28 Iyul 2010-cı il, N 393(1889)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3655)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1343)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1261)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1149)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1111)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1107)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Bakının çiynində böyük vergi yükü aşkarlandı
Tədqiqatçılar paytaxtla bağlı yeni rəqəmlər barədə ciddi narahatlıqlarını ortaya qoyur
Cari il ərzində Azərbaycan büdcəsinə daxil olacaq vergilərin 92 faizi Bakıda toplanacaq. Bu barədə məlumat "Fineko" agentliyi tərəfindən yayılıb. Ekspertlər isə bunun həyəcanverici bir durum olması qənaətindədir. Belə hesab olunur ki, göstərilən rəqəm hələ də ölkə iqtisadiyyatının əsas aparıcı gücünün məhz Bakıda olduğunu deməyə əsas verir.
   Həmçinin o da aydın olur ki, son illərdə regionların inkişafı məqsədilə dövlət tərəfindən xeyli işlər görülsə də, böyük həcmdə investisiyalar yatırılsa da, Azərbaycanın əsas iqtisadi güc mərkəzi kimi hələ də paytaxt Bakı çıxış edir.
   İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bununla bağlı qeyd edir ki, paytaxtda biznes qurulması daha rentabelli səciyyə daşıyır. Onun sözlərinə görə, regionlarla müqayisədə paytaxtda bazarın cəmi də böyükdür. Ekspert "Exo" qəzetinə açıqlamasında maraqlı bir məqama da toxunur. Onun fikrincə, ümumi vergilərin 92 faizinin Bakının payına düşməsi burada yaşayan əhalinin sayının rəsmi rəqəmlərdə səsləndiyindən çox olduğunu göstərir: "Rəsmi statistikaya əsasən, Bakıda ölkə əhalisinin 25 faizi yaşayır. Lakin real statistikaya nəzər salsaq, Bakıda 2 milyon insanın yaşadığını demək çətindir. Çünki 2 milyon insan tərəfindən 92 faiz vergi ödənilməsi mümkün görünmür. Yəni Bakıda əhalinin sayı rəsmi rəqəmlərdə göstərildiyindən çoxdur". Ekspertin qiymətləndirməsinə görə, paytaxtda ölkə əhalisinin haradasa 40 faizi yaşayır və onların sayı 3,5 milyon nəfərdən çoxdur.
   Qeyd edək ki, paytaxt iş müəssisələrinin sayına görə də regionları hələ çox geridə qoyur. Hesablamalara görə, təkcə Bakıda 50 mindən çox müəssisə var. Ümumiyyətlə, ölkədəki 90 mini keçən müəssisənin 55 mindən çoxu və ya 61 faizi Bakıda və Abşeron yarımadasındadır. Paytaxtdan sonra iqtisadi aktivlik ən çox Sumqayıt, Gəncə, Abşeron, Lənkəran, Cəlilabad və İmişlidə, eləcə də Naxçıvanda müşahidə olunur. Buradakı müəssisələrin sayı 1000-2000 arasındadır. Ötən il ölkədə yeni yaradılan müəssisələrin də əksəriyyəti paytaxtın payına düşür.
   Mütəxəssislər bildirir ki, müəssisə və sahibkarların böyük hissəsinin Bakıya toplanması paytaxtda əhalinin sıxlığı ilə bağlıdır. Belə ki, müəssisə və sahibkarların 60 faizdən çoxu ticarət sektorunda fəaliyyət göstərdiyindən, əhalinin sıx olduğu ərazilərdə işləməyə üstünlük verir. Ticarət müəssisələrinin paytaxtda çoxluğunun başqa bir səbəbi burda həyat səviyyəsinin rayonlara nisbətən yüksək olmasıdır. Müəssisələr isə daha yaxşı alıcılıq qabiliyyəti olan müştərilərə yaxın olmaq istəyir. Fərdi sahibkarlıqla məşğul olanlar da ən çox Bakıya üstünlük verir.
