28 Iyul 2010-cı il, N 393(1889)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1262)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1149)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1111)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1108)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
ABŞ-ın Əfqanıstan sirlərini açmış bir əsgər şübhə altındadır
Hər kəs iddiaları təkzib edir

Mətbuata sızan müharibə sirlərinin araşdırılması və sızmanın vurduğu ziyanın müəyyənləşdirilməsi həftələr sürə bilər. ABŞ-ın Müdafiə nazirliyinin sözçüsü Devid Lapan Wikileaks saytının internetdə yerləşdirdiyi 90 mindən çox hərbi raport haqda belə deyib. Və məxfi məlumatların mətbuata sızdırılmasını "cinayət" adlandırıb.

   Ağ Ev bəyan edib ki, sözügedən sənədlərdə Əfqanıstan müharibəsində iştirak edən resurslar, şəxslər, əməliyyatlar adlarına qədər göstərilib və bu böyük təhlükə törədir.

   Sənədlərdə, həmçinin, 200-ə qədər dinc sakinin NATO əsgərləri tərəfindən qətlə yetirilməsi və gizlədilməsi, ABŞ ordusunun məhkəməsiz-filansız təhlükəli gördükləri yaraqlı liderləri ovlayan xüsusi dəstəsinin olması haqda faktlar da yer alıb.

   Sözügedən məxfi məlumatlarda isə bildirilir ki, Əfqanıstanda NATO qoşunları yüzlərlə günahsız, dinc sakini guya silahlı imiş kimi öldürüb, bu hadisələr heç hesabatlara da düşməyib. "Taliban" əfqan hökumətinə qarşı mübarizəsində Pakistan Kəşfiyyatından yardım alır. ABŞ ordusunun gizli "insan ovçuları" dəstəsi var. "Wkileaks" saytının gizli yolla əldə etdiyi, "Nyu York Tayms", "Qardian" və "Şpigel" jurnalına göndərdiyi məxfi sənədlərdə belə deyilir.

   "Wikileaks" saytı "Əfqanıstan müharibəsi gündəliyi" adı altında 2004-2010-cu illəri əhatə edən 92 min sənədi dərc edib. Saytın təsisçisi Culian Assanj bu sənədlərin saxta yox, əsl olduğunu, amma içindəki məlumatların həqiqiliyinə görə göndərən və qəbul edən təşkilatların məsuliyyət daşıdığını deyir.

   Culian Assanj: "Bu məlumatlardan hansısa yalan olsa, bu bizim etibarımıza zərbə olar. Amma biz heç vaxt saxta sənəd dərc etməmişik və bu dəfə də istisna deyil".

   Saytın təsisçisi Culian Assanj iyulun 26-da "Qardian"a bildirib ki, əldə olunan sənədlər əfqan müharibəsinin əsl üzünü göstərir. Və ilk dəfədir ki, açıqlanır. Məsələn, "373 kod adlı" xüsusi dəstə haqda. Bu, ABŞ ordusunun xüsusi məxfi dəstəsidir, onlar əllərindəki terrorçu siyahısındakıları axtarır, məhkəməsiz-filansız onları aradan götürürlər.

   Assanj keçirdiyi mətbuat konfransında bildirib ki, indi aşkarlanan bu məxfi sənədlərdəki iddiaları araşdırmaq məhkəmələrin səlahiyyətindədir. Amma burda doğrudan da müharibə cinayətlərindən söhbət gedir.

   Müharibə cinayətləri hissəsində Əfqanıstanda dinc sakinlərin qətlə yetirilməsi haqdakı sənədlər daha çox diqqət cəlb edir.

   "Wikileaks"in dərc etdiyi sənədlərdə 144 olay haqda hesabatlar var. Bu olaylarda müttəfiq qoşunları - NATO əsgərləri tərəfindən 195 dinc sakinin öldürülməsi, 175-nin yaralanmasının təfərrüatları var.

