28 Iyul 2010-cı il, N 393(1889)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2475)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1744)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1145)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1110)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1104)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
40 milyon manatlıq reklam büdcəsinin yarısı qəzetlərə yönəldilsə...
Prezidentin sadaladığı rəqəmlər üzərində müzakirə davam edir
Qulu Məhərrəmli: "Televiziyalar ictimai rəyə təsir etsə də, cəmiyyətə faydalı mesajlar verə bilmir" Rəşid Hacılı: "Belədə işin keyfiyyəti yüksələr, peşəkar çap mediası formalaşar"
Bazar iqtisadiyyatının dərin kök saldığı sivil ölkələrdə, xarakterindən asılı olmayaraq, bütün media vasitələrinin gəlir mənbəyinin əsasında reklam dayanır. Eyni zamanda, Qərbdə həmin reklam elektron və çap KİV-i arasında bərabər nisbətdə paylanır. Ona görə də, sivil dünyada jurnalistlərin maddi durumu da xeyli yaxşıdır.
   Azərbaycanda isə bu sahə hələ də axsayır. Bizdə reklam bazarı inkişaf etmədiyindən, onun mediada işıqlandırılmasına da ciddi əhəmiyyət verilmir. Veriləndə də əsas diqqət çap KİV-nə deyil, televiziyalara ayrılır. Reklam bazarının inkişaf etməməsinin nəticəsidir ki, qəzetlərin maddi durumu da acınacaqlı olaraq qalır. Yalnız bəzi mətbuat orqanlarının fədakarlığı və dövlətin mediaya göstərdiyi qayğı sayəsində o ayaq üstə durmağı bacarıb. Hesablamalara görə, hazırda medianın illik reklam büdcəsi təxminən 40 milyon manat təşkil edir. Lakin bu qədər vəsaitdən yazılı medianın reklam gəlirləri heç 2 milyon manata çatmır. Son zamanlar çap mediasına qarşı yönələn bu ögey münasibət ölkə rəhbərliyi tərəfindən də müsbət qarşılanmır. Elə bu səbəbdəndir ki, ölkə prezidenti həmin sahədə vəziyyətin yaxşılaşması üçün müəyyən addımlar atılmasını vacib sayıb. İyulun 22-də İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirakı zamanı bununla bağlı olduqca maraqlı bir fikir səsləndirib: "Əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı, hələ ki, o qədər də böyük deyil. Ancaq rəqəmlər, əlbəttə, göstərir ki, burada bölgü ədalətsiz aparılır. 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcəkdir".
   Bu hal dövlətin mövcud disbalansı aradan qaldırmağa çalışdığını, ədalətli bölgü aparmaq niyyətini göstərir. Bu halda maraqlıdır, sözügedən 40 milyon reklam manatının yarısı qəzetlərə verilsə, bu hal onların durumuna necə təsir edəcək? Başqa bir tərəfdən, həmin vəsaitin 95 faizinə yiyələnən elektron KİV-lər bunun müqabilində onlara bəslənilən etimadı doğrulda bilibmi?
   Məşhur telejurnalist Qulu Məhərrəmlinin fikrincə, sözügedən vəsaitin 50 faizinin qəzetlərə verilməsi, hər bir halda, onların durumuna müsbət çalarlar gətirəcək: "Həmin vəsaitin yarısı çap mediasına ayrılsa bu, təbii ki, qəzetlərin durumuna müsbət mənada təsir edəcək. Amma bu il 20 milyon olub, növbəti ildə 10 milyona düşəcəksə, sistem pozulacaq. Elə etmək lazımdır ki, davamlı və etibarlı reklam bazarı mövcud olsun və qəzetlər də ondan faydalansın. 10-12 il bundan qabaq yazılı mediada reklam bazarı təxminən 20 milyon manata yaxın idi. Prosesin inkişafı üçün birinci növbədə sərbəst bazar olmalıdır. Sərbəst bazar şəraiti qəzetlərə müstəqilliyini, o cümlədən də iqtisadi müstəqilliyini saxlamağa imkan verir. Bu gün mediaya çoxlu yardım göstərilir. KİV-ə Dəstək Fondu və prezidentin sərəncamlarında bunlar öz əksini tapıb. Amma bununla yanaşı, hesab edirəm ki, indiki şəraitdə qəzetlərə edilən bu yardımlar dibi deşik vedrəyə oxşayır. Həmin vedrəyə nə qədər su töksən də orada qalmayacaq. Məsələ birdəfəlik həll olunmalıdır. Bunun da ən yaxşı yolu sərbəst reklam bazarının formalaşmasıdır. İndi Azərbaycanda müstəqil qəzetlərin sayı getdikcə azalır. Bir çox qurum və faktorlardan onların asılılığı isə artıb. Ona görə də düşünürəm ki, həmin məqamdan birinci növbədə müstəqil qəzetlər faydalanmalıdır. Təbii ki, tənqidçi media bundan daha çox faydalanmalıdır. Lakin bizdə üzrlü səbəbdən tənqidçi mediaya reklam verən, demək olar ki, yoxdur.
