Azərbaycana çay idxalı artır
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 4 517,2 ton çay idxal olunub. Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Hesabat dövründə Azərbaycan çay idxalını 11,3% artırıb. Azərbaycana idxal olunmuş çayın dəyəri 6 685,1 min ABŞ dolları təşkil edib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin birinci yarısında Azərbaycanın çay plantasiyalarından 257 ton yaşıl çay yarpağı yığılıb və çay yığımı 2009-cu il iyulun 1-nə nisbətən 0,8% azalıb.