim Tamella Nəsrullayevanın icraatındadır. Hazırlıq iclasında ilkin məhkəmə baxışı avqustun 4-nə təyin edilib.
   Məhkəmə qarşısında Samir Nuriyev, Rəfail Muğumov, Yaşar Qurbanov, Roza Namazova, Xavər Namazova, İsmayıl Pənahov, Bella Pənahova, Rusiya vətəndaşı Elbert Qayrbiyev dayanacaq. İbtidai istintaq tərəfindən tərtib olunmuş ittiham aktında göstərilir ki, dəstə üzvləri Gürcüstan ərazisindən gizli yolla Azərbaycana külli miqdarda odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular keçirib.
   Bundan başqa, istintaq materiallarında adı dəstənin rəhbəri kimi qeyd olunan, ölkədən kənarda olduğu ehtimal edilən Aqil Namazov bu il yanvarın 6-da Camal adlı şəxs vasitəsilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərib.
   Rəfail Muğumov həmin silah-sursatı Camaldan qəbul edərək rayonun Gərəkli kəndindəki evində gizlədib. Sonradan isə Aqil Namazovun tapşırığı ilə həmin silah-sursatı sərnişin avtobusu ilə Bakıya gətirib və Keşlə qəsəbəsində Samir Nuriyevə çatdırıb.
   Samir Nuriyev həmin silah-sursatı və partlayıcı maddələri Aqil Namazovun tapşırığı ilə xalası Roza Namazovanın yaşadığı ünvanda sonuncuya verib. Bir müddət sonra Aqil Namazovun qayınanası Bella Pənahova və qaynı İsmayıl Pənahov Roza Namazovanın yaşadığı evə gələrək silah-sursatı ondan götürüb. Bella Pənahovanın işlədiyi Xətai rayonunda yerləşən uşaq bağçasının damında gizlədiblər.
   Daha bir müddət sonra isə Bella Pənahova silah-sursatı bağçanın damından yığışdıraraq Aqil Namazovun anası Xavər Namazovaya çatdırıb. Xavər Namazova isə silah-sursat bağlamasını Xətai rayonunun ərazisində fəaliyyət göstərən, özünün də biologiya fənni üzrə müəllim işlədiyi orta məktəbin həyətindəki daşlıqların altında gizlədib.
   Gürcüstandan Azərbaycana eyni yolla növbəti dəfə keçirilən silah-sursat isə bu il yanvarın 15-də Balakən rayonunun Gülüzambinə kəndi yaxınlığında dəstə üzvü Yaşar Qurbanova verilib. Yaşar Qurbanov həmin silahları Bakı şəhərinə gətirib, bir hissəsini özündə saxlayıb, qalan hissəsini isə burada fəaliyyət göstərən "Salam" Çeçen Əlillər Cəmiyyətinin sədri Elbert Qayrbiyevə çatdırıb.
   Dəstə 2010-cu il martın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
   Rəfail Muğumov istintaqa ifadəsində deyib ki, silah-sursatın Azərbaycan ərazisinə keçirilməsində məqsəd cihad etmək, insanların kütləvi toplaşdığı yerlərdə partlayışlar törətmək olub.
   İşdə adı hallanan Camal adlı şəxsin kimliyi müəyyən edilməyib və ittiham aktında göstərilir ki, hazırda istintaq orqanı onun şəxsiyyətini araşdırır.
   
Xəbər xidməti
Əflatun Amaşov "reket jurnalistlərin" məsələsini baş prokurorla müzakirə etdi
Zakir Qaralov Mətbuat Şurasının sədrini qəbul edib
İyulun 28-də Baş prokuror Zakir Qaralov Mətbuat Şurasının sədri Əflatun Amaşovu qəbul edib.
   Zakir Qaralov Azərbaycan milli mətbuatının 135-ci ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncamlarla Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə mətbuat işçilərinin böyük bir qrupunun ali dövlət mükafatları ilə təltif olunmasını, bir sıra kütləvi informasiya vasitələrinə maddi yardım ayrılmasını müstəqil mətbuatın, fikir və söz azadlığının inkişafına dövlət səviyyəsində göstərilən gündəlik diqqət və qayğının təzahürü kimi qiymətləndirməklə yanaşı, Mətbuat Şurasının yeni inzibati binasının açılışı və Şuranın idarə heyəti üzvlərinə fəxri adların verilməsi münasibətilə onları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
   Son illər söz və məlumat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində ölkədə uğurla davam etdirilən tədbirlər barədə geniş məlumat verən Baş prokuror, prokurorluq orqanlarında həyata keçirilən islahatların tərkib hissəsi kimi, prokurorluğun kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin genişləndirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarının geniş tətbiqi üçün məqsədyönlü işlər görüldüyünü, eyni zamanda, prokurorluq orqanları ilə Mətbuat Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişaf etdiyini xüsusi qeyd edib.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil etdiyi təşkilatın prokurorluq orqanları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu, həmçinin ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Mətbuat Şurasının başlıca fəaliyyət istiqamətlərindən biri kimi "reket jurnalistika" ilə mübarizə sahəsində Şuranın yarandığı ötən 7 il müddətində ümumilikdə 103 qəzet və jurnalın adının peşə prinsiplərinə etinasız yanaşan kütləvi informasiya vasitələri üçün müəyyənləşdirilmiş "qara siyahı"ya daxil edilməsi barədə məlumat verən qurumun rəhbəri İdarə Heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə onlardan 26-nın adının həmin siyahıdan çıxarıldığını bildirib.
   Qəbulda reket jurnalistikası ilə bağlı Mətbuat Şurasının yeni binasının açılış mərasimindəki çıxışında cənab İlham Əliyevin söylədiyi "Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaqdır" fikirləri bu sahədə yol verilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb. Jurnalist peşəsinin adına xələl gətirməklə jurnalist adından sui-istifadə edən reket qəzetlər tərəfindən yol verilmiş nöqsan və qanun pozuntuları ilə əlaqədar Mətbuat Şurasına edilən müraciətlər üzrə müvafiq araşdırma aparıldıqdan sonra toplanmış materialların tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilməsi barədə razılıq əldə olunub.
   Bundan başqa, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunların, normativ-hüquqi aktların toplu şəklində dərc edilməsi, eyni zamanda "Jurnalistlər üçün hüquqi terminlər lüğəti"nin yeni nəşrinin Mətbuat Şurası ilə birgə hazırlanması, həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlərin obyektiv və çevik işıqlandırılması və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində treninqlərin təşkil olunması barədə qərar qəbul edilib.
   Qəbulda Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev və digər rəsmi şəxslər iştirak edib.
   
