28 Iyul 2010-cı il, N 393(1889)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3633)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1145)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1110)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1104)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Şou aləmində Aygün Kazımova, Telli Borçalı və Namiq Qaraçuxurlu barədə dedi-qodular baş alıb gedir
"Aygünün dərisində fəsadlar başlayıb, Telli ilə Namiqin dueti..."
Aygün Namiqi aşıq Telli Borçalıya "hədiyyə" edib
Aşıqla meyxanaçının bir araya gələcəyi gündəmdədir
   
   Xalq artisti Aygün Kazımovanın uzun müddət efirdə görünməməsi bir sıra söz-söhbətlərə yol açıb. Aygündən sinəsi çalın-çarpaz dağlı olan şou əhli müğənni haqda, o ki var, xoşagəlməz şeylər danışır. Şou-biznesçilərin dediyinə görə, Aygün Kazımova ciddi dəri xəstəliyinə düçar olub.
   Məlumatlara görə, buna səbəb Aygünün saysız-hesabsız plastik əməliyyat keçirməsidir. Müğənninin dərisində aşınma, çürümə getdiyi bildirilir. Şou əhli danışır ki, Aygün Kazımova müalicə üçün bir neçə yerli klinikaya müraciət etsə də, dərdinə çarə tapa bilməyib. Dəridə dərin izlər buraxan yaralarını isə müvəqqəti olaraq dermotoloji kremlerlə ört-basdır edir. Təzə-təzə üzə çıxan müğənnidən Namiq Qaraçuxurlunun da üz çevirdiyi bildirilir. Şou-biznesçilərin dediyinə görə, Namiq dərisində yaranan problem üzündən Aygünü tərk edib. Bundan sonra onların bir yerdə görünməyəcəyi proqnozlaşdırılır. A.Kazımova özünü sındırmasa da, Namiqin hərəkətindən bərk qeyzləndiyi deyilir. Şou yazarlarından biri də bizimlə söhbətində Namiqlə Aygün arasında ciddi problem olduğunu dedi. Onun bildirdiyinə görə, Aygünün sağlıq durumu normal olmadığı üçün onlar ayrılıb.
   Bu arada Namiqlə aşıq Telli Borçalının bir araya gələcəyi haqda xəbərlər yayılıb. Bunun sənət, yoxsa şəxsi müstəvidə olduğu isə hələ məlum deyil. Xatırladaq ki, bir neçə teleproqramda Telli və Namiq bir-birinə şeir söyləyib, hətta duet oxuyacaqlarını belə deyiblər.
   Aygün Kazımova və Telli Borçalı telekanallardan birində qonaq olarkən Telli üzünü Aygünə tutaraq:
   Bənövşə bəstələndi
   Dərildi dəstələndi
   Namiqə bir göz vurdum
   Aygün də xəstələndi kimi bayatı deyib.
   Bu bayatı Aygünə təsir elədi deyəsən. O, "indi bütün tamaşaçılar mənim xəstələnməyimin səbəbini bildi" dedi.
   Sonra da Telliyə "Namiq sənə qurbandır, onu verdim apar" deyə müraciət elədi. Artıq şou aləmində Telli və Namiqin bu yaxınlarda eyni səhənəni bölüşəcəyi haqda söz-söhbət dolaşmaqdadır. Deyirlər ki, Telli və Namiq sazla meyxananı sintez edib, sözün əsl mənasında şou göstərmək fikrinə düşüb. Namiqin Aygündən sonra Tellilə yaxınlaşması aşıqların da "kürkünə birə salıb". Bəzi aşıqlar Telli Borçalının bu yolla daha da populyarlaşacağından ehtiyat edir.
   Məsələyə Telli Borçalının münasibətini öyrənə bilmədik. Namiq Qaraçuxurlunun mətbuat katibi isə bizə deyilənlər barədə məlumatsız olduğunu bildirdi.
   Telli və Namiq duet oxuyub bir arada olacaqmı? Sual açıq qalır. Yəqin ki, yaxın vaxtlarda tərəflər buna münasibət bildirəcək.