   Bu hadisələrin bir çoxu NATO təyyarələrinin səhv hava zərbələri ilə bağlıdır. Amma bəzilərində NATO əsgərlərinin qorxudan və ya yetərincə bilmədən dinc sakinləri gülləməsindən bəhs edilir:

   - Məsələn, 2008-ci ildə fransız əsgərlərinin uşaqları daşıyan avtobusu atəşə tutması, 8 uşağı yaralaması;

   - ABŞ patrul maşınının adamla dolu avtobusu gülləbaran edib 15 nəfəri öldürməsi;

   - 2007-ci ildə Polşa əsgərlərinin minaya düşən yoldaşlarının qisasını almaq niyyətilə bir kənddəki toy mərasimini minaatanlardan atəşə tutması, aralarında hamilə qadının da olduğu dinc sakinləri qətlə yetirməsi faktları, xüsusilə

   "Wikileaks" saytının dərc etdiyi 180 sənəddə Pakistan kəşfiyyatının "Taliban"çılarla əlaqələrini iddia edir. Bu sənədlərdə Pakistan kəşfiyyatının zaman-zaman yaraqlılara təlim keçməsi, onlara xüsusi partlayıcılar ötürməsi və düzəltməyi öyrətməsi iddiaları var. Hətta "Taliban"çıların Pakistan Kəşfiyyat İdarəsindən yer-hava tipli raketlər istəməsi haqda da sənəd var.

   Sənədlərə əsasən, Əfqanıstan prezidenti Həmid Kərzaiyə sui-qəsd və hətta NATO əsgərləri üçün nəzərdə tutulan pivənin zəhərlənməsi cəhdi də pakistanlı xüsusi xidmət orqanlarının ayağına yazılır.

   Sənədlərdə ara-sıra İran xüsusi xidmət orqanlarının da Əfqanıstandakı yaraqlılara etdiyi yardımlar, onları silahlandırmasından söz açılır.

   Hesabatın internetə yerləşdirilməsindən sonra ABŞ və müttəfiqləri informasiyanın haradan sızdırılması üzərində baş sındırmaqla bərabər, həm də ciddi şəkildə sənədlərin təkzibilə məşğuldur.

   Amma iddiaların 2004-2009-cu illər arasında baş verməsinə işarə edən prezidentin müşaviri Cim Cons bildirib ki, "dərc edilənlər ABŞ-ın Pakistan və Əfqanıstanla əməkdaşlığına təsir etməyəcək".

   Consun sözlərinə görə, prezident Obama hakimiyyətə gələndə Əfqanıstan siyasətində çatışmazlıqların olduğunu bilirdi və ona görə "Taliban" və "Əl-Qaidə" ilə mübarizəni gücləndirmək təşəbbüsü ilə çıxış edib".

   Pakistanın ABŞ-dakı səfiri Hüseyn Haqqani isə deyib ki, dərc edilənlər Əfqanıstan-Pakistan sərhədinin hər iki tərəfində yaşayanların yaydığı boş və əsassız iddialardan başqa bir şey deyil.

   Əfqanıstan prezidentinin sözçüsü Vahid Ömər bildirib ki, onlar baş verənlərin əksəriyyəti haqda, məsələn, dinc sakinlərin ölümü haqda narahatlıqlarını daha öncə də qərbli tərəfdaşlarına bildiriblər. Pakistan kəşfiyyatı haqda iddialar isə əvvəldən onlarda şübhələr oyadıbmış, amma iddiaları tam araşdırandan sonra konkret mövqe bildirəcəklər.

   Qərb mətbuatı yazır ki, Pentaqonun məmurları hazırda ancaq bir suala cavab tapmaq istəyir: məlumatları internetə kim sızdırıb?

   Əsas şübhələr hələlik Amerika ordusunun sabiq əsgəri Bradley Manningə yönəlib. 22 yaşlı Manning bir müddətdir ki, ABŞ-ın Küveyt ərazisindəki hərbi həbsxanasında saxlanır. Bir qədər əvvəl Wikileaks öz səhifəsində Amerika əsgərlərinin vertolyotdan gunahsız adamları gülləbaran etməsi haqda məxfi videogörüntülər yerləşdirmişdi. Bu videonun Wikileaksə Manningin verdiyi ehtimal olunur, ona görə də onu həbsdə saxlayırlar. İndi Pentaqon yeni sənədlərin də Bradley Manning tərəfindən sızdırılması versiyasını yoxlayır.

   Xəbər verilir ki, Pentagon Manningin kompüterini yenidən yoxlayıb, orada Əfqanıstan haqda məlumatların izlərini axtarır və hərbi müstəntiqlər hərbi qulluğunu İraqda çəkmiş Manningin Əfqanıstandakı əməliyyatların da sirlərinə çıxışının olub-olmadığını araşdırır.

