28 Iyul 2010-cı il, N 393(1889)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3633)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1145)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1110)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1104)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Masallının Türkoba kəndində 76 yaşlı dəllək kərbəlayi yeniyetmə qızı zorlaya bilmədi
Baş Prokurorluq faktı təsdiqlədi
Masallı rayonunun Türkoba kənd sakini, 1980-ci il təvəllüdlü Firudin Məmmədov Lent.az-ın redaksiyasına müraciət edərək, bacısına təcavüz etməyə cəhd göstərən şəxsin cəzasız qalmasından şikayətlənib.
   F.Məmmədovun atası vəfat edib. İki bacısından biri ailəlidir. Digəri - S. isə birinci qrup əlildir. O, həm ruhi xəstə, həm də fiziki cəhətdən qüsurludur. F.Məmmədovun yeganə qardaşı da birinci qrup əlildir. Onun anası da əlil və şəkər xəstəsidir.
   F.Məmmədovun sözlərinə görə, hadisə iyulun 13-də anası S.-nı qatıq almağa göndərərkən baş verib. Belə ki, S.-nın getdiyi yol meşə ərazisindən keçirmiş. Qardaşının iddiasına görə, C. M. adlı 76 yaşlı kənd sakini S. ilə rastlaşıb. C. M. əlində tutduğu pulu qıza göstərərək yanına çağırıb (kənd sakinləri mütəmadi olaraq Səmayəyə sədəqə şəklində pul verir). Qız yaxınlaşdıqda isə C.M. onu kolluğa çəkərək zorlamağa cəhd göstərib. Qardaşı belə deyir: "Bu şəxs kənddə bərbər işləyir, 76 yaşı var. Özü də kərbəlayidir, ağsaqqal adamdır. Hadisə vaxtı yaxınlıqdan bir oğlan keçirmiş. O kolluqdan səs eşidərək yaxınlıqdan daha bir nəfəri çağıraraq ora gedib. Bunlar telefonun kamerası ilə lentə də alınıb. Yalnız oğlanları görəndən sonra C.M. qızdan əl çəkib. Bacımın köynəyi cırılmışdı, C. həmin vaxt onu vurmuşdu da".
   Qardaşı deyir ki, C.M. onun bacısını zorlamağa cəhd göstərsə də alınmayıb. Yəni onlar arasında cinsi əlaqə olmayıb.
   Hadisəni F.Məmmədovdan gizlədiblər ki, o gedib təqsirkarı özü cəzalandırmasın. Lakin F.Məmmədovun qayınanası Xanımbacı İbrahimova ərizə ilə əvvəlcə Boradigah polis bölməsinə, sonra isə Masallı rayon Prokurorluğuna müraciət edib. 3 gün sonra isə hadisədən F.Məmmədov özü də xəbər tutub.
   F.Məmmədov günahkar bildiyi C.M.-nın yalnız bir gün rayon prokurorluğunda dindirildiyini, sonra isə sərbəst buraxıldığını bildirib: "C.M. ilə, onun ailə üzvlərilə heç bir düşmənçiliyimiz olmayıb. Lakin bu hərəkətinə görə ona layiqli cəza verilməsini istəyirik".
   F.Məmmədov hadisə ilə bağlı tədbir görülməsi üçün dövlət qurumlarına da müraciət edib.
   Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a bildirib ki, Xanımbacı İbrahimovanın qohumunun zorlanması barədə ərizəsi üzrə hazırda Masallı rayon Prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir: "Araşdırmanın nəticəsi üzrə qəbul olunmuş qərar barədə şikayətçiyə müvafiq cavabın verilməsi təmin olunacaq".
   Boradigah Polis Bölməsindən Lent.az-a bildirilib ki, onlara məsələ ilə bağlı şikayət ərizəsi daxil olub: "Ərizə müvafiq qaydada Masallı rayon Polis Şöbəsinə göndərilib. Bizdə olan məlumata görə, hazırda şöbədə istintaq aparılır".
   Masallı rayon Polis Şöbəsindən isə açıqlama verilməyib.
   
   
"Aroma" şirələrinin də insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşib
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Bakı KEL" kiçik müəssisəsində istehsal olunan qazlı sularda nöqsanlar aşkarlayıb. Bu barədə "APA-Economics"ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
   Dövlət Xidməti tərəfindən adıçəkilən müəssisədə istehsal olunan "Prince", "KEL", "Premyer" adlı nektarlardan, "Aroma" adlı şirə və nektarlardan, "Aqua Lux" adlı qazlı sulardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Aroma" adlı nektar və şirələrdə, "KEL", "Prince" adlı nektarlarda quru maddənin kütlə payının normadan az, titirlənən turşuların payının normadan çox olduğu, "Aqua Lux" adlı qazlı sularda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu və bu məhsulların insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşib.
   Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında satışı dayandırılıb və insan orqanizmi üçün təhlükəli olan 17 ton nektar, şirə və qazlı suyun məhv edilməsi barədə "Bakı KEL" kiçik müəssisəsinə icrası məcburi göstəriş verilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları "Bakı KEL" kiçik müəssisəsində istehsal edilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli nektar, şirə və qazlı suları almamağa çağırır.
   
Banka səs bombası atıblar
Diyarbəkirin mərkəzi olan Yenişəhər məhəlləsində yerləşən banka naməlum şəxslər tərəfindən səs bombası atılıb.