   
Gülnaz ÇƏLƏBİYEVA
Qəmdə bəxti yar olan Bəxtiyar
Türk aləminin dahi şairi, akademik, ictimai xadim, el ağsaqqalı Bəxtiyar Vahabzadənin Haqqa qovuşmasından il yarım da keçdi... 10, 100, 1000 və daha neçə-neçə il və əsrlər də keçəcək, fəqət onun adı, Azərbaycanın müstəqillik tarixindəki rolu, xalqına ərmağan etdiyi ədəbi irsi əbədiyaşar dəyər kimi heç vaxt aktuallığını itirməyəcək.
   Çünki dilimizin cahangiri olan B.Vahabzadə hələ sağlığında klassiklik statusunu qazanan nadir şəxsiyyətlərdən idi. Şairin ölümü ilə ölümsüzlüyə qovuşması, həm də, Bəxtiyarsevərlər üçün yerin altını yerin üstündən qiymətli etdi.
   B.Vahabzadə yaradıcılığına həsr olunan kifayət qədər müxtəlif səpgili yazılar olsa da, fəqət onun dinə, metafizik fəlsəfəyə həsr olunan əsərləri haqqında təhlil yazıları hələ də yetərincə deyil. Halbuki, böyük həcmli əsərlərinin hamısını tamamlayan şair ömrünün son illərində dini mövzulara, xüsusən Quran hikmətinə söykənən çoxlu şeirlər yazıb. Başqa cür ola da bilməzdi. Çünki Vahabzadə yaradıcılığının əvvəli və sonu, mübtədası və xəbəri Allahu-Əkbərdir:
   "Allaha uzanan
   ulu bir yolun
   İlkin pilləsidir
   Allahu-Əkbər.
   Haqqı dananların
   üzünə dəymiş
   Haqqın şilləsidir
   Allahu-Əkbər"
   Bəxtiyar müəllimin poeziyasında "özünü və Rəbbini dərk" mövzusunun açılışı şadlıqla yox, təfəkkürə stimul verən kədərlə bağlıdır. Allahın ona ehsan etdiyi və hər kəsin arzu etdiyi ilham pərisi onu ömrü boyu "ələmdən nəşəyə" aparsa da, fəqət bu zirvə, ustadın özünün etiraf etdiyi kimi, kədərlə mümkün olub. "Şadlıq yüngüldür, çəkisi yoxdur. Amma kədər çəkilidir" deyən mütəfəkkirə görə:
   "Kədər düşüncədir,
   qəm düşüncədir,
   Qəmin qanadında
   yaradırıq biz,
   Kədərin bir damlasında
   közərən ağıl
   Közərməz şadlığın
   ümmanında da".
   Dərdini özünə "çörək ağacı" hesab edən ustada görə, onu dərd yazdırıb. O, sevincdə heç vaxt xoşbəxtlik görməyib.
   "Əgər olmasaydı
   dəryaca dərdim,
   Dərdin yoxluğunu
   mən dərd edərdim."
   Özünü və Rəbbini dərk etmək üçün şairin dərdi həm də, bir filosof kimi, onun sırf metafizik fəlsəfəyə bağlılığı ilə əlaqəlidir. Və bu düşüncə sistemi onun yaradıcılığı üçün təbii bir hal kimi qəbul edilməlidir. Dünyanın vəfasız, ani, fani olduğunu vicdanı və qəlbilə bilən Bəxtiyar müəllim mənən həmişə "Siz mənim bildiklərimizi bilsəydiniz, az gülüb çox düşünərdiniz" Peyğəmbər (ə) kəlamından bəhrələnib. Buna zülmətdə nuru, qəmdə sevinci görmək, sezmək arifliyi də deyilir. Bəli, ustadı şeirimizdə arif bir ağ atlı edən onun təfəkküründən doğan qəmi, kədəridir. Bəxtiyar yaradıcılığındakı bu Füzuliliyi önə çəkən çağdaş Türk şairi Abdulkadir İnaltekin çox düzgün olaraq deyir:
   "Hər dərdin fikrinə
   həmyar olmusan,
   Axı sən qəmdə
   Bəxtiyar olmusan
   "Bu nəsildən o
    nəslə" telsən sən
   Kim deyir ki, Bəxtiyar
   deyilsən sən?!"
