TQDK boş magistratura yerlərinə əlavə sənəd yığımına başlayır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-dan ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə yerləşdirmə üçün sənəd qəbuluna başlayacaq.
TQDK-nın sektor müdiri Natiq Əliyev APA-ya bildirib ki, sənəd qəbulu iyulun 29-u saat 9.00-dan başlayaraq avqustun 5-i saat 9.00-dək İnternetlə aparılacaq. Vakant yerlər barədə elan "Magistr" jurnalının 6 sayında dərc ediləcək. N.Əliyev deyib ki, iyulun 28-29-da magistratura imtahanları ilə bağlı TQDK-da apelyasiya komissiyaları fəaliyyət göstərəcək.