İyulun 26-da iki qardaş Xəzərdə batıb
Xəzər dənizində batan iki nəfərin meyiti çıxarılıb, batma təhlükəsilə üzləşən 8 nəfər isə xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisələr iyulun 26-da qeydə alınıb.
Məlumatda bildirilir ki, Xəzər dənizinin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsilə üzləşmiş 8 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Dənizin nəzarət olunmayan hissəsində batmış 1993-cü il təvəllüdlü Orxan Ramazan oğlu Hacıyevin və 1990-cı il təvəllüdlü Ruslan Ramazan oğlu Hacıyevin cəsədləri isə dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılıb.
Dənizin nəzarət olunan hissəsində batdığı ehtimal olunan 1 nəfərin axtarışları davam etdirilir.