   Bəxtiyar müəllimin həyatında qorxulu, əzablı günləri çox olub. Lakin "mükafatların dərəcəsi əzabların dərəcəsi ilə ölçülür" ilahi düstura görə, Xaliq də, xalq da ona layiq olduğu qiyməti verib. Şair özü bu barədə deyib: "Mən Allahımdan çox razıyam. Allaha qurban olum, mənə sağlam can verdi, yaxşı övladlar verdi, nəvələr verdi, şairlik verdi, ardınca çox şeylər verdi. Bunlar çox böyük nemətlərdir. Nə qədər şükür etsəm, azdır". Ustadın bu şükrünü Davud (ə)-nin şükrü ilə müqayisə etmək yerinə düşərdi. Belə ki, Rəbbinin verdiyi nemətlərə, yaxşı övlad, padşahlıq və peyğəmbərliyə görə Davud (ə) belə dua edib: "Allahım, sənə lazımınca necə şükür edim ki, şükür özü də Sənin nemətindir". Rəbbinin verdiklərinə şükür edən şair əllərini Onun laməkan sarayına açıb diləyir...
   "Allah, verdiyinə
   şükür, çox şükür...
   Narazı deyiləm
   verdiklərindən,
   Yenə də qarşında
   əl açmışam mən
   Dərgahına layiq
   əməllərim yox,
   Neynim, savabım az,
   günahlarım çox,
   Əfv et Sən məni,
   Götürmə üstümdən
   bir an kölgəni".
   Rəbbindən razı, özündən narazı olan ustad fitratdan gətirdiyi iman ilə bilirdi ki, Allah çoxa görə çox, aza görə az imtahan edir. Bəxtiyar müəllim çox verilənlərdən olduğu üçün yazırdı:
   "Cəmiyyətdəki hər hansı əyintiyə görə az-çox üzdə olanların da günahı var, içində də mən". Dilimizin, dinimizin, bayraq və torpağımızın keşiyini söz və qələmilə çəkən ustad deyirdi:
   "Bircə ondan razıyam ki,
   Özümdən narazıyam".
   Hər gecə yatmazdan əvvəl Rəbbinə məxsus olduğu millətə rəhmini, lütfünü, bərəkətini nəsib etməyi dua edən Bəxtiyar müəllim Ondan Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirməyi dilərdi. Dünyanın hər üzünü görmüş ustad hesab edirdi ki, dünyanın dadı insanlar arasında qarşılıqlı hörmət və ehtiramdadır. Şairə görə, dünyanın dadı dini düşüncə, yəni metafizik fəlsəfə ilə-imanla bilinir. Çünki ustad özü demişkən, dinsiz adamdan nə desən gözləmək olar. Ustadın duası adi bir bəndənin yox, mücadilə və təfəkkür sahibi olan, dünyanın yaxşı və pis tərəfini görən ağsaqqal bir ərin duası idi.
   "Əgər duanız olmazsa, Rəbbiniz yanında nə qədər qiymətiniz olar" (Furqan 77); "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürünə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq gedəcək!" (Mömin 60) Quran ayələri və "Allah dərgahında duadan daha şərəfli heç bir şey yoxdur"; "Allah bəndəsinin istəməsindən məmnun qalar" Peyğəmbər (ə) kəlamları duanın sırf ibadət elementi olduğuna dəlalət edir. Əslində dua etmək insanın yaradılışdan-fitratdan gətirdiyi ruhi ehtiyacdır. Bu baxımdan hər bir iş dua ilə başlanmalıdır. Rastlaşdığı problemlərə, düşdüyü bəla və müsibətlərə, ruhunun şahlanmasına heç kimin kömək edə bilməyəcəyini dərk edən istənilən bəndə sonsuz qüdrət və qüvvət sahibi olan Allaha üz tutur. Bəxtiyar müəllim kimi təfəkkür sahibləri üçün isə dua, Yer kürəsindən Onun laməkan sarayına atılan mənəvi bir nərdivan, Rəbbə ünvanlanan xahişnamə-məktubdur. Ustadın duaları gəlişigözəl, əməlsiz dua deyildi. O, duasını ailədən başlamış Millət, Vətən və Bayraq miqyasına qədər saleh əməllə vəhdətdə qurmuşdu. Əməllə zinətlənən belə məktublar isə heç vaxt cavabsız qalmır.
   Ömrü boyu halal zəhmətlə dolanan Bəxtiyar müəllim heç vaxt zalım və ədalətsiz şəxsləri mədh etməmiş, əksinə, son nəfəsinədək zülmə, cəhalətə, haqsızlığa, din və millət düşmənlərinə qarşı əli, qəlbi, sözü, qələmilə cihad etmişdir.