   APA-nın İHA agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış banka kiçik maddi ziyan vurub.
   Polis bankın ətrafında geniş təhlükəsizlik tədbirləri görüb.
   Hadisə ilə bağlı istintaq axtarış tədbirləri aparır.
   
Dövlət qeydiyyatına alınmış dini qurumların sayı 450-yə çatdı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bir qrup dini icma sədrinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edilib.
   Bu barədə APA-ya komitənin mətbuat xidmətindən bildirilib. Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib ki, "Dini Etiqad Azadlığı Haqqında" Qanuna edilən əlavə və dəyişikliklərdən sonra Azərbaycanda fəaliyyət göstərən dini icmaların yenidən dövlət qeydiyyatına alınması onların fəaliyyətinin genişlənməsinə və daha yüksək səviyyədə tənzimlənməsinə, eləcə də vətəndaşlarımızın vicdan azadlığının təmin olunmasına xidmət edir. H.Orucov əlavə edib ki, Azərbaycan dövləti və cəmiyyəti onun dini sabitliyinə zərbə vura biləcək yad təsirlərə qarşı barışmaz mövqe tutur. Bu baxımdan, kənar müdaxilələrin dəf edilməsində və cəmiyyətin dini səviyyəsinin yüksəldilməsində dini icma rəhbərləri öz səlahiyyətləri çərçivəsində daha fəal və maarifçi mövqe nümayiş etdirməlidir: "Geniş dünyagörüşünə, yüksək intellektə və mədəniyyətə malik Azərbaycan xalqının radikal, ekstremist fikir və meylləri dəstəkləməsi qeyri-mümkündür. Bununla belə, çalışmaq lazımdır ki, insanlarımızın dini bilikləri dünyəvi bilikləri kimi yüksək səviyyədə olsun. Bu məsələdə dini icmaların üzərinə böyük məsul iş düşür. Dini icmalar nizamnamələrindən irəli gələn vəzifələri yerinə yetirsələr, əminəm ki, bu işin öhdəsindən layiqincə gələ biləcəklər". Dinin və dini icmaların siyasiləşməsini yolverilməz hesab edən H.Orucov bu cür cəhdlərin qarşısının alınmasının vacibliyini qeyd edib. Dövlət Komitəsinin sədri deyib ki, dinin siyasiləşməsi böyük fəlakətlərə yol aça bilər: "Dinin siyasətdən ayrı olması müqəddəs dəyərlərimizin pak qalmasına xidmət göstərir. Çünki siyasət dəyişir, amma din dəyişmir. Dinin paklığını və müqəddəsliyini qorumaq hər bir dindarın vicdan və vətəndaşlıq borcudur".
   Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev dini icmaların nizamnaməsinə uyğun fəaliyyət göstərməsinin, eləcə də axund və imamların yad təsirlərə qarşı barışmaz mövqe nümayiş etdirməsinin zəruriliyindən danışıb. O qeyd edib ki, zərərli meyllərə və radikal, ekstrimist qruplara qarşı mübarizədə, dövlət qurumları ilə yanaşı, axund və imamların da üzərinə böyük məsuliyyət düşür.
   Biləsuvar rayonu, Əsgərabad kəndi "İmam Hüseyn" məscidi dini icmasının sədri Mirkamil Mirsultanov, Daşkəsən şəhəri "Cümə" məscidi dini icmasının sədri Ənvər Əliyev, Neftçala rayonu, İkinci Qaralı kəndi "İmam Rza" məscidi dini icmasının sədri Ərzuman Həziyev və digərləri çıxış edərək, ölkədə vicdan azadlığının yüksək səviyyədə təmin olunmasından, dövlətin tarixi-dini abidələrə qayğısından danışıb və bütün bunlara görə ölkə Prezidentinə təşəkkürlərini bildirib. Qeyd edək ki, indiyədək 450 dini icma dövlət qeydiyyatından keçib və onlara yeni şəhadətnamələr təqdim edilib.
   
Daşkəsənin Qabaqtəpə kəndində Bağırov Firdovsinin həyətindən 153 çətənə kolu tapıldı
Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1971-ci il təvəllüdlü Firdovsi Bağırov narkotik vasitə olan marixuana satarkən tutulub.
   APA-nın qərb bürosunun xəbərinə görə, bu, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində baş verib. Daşkəsən rayon sakini satdığı narkotik vasitə olan marixuananı evinin həyətində yetişdirərək, onları qurudub, kibrit qutularında birini 59 manata satırmış. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəis müavini Rafael İsmayılov APA-ya bildirib ki, Firdovsi Bağırovun həyətindən aqrotexniki üsulla becərilən, ümumi çəkisi 82 kiloqram olan 153 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
   Faktla bağlı cinayət işi açılıb.
   
"Araz" kursları TQDK-nın builki testlərində xüsusi nəticələr göstərib
Əjdər Ağayev: "Bu kurslarda xahiş-minnət, rüşvət..."
Ali məktəblərə qəbul imtahanları başa çatıb. Kimin hansı nəticə göstərdiyi artıq bəllidir. İmtahan zamanı yüksək bal toplayan abituriyentlərin də kimliyi bəllidir. Bu il, sayca çox olmasa da, bir neçə nəfər 700 bal toplayaraq başqalarından fərqlənib.
   Məlumatlara görə, 700 bal toplayan abituriyentlərin böyük əksəriyyəti Bakıda və bölgələrdə fəaliyyət göstərən "Araz" kurslarında qəbul imtahanlarına hazırlaşanlardır.