   Mütəxəssisin sözlərinə görə, bölgələrdə kredit şərtlərinin ağır olması, kredit götürəndə girovlarla bağlı çətinliklər də rayonlardakı şirkətlərə problemlər yaradır. Bakıda çalışan msüəssisələrin isə həm girovları etibarlı olur, həm də banklar adətən belələrinə krediti daha asan verir.
   Əvəzində istehsalla məşğul olan müəssisələr getdikcə daha çox rayonlarda işləməyə üstünlük verir. Əvvəla, bölgədə vergi yükü Bakıya nisbətən azdır. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olanlar xammala yaxın olmalıdır. Üstəgəl, rayonlarda işçi qüvvəsi də Bakıya nisbətən ucuzdur. Nəticədə konserv məhsulları, süd, ümumiyyətlə qida məhsullarının istehsalçıları rayonlarda işləməyə üstünlük verir. Araşdırmalar göstərir ki, iş adamlarının Bakıya üz tutması bir neçə səbəblə bağlıdır. Bakıda mövcud olan iqtisadi imkanlar, bəzi regionlarda iş yerlərinin azlığı və kənd təsərrüfatında gəlirliliyin aşağı olması iş axtaranların və sahibkarların yerlərini dəyişməsinə səbəb olur. Yuxarıda qeyd olunduğu kimi, rəsmi məlumatlara görə, Bakının əhalisi təxminən 2 milyon nəfərdən bir qədər artıqdır, amma bu rəqəm rəsmi olaraq ölkənin başqa yerlərində qeydiyyatda olan, ancaq faktiki Bakıda yaşayan insanları əhatə etmir. Nəticədə, ekspertlərin hesablamalarına görə, Bakının real əhalisi rəsmi rəqəmlərdən iki dəfə artıqdır.
   Bundan başqa, araşdırmalar göstərir ki, iş adamlarının əksəriyyəti az pul tələb edən və gəliri tez çıxaran bizneslə məşğul olmağa üstünlük verdiyindən, paytaxt hələ də əsas cəlbedici məkandır. Müşahidələr də göstərir ki, sahibkarların əksəriyyəti işə başlamaq üçün çox pul tələb etməyən və tez gəlir gətirən sahələrdə, xüsusilə ticarətlə məşğuldur. İş adamlarının çox cüzi hissəsi böyük investisiya tələb edən və nisbətən uzun müddətdən sonra gəlir verməyə başlayan istehsalla məşğul olur. Beləliklə məlum olur ki, özəl biznesin böyük hissəsi Bakıda və respublikanın iri şəhərlərində cəmləşib.
   
Tahir TAĞIYEV
Maşın idxalının azalması daxildə benzin satışına təsir göstərəcəkmi?
Hafiz Babalı: "Yaxın 5-7 il ərzində..."
Qlobal maliyyə böhranı və onun nəticəsi olaraq alıcılıq qabiliyyətinin aşığı düşməsi nəticəsində ölkə vətəndaşlarının avtomobil almaq imkanları da daralıb. Ona görədir ki, cari ilin altı ayı ərzində Azərbaycana cəmi 22812 ədəd minik avtomobili gətirilib.