Xəbər xidməti
KİV DF direktorunun "jurnalist-mənzil şəhərciyi" ideyası ətrafında müzakirə açıldı
Rauf Arifoğlu: "Yaxşıdır, amma..."
Ceyhun Musaoğlu: "Bir-birini yaxından tanımaq və jurnalist həmrəyliyi baxımından ideya uğurludur"
Ölkə başçısının mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 5 milyon manatın ayrılması ilə bağlı verdiyi son sərəncamdan sonra onun reallaşdırılması ilə bağlı bir sıra təkliflər səslənməkdədir.
   Təkliflər, əsasən binanın tikiləcəyi yerlə bağlıdır. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuata açıqlamasında bildirib ki, həmin məsələ ilə bağlı iş hələlik danışıqlar səviyyəsindədir: "Öncə bizə müəyyən yerlər təklif olunmalıdır ki, ora baxış keçirə bilək. Bina ilə bağlı yerin tapılması Prezident Administrasiyası və Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində həll ediləcək". O, bütün hallarda, bina üçün ən yaxşı yerin ayrılmasına çalışacaqlarını da bildirib: "Ona görə də tələsməyə ehtiyac görmürük. Gələn təklifləri dəqiqliklə qiymətləndirəcəyik. Son qərar isə ümumi məsləhətləşmələrdən sonra veriləcək". V.Səfərli həmçinin qeyd edib ki, mətbuat şəhərciyi qurulacaq: "Böyük ehtimalla, daha öncə də danışdığımız kimi, mətbuat şəhərciyi qurulacaq. İlk olaraq bir-iki bina tikiləcək. Sonradan güman ki, onların sayı da artacaq. İstəyirik ki, bu binalar kompakt bir yerdə olsun. Jurnalistlərin bir yerdə yaşaması yaxşı hal ola bilər". Görəsən, Fond rəhbərinin mətbuat şəhərciyinin olması ilə bağlı dediklərinə jurnalistika sahəsində baş ağardanların münasibəti necədir?
   "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu belə bir işə yaxşı baxsa da, jurnalistlər üçün ayrıca şəhərcik salınmasını başa düşmədiyini bildirdi: "Bu yaxşı effekt verə bilər. Amma xəyaldır. Real nədirsə, onu etmək lazımdır. Evsiz jurnalistlərimiz var, onların mənzillə təmini istiqamətində addım atılıb. İndi onun həyata keçməsi üçün çalışmaq lazımdır. Qeyri-real layihələrin gündəmə gətirilməsi isə, fikrimcə, bizi yaxşı vəziyyətə gətirməz. Dünyada jurnalistlər özlərinə ev ala bilən peşə sahibləridir. Azərbaycanda isə, təəssüf ki, jurnalistlər ev ala biləcək qədər para qazanmır. Media təmsilçiləri elə bir zəif sosial təbəqənin nümayəndəsi deyillər ki, kimsə onlar üçün şəhərcik salsın. Çalışmalıyıq ki, onların mənzillə təmin olunmasını təşkil edək. Bu istiqamətdə addım atılıb, indi onun üzərində dayanmaq gərəkdir".
   Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu isə bir-birini yaxından tanımaq, jurnalist həmrəyliyinin yaranması baxımından ideyanı alqışladı: "Son dövrlər Azərbaycan mətbuatının inkişafı yolunda atılan addımları təqdir etməmək mümkün deyil. Evsiz jurnalistlərə mənzil verilməsi məsələsi isə xüsusilə təqdirəlayiq hadisədir. Buna görə dövlətimizə, hökumətimizə minnətdarıq. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranan gündən atılan bütün addımlar jurnalistikanın inkişafı ilə bağlı olub. Keçirilən müsabiqələr də, qəribədir ki, çox sakit tərzdə keçir. Bu günə kimi bununla bağlı kütləvi şəkildə etiraz edənlər olmayıb. Bunlar hamısı müsbət tendensiyalardan xəbər verir. Jurnalistlər üçün ayrıca şəhərciyin olmasına gəldikdə, bunun özü də ekzotik mənzərə baxımından maraqlı sayıla bilər. Dünya praktikasında belə halın olub-olmadığını deyə bilmərəm. Jurnalistlərin hamısının bir yerdə yaşamasının özü də maraqlı və gözəldir. Belədə bir-birimizi daha yaxından tanıyacağıq. İnformasiya mübadiləsi baxımından da bu variant uğurludur. Ən azından, işdən sonra bir yerə toplaşıb problemləri birgə müzakirə edəcəyik. Xaricdən gələn qonaqlar da mənzərəni görüb bihuş olacaq. Jurnalistlərin bir şəhərcikdə toplaşması birliyin yaranması baxımından da önəmlidir. Qəbul etdiyimiz "Əxlaq Kodeksi"ndə jurnalist və qəzetlərin bir-birinə dəstək verməyə borclu olduğu göstərilsə də, hazırda onların birliyi yoxdur. Hətta şəhərciyin girəcəyində "Jurnalist şəhərciyi" sözləri yazmaqla da ictimaiyyətin diqqətini bura cəlb etmək olar. Şəhərcikdə jurnalistikaya aid muzeyin olması da pis olmazdı. Gələn qonaqların Azərbaycan jurnalistikasının nədən ibarət olduğu sualına cavab vermək üçün onları belə şəhərciklərə aparmaq kifayətdir".
   
Rüfət SULTAN
Hulusi Kılıç Mətbuat Şurasının yeni ofisinin ilk diplomat qonağı oldu
Türkiyənin Azərbaycandakı səfirliyi yaxın günlərdə bir qrup jurnalisti mükafatlandıracağını dedi
Dünən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycan Mətbuat Şurasının yeni ofisinə baş çəkib. O, Şuranın yeni ofisinə təşrif gətirən ilk xarici qonaq və diplomatik nümayəndə olub.
   Səfir MŞ sədri Əflatun Amaşovu və həmçinin bütün ölkə jurnalistlərini milli mətbuatımızın yubileyi münasibətilə bir daha təbrik edib, əlamətdar ildönümü günündə media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülməsindən, Mətbuat Şurasının müasir tipli, hərtərəfli təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu bildirib. H.Kılıç bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan türkdilli xalqların jurnalistlərinin toplantısı barədə də ətraflı məlumat verib. Səfir tədbirin türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından xüsusi önəmə malik olduğunu vurğulayıb. Qonaq qarşıdakı həftədə səfirlik tərəfindən Türkiyə - Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin mükafatlandırılacağı barədə də danışıb.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov səfir H.Kılıça səmimi minnətdarlığını bildirərək, Milli Mətbuatımızın 135 illik yubileyilə bağlı ölkədə keçirilən tədbirlər barədə geniş məlumat verib. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Şuranın yeni binasının açılışında iştirakına, MŞ üzvlərilə görüşdəki çıxışında ifadəsini tapan məqamlara toxunaraq bunu ölkə mediasına və jurnalistlərə yüksək qayğı nümunəsi kimi qiymətləndirib. Şura sədri bildirib ki, belə həssas münasibət mətbuatın problemlərinin həllinə kompleks yanaşmanın yeni mərhələsidir.
   