   Axır vaxtlar abituriyentlər, məktəb dərslərində oturub fənləri mənimsəməkdənsə, özəl kurslarda hazırlaşmağa üstünlük verir. Repetitorların hazırlaşdırdığı abituriyentlərin 80-90 faizinin ali məktəblərə qəbul olduğu deyilir. Ötən illər digər özəl hazırlıq kurslarını bitirən məzunların imtahanlarda daha yüksək nəticə göstərdiyi bildirilirdisə, bu il bu sahədə "Araz" kurslarının lider olduğu ön plana çəkilir. Xəbərlərə görə, bu kurslarda çalışan repetitorlar daha peşəkar olduğundan, buranı bitirən uşaqlar imtahanlarda yüksək nəticə göstərir. Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hesab edir ki, "Araz" kurslarının bu məsələdə rəqib özəl kursları arxada qoymasının əsas səbəbi burada tədris və təlimin yüksək metodika və peşəkarlıqla həyata keçirilməsidir: "Bu kurslarda hər şey yüksək səviyyədədir. Müəllimlər müəllimlik vəzifəsini ləyaqətlə yerinə yetirir. Başqa tərəfdən, burada çalışanlar qəbul imtahanlarının məzmununu, orada hansı sualların olacağını bildiyi üçün abituriyentləri o istiqamətdə hazırlayır. Bir də ki, "Araz" kurslarında abituriyentlər həm psixoloji, həm pedaqoji, həm bilik, həm də mənəvi cəhətdən hazırlanır. Yəni uşaq özünə təlqin edir ki, ali məktəbə daxil olacaq".
   Ə.Ağayevin dediyinə görə, başqa özəl kurslardan fərqli olaraq, "Araz" kurslarına qəbul edilən uşaqlar imtahandan keçirilir, onun bilik səviyyəsi yoxlanır. İmtahandan keçə bilməyən abituriyent kursa qəbul edilmir: "5-6-cı sinifdən uşaqlar bu kurslara imtahanla götürülür. İmtahan verə bilməyən şagird bura heç cür qəbul edilmir. Bu kursda xahiş-minnət, valideynin rüşvət verməsi kimi məsələlər keçmir. Şagird lazımi göstəricini göstərmirsə, ona "get hazırlaş, sonra gələrsən" deyilir. Bu kursda rüşvət işə yaramır. Uşaq bilir ki, oxumalıdır, müəllim də bilir ki, vicdanla dərs keçməli, öyrətməlidir".
   Azərbaycanda bəzi özəl gimnaziya və litseylərdə də yüksək səviyyədə tədris qurulduğunu deyən Ə.Ağayevin sözlərinə görə, "Ekologiya", "Avropa", "XXI əsr" və başqa litseyləri bitirən məzunlar çox yüksək nəticə göstərərək ali məktəblərə daxil olur: "Bizdə elə litsey və gimnaziyalar var ki, oranı bitirənlər yuxarı balla ali məktəblərə daxil olur. Bu sahədə türk litseyləri xüsusi fərqlənir. Bu gün müxtəlif fənlər üzrə dünyanın müxtəlif ölkələrində keçirilən olimpiadalarda qalib olan uşaqların əksəriyyəti türk litseylərində oxuyur.
   Çünki o uşaqların nə qəbul olunması, nə də oxumasında rüşvət amili rol oynayır. Bizim orta məktəblərdən də xahiş-minnət yığışdırılsa, formal qiymətlər ortalıqdan çıxarılsa, vəzifəli şəxslərin göstərişləri nəzərə alınmasa çox yaxşı olardı. İnanın ki, orta məktəblərimizi bitirən məzunlar da yüksək balla ali məktəblərə daxil olacaq. "Araz" kurslarında qeyd etdiyim şeylər yoxdur. Burada bütün proseslər pedaqoji cəhətdən normal aparılır".
   
İradə SARIYEVA
8-ci mikrorayonda Nizami Nərimanov 21-in sakinləri zülmətə qarşı etiraza qalxıb
Mötəmən Eyniyev: "Yaşadığımız bina bir ildən artıqdır küçə işıqlarına həsrətdir"
8 bloklu binanın dəhliz işıqlarını kim yandırmalıdır?
"Əbülfəz adlı şəxs isə..."
   Dünən redaksiyamıza ikinci qrup əlil Eyniyev Mötəmən adlı şəxs gələrək, bəzi məmurlar tərəfindən 8-ci mikrorayon sakinlərinə yönəlik özbaşınalıqlardan gileyləndi. Milli Aerokosmik Agentliyin aparıcı elmi işçisi və Jurnalistlər İttifaqının, Bakı Müharibə Veteranları Rəyasət Heyətinin üzvü olan bu insan və digərləri qaranlıq düşəndən sonra yaşadığı mənzilə getməkdə çətinlik çəkir.
