.jpg)
Rusiya Xarici İşlər Nazirliyi İran prezidenti Mahmud Əhmədinejadın Rusiya ilə bağlı bəyanatına münasibət bildirib.
Qurumun bəyanatında deyilir ki, İran prezidenti Mahmud Əhmədinejatın Rusiyanın obeyktiv yanaşmasını təhrif edən son bəyanatları qəbul edilməzdir: "Hesab edir ki, faydasız və məsuliyyətsiz ritorika əvəzinə İran rəhbərliyi nüvə proqramı ilə bağlı vəziyyətin tezliklə nizamlanması üçün konkret konstruktiv addımlar addımlar atsa, daha yaxşı olar"
Rusiya XİN İran, Braziliya və Türkiyə arasında İran məsələsilə bağlı danışıqların davam etdirilməsini alqışlayıb. Rəsmi Moskva İran və "altılıq" ölkələri arasında dialoqun tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Əhmədinejad bir neçə gün əvvəl Rusiyaya, konkret həmkarı Dmitri Medvedyevə qarşı ittihamlar səsləndirmişdi. O, Moskvanın "antiİran kampaniyasına qoşulduğunu" bildirmiş, Medvedyevi "bu kampaniyanın yayıcısı" adlandırmışdı.