Xəbər xidməti
Allahmədədli sakinləri Bakıya yeni yürüş edəcək
Elçin Rüstəmov: "Rayon rəhbərliyi dedi ki, yeni evlər tikilir, sizi köçürəcəyik"
"Bizi dünən İmişli rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev qəbul etdi. Ancaq heç bir fərqli fikir demədilər. Bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinin yaratdığı komissiya Allahmədədli kəndinə baxıb və qərarını verib. Kənd köçürülməlidir.
   Yaxınlıqda salınan qəsəbə də bu məqsədlə tikilir. Kim köçmək istəmirsə, ərizə yazmalıdır ki, mən kəndimi tərk etmək istəmirəm. Həmçinin dedilər ki, kənddən 4 kilometr aralıda, Kürdəmir ərazisində tikilən 56 evin də tikintisi dayandırlmayacaq". Bunu ANS PRESS-ə iki gün öncə Prezident Administrasiyasının qarşısında aksiya keçirən İmişli rayonu Allahmədədli kənd sakinlərindən biri Elçin Rüstəmov deyib. E.Rüstəmov onu da deyib ki, kənd sakinləri buna razı olmayıb.
   Öz növbəsində, İmişli rayon icra hakimiyyəti başçısının müavini Səfa Ağayev ANS PRESS-ə deyib ki, narazı sakinlər qəbul edilib və onların şikayətləri dinlənib: "Biz heç kimi məcbur etmirik ki, kənddən köçsün. Amma orada 56 ailə yaşayır. 49 ailə köçür, 7 ailə yox. Heç kimi də məcbur etmirik. Nə istəyənləri, nə istəməyənləri".
   S.Ağayev onu da deyib ki, Fövqəladə Hallar Nazirliyinin yaratdığı xüsusi komissiya kəndlə bağlı qərar verib. Allahmədədli daşqın bölgəsinə yaxın olduğu və hər an oranı sel təhlükəsi gözlədiyi üçün kəndin köçürülməsi barədə qərar verilib: "Nazirlər Kabinetinin qərarı ilə ümumilikdə daşqın bölgəsində 500 ev tikilməlidir. Bunun üçün vəsait ayrılıb, işlər gedir. Amma təkrar edirəm ki, heç kimi zorla köçürmürük. Sadəcə, hər an təhlükə ola bilər deyə, o insanlara məsləhət verilir ki, Kürün bəndinə yaxın ərazilərdən çıxsınlar. Bir-iki ay əvvəl indi köçmək istəməyən insanların evləri ağzına kimi su ilə dolmuşdu".
   Yardımlarla bağlı məqama da toxunan icra başçısının müavini deyib ki, hal-hazırda dəyən zərərin müəyyənləşdirilməsi prosesi gedir. Sonrakı mərhələdə hər kəsə maddi yardımı ediləcək.
   Xatırladaq ki, iyulun 26-da 50-yə yaxın İmişli rayon Allahmədədli kənd sakini Prezident Administrasiyasının qarşısında aksiya keçirib. Şikayətçiləri Prezident Administrasıyasının bölgə üzrə kuratoru Dəyanət Abdullayev qəbul edib və onların şikayətlərini dinlədikdən sonra sakinlər Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabinetində kənd sakinlərini baş nazirin müavini Abid Şərifov qəbul edib. Onların şikayətləri dinlənib və ərizələri alınıb.
   Sonra şikayəçilərdən üç nəfər seçilib və onlar Fövqəladə Hallar Nazirliyinə aparılıb. Nazirlikdə şikayətçiləri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev qəbul edib. Sakinlərə bildirilib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılacaq. Problem İmişli rayon İcra Hakimiyyətilə birlikdə yoluna qoyulacaq və məsələ həll olunarkən kənd sakinlərinin istəyi nəzərə alınacaq.
Əli Əliyevlə Lalə Şövkətə qoşulacaq üçüncü partiya kim olacaq?
ADP və Ümid partiyaları ilə sorğu keçirdik
Dünən ölkə mətbuatında müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) və Liberal Partiyanın (ALP) seçki bloku yaratmaq planları barədə məlumat yayılıb. Yaradılacaq blokun, artıq siyasi fəaliyyətinə xitam vermiş "Azadlıq" blokuna alternativ olacağı planlaşdırılır.
   Artıq blokun yaradılması istiqamətində hazırlıq işlərinin aparıldığı da mediaya bildirilib. Xatırladaq ki, bu barədə informasiyanı VİP sədri Əli Əliyev mətbuata açıqlayıb. Partiya sədri bloku təsis edəcək təşkilatların adını açıqlamayıb. Bundan başqa, bu vaxta qədər "Azadlıq" blokunda əməkdaşlıq edən hər iki partiyadan (VİP və ALP-dən) başqa, bloka bir partiyanın da qoşulacağını əlavə edib. Əli Əliyev hazırda məsələ ilə bağlı ciddi məsləhətləşmələr getdiyindən, qəti qərar qəbul olunmadığını və alternativ blokun yaradılması prossesinin sentyabradək təxirə salındığını deyib.
   Gələcəkdə yaradılması planlaşdırılan alternativ bloka daxil olacaq digər partiyaların mövqeyini öyrənməyə çalışdıq. Xüsusən də müzakirələrdə iştirak edən ADP və Ümid partiyalarının partiya olaraq blokda təmsil olunacaqları fikrinə münasibət öyrəndik.
   Məsələyə münasibət bildirən ADP-nin sədr müavini Həsrət Rüstəmov müxalifətin böyük seçki blokunun yaradılmasının daim tərəfdarı olduqlarını vurğuladı. Bununla yanaşı o, eyni zamanda 2-3 blokun birləşməsinin də tərəfdarı olduğunu dedi. Müxalifət düşərgəsi bloklaşmış şəkildə seçkilərə qatılacağı təqdirdə bunun müəyyən mənada passiv və naümid seçici elektoratının yenidən canlanmasına rəvac verəcəyini bildirən partiya funksioneri bu fikri dəstəklədiklərini bildirdi: "Biz bu variantın əleyhinə deyilik. Və elə bunun özü də müxalif elektoratın seçkilərə gəlib öz namizədlərinə səs verməsinə yeni bir vüsət verəcək. Bu barədə müəyyən partiyalardan da müraciətlər olub. Hələ ki, konkret bir şey olmadığı üçün dəqiq heç nə deyə bilmərəm. Hazırda müzakirələr aparılır". Ancaq indiki halda partiyanın heç bir qərarının olmadığını vurğulayan H.Rüstəmov, Lalə Şövkət və Əli Əliyev birliyinin gələcəkdə qarşılaşa biləcəkləri konfiqurasiyalardan biri olmasını da istisna etmədi. Bu baxımdan, indidən hər hansı bir fikrin səsləndirilməsinin tez olduğunu dedi.
   Ümid Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Rəfael Tağızadə isə danışıqların hələ blok səviyyəsində müzakirə edilmədiyini əsas gətirərək, konkret heç nə deyə bilməyəcəyini, ancaq gələcəkdə yaradılacaq hər bir blokla tərəfdaş olacağını bildirdi: "Müəyyən danışıqlar gedir. Aparılan danışıqlar blok səviyyəsində deyil. Elə demək olar ki, danışıqlar səviyyəsindədir. Hələ yaradılması planlaşdırılan blokun adı da bəlli deyil. Buna görə də, ortada konkret bir şey olmadığı üçün nəsə demək mümkün deyil". Sonda ümumi bir blokun yaradılmasının gündəmdə olduğunu vurğulayan partiya funksioneri müzakirələrdə bir çox partiyaların iştirakını qeyd etdi.
   