   Çətinlik də, həmsöhbətimizin dediyinə görə, onunla bağlıdır ki, blokun giriş və dəhlizlərindəki işıqlar söndürülüb: "Uzun illərdir Binəqədi rayonu 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi ev 21, mənzil 6-da yaşayıram. Bu 8 bloklu, beşmərtəbəli binadır, onun da qarşısında bağça, xeyir-şər evi və YAP-ın rayon şöbəsinin ofisi yerləşir. Uzun müddətdir, 1 ildən çoxdur ki, küçə işıqları yanmır. Bununla əlaqədər olaraq 8 blokun girişi və dəhlizində də işıqlar söndürülüb. Hər blokda 25 ev var. Eşitdiyimə görə, bloklarda işığın olması və onun pulsuz çəkilməsilə bağlı Nazirlər Kabinetinin qərarı var. Dəfələrlə Binəqədi JEK-inə, işıq idarəsinə və digər qurumlara müraciət etməyimə baxmayaraq, hələ də bir əncam çəkməyiblər. Dəhlizlərin işıqlandırılması işinə Əbülfəz adlı şəxs nəzarət edir. O, "görün məni görüm sizi" prinsipilə hərəkət edərək, belə olmasa işıqların yanmayacağını bildirib. Necə olur, Arabulun vaxtında bloklardakı işıqlar yanırdı, amma o gedəndən sonra bunun əksi baş verdi? Deməli, bu onlarda rüşvətxorluğun kök salmasının nəticəsidir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç yerdə şikayətimizə baxan yoxdur, deyirlər ki, "hara gedirsiz, kimə şikayət edirsiz, gedin edin". Belədə çıxılmaz vəziyyətdə qalmışıq. Binanın yanında bir köşk və mağazin yerləşir. Onların yaxınlığındakı yolda isə səhərə qədər küçə işıqları yanır. Amma bizim bina bir ildən artıqdır, küçə işıqlarına həsrətdir. Ərazi quduz itlərlə doludur, gecələr onların əlindən tərpənmək qeyri-mümkündür. Qonaq, tanış, nabələd insan bura gələndə onların belə qaranlıqda blokdan içəri girməsi mümkünsüzdür". Məsələ ilə bağlı əks tərəfin də fikirlərini dərc etməyə hazırıq.
   
Rüfət SULTAN
Arif Haşımov doktorantura həvəskarlarına pis xəbər verdi
Doktoranturaya qəbul olmaq hələ o demək deyil ki...
"Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları"na əsasən, doktorantura yaratmağı nəzərdə tutan ali və elmi təhsil müəssisələri tabe olduğu təşkilatlar vasitəsilə Nazirlər Kabinetinə müraciət edəcək.
   Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Haşımov deyib. O bildirib ki, Nazirlər Kabineti bu müraciətləri araşdırarkən AMEA və Təhsil Nazirliyinin rəylərini nəzərə alacaq: "Biz xəbərdarlıq etmişik ki, sentyabradək bu məsələlər həll edilsin. Sentyabrda Nazirlər Kabinetində doktorantura yaratmaq istəyən müəssisələr barədə məlumat olmalı və onlar da doktoranturaya qəbulun vaxtını elan etməlidir. Doktoranturaya qəbul, əvvəlki illərdə olduğu kimi oktyabr-noyabr aylarında aparılsa, dekabrda artıq elmi rəhbərlər, mövzular təsdiqlənməlidir ki, yanvarın 1-dən onlar öz funksiyalarını yerinə yetirməyə başlasın".
   A.Haşımovun sözlərinə görə, "Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları" əsasında doktoranturaya qəbul olunan şəxslər mütəmadi olaraq attestasiyadan keçəcək. Attestasiyanın nəticələrinə uyğun olaraq, onlara təhsillərini növbəti illərdə davam etdirib-etdirməmələri haqqında rəy veriləcək.
   A.Haşımov onu da qeyd edib ki, ilk dəfə olaraq Azərbaycanda doktorantura və dissertanturada təhsil ödənişli və ödənişsiz əsaslarla həyata keçiriləcək: "İlk dəfə olduğu üçün onun qiyməti hələlik müəyyənləşdirilməyib. Doktoranturaya sənəd qəbulu haqqında elan verilənə qədər bu mütləq razılaşdırılmalıdır. Plan yerləri təqdim ediləndə neçə yerin ödənişli olub-olmadığı göstərilməlidir. Ona görə də həmin vaxtadək bu məsələlər öz həllini tapmalıdır".
   A.Haşımov deyib ki, təhsil haqları Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Bunun üçün AMEA Nazirlər Kabinetinə müraciət edəcək, NK isə bu məsələni Tarif Şurası ilə razılaşdıracaq. O, dolaşıqlıq yaratmamaq üçün doktoranturada təhsil haqqının eyni olması barədə təklif irəli sürəcəklərini söyləyib.
   
Daşkəsəndə komandirlərin kütləvi güllələnməsinə görə məhkəmə başladı
Çoxlu zabiti qətlə yetirən iki əsgərin işini hakim Rəşid Hüseynov araşdıracaq
Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində çoxlu sayda hərbi qulluqçunun qətlə yetirilməsinə dair cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərilib.
   Məhkəmədən APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxslər, hərbi hissənin zabitləri - Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayevin cinayət işinə hakim Rəşid Hüseynovun sədrliyilə hakimlər İslam Neymanov və Zeynal Ağayevdən ibarət məhkəmə tərkibi baxacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı isə hələ müəyyənləşməyib.
   Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və s. maddələrlə təqsirləndirilir.
   Qeyd edək ki, 2010-cu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində silahlı insident baş verib.