   Başqa cür ola da bilməzdi. Çünki o bilirdi ki, İslamda həm çalışılır, mücadilə edilir, həm də dua edilir. Bunu Peyğəmbər (ə)-nin aşağıdakı kəlamları da təsdiq edir: "Çalışmadan dua edən silahsız hərbə gedənə bənzər"; "Elə adamlar var ki, yedikləri və geydikləri haramdır. Sonra da əllərini qaldırıb dua edirlər. Belə dua necə qəbul oluna bilər?"; "Zalım kimsələri adil deyə mədh edənin və din düşmənlərinin ölüsünə və dirisinə dua edənin imanı gedər".
   Ömrünün sonlarında sufi ədəbiyyatına maraq göstərən şair təsəvvüfdəki 4 pillənin (şəriət, təriqət, mərifət və həqiqət) fəlsəfəsini açaraq, insanın öz cismindən yuxarı qalxmasını onun ruhən ucalması ilə əlaqələndirib. O, tamamilə haqlı olaraq, bu ucalmaya manəni heyvani nəfsdə görüb. Həmin səbəbdən Bəxtiyar müəllim Həz.Peyğəmbərin: "Allahım, Sən məni nəfsimlə baş-başa buraxma, məni nəfsimə qul etmə" kəlamını tez-tez təkrar edərdi. Deməli, ustadın ömrünün sonlarında etdiyi duaları müasirliklə ayaqlaşan bir sufinin duası kimi də qəbul etmək olar.
   "Ulu Tanrım,
   əfv et"-deyə
   Əllərimi açdım göyə.
   Qarış-qarış,
   addım-addım
   Etirafa gəlib çatdım".
   Lakin etirafla kifayətlənməyən filosof tövbə adlı haqq yolu vasitəsilə yeni zirvəni fəth etdi:
   "Yox, qarşıda
   Etirafdan daha uca
   Tövbə adlı Haqq yolu,
   Haqq zirvəsi var.
   Mən könlümü Haqqa verib
   Aşmalıyam o zirvəni"
   "Mürgülü şeirimizi oyadıb gedən" (F.Qoca) Bəxtiyar müəllimi yaradıcılığı boyu düşündürən suallar arasında ağıl ilə hissin, həvəsin mübarizəsi; "Mən kiməm, hardan gəlib haraya gedirəm" fəlsəfəsi də önəmli olub:
   "Ağlının önündə
   səcdə qıl, əyil,
   Ağıl düşüncənin
   mötəbər şahı.
   Ağlını eşidən
   heç kəsi deyil
   Allahı eşidir,
   yalnız Allahı".
   Şair tamamilə haqlıdır ki, "ağlını eşidəni Allah eşidir. Allahı eşidən adam ağlını eşidəndir. Daha doğrusu, ağlını eşidən Allahı eşidir. Amma necə edəsən ki, o şirin hiss səni aldatmasın? Bu mübərizə hər kəsin öz içində gedir". İslama görə də, hər hansı işə mükəlləflik o kəsin ağlından asılıdır. Ağılsız insan cavabdeh sayılmır, sorğu-suala tutulmur. Yeri gəlmişkən, bu maddə dünyəvi qanunlarda da təsbit olunub.
   İlk gənclik illərindən "insan kimdir, dünya və onun içindəkiləri" barədə düşünən Bəxtiyar müəllim, bu sualların hər birini həqiqətə aparan yol sayıb:
   "Mən kiməm, mən nəçiyəm?
   Sirlərlə doludur
   Yaşadığım bu dünya.
   Seyr etdiyim bu aləm.
   Bura hardan gəlmişəm?
   Əvvəlim nə, sonum nə?
   
   Sualların hər biri
   haqq-həqiqət yoludur.
   İlk gənclik illərindən
   O əyribel suallar
   Özü kimi mənim də
   əydi dümdüz qəddimi.
   
   Düşündükcə düşündüm-
   Özüm suala döndüm".
   
   Əslində bu sualların hər birinin cavabı, bir filosof kimi, ustada məlum idi. Şair yaradılan hər bir insanı Xaliqin yerdəki xəlifəsi qismində görərək, insanın dünyaya ruhlar aləmindən gəlməsini, əvvəlinin bir damla su, sonunun bir ovuc torpaq olmasını sonrakı nəslə xatırladıb. Xatırladıb ki, insanlar düşünsün, ibrət alsın, dünyanın bir mehmanxana olduğunu bilib, onlara verilən beş günlük ömürlə xeyirli işlər görsünlər.