Samir SƏFƏROĞLU
MSK-dan Natiq Məmmədovun sözlərinə əlavə şərh gəldi
Azər Sarıyev: "MSK katibinin fikirləri təhrif olunub"
"Bu gün kimsə hansısa sosial şəbəkədə özünün təbliğatını aparırsa, buna heç kimin etirazı yoxdur"
"Mərkəzi Seçki Komissiyası seçkiqabağı təşviqatın aparılması ilə bağlı prosesə yalnız seçkiyə rəsmən start verilən gündən nəzarət edir. Ancaq bu vaxta kimi hər hansı şəxsin hər hansı formada öz təbliğatını aparması ilə bağlı qadağa yoxdur.
   Seçkiyə start verilən gündən seçki təşviqatı gününə yəni 23 günlük müddətə qədər hansısa namizəd öz təbliğatını aparırsa, bu qanun pozuntusudur. Ancaq bu gün kimsə hansısa sosial şəbəkədə özünün təbliğatını aparırsa, buna heç kimin etirazı yoxdur, qanun da bunu qadağan etmir". Bunu ANS PRESS-ə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib.
   A.Sarıyev onu da deyib ki, MSK katibi Natiq Məmmədovun bu barədə dedikləri bəzi KİV orqanları tərəfindən təhrif edilmiş formada dərc edilib. Belə anlaşılıb ki, guya MSK bu gün də heç kimə təbliğat aparmaq imkanı tanımır: "Ancaq bu yanlışdır. Bu gün namizəd var ki, ona qadağa qoyulsun? Namizədlər Dairə Seçki Komissiyaları tərəfindən qeydə alınandan sonra seçki prosesinə start veriləcək. Natiq Məmmədov da məhz bunu deyib. Amma jurnalist onun fikirlərini təhrif edib".
   
Eldəniz Quliyev də VİP-lə ALP-nin yaradacağı bloka qoşulur
Azərbaycan ziyalıları müxalifətin seçki blokuna qoşulacaq. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyev məlumat verib.
   "Biz Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyasının birlikdə yaradacağı seçki blokunu dəstəkləyirik və bu bloka qoşulmaq barədə qərar vermişik. Biz o konsepsiyadan çıxış edirik ki, bu blok siyasətdə təmiz qalan insanların blokudur. Onların mübarizə üsulu məntiqə söykənir. İstərdik ki, bu seçki bloku gələcəkdə siyasi bloka çevrilsin" - Quliyev əlavə edib. AZB sədri təşkilatın irəli sürəcəyi namizədlərlə də bağlı siyasətini aydınlıq gətirib. "Kəmiyyətdən daha çox keyfiyyətə diqqət yetirəcəyik. Öz alimlərimizdən, elm xadimlərimizdən, hüquqşünaslarımızdan ibarət 10 nəfərə yaxın şəxsin namizədliyini irəli sürəcəyik" - Quliyev deyib.
   
Qulamhüseyn Əlibəyli AXCP-Müsavat ittifaqına meyllənib
Azərbaycanda müxalifət partiyalarının bir araya gəlməsinə mane olan partiya rəhbərlərinin bir-birinə münasibətləridir. Bunu çərşənbə günü Trend-ə "Aydınlar" partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
   "Mən uzun müddət AXCP rəhbərliyində çalışarkən belə birliyin baş tutması üçün çox cəhdlər etmişəm, lakin təcrübə göstərir ki, bu birlik nəzəri cəhətdən mümkün olsa da, praktikada çoxlu maneələrlə qarşılaşır. Partiya sədrləri aralarındakı intriqaları, ittihamları kənara qoyub birləşmək haqqında düşünməlidir" - Əlibəyli əlavə edib.
   İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda bu təklif istiqamətində danışıqlar davam etdirilir.
   Partiya sədri deyib ki, birlik baş tutarsa, "Aydınlar" partiyası da bu birliyə qoşulmaq barədə düşünə bilər. "Lakin bu iki partiya yalnız özləri bir araya gəlmək istəyir və digər partiyaları yaxın buraxmaq istəmir". Prinsip etibarilə bu birlik mümkündür. Belə bir birlik baş tutarsa, "Aydınlar" partiyası da bu birlikdə iştirak edə bilər" - Əlibəyli qeyd edib.
   
   
Prezidentin göstərdiyi problemin əsas baiskarı banklar və SC-lərdir
Bir sıra bank və SC-lər özlərini mətbuata qapatmaqda rekord vurur
Mehman Əliyev: "Prezidentin məlum çıxışından sonra..."
Məlum olduğu kimi, prezident İlham Əliyev qəzetlərin reklam bazarının aşağı səviyyədə olduğunu mətbuatın 135 illiyilə bağlı etdiyi çıxışında xüsusilə qeyd edib. Prezident bildirib ki, 40 milyon manatlıq reklam bazarının cəmi 2 milyon manatının çap mediasının payına düşməsi ədalətsizlikdir. Dövlət başçısı məsələnin həlli üçün lazımı addımların atılacağını da bəyan edib.
   Qeyd edək ki, qəzetlərə reklam verməyən biznes qurumları əsasən banklar və səhmdar cəmiyyətlərdir. Onlar qəzetlərlə əməkdaşlıq etməkdə maraqlı görünmür.
   Amma ekspertlər bu qurumların qəzetlərlə əməkdaşlığını vacib sayır.
   Media nümayəndələri, ümumiyyətlə, bu sahədə vəziyyətin dözülməz olduğunu bildirir.
   Media Hüququ İnstitutunun eksperti Xalid Ağalıyevə görə, reklam bazarının iqtisadi qanunlardan nə dərəcə asılı olduğunu söyləmək çətindir: "İctimai fikrin formalaşmasında qəzetlərin çəkisi aşağı düşdüyü üçün şirkətlər bu sahəyə reklam vermir.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bir müddət öncə mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda qəzetlərə kənardan maliyyələr gəlir: "Mətbuatın iqtisadi bazası qeyri-şəffafdır. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, mətbuatın iqtisadi bazası şəffaf olsun. Azərbaycan mətbuatında işçilərlə müqavilələr bağlanmır, Əmək Məcəlləsinin tələblərinə əməl olunmur. Mətbuatın şəffaflaşması media kapitanlarının da ürəyincə deyil. Reklamlarla, müəyyən gəlirlərlə bağlı gizliliyin saxlanması onlar üçün daha sərfedicidir. Bu istiqamətdə də biz öz işlərimizi qururuq".
   Ə.Amaşov həmçinin qeyd edib ki, Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisi, 9 milyona yaxın əhalisi var. Bu qədər əhali, ərazi üçün 5-6, maksimum 10 qəzetin olması kifayətdir. Amma Azərbaycanda bu gün 30-a qədər gündləik, 60-dan çox həftəlik qəzet var. 600-ə yaxın media qurumu fəaliyyət göstərir. Bunlar Azərbaycan media bazarı üçün kifayət qədər çoxdur. Bunların hamısına reklam da çatdırmaq olmaz. Bu o demək deyil ki, ölkədə reklamla bağlı hər şey yaxşıdır. Bu sahədə də ciddi problemlər var. Mənə elə gəlir ki, hər şeyi bazar tənzimləməlidir. Bazar zəif qəzetləri aradan çıxarmalıdır. Azərbaycanda mövcud olan qəzetlər, başqa ölkələrdə olduğu kimi, holdinqlərdə birləşməlidir. Eyni vaxtda müstəqillik əldə etməyimizə baxmayaraq, Azərbaycan mətbuatı Rusiya mətbuatının 1994-95-ci illərini yaşayır.
   "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin sözlərinə görə, yaxın vaxtlarda şirkətlərin qəzetlərlə əməkdaşlıqda maraqlı olacağını düşünmək olar. Ola bilsin ki, prezidentin məlum çıxışından sonra qəzetlərlə əməkdaşlıq edən, onlara reklam verən şirkətlərin, bankların, səhmdar cəmiyyətlərin sayı artsın: "Amma bir çox qəzetlərin haradan maliyyələşdiyi bəlli deyil. Nəinki qəzetlər, media təşkilatları, siyasi partiyalar da hökumətdən gizli yolla pul alır. Hökumət bu ayırmaları indi rəsmiləşdirmək istəyir. Mən adlarını açıqlamaq istəmirəm, hansı qəzetin haradan maliyyələşdiyini ictimaiyyət yaxşı bilir. Prezident Aparatından və ya ayrı-ayrı nazirliklərdən ayda 4-5 min manat alan qəzetlərə əlavə dövlət yardımlarının ayrılması absurddur. Reklam bazarında vəziyyət getdikcə ağırlaşır. Qəzet bazarını kifayət qədər araşdırmışam və qəti olaraq deyə bilərəm ki, Azərbaycanda müstəqil reklam bazarı yoxdur.
   Qəzetin gəliri onun satışından və reklamdan olmalıdır. Reklam yoxdur. Satış da aşağıdır. Qəzetlərin arxasında tirajın 4-5 min göstərilməsinə baxmayaraq, real tiraj 1000-2000 arasındadır. Satış faizi 30-60 arasındadır. Qəzetin birinin satışına görə redaksiyaya 8 qəpik qalır. Mən sizə sual verirəm: 8 qəpik xeyirlə hansı qəzet fəaliyyət göstərə bilər? Mövcud qəzetlərin 99 faizi hakimiyyətdəki mənbələrdən qanunsuz yollarla maliyyələşir. Hər nazirin 3-4 qəzeti var".
   