   Nəticədə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində qanlı olay baş verib. Belə ki, əsgərlər Bakının Yasamal və Nəsimi rayonlarından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elxan Əzizov və 1991-ci il təvəllüdlü Sadiq Məmmədov hərbi hissənin divizion komadiri, polkovnik-leytenant Gümayev Yusif Sadəddin oğlunu, qərargah rəisi, kapitan Sadıxov Vasif Miraləm oğlunu, baş leytnant Quliyev Anar Ələddin oğlunu və baş gizir Səmədov Elgün Loğman oğlunu qətlə yetiriblər. Zabitlər Babayev Vazeh Məhəmməd oğlu və Abbasov Samir Eyvaz oğlunu isə yaralayıblar.
   Sonra isə əsgərlər E.Əzizov və S.Məmmədov özlərini öldürüblər.
   Hadisə ilə bağlı istintaq Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. E.Əzizov və S.Məmmədov öldüyünə görə cinayət işinin onlarla bağlı hissəsinə xitam verilib.
Azərbaycan üzrə əlillik məsələsində "Naxçıvan təcrübəsi"...
Əsl əlillər dərəcə ala bilmir, dərəcələr sağlam insanlara verilir
Azərbaycanda əlillərin sayı əhalinin ümumi sayının 4,9 faizini təşkil edir ki, bu da normadan aşağıdır
Əlillərin problemlərindən çox yazılıb. Amma bizi təəccübləndirən məqam rəsmi statistika ilə bağlıdır. Təsəvvür edin, 1 milyondan çox qaçqını və 18 il müharibə vəziyyətində olan Azərbaycanda əlillərin sayı Yaponiyada və ya Almaniyadakından azdır. Sizcə, bu ziddiyyət nə ilə bağlıdır? Cavab sadədir: söhbət əlillik dərəcələrinin alınması prosedurundakı qara texnologiyadan, başqa sözlə, rüşvətdən gedir.
   Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, əlillərin sayı əhalinin ümumi sayının 6-10 faizi nisbətində olarsa, bu normal hal sayılır. Azərbaycanda isə bu göstərici 4,9 faizdir. İnkişaf etmiş ölkələrdə, məsələn, Almaniyada bu göstərici 7, Yaponiyada 5,5 faiz təşkil edir.
   MDB ölkələrindən Rusiyada bu göstərici 7,5 faiz, əlilliyin intensivlik göstəricisi (bu göstərici əhalinin hər 10 min nəfərinə düşən əlillərin sayını xarakterizə edir) 60-70 nəfər, Belarusda əlilliyin səviyyəsi 5,2 faiz, intensivlik göstəricisi 55-60 nəfər, Ukraynada əlilliyin səviyyəsi 5,2, intensivlik göstəricisi 50 nəfər, Qazaxıstanda isə, müvafiq olaraq, 4,2 və 51-dir. Sovet vaxtında ən yüksək dispanserizasiya şəraitində əlillərə əla xidmət şəraitində əlilliyin intensivlik göstəricisi 50 nəfər təşkil edib.
   Azərbaycanda isə, rəsmi məlumata görə, əlilliyin səviyyəsi 4,9 faiz, əlilliyin intensivlik göstəricisi 50-60 nəfərdir. Rəsmi məlumata görə, hazırda ölkədə 430 mindən çox əlil var ki, onların da 11 mini Qarabağ müharibəsi zamanı yaralananlardır.
   Amma əlilliyin səviyyə göstəriciləri Azərbaycanda heç də reallığı əks etdirmir. Əlillik səviyyəsinin ölkəmizdə belə aşağı olmasının çoxlu subyektiv səbəbləri var. Mövcud durum, ilk növbədə, əhalinin sosial-iqtisadi vəziyyətinin acınacaqlı olması ilə izah olunmalıdır. Əhalinin, faktiki olaraq, yarısından çoxunun yoxsul və kasıb olması üzündən əlillik dərəcəsi almaq üçün tələb olunan prosedurları adlamaq problemə çevrilir. Daha dəqiqi, xəstəxanalarda həkim məsləhət komissiyalarının azərbaycansayağı davranışıdır. 88 saylı forma blankı dolduran zaman yaşanan süründürməçilik əlillərin əsəblərini o dərəcədə tarıma çəkir ki, prosedur qaydalardan tam imtina etmək lazım gəlir.
   Mövcud qaydalara görə, əlillik dərəcəsi almaq üçün işləyən şəxslər 6, işləməyənlər 3 ay müddətinə stasionar müalicə almalıdır. Təbii ki, bu müddətdə onlar özlərini zəruri dərman ləvazimatları ilə təmin etməlidir.
   Ekspertlər hesab edir ki, bu sahədə qanunvericilikdə mövcud olan boşluqlar həkimlərə sözügedən dərəcələri vermək üçün müstəsna səlahiyyətlər verir ki, bu da vəziyyətdən sui-istifadə hallarını artırır.
   Ötən saylarımızda da qeyd etmişdik ki, dövlət əlillik dərəcəsi alanların sayının azaldılmasında maraqlıdır. Çünki ölkədə əlillik dərəcəsi alanlar heç də əlil deyil. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov pensiyaya çıxanların sayının sürətlə artdığını deyib. S.Müslümovun fikrincə, pensiyaya çıxanlar arasında, xüsusilə 2-ci qrup əlillərin sayının çoxluğu şübhə doğurur. 2-ci qrup əlillər, əsasən daxili xəstəliklərin diaqnozu əsasında əlillik dərəcəsi alır. Bu cür xəstəliklərə isə dəqiq diaqnoz qoymaq çətindir. Bir həkimin rəyi digərilə üst-üstə düşməyə bilər. Ona görə də bu kateqoriyadan olan əlillərin sənədlərinin araşdırılmasına ehtiyac var.