   "Ömür dedin-beş addım yol
   Beşik-qəbir arasında".
   Əlbəttə, bu "beş addım yolda" "Mən kiməm, nəçiyəm" suallarının həqiqi və tam cavablarını sevincdə, kefdə tapmaq qeyri-mümkündür. Çünki həmişə eyş-işrətdə, sevincdə olmaq nemətin dəyərini və o nemətin Sahibini tanımağa mane olur. Bax, ustadın dərdi özünə kredo hesab etməsinin, dünyanı anladığı üçün qəmini çəkməsinin səbəblərindən biri də budur. Başqa cür ola da bilməzdi.
   Çağdaş Türk dünyasının poetik fəlsəfəsinin korifeylərindən olan B.Vahabzadə deyir:
   "Bir rəqəm də,
   demə, varmış
   ikiylə bir arasında".
   Şeirdəki zahiri qeyri-səlis məntiqliyi poetik fəlsəfənin ana fəlsəfədən-metafizikadan qaynaqlandığını göstərir. Bu fəlsəfə, bəzi alimlərin dediyi kimi, Lütfi Zadə elmi fəlsəfəsilə həmahəng olsa da, fəqət o, həm də elmlə dərk edilməyən batini bir dəyərdən- "Hər yerdə Onu görmək, eşitmək, duymaq" fəlsəfəsindən, saleh əməllə kamil iman vəhdətindən qaynaqlanır. Çünki insan da daxil olmaqla, kainatda qeyri-səlis heç bir şey yoxdur. Zahirən hər xaosun, qeyri-səlisliyin içində belə ilahi bir nizam və səlislik vardır. Bu nizam da mizan, ölçü, miqdar içindədir. "Onun izni olmadan bir yarpaq belə yerə düşə bilməz" ayəsi buna dəlildir.
   Məlumdur ki, insanda beş duyğunun təşkil etdiyi zahiri hisslərlə yanaşı, beş ədəd də batini cövhər vardır. Bunlar: ağıl, hafizə, fəhm, xəyal və qəlblə hiss etmədir. Bu on cövhər ruhun bədəni idarə etməsi üçün istifadə etdiyi alətlərdir. Ruhun beş batini qüvvə ilə bilmə cəhətinə vicdan deyilir. Ustad fitratdan ona verilən beş batini cövhərin məhsulu kimi yazıb:
   "Sağımda ölümdür,
   solumda həyat,
   Arada bir ömrün
   dolanbac yolu."
   Şair-filosof nə üçün ölümü sağda, həyatı solda görüb? İslama görə, sağ tərəf rahatlıq, əmin-amanlıq, sol tərəf isə mübarizə, çətinlik və bəzən də əzabların simvoludur. Filosof Vahabzadə sağında ölümü seçməklə əbədi rahatlığı, Cənnəti nəzərdə tuturdusa, solundakı həyatı ilə ani və fani dünyada çəkdiyi məşəqqətlərə işarə edirdi. Sağ tərəfin xeyirli olduğu barədə isə Rəbbimiz buyurub:
   "Sağ tərəf sahibləri! Kimdir o sağ tərəf sahibləri? (onlar) tikansız sidr ağacları, salxım-salxım sallanmış möüz ağacları altında; Çəkilməyən kölgəliklərdə, axar su kənarında, bol meyvələr-tükənməz və qadağan edilməyən (meyvələr) içində və hündür döşəklər üstündə olacaqlar (Nə uğurludur onlar!)! (Vaqiə 27-34). Göründüyü kimi, yuxarıdakı iki misra ustadın hələ sağlığında fəhm ilə sezdiyi əbədi rahatlığa-Cənnətə işarədir.