Eldar XƏYAL
"Nurəddin bəy öz işi ilə məşğul olsa yaxşıdır"
Mirmahmud Mirəlioğlu: "Demokratiya Uğrunda İttifaq bu birlikdə təmsil olunmasa, AXCP-Müsavat birliyi də olmayacaq"
"Mən hesab edirəm ki, müxalifətin birliyi Demokratiya Uğrunda İttifaq Müsavat-AXCP birliyində təmsil olunmadan mümkün deyil.
   Əks halda, AXCP-Müsavat birliyi də olmayacaq". Bunu APA-ya açıqlamasında DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. AXCP sədrinin müavini Nurəddin Məmmədlinin indiki məqamda DUİ-nin AXCP-Müsavat birliyində təmsil olunmasının əlverişsiz olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirən M.Mirəlioğlu qeyd edib ki, N.Məmmədli ilə bir-birini kifayət qədər tanıyırlar, ona hörməti var və ondan da hörmət görüb: "Amma Nurəddin bəy öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mən birliyin bu formatda olmasını mövcud vəziyyətə, hazırladığımız layihəyə, müzakirələrə, insanlarla görüşlərdə dediyimiz fikirlərə və hazırkı real şəraitə əsaslanıb deyirəm. Amma onların mövqeyini dəyişib-dəyişməyəcəyini deyə bilmərəm. Bunu zaman göstərər". M.Mirəlioğlu qeyd edib ki, DUİ ilə Müsavat rəhbərliyi arasında görüşlər davam etdirilir və bu müzakirələrin müsbət nəticəsinin olacağına ümidvardır.
Vətəndaş və İnkişaf Partiyası yeni 105 minə qərargah alıb
Vətəndaş və İnkişaf Partiyası (VİP) Yasamal rayonu ərazisində özünə yeni qərargah alıb. Partiyanın sədri Əli Əliyev APA-ya bildirib ki, yeni qərargah Fuad İbrahimbəyov küçəsi 14 ünvanında yerləşir. Ə.Əliyev hazırda qərargahda təmir işlərinin aparıldığını və yaxın 10 gün müddətinə yeni ünvana köçəcəklərini bildirib. Partiya sədri onu da qeyd edib ki, VİP-in Şəmsi Bədəlbəyli küçəsində yerləşən qərargahı "Qış Parkı"nın ərazisinə düşdüyündən dövlət tərəfindən alınıb, bunun müqabilində partiyaya 105 min manat kompensasiya ödənilib. Yeni qərargah da həmin pulla alınıb.
Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirinin gəlməsi ətrafında qeyri-müəyyənlik hələ də qalır
Gürcüstan XİN ölkənin Azərbaycana yeni təyin olunan səfiri İrakli Kavtaradzenin gəlməsilə bağlı problemin olduğunu təkzib edir.
   Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaninin dediyinə görə, bu prosesin yubanması "adi prosedurlar"la bağlıdır. Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Nikolaz Natbiladze öz missiyasını 2009-cu ilin noyabrında başa vurub.
Mülkiyyət növündən asılı olmayaraq bütün növ əmlaklar siyahıya alınacaq
Prezident fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə fərman imzalayıb.
   APA-nın "AzərTac" agentliyinə istinadən verdiyi xəbərə görə, sənəddə, əsasən Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb ki, bütün ölkə ərazisində, mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın texniki inventarlaşdırılmasını, qiymətləndirilməsini və daşınmaz əmlakın vahid dövlət kadastrı uçotuna alınmasını həyata keçirsin və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikası Prezidentinə hesabat versin.
   Daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.
   Öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin. Nazirlər Kabinetinə tapşırılıb ki, Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasında daşınmaz əmlakın texniki inventarlaşdırılması işlərinin maliyyələşdirilməsi məsələlərini həll etsin.
   Üç ay müddətində "Daşınmaz əmlakın vahid dövlət kadastrı haqqında" Azərbaycan Respublikasının Qanun layihəsini hazırlayıb Azərbaycanın prezidentinə təqdim etsin.
   Qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin. Azərbaycanın Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin.
   
Azərbaycan prezidenti Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dünən Bakıda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
   Prezidentin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, dövlət başçısı türkiyəli nazirin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib. İki ölkə ölkə arasında iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən İ.Əliyev bu əlaqələri daha da genişləndirmək üçün imkanların mövcudluğunu vurğulayıb. Nazirlə birlikdə türkiyəli iş adamlarının da ölkəmizə səfər etməsinə toxunan dövlət başçısı bunun yerli iş adamları ilə birgə fəaliyyət qurmaq və əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu deyib.
   Öz növbəsində, Z.Çağlayan Türkiyə prezidenti Abdulla Gülün və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını İ.Əliyevə çatdırıb. O, Azərbaycanda böyük inkişaf proseslərinin uğurla davam etdiyini vurğulayıb. Bir il əvvəl Bakıya səfərini xatırlayan türkiyəli nazir ötən dövr ərzində şəhərdə yeni-yeni gözəl binaların tikildiyinin, geniş yolların salındığını və Bakıda dünyanın heç bir ölkəsində olmayan yüksəlişin şahidi olduğunu qeyd edib. Qlobal maliyyə böhranı fonunda Azərbaycan iqtisadiyyatının ötən il 9% artdığını vurğulayan qonaq ölkəmizin inkişafından qürur duyduqlarını deyib və əldə edilən yüksək nailiyyətlərə görə dövlət başçısını təbrik edib.
   Prezident İ.Əliyev Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
   