   Qeyd edək ki, bir müddət öncə Naxçıvan Muxtar Respublikasında əlillik dərəcəsinin verilməsilə bağlı ciddi araşdırma aparılmışdı. Məlum olmuşdu ki, bir çoxlarına əlilliklə bağlı sənədlər saxta yolla verilib. Araşdırmalardan sonra bir çoxlarının dərəcələri endirildi, bəzilərinin isə dərəcələri ümumiyyətlə ləğv olundu.
   Belə bir təcrübənin, nümunənin digər rayonlarda da tətbiq edilməsinə ehtiyac var.
   Bir sıra ekspertlər qeyd edir ki, əlilliyin rəsmən aşağı səviyyədə olmasının başlıca səbəbi dövlətin verdiyi müavinətlərin çox aşağı olmasıdır. Hazırda Azərbaycanda müavinətlər I qrup 110 manat, II qrup 70 manat, III qrup isə 41 manat təşkil edir. Müavinətlərin belə az olması əlillik dərəcəsi almaq istəyənlərin marağını azaldır. Məsələn, Rusiyada III qrup əlil 120 dollar, II qrup 150 dollar, I qrup əlillər isə 250 dollar müavinət alır.
   Ölkədə əlillik dərəcəsi vermək üçün 22 tibbi-sosial ekspert komissiyası fəaliyyət göstərir. 75 inzibati rayonu olan ölkədə bu yaxşı hal deyil. Camaatın, sadəcə, ətraf rayonlardan bu komissiyalara gəlməyə maddi imkanı çatmır. Yeri gəlmişkən, qiymətlərin artdığı bir vaxtda əlillik dərəcəsi almaq üçün rüşvətin məbləği də artıb.
   Mətbuatda yer almış faktlara inansaq, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1000, II qrup üçün 600-700, III qrup üçün isə 400 manat rüşvət tələb olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən və adının gizli saxlanması istəyən şəxsin dediyinə görə, ölkədə olan 22 TSEK-dən ildə 5 milyon dollara yaxın rüşvət yığılır. Onun sözlərinə görə, həqiqətdə əlillərin sayı çox olsa da, rəsmiyyətdə çox az göstərilir. Həmçinin, pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir. Bütün bunlar onu göstərir ki, həqiqətdə əlillər qalıb kənarda, saxta yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alıb. Bununla yanaşı, əlillərin sayının Azərbaycanda belə az olması heç cür başadüşülən deyil.
   Azərbaycan elə bir coğrafi yerdə yerləşir ki, burada yaşayan insanların əksəriyyəti bu və ya digər xəstəlikdən əziyyət çəkir. Təsadüfi deyil ki, beynəlxalq səhiyyə təşkilatlarının hesabatlarında da bildirilir ki, Azərbaycanda hər doğulan 10 min uşaqdan 631-i irsi xəstəliklər üzündən dünyaya qüsurlu gəlir. Bu göstərici ilə Azərbaycan dünya ölkələri arasında sonuncu yerlərdə qərar tutub. Siyahıda Azərbaycanın yaxın qonşuları Tacikistan, Qırğızıstan və sosial-iqtisadi vəziyyəti ağır olan başqa ölkələrdir.
   Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda əlillərin sayı həqiqətdə çox olsa da, əlillik dərəcəsi almaq üçün qoyulan prosedurlardakı şərtlərin ağırlığı üzündən vətəndaşların bu sədləri keçməyə sadəcə həvəsi qalmır. Bu isə onun nəticəsidir ki, ölkədə hətta adi sosial şərtlər, qanunlar, rüşvət və korrupsiya mexanizmi müdafiəsiz adamların əleyhinə işləyir.
   
Eldar XƏYAL
Bakıxanovdakı "Sərham" MMC qeyri-standart çörək istehsalçısı kimi ifşa edildi
Standartlaşdırma Komitəsi "Russkiy xolod" dondurmalarının satışına isə qadağa qoydu
"Azəri-Şah" MMC-nin Masazır gölündə istehsal etdiyi öldürücü duz aşkarlandı
Bakı şəhərində fəaliyyət göstərən "Sərham" MMC-də standartın tələblərinə cavab verməyən çörək istehsalı aşkar olunub. Bu barədə "APA-Economics"ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.
   SMPDK-in 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev,00/37 ünvanında yerləşən dairəvi çörək istehsalı ilə məşğul olan "Sərham" MMC-də apardığı araşdırmalar zamanı çörəyin istehsalı zamanı istifadə olunan xammalların (un və duz) normativ sənədlərin tələblərinə uyğun saxlanmadığı müəyyən olunub. Sexdə araşdırma zamanı çörəyin hazırlanmasında istifadə olunan mənşəyi məlum olmayan, çəkisi 50 kq olan 30 kisə un və çəkisi 30 kq olan 43 kisə duz aşkar edilib.
   Müəssisədə istehsal olunan çörəyin sınağı üçün mövcud olan laboratoriya tələblərə cavab verməyib. Çörəyin müayinəsinin mütəmadi aparılmadığı və bununla da çörəyin keyfiyyətinə təminat verilmədiyi məlum olub. Belə ki, sexdə çörəyin istehsalı zamanı normativ sənədin (QOST 28808-90) tələblərindən kənara çıxılıb, normativ sənəddə nəzərdə tutulmayan sirkə turşusundan (uksusdan) çörəyin turşuluğunun artırılması və göbələk xəstəliyinin qarşısının alınması məqsədilə istifadə olunduğu müəyyən edilib. Müəssisədəki nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.