   Hesab edirəm ki, bu sahədə bir sistem yaradılmalıdır. Ən aşağısı bu rəqəm artırılmalıdır. Amma o da kiminsə göstərişilə artırıla bilməz. Sərbəst bazar və gerçək rəqabət mühiti gücləndikdə reklam bazarı da artacaq. Belə olmasa çətin olacaq. Baltikyanı ölkələrin bu məsələdə təcrübəsindən yararlana bilərik. Qəzet hansısa siyasi hakimiyyət və oliqarxdan asılı olmadığını və yalnız öz populyarlığı hesabına gəlir gətirdiyini hiss etsə, onun müstəqilliyi də artacaq. Yəni sözün həqiqi mənasında o, media fəlsəfəsinin tələb etdiyi missiyanı yerinə yetirməyə başlayacaq. Yoxsa indiki halda bizdə mətbuatı uçuruma aparan boz qəzetlərin sayı çoxalıb. Ona nə qədər pul verirsənsə ver, artıq o müstəqil media funksiyası rolunu oynaya bilməyəcək. Güc azad medianın inkişafına verilməlidir. Dövlətdən maliyyələşən media isə heç cür azad media sayıla bilməz". O bu qənaətdədir ki, reklamın əsas hissəsinə sahib olsa da, azad sözün inkişafına televiziyaların heç bir faydası yoxdur: "Yəni onlar özünü doğrultmayıb. Əksinə, elektron KİV-lər ictimai rəyə çox təsir etsə də, cəmiyyətə faydalı mesajlar verə bilmir. Onların bir çoxu oliqarxlardan pul alır, bəzilərinin maliyyələşmə mənbəyi bəlli deyil, xeyli şübhəlidir. Bunun müqabilində reklam bazarının böyük hissəsini sorur, amma cəmiyyətə heç nə vermirlər. Bu səbəbdən də düşünürəm ki, reklam bazarının tənzimlənməsilə əlaqədar müəyyən qayda olmalıdır. Türkiyədə 3 milyard avroluq reklam bazarının təxminən 2 milyardı yazılı medianın payına düşür. Belə vəziyyət həm yazılı medianın gücünü göstərir, həm də onun cəmiyyətə təsir əmsalını ifadə edir".
   Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı da bildirdi ki, həmin vəsaitin yarısının çap mediasına verilməsi keyfiyyət və peşəkarlıq baxımından böyük irəliləyişlərə səbəb olacaq: "Bu statistikanın haradan götürüldüyü və dəqiqliyi bir qədər şübhəli görünür. Başqa bir tərəfdən, indiki halda 40 milyon manatın özü də Azərbaycan bazarı üçün cüzi rəqəmdir. Bu, əslində iqtisadiyyatın vəziyyətinin göstəricisi kimi də təqdim oluna bilər. Qəzetlər həmin vəsaitin yarısını ala bilsə, bu onların maliyyə imkanlarını xeyli möhkəmləndirəcək. Eyni zamanda, jurnalistlərin maddi durumuna da müsbət mənada təsir edəcək. Nəticədə də işin keyfiyyəti yüksələcək.
   Son olaraq peşəkar çap mediasının formalaşdığını görəcəyik". Televiziyaların reklam büdcəsində payı çox olsa da, ekspert qeyd etdi ki, bunun müqabilində onların hazırladığı verilişlər xarakterinə görə ucuzdur: "Onların gəlirlə, yoxsa ziyanla işlədiyini də müəyyənləşdirə bilmirik. Amma hər halda, televiziya verilişlərinə çəkilən xərclər onu göstərir ki, onlar daha çox ucuz xarakterli verilişlərin ardınca qaçır. Bu, bəlkə də pul qıtlığı ilə bağlıdır. Onu bilirəm ki, bizim televiziyalarda konkret verilişlərə qoyulan pullar hətta Gürcüstanla müqayisədə, qat-qat aşağıdır".