   Ölüm yaxşıları da aparır... Sağların sayı bəlli, ölülərin sayı müəmmalı. Lakin sağlığında klassiklik "pasportunu" alan Bəxtiyar müəllim kimi ərlər istisnadır. Onların sayı, yeri, Xaliq və xalq yanında dəyərləri, ərməğan etdikləri irslər bəllidir. Bəli, Bəxtiyar Vahabzadənin fiziki ölümü türk- dilli xalqların ədəbi fikri üçün bir epoxa itkisidir. Lakin onun ölümdən həyat alıb ölümsüzlüyə ucalması-Rəbbinə qovuşması, Onun cəlal və camalına tamaşa etməsi həmin itkini qüdsi bir tapıntıya çevirdi. Və sözsüz ki, bu dəyər, dünyadakı həyatdan fərqli olaraq, Cənnət həyatı olduğu üçün Cənnət qədər əbədi və şərəflidir. Ruhun şad olsun, Ustad! Fani və ani dünyada seçdiyin kədər Axirət adlanan əbədi evində sevincin olsun!
   "Həyatdan getsəm də,
   xatiratdayam,
   Arzuma həmişə
   çathaçatdayam.
   Üstümə nə qədər
   torpaq atılsa,
   İşığam, yenə də
   mən üst qatdayam"
   
Vaqif CƏLİLOĞLU
 
 
 SON XƏBƏRLƏR
2010-07-28 İsmayıllının eyni adlı kəndində 2 mərtəbəli ev yandı
2010-07-28 "Siyəzən Broyler"də ölüm hadisəsi...
2010-07-28 Bakı vağzalında 7 aylıq uşağını 6400 manata satan ananın məhkəməsi başlayıb
2010-07-28 Dərnəgüldəki masaj salonunda "Riad"ın mühafizə əməkdaşı qətlə yetirildi
2010-07-28 Bakının Qaraçuxur qəsəbəsində "su qiyamı"...
2010-07-28 Ən ağır müsabiqə şəraiti ikinci qrupda yaranıb
2010-07-28 Göyçayda 72 yaşlı qadın özünü Şirvan kanalına atıb intihar etdi
2010-07-28 TQDK boş magistratura yerlərinə əlavə sənəd yığımına başlayır
2010-07-28 İyulun 26-da iki qardaş Xəzərdə batıb
2010-07-28 Milli Mətbuat Günündən 6 gün sonra bayram tədbiri, ya "toydan sonra nağara"...
2010-07-28 Ermənilər Azərbaycanın Xocavənd rayonunda yerləşən Azıx mağarasını mənimsədilər
2010-07-28 Azərbaycanda cəmi 7 nəfər abituriyentin 700 ballıq savadı var imiş
2010-07-28 "Azərbaycan milli mətbuatında Güney Azərbaycan" mövzusu...
2010-07-28 Prezident kənd təsərrüfatı üçün önəmli təşkilata 5 milyon manat vəsait ayırdı
2010-07-28 İlyas İsmayılov, Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyevin blokuna hələ ad seçilməyib
2010-07-28 Ekspertlər bəzi KİV-lərin xarici sifarişlə işləməsinin kökündə üçbucaq görür
2010-07-28 Şəmkirdə yol polisinin qətlinə görə araşdırma başladı
2010-07-28 AXCP, deyəsən, DUİ-ni Müsavat-AXCP birliyinə qoşmaq istəmir
2010-07-28 10 il əvvəl Zaqatalada ifşa olunmuş Hacı Maqomedovun silahlı dəstəsinin bir üzvü axtarışa verildi
2010-07-28 Müasir Müsavat ermənistanlıların səsini beynəlxalq miqyasa çıxarır
2010-07-28 Beynəlxalq Valyuta Fondunun "Çirkli pul" missiyası Azərbaycana gəlib
2010-07-28 "Azadlıq" blokuna alternativ blokun yaradılması sentyabradək təxirə salındı
2010-07-28 Hərbi xidmətdən yayınma cinayətlərinin azalması ekspertlərin maraqlı təhlil mövzusu oldu
2010-07-28 Qaradağda Dərin Özüllər Zavodunun fəhlələrlə dolu avtobusu aşdı
2010-07-28 Ordumuzda "dedovşina tənəzzülü" barədə rəylər yayılıb
2010-07-28 Göyçayda qəbiristanlığın 3 hektar ərazisi yanaraq külə döndü
2010-07-28 40 milyon manatlıq reklam büdcəsinin yarısı qəzetlərə yönəldilsə...