   Bu isə o deməkdir ki, hesabat dövründə ölkəyə avtomobil idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz azalıb. 2009-cu ildə isə hardasa 38 min maşın idxal olunub. Avtomobillərin neftdən əldə olunan yanacaqla işlədiyini nəzərə alsaq, bu durumun ölkə daxilində neft məhsulları satışına da təsir edəcəyini düşünmək olar. Amma həmsöhbət olduğumuz "Turan" İnformasiya Agentliyinin eksperti Hafiz Babalı heç də güman etmir ki, avtomobil idxalının azalmasının onun xidmətində duran neft məhsulları satışına hər hansı bir formada təsiri olsun: "Avtomobillərin əvvəlki ilə nisbətən az sayda gəlməsi iqtisadi amillə bağlı məsələdir. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi keçən ilkinə nisbətən bir qədər az sayda avtomobilin daxili bazara girməsilə nəticələnib. İstəklərin maliyyə vəziyyətilə uyğun gəlməməsi belə vəziyyətə gətirib çıxarıb. Amma burada ikinci bir məqam var. Azalmada işlənmiş maşınların xüsusi çəkisi xeyli böyükdür. Əvvəlki illə müqayisədə köhnə maşınların gətirilməsi təxminən iki dəfəyə kimi azalıb. Bu da ondan irəli gəlir ki, avtomobil həvəskarı olan şəxslər ehtiyaclarını ödəmək üçün maşın gətirmək sahəsində artıq seçim qarşısında qalıb. Daha doğrusu, onları dövlət bir qədər küncə sıxaraq, ucuz maşınlardansa, bahalı və ekoloji cəhətdən normalara uyğun avtonəqliyyat vasitələrinin gətirilməsini tələb edir. Ona görə də onlar ucuz maşınları artıq gətirə bilmir. Çünki onlar standartlara cavab vermir. Lakin idxal edilən avtomobillərin orta qiymətinə baxdıqda görürük ki, bu ilin 6 ayı ərzində hətta işlənmiş maşınların orta qiyməti əvvəlki illərə nisbətən xeyli artıb. Deməli, avtomobil həvəskarları tələblərə uyğunlaşmağa başlayıb. Yanacaq sərfinə gəldikdə, yeni avtomobillər enerjiyə az tələbkardır.
   100 kilometrə orta hesabla 10 litr yanacaq işlədən maşınlardır. Bu mənada, idxalın azalmasının ölkədə neftdən əldə olunan yanacaq istehlakına mənfi və ya müsbət təsir imkanları elə də yüksək deyil. Son dövrlər ölkəyə yeni maşınlar gətirilir. Müştərilər də məsələyə ayıq başla yanaşmağa başlayıb. 3-5 ildən sonra köhnə avtomobilləri satmaq problemə çevrilə bilər.
   Ona görə də yaxın 5-7 il ərzində Azərbaycanda avtonəqliyyat parkının tamamilə yenilənməsi faktı ilə rastlaşacağıq. Çünki qarşıda avro-3, avro-4, avro-5 standartlarına keçid gözlənir. Həmin müddətdə 2000-ci ildən qabaq buraxılan avtomobillərin xüsusi çəkisi 20 faizdən yüksək olmayacaq".
   
Həsən İSLAMOV
BP Meksikada məruz qaldığı maliyyə zərərinin məbləği barədə astronomik rəqəm açacaq
Meksika körfəzində baş vermiş qəza ilə bağlı Britaniyanın BP neft şirkəti maliyyə zərərinin məbləğini açıqlamaq niyyətindədir.
   APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, zərərin həcminin 25 - 30 milyard dollar səviyyəsində olduğu ehtimal olunur. Belə olduğu halda bu, Böyük Britaniyanın korporativ biznesi tarixində ən böyük maddi zərər olacaq.
   
Azərbaycana çay idxalı artır
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 4 517,2 ton çay idxal olunub. Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Hesabat dövründə Azərbaycan çay idxalını 11,3% artırıb. Azərbaycana idxal olunmuş çayın dəyəri 6 685,1 min ABŞ dolları təşkil edib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin birinci yarısında Azərbaycanın çay plantasiyalarından 257 ton yaşıl çay yarpağı yığılıb və çay yığımı 2009-cu il iyulun 1-nə nisbətən 0,8% azalıb.
   
Azərbaycanın xam nefti Vyetnama axmağa başlayır
Vyetnam bu ilin avqust ayından etibarən Azərbaycandan xam neftin idxalına başlayacaq.
   "APA-Economics"in bildirdiyinə görə, bu barədə Vyetnam Neft və Qaz Şirkətlər Qrupu - "PetroVietnam" məlumat yayıb.
   Şirkətin məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkəti, (ARDNŞ) ilə əldə olunmuş razılaşmaya əsasən, Azərbaycandan ilkin mərhələdə ildə təxminən 408 837 barel "Azeri Light" markalı neft idxal olunacaq. Azərbaycan nefti Vyetnamın Dung Quat neftayırma zavodunda emal ediləcək.