   
Rüfət SULTAN
Göyçayda qəbiristanlığın 3 hektar ərazisi yanaraq külə döndü
Göyçay rayonunda qəbiristanlıq yanıb. Fövqəladə Hallar nazirliyi Göyçay rayon dövlət yanğından mühafizə hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən saat 14:45 radələrində Hacalıkənd və Qarabaqqal kəndlərinin birgə qəbiristanlığında qeydə alınıb.
   Bir saat ərzində qədim qəbiristanlığın 3 hektar ərazisi yanaraq külə dönüb. Hadisə zamanı köhnə məzarların taxtadan olan baş ağacları, qəbiristanlıqdakı şam ağacları, ot və kol-kos, habelə qəbiristanlığın kənarındakı koldan çəpər də yanıb. Əraziyə iki yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Alovun ətrafdakı həyətyanı sahələrə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Ordumuzda "dedovşina tənəzzülü" barədə rəylər yayılıb
Ekspertlər fərqli mövqe göstərdi
Mehdi Mehdiyev və Yaşar Cəfərli bir-birinə zidd fikirlər söylədi
Şəraitin stabil şəkildə davamiyyəti Azərbaycanda bütün sahələrin inkişafına təkan verir. Aidiyyəti dövlət strukturlarında nəzərəçarpacaq müsbət aktivləşmənin intensivləşməsi ölkə daxilində iqtisadi, siyasi, sosial problemlərin həllini sürətləndirir.
   Bunu dövlətin istənilən təbəqəsinə nüfuz etdikdə görmək mümkündür. Bu tibb, təhsil, mədəniyyət, KİV, aqrar-iqtisadi və xüsusilə də hərb sahəsində aydın müşahidə olunur. Ölkə prezidentinin Azərbaycan Silahlı Qüvvələrinə ayırdığı vəsaitin ilbəil artması ordu quruculuğunu gücləndirir. Ordunun nizam-intizamını artırır, mütəşəkkilliyini möhkəmləndirir. Daxili qayda-qanunların nizamlı hala düşməsi və əvvəlki illərlə müqayisədə müəyyən neqativ insidentlərin baş verməməsi hərbiyə olan hədsiz qayğının təzahürüdür. Ancaq ordu rəhbərliyinin ciddi səyinə baxmayaraq, bir sıra neqativ olaylar güclü qoşunun üzərinə hələ də kölgə salır. Bu cür xoşagəlməz hallar sırasında hərbidə baş verən "dedovşina"ları göstərmək olar. Məlumat üçün deyək ki, bu kimi hallar daha çox Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ön xəttində xidmət aparan əsgərlər arasında baş verir.
   Bu gün isə bu tip hallar, demək olar ki, xeyli azalıb. Bunu deməyə əsas verən orduda böyük həyəcana səbəb olan ciddi "dedovşina"ların Müdafiə Nazirliyi və digər qurumlar tərəfindən son zamanlar qeydə alınmaması kimi fikirlərdir. Bu sevindirici haldır. Bu kimi fikirlərin cəmiyyətə müsbət yöndə təsiri göz önündədir. Hətta biz bunu müddətli həqiqi hərbi xidmətə çağırışçıların qulluqdan yayınmamasından da görürük.
   Bu nə deməkdir? "Dedovşina"nın kökü kəsilir, ya ört-basdır edilir? Bir sıra müstəqil hərbi ekspertlərdən münasibət öyrəndik.
