Erməni separatçılarının rəhbəri Haaqa Məhkəməsinin qərarından sonra dilə gəldi
.jpg)
"Haaqa Məhkəməsinin Kosovonun müstəqilliyini tanıma qərarı -beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı da tanıması ilə nəticələnəcəksə, biz bu qərarı alqışlayırıq. Separatçı Dağlıq Qarabağın lideri Bako Saakyan iyulun 24-də jurnalistlərə açıqlamasında belə deyib.
Son üç ildə ilk dəfə mətbuat konfransı verən Saakyan Haaqa Məhkəməsinin qərarını "mühüm hadisə" adlandırıb, onun fikrincə, bu qərar yeni siyasi vəziyyət yaradır.
Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə gəlincə, separatçı rejimin lideri bildirib ki, münaqişə kompromis yolu ilə həll olunmalıdır. Saakyan separatçı Dağlıq Qarabağın son statusunu Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş sərhədi çərçivəsində nəzərdən keçirmədiklərini də əlavə edib.
Bako Saakyan Ermənistan prezidenti Serj Sarkisyanın münaqişənin həllində radikal siyasət aparmamasını alqışladığını bildirib.
Rəsmi Bakı isə BMT-nin Haaqa Məhkəməsinin Kosovonun müstəqilliyinin qanunsuz olmaması barədə qərarının Dağlıq Qarabağ danışıqlarına hər hansı təsirini gözləmir.