Dünya sosialistlərinin başçısı Azərbaycana gəlir
Araz Əlizadənin dediyinə görə, onun prezidentlə görüşü gözlənir
"Sosialist İnternasionalı"nın baş katibi Luis Ayala çərşənbə günü Azərbaycana səfərə gəlir. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə deyib.
   "Avqustun 1-dək davam edəcək səfər çərçivəsində "Sosialist İnternasionalı"nın baş katibi Azərbaycan Prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək" - Əlizadə qeyd edib.
   Onun sözlərinə görə, oktyabr ayında Bakıda "Sosialist İnternasionalı"nın Şərqi Avropa, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə komitəsinin iclası keçiriləcək və Ayalanın səfərində məqsəd Azərbaycan tərəfilə komitənin iclasına hazırlıqla bağlı məsələlərin müzakirəsidir.
   
   
Metyu Brayzanın taleyi necə olacaq?
Səfir təyinatı ilə bağlı keçiriləcək görüşün gündəliyində onun adı yoxdur
Amerika Senatının Xarici Əlaqələr Komitəsinin saytında yerləşdirilmiş məlumatda avqustun 3-də senator Kerrinin sədrliyi ilə 21 ölkəyə səfir təyinatı ilə bağlı keçiriləcək görüşün gündəliyində Azərbaycana göndəriləcəyi bildirilən səfir Metyu Brayzanın adı yoxdur.
   Bunun səbəbi ilə bağlı Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən ANS-ə bildirilib ki, onlar Senatın qərarlarına şərh vermirlər.
   Xatırladaq ki, hələ bir neçə gün əvvəl Senatdakı dinləmələrdə Ağ evin Azərbaycana göndərmək istədiyi səfirliyə namizəd Metyu Brayza sorğu-sual edilmişdi. Onun gələn həftə səfir kimi təsdiqi gözlənilirdi.
   
Gürcüstan müharibəyə hazırlaşır?
Saakaşvili ordunu hər küçə uğrunda müdafiəyə hazırlaşmağa çağırdı
Gürcüstan prezidenti Mixeil Saakaşvili "bütün ölkə ərazisində total müdafiəyə hazırlaşmağa" çağırıb.
   Milli.Az xəbər portalının "İnterfaks"a istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Birləşmiş Qərargahı rəhbərliyi ilə görüşən prezident mülki müdafiənin gücləndirilməsinin də vacibliyini vurğulayıb. Əvvəllər Gürcüstan ordusunun daha çox sülhməramlı əməliyyatlara hazırlaşdığını xatırladan Saakaşvili deyib: "İndi hər bir rayonun, kəndin və küçənin müdafiəsinə hazırlaşmaq lazımdır".
   
Avqustun 11-i orucluğun ilk günü elan edildi
Bu il Ramazan ayı avqustun 11-də başlayacaq. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.
   Mətbuat xidmətinin rəhbəri deyib ki, avqustun 11-i günü oruc tutulacaq. Onun sözlərinə görə, yaxın günlərdə QMİ-nin Qazılar Şurası tərəfindən Ramazan ayının başlanması münasibətilə fətva veriləcək: "Qazılar Şurası tərəfindən veriləcək fətvada Ramazan ayı haqqında bütün məsələlərlə bağlı tövsiyələr əksini tapacaq".
   R.Dadaşova bu il Ramazan bayramının, ayın görünməsindən asılı olaraq, sentyabrın 9 və ya 10-na təsadüf edəcəyini də deyib.
   
Birləşmiş Ştatlar daha bir rus qadın casusu ifşa edib
Birləşmiş Ştatlar daha bir rus qadın casusu ifşa edib. ABŞ Prokurorluğu Amerika vətəndaşı olan Anna Fermanovanı Rusiyaya qanunsuz olaraq hərbi texnologiyalar daşımaqda ittiham edib.
   Texas ştatının 24 yaşlı sakini mart ayında Nyu-York aeroportunda Moskva reysinə minən zaman yaxalanıb. Belə ki, onun baqajından Amerika hərbçilərinin yeni istehsalı olan gecə görüntülü "Raptor 4X" optik nişangahı tapılıb. Qızın sözlərinə görə, o, nişangahı İnternet vasitəsilə alıb və onları Dövlət Departamentinin icazəsi olmadan harasa aparmağın qadağan olduğunu bilməyib. Həmin vaxt texnika müsadirə edildikdən sonra Fermanova buraxılıb. O Rusiyada olduğu müddətdə isə Rusiya ilə ABŞ arasında qalmaqal baş verib və qız iyulun 15-də ölkəsinə qayıdan zaman Fermanovanı hava limanında təhlükəsizlik xidmətinin əməkdaşları qarşılayıb. Hazırda o, valideynlərinin evində həbsdədir.
   
Nəsimi rayonunda yaşayış binası yandı
Paytaxtda 5 mərtəbəli binada yanğın baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın saat 16:45 radələrində Cavadxan küçəsi 5 ünvanında yerləşən binada başlayıb.
   Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyi Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları gəlib. Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə binadakı mənzillərdən birində qeydə alınıb. Hələlik mənzilin kimə məxsus olduğu və yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Bölmədən hadisə zamanı xəsarət alanın olmadığını deyiblər.
   
   
   
   
Nəsimi polisi soyğunçu Babayev Etibarı həbs etdi
Bakının Nəsimi rayonunda soyğunçuluqda təqsiri bilinən şəxs həbs olunub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən soyğunçuluqda təqsirli bilinən Etibar Babayev saxlanıb. Onun üzərinə baxış keçirilərkən 0,287 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. E.Babayev barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
   
Nərimanovda qızıl boyunbağı olan çantanı oğurlayan Elşən Bayramov həbs olundu
Azərbaycan paytaxtında oğurluqda şübhəli bilinən şəxslər saxlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayon sakini Nəzakət Cəfərovanın içərisində 292 manat pulu və qızıl boyunbağısı olan əl çantası naməlum şəxs tərəfindən oğurlanıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elşən Bayramov saxlanıb.
   Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən isə evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb. Belə ki, rayon sakinləri Elmuraz Mansurov və bacısı Tamam Mansurovanın evindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zamin Yusifov və İlqar Qarayev saxlanıb. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.
   