   Ekspert Mehdi Mehdiyev bu söz-söhbətlərin adi şayiə və ordumuza edilən qarayaxmadan başqa bir şey olmadığını vurğuladı. O, Milli Ordumuzun yüksək tələblərə cavab verdiyini və xidmətə çağırılan sıravi əsgərə qarşı hər hansı bir problemin yaradılmadığını dedi. Müəyyən dövrlərdə yaşanan kiçik insidentləri isə gənc şəxsi heyət, əsgər və çavuşlar arasında yaranan problemlər, çəkişmələrlə əlaqələndirdi. Bunun səbəbini isə onların gənc və yeniyetmə olmalarında gördü: "Bilirsiniz, nəzərə almaq lazımdır ki, onlar hələ gəncdir. Və hamısı da ayrı-ayrı mühitdə tərbiyə almış oğlan uşaqlarıdır. Sözüz ki, mənəm-mənəmlik, hegemonluq həvəsi, bəlkə də nəyisə düzgün bölməmələri kimi hallar çəkişmələrə gətirib çıxarır. Bu cür xırda məqamları şişirdib "dedovşina" səviyyəsinə qaldırmaq lazım deyil". Ekspert "dedovşina"nın keçmiş Sovet ordusundan qalmış köhnə stereotip olduğunu, bunun isə o zaman müxtəlif dinlərə sitayiş edən millət nümayəndələrinin bir yerdə xidmət aparmasından irəli gələn hal olduğunu bildirdi. Həmçinin, keçmiş Sovet ordusunda bu halın baş verməsinin bir səbəbini 50-60-cı illərdə "zon"lardan dustaqların orduya cəlb olunması ilə izah etdi. Bu gün isə belə halların Milli Ordu sıralarında baş verməsi halları ilə rastlaşmadığını və bu cür fikirlərlə razılaşmadığını bildirdi. Yekunda M.Mehdiyev zabitlər tərəfindən bu istiqamətdə təbliğati işlərin gücləndirildiyini qeyd etdi.
   Digər ekspert Yaşar Cəfərli qoyulmuş problemlə bağlı məsələyə tam fərqli mövqe sərgilədi. Xüsusən də Azərbaycan ordusunda "dedovşina" hallarının azalması fikrilə razılaşmadığını bildirdi. Əksinə, bu cür halların artdığını və hətta belə məqamların artması nəticəsində həyatına qəsd etmiş əsgərlərin istənilən qədər olduğunu vurğuladı. Hərbi ekspert fikirlərini əsaslandırmaq üçün, ən azından, "Doktrina" Jurnalist Təbii Araşdırmalar Mərkəzinin açıqladığı siyahıya və onların saytına daxil olmağımızı tövsiyə etdi: "Son bir il ərzində orduda baş vermiş hadisələrə nəzər salsanız görərsiniz ki, istənilən qədər itki və qurbanlar var. Xüsusən də baş vermiş ciddi insidentlərin əksəriyyəti həmin "dedovşina"nın ağır fəsadlarıdır. Əlbəttə, bu da ordu sıralarında nizamnamə qanunlarının kobud şəkildə pozulmasından irəli gəlir". Ekspert, bütün deyilənlərlə yanaşı, istər nazirlik, istər korpus, istərsə də hərbi hissələr daxilində bu istiqamətdə ciddi işlərin aparıldığını da qeyd etdi. Hətta yaranmış problemin hərbi prokurorluq, hərbi məhkəmə hüdudlarınadək qaldırıldığını bildirdi. Bu istiqamətdə məqsədyönlü işlərin aparılmasına baxmayaraq, hələ də "dedovşina" və bu kimi çatışmazlıqların mövcudluğunu vurğuladı.
   
Samir SƏFƏROĞLU
İrandan Azərbaycana köç məsələsi yenidən aktuallaşır
"Dünya üzrə özəl sektor İrana münasibətini dramatik sürətlə dəyişir"
Dünyanın siyasi gündəmini yenidən məşğul edən hadisələrdən biri İrana qarşı Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalardır. Həmin sanksiyalar BMT Təhlükəsizlik Şurasının sanksiyalarına əlavədir. Məlumatlara görə, iqtisadi vəziyyətin ağırlaşacağını hiss edən bir sıra İran vətəndaşlarının yenidən ölkədən köçü başlayıb.
   Rusiyanın "Pressentr" portalının yazdığına görə, İran vətəndaşları daha çox qonşu ölkələrə - Türkiyəyə, Azərbaycana, çox az hissə Türkmənistana üz tutmağa hazırlaşır. Lakin daha uzaq xaricə, o cümlədən Avropa ölkələrinə mühacirət etmək istəyən iranlıların sayının bundan çox olduğu bildirilir.