   "Russkiy xolod" əmtəə nişanlı dondurmaların satışına da qadağa qoyulub. Bu barədə "APA-Economics"ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.
   SMPDK-in 1 saylı Dövlət Nəzarəti İdarəsinin dondurma idxalı ilə məşğul olan fiziki şəxs C.Cavadova məxsus müəssisədə (Nəsimi rayaonu, B.Mirzəyev küçəsi,24/133) apardığı araşdırma zamanı Rusiyadan "Russkiy xolod" əmtəə nişanlı dondurmaların idxalı zamanı AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərinin pozulduğu müəyyən olunub. Monitorinq zamanı məlum olub ki, idxal olunmuş məhsullar sertifikatlaşdırılmadan satışa çıxarılır.
   Komitə "Russkiy xolod" əmtəə nişanlı "Yubileynoye", "Plombir SSSR", "Stoliçnoe eskimo", "Plombir "Nastoyaşiy", "Lakomka, "Enerqo", "Lakomka "Traditsionnaya" dondurmalarının təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədləri olmadığını aşkarlayıb.
   Komitə əməkdaşları tərəfindən idxalçı firmada aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək məhsulların satışının dayandırılması barədə müəssisə rəhbərinə göstərişlər verilib.
   Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən "Azəri-Şah" MMC-də insan orqanizmi üçün təhlükəli duz istehsal edilməsi faktı aşkarlanıb.
   Bu barədə "APA-Economics"ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.
   Aparılan araşdırmalar zamanı "Azəri-Şah" MMC-də Masazır qəsəbəsi ərazisində mövcud olan duz gölündən tədarük edilmiş 2 ton duz aşkar edilib. Müəyyən olunub ki, yodlaşdırılmış duz istehsalı üçün lazımi şərait olmadığı halda tədarük edilən duz sexdə emal olunaraq qablaşdırılır.
   Komitənin məlumatında bildirilir ki, mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır. Eyni zamanda, kalsium (Ca), maqnezium (Mg), sulfat ionlarının, dəmir-oksidin (FeO) və natrium-xloridin (NaCl) kütlə payı vaxtaşırı, 7 gündə bir dəfədən az olmayaraq təyin edilməlidir. Lakin adıçəkilən müəssisədə bütün bunların təyin edilməsi üçün laboratoriya mövcud olmayıb. Bundan başqa, ticarət şəbəkəsindən götürülmüş "Azəri-Şah" MMC-nin istehsalı olan duz nümunəsinin üzərində saxlanma müddəti 1 il qeyd olunub. Halbuki, yodlaşdırılmış duz üçün mövcud olan standart AZS 280-2007 üzrə məhsulun saxlanma müddəti 9 ay nəzərdə tutulur. Həmçinin, markalanmada qüvvədə olmayan normativ sənədə TŞ Az 00900003-17-2003 istinad olunaraq hazırlandığı qeyd edilib. Hazırda Dövlət Komitəsi müəssisədə araşdırmanı davam etdirir.
   
   
Xəbər xidməti
 
 
 SON XƏBƏRLƏR
2010-07-28 İsmayıllının eyni adlı kəndində 2 mərtəbəli ev yandı
2010-07-28 "Siyəzən Broyler"də ölüm hadisəsi...
2010-07-28 Bakı vağzalında 7 aylıq uşağını 6400 manata satan ananın məhkəməsi başlayıb
2010-07-28 Dərnəgüldəki masaj salonunda "Riad"ın mühafizə əməkdaşı qətlə yetirildi
2010-07-28 Bakının Qaraçuxur qəsəbəsində "su qiyamı"...
2010-07-28 Ən ağır müsabiqə şəraiti ikinci qrupda yaranıb
2010-07-28 Göyçayda 72 yaşlı qadın özünü Şirvan kanalına atıb intihar etdi
2010-07-28 TQDK boş magistratura yerlərinə əlavə sənəd yığımına başlayır
2010-07-28 İyulun 26-da iki qardaş Xəzərdə batıb
2010-07-28 Milli Mətbuat Günündən 6 gün sonra bayram tədbiri, ya "toydan sonra nağara"...
2010-07-28 Ermənilər Azərbaycanın Xocavənd rayonunda yerləşən Azıx mağarasını mənimsədilər
2010-07-28 Azərbaycanda cəmi 7 nəfər abituriyentin 700 ballıq savadı var imiş
2010-07-28 "Azərbaycan milli mətbuatında Güney Azərbaycan" mövzusu...