   "PetroVietnam" BP şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən, Malayziyanın "Miri" yatağından hasil olunan neftin də bir hissəsini alacaq.
   Qeyd edək ki, cari ilin aprel ayının 8-də ARDNŞ və "PetroVietnam" arasında əməkdaşlığa dair memorandum, ARDNŞ-in Asiya ölkələri üzrə treydinq şirkəti "SOCAR Trading Singapur" ilə "PetroVietnam" arasında Azərbaycan xam neftinin Vyetnama satışına dair uzunmüddətli müqavilə imzalanıb.
   
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-07-28 İsmayıllının eyni adlı kəndində 2 mərtəbəli ev yandı
2010-07-28 "Siyəzən Broyler"də ölüm hadisəsi...
2010-07-28 Bakı vağzalında 7 aylıq uşağını 6400 manata satan ananın məhkəməsi başlayıb
2010-07-28 Dərnəgüldəki masaj salonunda "Riad"ın mühafizə əməkdaşı qətlə yetirildi
2010-07-28 Bakının Qaraçuxur qəsəbəsində "su qiyamı"...
2010-07-28 Ən ağır müsabiqə şəraiti ikinci qrupda yaranıb
2010-07-28 Göyçayda 72 yaşlı qadın özünü Şirvan kanalına atıb intihar etdi
2010-07-28 TQDK boş magistratura yerlərinə əlavə sənəd yığımına başlayır
2010-07-28 İyulun 26-da iki qardaş Xəzərdə batıb
2010-07-28 Milli Mətbuat Günündən 6 gün sonra bayram tədbiri, ya "toydan sonra nağara"...
2010-07-28 Ermənilər Azərbaycanın Xocavənd rayonunda yerləşən Azıx mağarasını mənimsədilər
2010-07-28 Azərbaycanda cəmi 7 nəfər abituriyentin 700 ballıq savadı var imiş
2010-07-28 "Azərbaycan milli mətbuatında Güney Azərbaycan" mövzusu...
2010-07-28 Prezident kənd təsərrüfatı üçün önəmli təşkilata 5 milyon manat vəsait ayırdı
2010-07-28 İlyas İsmayılov, Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyevin blokuna hələ ad seçilməyib
2010-07-28 Ekspertlər bəzi KİV-lərin xarici sifarişlə işləməsinin kökündə üçbucaq görür
2010-07-28 Şəmkirdə yol polisinin qətlinə görə araşdırma başladı
2010-07-28 AXCP, deyəsən, DUİ-ni Müsavat-AXCP birliyinə qoşmaq istəmir
2010-07-28 10 il əvvəl Zaqatalada ifşa olunmuş Hacı Maqomedovun silahlı dəstəsinin bir üzvü axtarışa verildi
2010-07-28 Müasir Müsavat ermənistanlıların səsini beynəlxalq miqyasa çıxarır
2010-07-28 Beynəlxalq Valyuta Fondunun "Çirkli pul" missiyası Azərbaycana gəlib
2010-07-28 "Azadlıq" blokuna alternativ blokun yaradılması sentyabradək təxirə salındı
2010-07-28 Hərbi xidmətdən yayınma cinayətlərinin azalması ekspertlərin maraqlı təhlil mövzusu oldu
2010-07-28 Qaradağda Dərin Özüllər Zavodunun fəhlələrlə dolu avtobusu aşdı
2010-07-28 Ordumuzda "dedovşina tənəzzülü" barədə rəylər yayılıb
2010-07-28 Göyçayda qəbiristanlığın 3 hektar ərazisi yanaraq külə döndü
2010-07-28 40 milyon manatlıq reklam büdcəsinin yarısı qəzetlərə yönəldilsə...