   ABŞ-da isə belə hesab edilir ki, sanksiyalara rəğmən, istənilən halda İrana qarşı müharibə labüddür. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Maykl Hayden də təsdiq edib ki, İrana qarşı müharibə qaçılmazdır: "İranın nüvə obyektlərinə hücum ehtimalı indi daha yüksəkdir. Artıq İrana qarşı bu addımın atılması qaçılmazdır. İranın nüvə proqramını dayandırmaması ABŞ-a başqa yol saxlamır". Onun fikrincə, önləyici tədbirlər görülməsə, İran nüvə proqramını kütləvi qırğın silahının istehsalına imkan verəcək dərəcəyə çatdıracaq.
   Bu arada isə Rusiya İrana qarşı Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalardan hiddətləndiyni açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko bununla bağlı qeyd edib ki, İrana qarşı birtərəfli sanksiyaların tətbiqi yolverilməzdir: "Biz artıq bir neçə dəfə bəyan etmişik, BMT Təhlükəsizlik Şurasının İrana qarşı birtərəfli qaydada sanksiyaların tətbiq edilməsi barədə qərarını yolverilməz hesab edirik. Bu nəinki bizim İranın nüvə prqoramı ilə bağlı yaranmış durumu diplomatik yolla nizamlamaq yolunda birgə səylərimizi korlayır, həmçinin BMT Təhlükəsizlik Şurasının razılaşdırılmış qətnaməsinə qarşı sayqısızlıqdır".
   Nesterenko onu da bildirib ki, Avropa Birliyinin İrana qarşı qəbul etdiyi sanksiyalar, əvvəllər ABŞ hökumətinin də qəbul etdiyi qərarlar paketi kimi, yaranmış durumun dəyişilməsinə kömək etməyəcək: "Bu yolla İranın nüvə proqramı ilə bağlı problemi siyasi-diplomatik üsulla həll etmək imkanları da əldən çıxacaq. Biz bunu görürük".
   İran Mərkəzi Bankının sədr müavini Həmid Burhani isə qeyd edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı BMT-nin qadağalarını tətbiq edəcək ölkələrlə ticarət əlaqələri kəsiləcək". Burhani açıqlamasında İslam ölkəsi səhmlərinə qarşı qadağalar tətbiq edəcək ölkələrlə ticari münasibətlərə son qoyulacağını deyib.
    Amerika Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı şöbəsinin rəhbəri Stüart Levi isə bəyan edib ki, təsdiqlənmiş sanksiyalar artıq özəl investorları İrana sərmaye qoymaqdan yayındırır: "Biz görürük ki, dünya üzrə özəl sektor sanksiyalar səbəbindən İrana münasibətini dramatik surətdə dəyişir. Görürük ki, çox sayda şirkət İranla iş aparmaqdan imtina edir. Şirkətlər İranın infrastrukturuna pul buraxmır. Bu isə çox mühüm məqamdır. Çünki bu cür investisiyalar ölkəyə gəlmirsə, uzaq perspektivdə İran iqtisadiyyatı çox ağır bir duruma düşəcək. İnvestisiya qıtlığı İranın neft və qaz yataqlarının inkişaf etdirilməsinə çox pis təsir edir". Stüart Levi İran xalqının BMT sanksiyalarının qurbanına çevrilməsi fikrini rədd edib: "Təkcə İran yox, başqa ölkələr üzərinə də sanksiyaların yeridilməsi üçün məsuliyyət daşıyan bir şəxs kimi, mən çox zaman belə cəza tədbirlərin günahkarları hədəfləməsi, onların qurbanı olanlara ziyan vurmaması üzərində çox düşünürəm. Buna görə biz əlimizdən gələni edirik ki, beynəlxalq qanunları pozan şəxslərə sanksiyaların təsiri daha güclü olsun. Bunu edəndə, daha yaxşı nəticə əldə edirik. Daha yaxşı nəticə deyəndə mən İrandan kənarda olan özəl sektorun reaksiyasını nəzərdə tuturam. Bu sektor bizimlə daha yaxından əməkdaşlıq edərək, sanksiyaların təsirinin artmasına səbəb olur. Eyni zamanda, biz yerli əhalinin də bizi anlamasına ümid edirik. Burada optimal variant yoxdur. Lakin beynəlxalq neft və qaz şirkətləri üzərində diqqətimizi cəmləşdirərək, eləcə də İranın nüvə və digər hərbi qurumlarını hədəfə alaraq, biz sadə xalqın çətinliklərini, tam heç etməsək də, minimallaşdıra bilirik".