   Hələ iyun ayında "The İndependent" yazırdı ki, Pentaqon hərbi sirlərin internetə sızdırılması təhlükəsilə üzləşib. Hərbi idarənin yaydığı bəyanatda deyilirdi ki, bu sənədlərin açıqlanması Amerikanın təhlükəsizliyinə ciddi zərbə vura bilərdi.

   İraq videosu ilə birlikdə, Manningin Wikileaksə daha 260 000 məxfi sənəd ötürdüyü də ehtimal olunurdu.

   
Tahir TAĞIYEV
Oxunub: 213 Geri gayıt
Digər xəbərlər
Rusiya İranla bağlı yeni mövqe göstərdi
Andrey Nesterenko: "Bu yolla İranın nüvə proqramı ilə bağlı yaranan durumu dəyişmək olmayacaq"
Şimali Koreya tərəfindən təcavüz təhlükəsi Cənubi Koreyanı "əldən-ayaqdan salıb"
Rusiya XİN Mahmud Əhmədinejadı məsuliyyətsiz bəyanatlar verməməyə çağırdı
ABŞ-ın Əfqanıstan sirlərini açmış bir əsgər şübhə altındadır
Hər kəs iddiaları təkzib edir
 
 SON XƏBƏRLƏR
2010-07-28 İsmayıllının eyni adlı kəndində 2 mərtəbəli ev yandı
2010-07-28 "Siyəzən Broyler"də ölüm hadisəsi...
2010-07-28 Bakı vağzalında 7 aylıq uşağını 6400 manata satan ananın məhkəməsi başlayıb
2010-07-28 Dərnəgüldəki masaj salonunda "Riad"ın mühafizə əməkdaşı qətlə yetirildi
2010-07-28 Bakının Qaraçuxur qəsəbəsində "su qiyamı"...
2010-07-28 Ən ağır müsabiqə şəraiti ikinci qrupda yaranıb
2010-07-28 Göyçayda 72 yaşlı qadın özünü Şirvan kanalına atıb intihar etdi
2010-07-28 TQDK boş magistratura yerlərinə əlavə sənəd yığımına başlayır
2010-07-28 İyulun 26-da iki qardaş Xəzərdə batıb
2010-07-28 Milli Mətbuat Günündən 6 gün sonra bayram tədbiri, ya "toydan sonra nağara"...
2010-07-28 Ermənilər Azərbaycanın Xocavənd rayonunda yerləşən Azıx mağarasını mənimsədilər
2010-07-28 Azərbaycanda cəmi 7 nəfər abituriyentin 700 ballıq savadı var imiş
2010-07-28 "Azərbaycan milli mətbuatında Güney Azərbaycan" mövzusu...
2010-07-28 Prezident kənd təsərrüfatı üçün önəmli təşkilata 5 milyon manat vəsait ayırdı
2010-07-28 İlyas İsmayılov, Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyevin blokuna hələ ad seçilməyib
2010-07-28 Ekspertlər bəzi KİV-lərin xarici sifarişlə işləməsinin kökündə üçbucaq görür
2010-07-28 Şəmkirdə yol polisinin qətlinə görə araşdırma başladı
2010-07-28 AXCP, deyəsən, DUİ-ni Müsavat-AXCP birliyinə qoşmaq istəmir
2010-07-28 10 il əvvəl Zaqatalada ifşa olunmuş Hacı Maqomedovun silahlı dəstəsinin bir üzvü axtarışa verildi
2010-07-28 Müasir Müsavat ermənistanlıların səsini beynəlxalq miqyasa çıxarır
2010-07-28 Beynəlxalq Valyuta Fondunun "Çirkli pul" missiyası Azərbaycana gəlib
2010-07-28 "Azadlıq" blokuna alternativ blokun yaradılması sentyabradək təxirə salındı
2010-07-28 Hərbi xidmətdən yayınma cinayətlərinin azalması ekspertlərin maraqlı təhlil mövzusu oldu
2010-07-28 Qaradağda Dərin Özüllər Zavodunun fəhlələrlə dolu avtobusu aşdı
2010-07-28 Ordumuzda "dedovşina tənəzzülü" barədə rəylər yayılıb
2010-07-28 Göyçayda qəbiristanlığın 3 hektar ərazisi yanaraq külə döndü
2010-07-28 40 milyon manatlıq reklam büdcəsinin yarısı qəzetlərə yönəldilsə...
2010-07-28 Rusiya İranla bağlı yeni mövqe göstərdi