Əlaçı orta məktəb məzunlarının işi Təhsil Nazirliyində araşdırılacaq
Əlaçılar qəbulda niyə məqbul nəticə göstərə bilmir?
Təhsil Nazirliyində orta məktəbləri "əla" qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti müzakirə olunacaq. Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.
   Məsələ burasındadır ki, son illər orta məktəbləri "əla" qiymətlərlə bitirən və xüsusi nümunəli attestat alan bir çox məzunlar ali məktəblərə qəbul zamanı zəif nəticələr göstərir. Bu isə həmin məzunların "əla" qiymətləri və xüsusi attestatlarını qanuni yolla almasına şübhə yaradır.
   Təhsil Nazirliyindən verilən məlumata görə, ötən illlərin araşdırmaları göstərib ki, həm kənd rayonları, həm də şəhərlər üzrə orta məktəbləri "əla" qiymətlərlə başa vuran məzunların bir qismi ali məktəblərə qəbul imtahanlarını verə bilməyərək tələbə adını qazana bilməyib.
KİV DF-nin maliyyə dəstəyi ilə daha bir tədbir keçirildi
"Bakı-Xəbər" layihəni yekunlaşdırır
"Bakı-Xəbər"qəzetinin işçi qrupu 26-28 iyul 2010-cu ildə KİV-ə Dəstək Fondunun maliyyəsilə həyata keçirdiyi "İnformasiya və Kommunikasiya Texnologiyalarının, müasir texniki nailiyyətlərin KİV-in vəziyyətinə tətbiqi" adlı layihəsi üzrə görüşlər keçirib.
   Jurnalistlər, İKT və ictimaiyyət nümayəndələrilə keçirilən görüşlərdə "Jurnalistlərin peşəkarlığının yüksəldilməsi və KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi işində 21,22 iyul Prezident fərman və sərəncamlarının rolu" mövzusu müzakirə olunub. Görüşlər "Azərbaycan" Nəşriyyatı və Nərimanov rayonunda keçirilib. Görüşdə layihə rəhbərinin göməkçisi Vaqif Cəliloğlu tədbir iştirakçılarına Prezidentin jurnalist və KİV-lərlə bağlı məlum sərəncam və fərmanları barədə məlumat verib. Görüşdə iştirak edən jurnalistlərdən P.Şükür, İ.Sarıyeva, M.Abbasov ictimaiyyət nümayəndələri C.Həsənov, D.Miriyev, E.Ələkbərov və başqaları KİV-in inkişafında, jurnalist peşəkarlığının artırılmasında bu sənədlərin xüsusi rolundan danışıblar. Qeyd olunub ki, jurnalistlərin "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi" fəxri adları və "Tərəqqi" medalı ilə təltif olunması ölkə jurnalistlərinə dövlət qayğısının bariz nümunəsidir. Çıxış edənlər dövlətin redaksiyalara birdəfəlik maliyyə yardımının KİV-in maddi-texniki bazasının möhkəmlənməsində, İKT və müasir texniki nailiyyətlərdən istifadədə əhəmiyyətindən danışıblar.
   
Xəbər xidməti
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə iyulun 29-da İslam Aləmi Liqasının yaradılmasının 50-ci ildönümünə həsr olunan tədbirdə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına gedəcək.
   QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləzizin himayəsi altında keçirilən mötəbər tədbirə İslam aləminin tanınmış dini liderləri və müsəlman ölkələrinin hökumət nümayəndələri dəvət alıblar. Tədbirdə QMİ sədrinin çıxışı etməsi nəzərdə tutulur.
   
Xankəndidə Ermənistan Milli Çempionatının qarşısı alındı
"Nə? Harada? Nə zaman?" oyununun Ermənistana verilmiş lisenziyası geri çağırılıb
Bu ilin may ayında Azərbaycanın işğal olunmuş torpaqlarında - Xankəndi şəhərində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Ermənistan milli çempionatı keçirilib.
   Çempionat "Nə? Harada? Nə zaman?" klublarının beynəlxalq Assosiasiyasının rəsmi lisenziyası ilə təşkil olunub. Bununla, Assosiasiyanın beynəlxalq hüququn pozulmasına göz yumması nəticəsində "Nə? Harada? Nə zaman?" oyunu üzrə Ermənistan milli çempionatı Azərbaycan ərazisində keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar "Atəşgah" İntellektual Oyunlar Klubu tərəfindən "Nə? Harada? Nə zaman?" klublarının Beynəlxalq Assosiasiyasına etiraz məktubu göndərilib. Assosiasiya rəhbərliyi və Assosiasiyanın Etik məsələlər üzrə komissiyası tərəfindən qəbul edilmiş qərara əsasən, Ermənistan milli çempionatına verilmiş lisenziya geri çağırılıb və Beynəlxalq Assosiasiyanın komissiyalarına qeyd olunan çempionatın nəticələrinin tanınmaması tapşırılıb.
   
   
Türkiyədən qalxan sərnişin təyyarəsi İslamabadda təpəliyə düşdü
Göyərtəsində 152 nəfərin olduğu bildirilən təyyarədə sağ qalan olmayıb
Pakistanın paytaxtı İslamabad şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb. Pakistanın "Airblue" aviaşirkətinə məxsus sərnişin təyyarəsi paytaxt İslamabad şəhəri yaxınlığındakı Marqalla təpələrinə düşüb.
   APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, təyyarə Türkiyədən havaya qalxıb. Təyyarənin içində, 146-sı sərnişin olmaqla, 152 nəfər olub. Hadisə barədə yayılan ilkin məlumatlarda bildirilirdi ki, qəza zonasına göndərilən xilasedicilər 8 nəfərin sağ olduğunu görüblər və onlar olay yerindən evakuasiya edilib. Lakin sonradan bu xəbər rəsmi şəkildə təkzib edildi. Belə ki, xilasedicilər təyyarə qəzasının baş verdiyi yerdə sağ qalmış sərnişin aşkarlamayıblar. Qəzaya uğramış "Airbus-321" təyyarəsinin dağıntıları altından hələlik 90-dan çox adamın cəsədinin qalıqları çıxarılıb. Pakistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saed Azmat Ali bildirib ki, qəza yeri çox çətin relyefə malik ərazidir və cəsədlərin qalıqlarının tapılması istiqamətində iş davam etdirilir. Xilasetmə əməliyyatına bir batalyon əsgər cəlb olunub. Onu da qeyd edək ki, hələlik İslamabad yaxınlığında qəzaya uğramış təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşının olub-olmadığı haqda məlumat yoxdur. Bunu APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən bildiriblər. Səfirlikdən situasiyanın izləndiyini deyiblər.
   
Xəbər xidməti
QMİ Həcc ziyarətinə zəvvar yığır
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sənədlərinin qəbulu sentyabrın ilk həftəsinə qədər davam etdiriləcək.
   Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Mətbuat xidmətinin rəhbəri deyib ki, hazırda zəvvarların sənədlərinin qəbulu davam edir. Onun sözlərinə görə, bu il Həcc ziyarəti üçün ayrılan 2 min nəfərlik kvotaya uyğun olaraq, zəvvarların 1200 nəfəri avtobus, 800 nəfəri isə təyyarə ilə yola salınacaq.
   Qeyd edək ki, ziyarətə avtobusla getmək istəyənlər 2500, təyyarə ilə getmək istəyənlər isə 3500 manat ödəməli olacaq. Zəvvarların otel və qidalanma xərclərini də QMİ öz üzərinə götürəcək. Xatırladaq ki, Azərbaycanda Qurban bayramı noyabrın 16 və 17-də qeyd olunacaq. Həcc ziyarətinə gedən zəvvarlar isə bayramdan bir həftə əvvəl yola salınacaq.
 