   Amerikanın terror və maliyyə kəşfiyyatı üzrə nazir müavini təsdiq edib ki, son sanksiyaların əsas hədəflərindən biri İran İnqilab Qvardiyasıdır: "BMT TŞ-nın qətnaməsi çox əhəmiyyətlidir. Onun siyahısında İran İnqilab Qvardiyasının nəzarətində olan əsas şirkətlər var. Buraya "Katamol-albium" və onun filialları və əlaqəli şirkətləri daxildir. Qətnamənin bu cür yazılmasının əhəmiyyəti odur ki, indi bu şirkətlər İrandan kənarda olan şirkətlərlə əməkdaşlıq edə bilməyəcəklər. Bu əsas məqamdır. Bu şirkətlər ölkədən kənarda aparılan əməliyyatlardan son dərəcə asılıdır. İndi onların tərəf-müqabillərinə İranla işləmək qadağandır. Həm də təkcə qadağana görə yox. Əsası odur ki, İranın son bir neçə ildə özünü aparmasını izləyən özəl şirkətlər müxtəlif səbəblərdən getdikcə İrana arxa çevirməkdədir. Xüsusilə də İnqilab Qvardiyası ilə əlaqəli olan şirkətlərə".
   Cənab Levi niyə məhz İnqilab Qvardiyasının hədəfə alındığını belə izah edib: "İnqilab Qvardiyası müxtəlif səbəblərdən getdikcə daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Birincisi, onlar siyasi cəhətdən rəhbərlik üçün daha vacibdir. Çünki onların hakimiyyətdə qalmasında Qvardiya artıq dərəcədə mühüm rol oynamaqdadır. Hərbi cəhətdən də bu vacbidir. İnqilab Qvardiyası İranın raket proqramında fəal iştirak edir. Elə başqa hərbi layihələrdə də. İran hökuməti ölkə iqtisadiyyatının gəlirlərinin getdikcə daha böyük hissəsini İnqilab Qvardiyasının maliyyələşdirilməsinə sərf edir. Ona mühüm müqavilələr verilir, infrastruktur layihələrində iştirak etməyə şərait yaradılır. Eyni zamanda, bu, İranın biznes icmasının ziyanına olan bir prosesdir. Əlavə etməliyəm ki, bu təşkilat İrana demokratik etirazların yatırılmasına görə məsuliyyət daşıyır. 2009-cu ildə və elə indinin özündə bu belədir".
   
Tahir TAĞIYEV
Qaradağda Dərin Özüllər Zavodunun fəhlələrlə dolu avtobusu aşdı
Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə dünən səhər saatlarında Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fəhlələrini daşıyan avtobus yolun əks istiqamətilə hərəkət edən minik maşını ilə toqquşub. Toqquşma nəticəsində avtobus aşıb, avtobusda olan 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib.
   KTM-dən APA-ya bildirilib ki, məlum qəza ilə əlaqədar mərkəzə 9 nəfər gətirilib. Onlardan - Etibar Rzayev, Namiq Mikayılov, Baxış Mirzəyev, Aqşin Zeynalov, Hidayət Ziya və Rizvan Məmmədov yüngül bədən xəsarətləri alıb. Daha üç nəfər- Sahib Dadaşov, Ramin Musayev və Manaf Qədirov isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
Hərbi xidmətdən yayınma cinayətlərinin azalması ekspertlərin maraqlı təhlil mövzusu oldu
Ekspertlər bunu aparılan kompleks tədbirlərlə əlaqələndirir
İldırım Məmmədov isə...
Son illər Azərbaycanda hərbi xidmətdən yayınma hallarında ciddi azalmalar qeydə alınıb. Fərarilik hallarının azalması artıq statistik rəqəmlərdə də öz əksini tapıb.
   Bundan başqa, hərbidə cinayət hallarının faizlərində də ciddi azalmalar var. Ötən il hərbi xidmət əleyhinə cinayətlər 2,4 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 9,9 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 27,8 faiz, qeyri-hərbi cinayətlər 25,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 5,8 faiz, özünü öldürmə həddinə çatdırmaq 52,6 faiz, qəsdən adam öldürmə 13,6 faiz, ağır cinayətlər 58,5 faiz, xüsusilə ağır cinayətlər 29,4 faiz azalıb.