2010-07-28 Rusiya İranla bağlı yeni mövqe göstərdi
2010-07-28 Şimali Koreya tərəfindən təcavüz təhlükəsi Cənubi Koreyanı "əldən-ayaqdan salıb"
2010-07-28 Rusiya XİN Mahmud Əhmədinejadı məsuliyyətsiz bəyanatlar verməməyə çağırdı
2010-07-28 ABŞ-ın Əfqanıstan sirlərini açmış bir əsgər şübhə altındadır
2010-07-28 Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayacaq
2010-07-28 Türkiyə-İsrail münasibətlərində yeni atmosfer yaranıb
2010-07-28 Erməni separatçılarının rəhbəri Haaqa Məhkəməsinin qərarından sonra dilə gəldi
2010-07-28 Heyvord BP şirkətinin baş direktoru vəzifəsindən azad edildi
2010-07-28 Kosovonun müstəqillik qərarı ətrafında beynəlxalq mübahisə yenidən qızışdı 192 dövlətdən yalnız 69-u...
2010-07-28 Azərbaycanın xam nefti Vyetnama axmağa başlayır
2010-07-28 Azərbaycana çay idxalı artır
2010-07-28 BP Meksikada məruz qaldığı maliyyə zərərinin məbləği barədə astronomik rəqəm açacaq
2010-07-28 Maşın idxalının azalması daxildə benzin satışına təsir göstərəcəkmi?
2010-07-28 Azərbaycan üzrə əlillik məsələsində "Naxçıvan təcrübəsi"...
2010-07-28 Daşkəsəndə komandirlərin kütləvi güllələnməsinə görə məhkəmə başladı
2010-07-28 Arif Haşımov doktorantura həvəskarlarına pis xəbər verdi
2010-07-28 8-ci mikrorayonda Nizami Nərimanov 21-in sakinləri zülmətə qarşı etiraza qalxıb
2010-07-28 "Araz" kursları TQDK-nın builki testlərində xüsusi nəticələr göstərib
2010-07-28 Azərbaycanla Türkiyə oktyabrın 12-də üz-üzə gələcək
2010-07-28 Braziliya yığması da dağıldı
2010-07-28 Çex ulduz Yan Polak "Qalatasaray"a gəlir
2010-07-28 "Qarabağ"ın "Visla"nı məğlub etməsi möcüzə ola bilər
2010-07-28 Maradona Argentina yığmasından gedir
2010-07-28 Quti rəsmən "Beşiktaş"da
2010-07-28 Torres İngiltərə Premyer-Liqasında ən bahalı futbolçu ola bilər
2010-07-28 Fabreqas "Barselona" ilə anlaşdı
2010-07-28 Ronaldinyo "Milan"da qalacaq
2010-07-28 Daşkəsənin Qabaqtəpə kəndində Bağırov Firdovsinin həyətindən 153 çətənə kolu tapıldı
2010-07-28 Dövlət qeydiyyatına alınmış dini qurumların sayı 450-yə çatdı
2010-07-28 Banka səs bombası atıblar
2010-07-28 "Aroma" şirələrinin də insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşib
2010-07-28 Masallının Türkoba kəndində 76 yaşlı dəllək kərbəlayi yeniyetmə qızı zorlaya bilmədi
2010-07-28 Qəmdə bəxti yar olan Bəxtiyar
2010-07-28 Şou aləmində Aygün Kazımova, Telli Borçalı və Namiq Qaraçuxurlu barədə dedi-qodular baş alıb gedir
2010-07-27 Gəncəli Ramil Əli oğlu həyat yoldaşını parkda boğdu
2010-07-27 "Dəmir Bank"ın Gəncə filialında mənimsənilmiş 400 min manatın məhkəməsi başladı
2010-07-27 Abituriyentlərin ixtisas seçimində problem yaranıb
2010-07-27 Bakıdakı "Papiros" kafesində dəhşətli adam oğurluğu cinayətinin üstü açıldı
2010-07-27 Abşeronun Digah qəsəbəsində ailə qətliamı...
2010-07-27 Yeni Günəşlidə 48 yaşlı şəxs binadan özünü atdı
2010-07-27 Astarada dənizdə batmış nişanlı bacılardan ikincisinin də meyiti tapıldı
2010-07-27 Məhkəmə Adnan Hacızadəni vaxtından əvvəl azad etmək müraciətinə mənfi cavab verdi
2010-07-27 Xətaidəki Ali Hərbi Məktəbin kazarması yandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009