2010-07-28 Şimali Koreya tərəfindən təcavüz təhlükəsi Cənubi Koreyanı "əldən-ayaqdan salıb"
2010-07-28 Rusiya XİN Mahmud Əhmədinejadı məsuliyyətsiz bəyanatlar verməməyə çağırdı
2010-07-28 ABŞ-ın Əfqanıstan sirlərini açmış bir əsgər şübhə altındadır
2010-07-28 Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayacaq
2010-07-28 Türkiyə-İsrail münasibətlərində yeni atmosfer yaranıb
2010-07-28 Erməni separatçılarının rəhbəri Haaqa Məhkəməsinin qərarından sonra dilə gəldi
2010-07-28 Heyvord BP şirkətinin baş direktoru vəzifəsindən azad edildi
2010-07-28 Kosovonun müstəqillik qərarı ətrafında beynəlxalq mübahisə yenidən qızışdı 192 dövlətdən yalnız 69-u...
2010-07-28 Azərbaycanın xam nefti Vyetnama axmağa başlayır
2010-07-28 Azərbaycana çay idxalı artır
2010-07-28 BP Meksikada məruz qaldığı maliyyə zərərinin məbləği barədə astronomik rəqəm açacaq
2010-07-28 Maşın idxalının azalması daxildə benzin satışına təsir göstərəcəkmi?
2010-07-28 Azərbaycan üzrə əlillik məsələsində "Naxçıvan təcrübəsi"...
2010-07-28 Daşkəsəndə komandirlərin kütləvi güllələnməsinə görə məhkəmə başladı
2010-07-28 Arif Haşımov doktorantura həvəskarlarına pis xəbər verdi
2010-07-28 8-ci mikrorayonda Nizami Nərimanov 21-in sakinləri zülmətə qarşı etiraza qalxıb
2010-07-28 "Araz" kursları TQDK-nın builki testlərində xüsusi nəticələr göstərib
2010-07-28 Azərbaycanla Türkiyə oktyabrın 12-də üz-üzə gələcək
2010-07-28 Braziliya yığması da dağıldı
2010-07-28 Çex ulduz Yan Polak "Qalatasaray"a gəlir
2010-07-28 "Qarabağ"ın "Visla"nı məğlub etməsi möcüzə ola bilər
2010-07-28 Maradona Argentina yığmasından gedir
2010-07-28 Quti rəsmən "Beşiktaş"da
2010-07-28 Torres İngiltərə Premyer-Liqasında ən bahalı futbolçu ola bilər
2010-07-28 Fabreqas "Barselona" ilə anlaşdı
2010-07-28 Ronaldinyo "Milan"da qalacaq
2010-07-28 Daşkəsənin Qabaqtəpə kəndində Bağırov Firdovsinin həyətindən 153 çətənə kolu tapıldı
2010-07-28 Dövlət qeydiyyatına alınmış dini qurumların sayı 450-yə çatdı
2010-07-28 Banka səs bombası atıblar
2010-07-28 "Aroma" şirələrinin də insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşib
2010-07-28 Masallının Türkoba kəndində 76 yaşlı dəllək kərbəlayi yeniyetmə qızı zorlaya bilmədi
2010-07-28 Qəmdə bəxti yar olan Bəxtiyar
2010-07-28 Şou aləmində Aygün Kazımova, Telli Borçalı və Namiq Qaraçuxurlu barədə dedi-qodular baş alıb gedir
2010-07-27 Gəncəli Ramil Əli oğlu həyat yoldaşını parkda boğdu
2010-07-27 "Dəmir Bank"ın Gəncə filialında mənimsənilmiş 400 min manatın məhkəməsi başladı
2010-07-27 Abituriyentlərin ixtisas seçimində problem yaranıb
2010-07-27 Bakıdakı "Papiros" kafesində dəhşətli adam oğurluğu cinayətinin üstü açıldı
2010-07-27 Abşeronun Digah qəsəbəsində ailə qətliamı...
2010-07-27 Yeni Günəşlidə 48 yaşlı şəxs binadan özünü atdı
2010-07-27 Astarada dənizdə batmış nişanlı bacılardan ikincisinin də meyiti tapıldı
2010-07-27 Məhkəmə Adnan Hacızadəni vaxtından əvvəl azad etmək müraciətinə mənfi cavab verdi
2010-07-27 Xətaidəki Ali Hərbi Məktəbin kazarması yandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009