 
 SON XƏBƏRLƏR
2010-07-29 QMİ Həcc ziyarətinə zəvvar yığır
2010-07-29 Türkiyədən qalxan sərnişin təyyarəsi İslamabadda təpəliyə düşdü
2010-07-29 Xankəndidə Ermənistan Milli Çempionatının qarşısı alındı
2010-07-29 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
2010-07-29 KİV DF-nin maliyyə dəstəyi ilə daha bir tədbir keçirildi
2010-07-29 Əlaçı orta məktəb məzunlarının işi Təhsil Nazirliyində araşdırılacaq
2010-07-29 Nərimanovda qızıl boyunbağı olan çantanı oğurlayan Elşən Bayramov həbs olundu
2010-07-29 Nəsimi polisi soyğunçu Babayev Etibarı həbs etdi
2010-07-29 Nəsimi rayonunda yaşayış binası yandı
2010-07-29 Birləşmiş Ştatlar daha bir rus qadın casusu ifşa edib
2010-07-29 Avqustun 11-i orucluğun ilk günü elan edildi
2010-07-29 Gürcüstan müharibəyə hazırlaşır?
2010-07-29 Dünya sosialistlərinin başçısı Azərbaycana gəlir
2010-07-29 Azərbaycan prezidenti Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət nazirini qəbul edib
2010-07-29 Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirinin gəlməsi ətrafında qeyri-müəyyənlik hələ də qalır
2010-07-29 Vətəndaş və İnkişaf Partiyası yeni 105 minə qərargah alıb
2010-07-29 "Nurəddin bəy öz işi ilə məşğul olsa yaxşıdır"
2010-07-29 Prezidentin göstərdiyi problemin əsas baiskarı banklar və SC-lərdir
2010-07-29 Qulamhüseyn Əlibəyli AXCP-Müsavat ittifaqına meyllənib
2010-07-29 Eldəniz Quliyev də VİP-lə ALP-nin yaradacağı bloka qoşulur
2010-07-29 MSK-dan Natiq Məmmədovun sözlərinə əlavə şərh gəldi
2010-07-29 Əli Əliyevlə Lalə Şövkətə qoşulacaq üçüncü partiya kim olacaq?
2010-07-29 Allahmədədli sakinləri Bakıya yeni yürüş edəcək
2010-07-29 Hulusi Kılıç Mətbuat Şurasının yeni ofisinin ilk diplomat qonağı oldu
2010-07-29 KİV DF direktorunun "jurnalist-mənzil şəhərciyi" ideyası ətrafında müzakirə açıldı
2010-07-29 Əflatun Amaşov "reket jurnalistlərin" məsələsini baş prokurorla müzakirə etdi
2010-07-29 Azərbaycanda daha bir dəstənin silahlı cihada hazırlığı ssenarisi açıldı
2010-07-29 Mirmahmud Mirəlioğlu DUİ-nin Müsavat-AXCP birliyinə qoşulması barədə məlumatlarda tarixin təhrif olunduğunu dedi
2010-07-29 Meksika körfəzində növbəti neft qəzası baş verib
2010-07-29 Binəqədi polisi Eyvazov Oqtaydan lüləsi kəsilmiş tüfəng tapdı
2010-07-29 QAT Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan etdi
2010-07-29 Qırğızıstanda çirkli pul üstündə həbs edilmiş azərbaycanlının vəziyyəti ağırlaşıb
2010-07-29 Dünya Bankının Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı hesabatı ciddi müzakirələrə yol açdı
2010-07-29 Cenevrədə ATƏT və Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya-Gürcüstan danışıqları başlayıb
2010-07-29 Saakaşvilinin "Biz ki zənci deyilik" sözləri aləmi qarışdırıb
2010-07-29 Obama mətbuata sızan məxfi məlumatlara reaksiya verdi
2010-07-29 BMT-nin Azərbaycanda yeni rezidenti Eldar Mahmudovla görüşdü
2010-07-29 Seçkilərin Monitorinq Mərkəzi internetdə vaxtsız deputat təbliğatlarını qanunsuz saymadı
2010-07-29 ATƏT Azərbaycanda seçkiqabağı mühitlə bağlı ilk hesabatı açıqladı
2010-07-29 Politoloq Dağlıq Qarabağın müstəqillik qərarından BMT məhkəməsinə şikayət etməyə lüzum görmür
2010-07-29 Erməni lobbisi Sarkisyana qəzəblənib
2010-07-29 Ötən gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş on bir nəfər xilas olunub
2010-07-29 Ünvanlı yardımlara görə Sosial Müdafiə Nazirliyinin 40 məsul əməkdaşı cəzalandırıldı
2010-07-29 Hökumət çoxmərtəbəli binalardakı mənzillərlə bağlı yeni qayda tətbiq etdi
2010-07-29 Sumqayıtın istehlak malları mağazalarında reydlər keçirilib
2010-07-29 "Səid Dadaşbəylinin dəstəsi"nin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
2010-07-29 Dini Komitə "Dini liderlərin Bakı sammiti" barədə xəbərlərə düzəliş verdi
2010-07-29 Dini Komitə və Ədliyyə Nazirliyinə əlavə səlahiyyət verildi
2010-07-29 Lənkəran Əliyevdən sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılmış yoxlamaların məhkəmə istintaqı başladı
2010-07-29 Dəhşətli istilər Azərbaycan meşələrini yandıra-yandıra gedir
2010-07-29 Yerli taxıl istehsalının tələbatımızı ödəməyəcəyi rəsmən təsdiqləndi
2010-07-29 "Xəzər Lənkəran" Denis Romanovsla iki illik müqavilə bağladı
2010-07-29 Diktator yığma komandanın rəhbərliyini danladı
2010-07-29 "Real"la "İnter" Maykon məsələsində razılığa gəldi
2010-07-29 "Barselona"nın 442 milyon avro borcu yaranıb
2010-07-29 "Qalatasaray"ın üç yeni forması təqdim olundu
2010-07-29 Fatih Təkkə Türkiyədə klub alır
2010-07-29 Elano "Rubin"də çıxış edə bilər
2010-07-29 Raul "Şalke-04"lə iki illik müqavilə bağladı
2010-07-29 "Qalatasaray"ın sabiq futbolçusu Rumıniyada bazar tikdirir
2010-07-29 "Everton" Araz Abdullayevi transfer etmək istəmir?
2010-07-29 Argentina millisində Maradona erası sona çatdı
2010-07-29 Azərbaycanın intellektual komandası erməniləri və gürcüləri üstələdi
2010-07-29 Bu ilin altı ayında Azərbaycanda mənzil tikintisinə qoyulan vəsait 5 dəfə artıb
2010-07-29 Azərbaycanda neft-qaz sahəsində bəzi idxal rüsumları ləğv edildi
2010-07-29 Azər Orucov Gədəbəydə yeniyetməni qətlə yetirən Rəhman Namazovun cinayətini sübut etdi
2010-07-29 Yaxın üç gündə hava dəhşətli dərəcədə istiləşəcək
2010-07-29 Qubanın 2-ci Nügədi kəndində qəbiristanlıq yanıb
2010-07-29 Sumqayıtdakı "Şərq bazarı"nın ətrafını partlamış boru suları basır
2010-07-29 Şou müğənnilər yol polislərini cana doydurub
 
 
 
Copyright (c) Bakı Xəbər 2009