BP Meksikada məruz qaldığı maliyyə zərərinin məbləği barədə astronomik rəqəm açacaq
Meksika körfəzində baş vermiş qəza ilə bağlı Britaniyanın BP neft şirkəti maliyyə zərərinin məbləğini açıqlamaq niyyətindədir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, zərərin həcminin 25 - 30 milyard dollar səviyyəsində olduğu ehtimal olunur. Belə olduğu halda bu, Böyük Britaniyanın korporativ biznesi tarixində ən böyük maddi zərər olacaq.