2010-07-28 Rusiya İranla bağlı yeni mövqe göstərdi
2010-07-28 Şimali Koreya tərəfindən təcavüz təhlükəsi Cənubi Koreyanı "əldən-ayaqdan salıb"
2010-07-28 Rusiya XİN Mahmud Əhmədinejadı məsuliyyətsiz bəyanatlar verməməyə çağırdı
2010-07-28 ABŞ-ın Əfqanıstan sirlərini açmış bir əsgər şübhə altındadır
2010-07-28 Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayacaq
2010-07-28 Türkiyə-İsrail münasibətlərində yeni atmosfer yaranıb
2010-07-28 Erməni separatçılarının rəhbəri Haaqa Məhkəməsinin qərarından sonra dilə gəldi
2010-07-28 Heyvord BP şirkətinin baş direktoru vəzifəsindən azad edildi
2010-07-28 Kosovonun müstəqillik qərarı ətrafında beynəlxalq mübahisə yenidən qızışdı 192 dövlətdən yalnız 69-u...
2010-07-28 Azərbaycanın xam nefti Vyetnama axmağa başlayır
2010-07-28 Azərbaycana çay idxalı artır
2010-07-28 BP Meksikada məruz qaldığı maliyyə zərərinin məbləği barədə astronomik rəqəm açacaq
2010-07-28 Maşın idxalının azalması daxildə benzin satışına təsir göstərəcəkmi?
2010-07-28 Azərbaycan üzrə əlillik məsələsində "Naxçıvan təcrübəsi"...
2010-07-28 Daşkəsəndə komandirlərin kütləvi güllələnməsinə görə məhkəmə başladı
2010-07-28 Arif Haşımov doktorantura həvəskarlarına pis xəbər verdi
2010-07-28 8-ci mikrorayonda Nizami Nərimanov 21-in sakinləri zülmətə qarşı etiraza qalxıb
2010-07-28 "Araz" kursları TQDK-nın builki testlərində xüsusi nəticələr göstərib
2010-07-28 Azərbaycanla Türkiyə oktyabrın 12-də üz-üzə gələcək
2010-07-28 Braziliya yığması da dağıldı
2010-07-28 Çex ulduz Yan Polak "Qalatasaray"a gəlir
2010-07-28 "Qarabağ"ın "Visla"nı məğlub etməsi möcüzə ola bilər
2010-07-28 Maradona Argentina yığmasından gedir
2010-07-28 Quti rəsmən "Beşiktaş"da
2010-07-28 Torres İngiltərə Premyer-Liqasında ən bahalı futbolçu ola bilər
2010-07-28 Fabreqas "Barselona" ilə anlaşdı
2010-07-28 Ronaldinyo "Milan"da qalacaq
2010-07-28 Daşkəsənin Qabaqtəpə kəndində Bağırov Firdovsinin həyətindən 153 çətənə kolu tapıldı
2010-07-28 Dövlət qeydiyyatına alınmış dini qurumların sayı 450-yə çatdı
2010-07-28 Banka səs bombası atıblar
2010-07-28 "Aroma" şirələrinin də insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşib
2010-07-28 Masallının Türkoba kəndində 76 yaşlı dəllək kərbəlayi yeniyetmə qızı zorlaya bilmədi
2010-07-28 Qəmdə bəxti yar olan Bəxtiyar
2010-07-28 Şou aləmində Aygün Kazımova, Telli Borçalı və Namiq Qaraçuxurlu barədə dedi-qodular baş alıb gedir
2010-07-27 Gəncəli Ramil Əli oğlu həyat yoldaşını parkda boğdu
2010-07-27 "Dəmir Bank"ın Gəncə filialında mənimsənilmiş 400 min manatın məhkəməsi başladı
2010-07-27 Abituriyentlərin ixtisas seçimində problem yaranıb
2010-07-27 Bakıdakı "Papiros" kafesində dəhşətli adam oğurluğu cinayətinin üstü açıldı
2010-07-27 Abşeronun Digah qəsəbəsində ailə qətliamı...
2010-07-27 Yeni Günəşlidə 48 yaşlı şəxs binadan özünü atdı
2010-07-27 Astarada dənizdə batmış nişanlı bacılardan ikincisinin də meyiti tapıldı
2010-07-27 Məhkəmə Adnan Hacızadəni vaxtından əvvəl azad etmək müraciətinə mənfi cavab verdi
2010-07-27 Xətaidəki Ali Hərbi Məktəbin kazarması yandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009