Azərbaycanda cəmi 7 nəfər abituriyentin 700 ballıq savadı var imiş
Ancaq bu, deyilənə görə, 1992-ci ildən indiyədək ən yüksək göstəricidir
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə testlə keçirildiyi 1992-ci ildən indiyədək olan müddətdə ilk dəfə olaraq bu il 7 nəfər abituriyent 700 bal toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, 700 bal toplayanların ikisi I, ikisi II, üçü IV ixtisas qrupu üzrə sənəd verənlərdir. Bu il III ixtisas qrupu üzrə maksimal nəticə göstərən olmayıb. E.Nağızadə deyib ki, qəbul imtahanlarında ilk dəfə 700 bal 2008-ci ildə toplanıb. Həmin ilki qəbul imtahanlarında 6 nəfər mümkün olan ən yüksək nəticəni əldə edib. Ötənilki imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilib.