Ermənilər Azərbaycanın Xocavənd rayonunda yerləşən Azıx mağarasını mənimsədilər
.jpg)
Milli.Az xəbər portalının məlumatına görə, "Armenia Today" dünyanın ən qədim insanlarının yaşadığı mağaralardan sayılan Azıx mağarası haqda material və şəkillər dərc edib.
Ermənilər həyasızcasına "1999-cu ildən mağarada axtarış və araşdırmalar aparıldığını, hər il mağaranın 300 min il əvvəl yaşamış insanlara məxsusluğunu sübut edən əşyalar tapıldığını" yazır. Azərbaycana məxsus bu tarixi yerdə "araşdırma" aparan ermənilər o dövrdə yaşamış insanları bir gün erməni çıxartsalar, gərək buna heç kim təəccüblənməsin...
Qeyd edək ki, Azıx mağarasının sahəsi 800 kv m-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyüdür. Vaxtilə mağaradan 700 min il bundan əvvələ aid ocaq izləri tapılıb.