2010-07-28 Prezident kənd təsərrüfatı üçün önəmli təşkilata 5 milyon manat vəsait ayırdı
2010-07-28 İlyas İsmayılov, Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyevin blokuna hələ ad seçilməyib
2010-07-28 Ekspertlər bəzi KİV-lərin xarici sifarişlə işləməsinin kökündə üçbucaq görür
2010-07-28 Şəmkirdə yol polisinin qətlinə görə araşdırma başladı
2010-07-28 AXCP, deyəsən, DUİ-ni Müsavat-AXCP birliyinə qoşmaq istəmir
2010-07-28 10 il əvvəl Zaqatalada ifşa olunmuş Hacı Maqomedovun silahlı dəstəsinin bir üzvü axtarışa verildi
2010-07-28 Müasir Müsavat ermənistanlıların səsini beynəlxalq miqyasa çıxarır
2010-07-28 Beynəlxalq Valyuta Fondunun "Çirkli pul" missiyası Azərbaycana gəlib
2010-07-28 "Azadlıq" blokuna alternativ blokun yaradılması sentyabradək təxirə salındı
2010-07-28 Hərbi xidmətdən yayınma cinayətlərinin azalması ekspertlərin maraqlı təhlil mövzusu oldu
2010-07-28 Qaradağda Dərin Özüllər Zavodunun fəhlələrlə dolu avtobusu aşdı
2010-07-28 Ordumuzda "dedovşina tənəzzülü" barədə rəylər yayılıb
2010-07-28 Göyçayda qəbiristanlığın 3 hektar ərazisi yanaraq külə döndü
2010-07-28 40 milyon manatlıq reklam büdcəsinin yarısı qəzetlərə yönəldilsə...
2010-07-28 Rusiya İranla bağlı yeni mövqe göstərdi
2010-07-28 Şimali Koreya tərəfindən təcavüz təhlükəsi Cənubi Koreyanı "əldən-ayaqdan salıb"
2010-07-28 Rusiya XİN Mahmud Əhmədinejadı məsuliyyətsiz bəyanatlar verməməyə çağırdı
2010-07-28 ABŞ-ın Əfqanıstan sirlərini açmış bir əsgər şübhə altındadır
2010-07-28 Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayacaq
2010-07-28 Türkiyə-İsrail münasibətlərində yeni atmosfer yaranıb
2010-07-28 Erməni separatçılarının rəhbəri Haaqa Məhkəməsinin qərarından sonra dilə gəldi
2010-07-28 Heyvord BP şirkətinin baş direktoru vəzifəsindən azad edildi
2010-07-28 Kosovonun müstəqillik qərarı ətrafında beynəlxalq mübahisə yenidən qızışdı 192 dövlətdən yalnız 69-u...
2010-07-28 Azərbaycanın xam nefti Vyetnama axmağa başlayır
2010-07-28 Azərbaycana çay idxalı artır
2010-07-28 BP Meksikada məruz qaldığı maliyyə zərərinin məbləği barədə astronomik rəqəm açacaq
2010-07-28 Maşın idxalının azalması daxildə benzin satışına təsir göstərəcəkmi?
2010-07-28 Azərbaycan üzrə əlillik məsələsində "Naxçıvan təcrübəsi"...
2010-07-28 Daşkəsəndə komandirlərin kütləvi güllələnməsinə görə məhkəmə başladı
2010-07-28 Arif Haşımov doktorantura həvəskarlarına pis xəbər verdi
2010-07-28 8-ci mikrorayonda Nizami Nərimanov 21-in sakinləri zülmətə qarşı etiraza qalxıb
2010-07-28 "Araz" kursları TQDK-nın builki testlərində xüsusi nəticələr göstərib
2010-07-28 Azərbaycanla Türkiyə oktyabrın 12-də üz-üzə gələcək
2010-07-28 Braziliya yığması da dağıldı
2010-07-28 Çex ulduz Yan Polak "Qalatasaray"a gəlir
2010-07-28 "Qarabağ"ın "Visla"nı məğlub etməsi möcüzə ola bilər
2010-07-28 Maradona Argentina yığmasından gedir
2010-07-28 Quti rəsmən "Beşiktaş"da
2010-07-28 Torres İngiltərə Premyer-Liqasında ən bahalı futbolçu ola bilər
2010-07-28 Fabreqas "Barselona" ilə anlaşdı
2010-07-28 Ronaldinyo "Milan"da qalacaq
2010-07-28 Daşkəsənin Qabaqtəpə kəndində Bağırov Firdovsinin həyətindən 153 çətənə kolu tapıldı
2010-07-28 Dövlət qeydiyyatına alınmış dini qurumların sayı 450-yə çatdı
2010-07-28 Banka səs bombası atıblar
2010-07-28 "Aroma" şirələrinin də insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşib
2010-07-28 Masallının Türkoba kəndində 76 yaşlı dəllək kərbəlayi yeniyetmə qızı zorlaya bilmədi
2010-07-28 Qəmdə bəxti yar olan Bəxtiyar
2010-07-28 Şou aləmində Aygün Kazımova, Telli Borçalı və Namiq Qaraçuxurlu barədə dedi-qodular baş alıb gedir
2010-07-27 Gəncəli Ramil Əli oğlu həyat yoldaşını parkda boğdu
2010-07-27 "Dəmir Bank"ın Gəncə filialında mənimsənilmiş 400 min manatın məhkəməsi başladı
2010-07-27 Abituriyentlərin ixtisas seçimində problem yaranıb
2010-07-27 Bakıdakı "Papiros" kafesində dəhşətli adam oğurluğu cinayətinin üstü açıldı
2010-07-27 Abşeronun Digah qəsəbəsində ailə qətliamı...
2010-07-27 Yeni Günəşlidə 48 yaşlı şəxs binadan özünü atdı
2010-07-27 Astarada dənizdə batmış nişanlı bacılardan ikincisinin də meyiti tapıldı
2010-07-27 Məhkəmə Adnan Hacızadəni vaxtından əvvəl azad etmək müraciətinə mənfi cavab verdi
2010-07-27 Xətaidəki Ali Hərbi Məktəbin kazarması yandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009