   Qeyd edək ki, hərbi hissələrdə cinayət faktlarının, xüsusilə də intihar hallarının sayının azalması aparılan islahatlar, nizam-intizamın gücləndirilməsilə bağlıdır. Bu mənada, əsgərlərlə aparılan fərdi söhbətləri xüsusilə qeyd etmək lazımdır. Məsələn, Dövlət Sərhəd Qoşunlarında zabitlərin əsgərlərə münasibətini xüsusilə qeyd etmək yerinə düşər.
   Gənc əsgərlərlə tez-tez fərdi söhbətlər aparılır, onların problemləri dərindən öyrənilir. Bəlkə də, təkcə Sərhəd Qoşunlarıdır ki, gənc əsgərlərin ailələrilə telefon və poçt vasitəsilə əlaqə saxlamasına şərait yaradılır. Burada zabit-əsgər arasında "kontur söhbəti" yığışdırılıb. Arzuolunmaz halların baş verməməsi üçün təlim-tədris müddətində gənc əsgərlərlə təlim prosesini başa vurmuş əsgərlərin görüşünə icazə verilmir. Gənc sərhədçilərin səhhəti hər gün yoxlanır. Problemləri, şikayətləri öyrənilir. Əsgərin üzləşdiyi istənilən neqativ hal araşdırılır və ciddi tədbirlər görülür. Təbii ki, belə olan halda, intihar hadisələri və digər cinayət faktları da olmaz.
   Hərbidə xidmətdən yayınma və intihar hallarının azalması ilə bağlı fikirlərini bölüşən ekspertlər qeyd edir ki, əsgərlər müxtəlif ailələrdə böyüyüb və onların psixoloji durumları da fərqlidir. Ailə şəraitilə bağlı olaraq əsgərlərin hər biri düşdüyü hərbi mühiti fərqli şəkildə qəbul edir. Əsgərlərin hərbi rejimə öyrəşməsi üçün, Müdafiə Nazirliyi başda olmaqla, hər bir hərbi hissə müvafiq tədbirlər görür. Aparılan kompleks tədbirlərin nəticəsi olaraq, cinayət faktlarının, fərarilik hallarının, o cümlədən intiharların faizi aşağı düşüb.
   Qeyd olunur ki, Müdafiə Nazirliyinin şöbə müdirləri, aidiyyəti orqanların rəhbərləri orduda əsgərlərin üzləşdiyi neqativ halların minimuma düşməsi üçün çalışmalıdır. Bunun üçün Nazirliyin əməkdaşları, hərbi hissə komandirləri səylərini gücləndirib. Hərbidə cinayət hallarının mövcudluğu həm də "dedovşina"nın əlamətidir. Yuxarı "prizıv", yaxud zabit tərəfindən incidilən əsgər təzyiqlərə, təhqirlərə dözməyib intihar edir. Hərbi ekspertlər isə bildirir ki, hazırda Azərbaycan ordusunda "dedovşina" yoxdur. "Dedovşina" sovet dövründən qalma bir haldır. O zaman əsgərlər müxtəlif respublikalardan gəlirdi və aralarında xoşagəlməz hallar yaranırdı. Həm də sovet dövründə hərbi xidmətə çağırış altı aydan biri idi. Yəni arada fasilə yaranırdı. İndi isə hərbi xidmətə çağırış üç aydan birdir. Yəni arada o qədər də fasilə yaranmır. Əsgərlərin hamısı bir millətin övladıdır. Onlar bir-birilə qardaş münasibətindədir. Amma müəyyən narazılıqların olması da təbiidir. Bir ailənin iki övladı arasında da narazılıq yaranır. Bu mənada əsgərlər arasında narazılıqların olmasını şişirtmək lazım deyil. Bu insan psixologiyasıdır. 18-19 yaşlı gənc öz liderliyini, üstünlüyünü göstərmək istəyir. Neqativ hərəkətlərə yol verən əsgərə qarşı əsgərlər arasında mənfi münasibət yaranır. Bu kimi hallar müxtəlif cinayətlərə və fərariliyə gətirib çıxarmamalıdır.
   Başqa bir tərəfdən, fərarilik hallarının azalması hərbi xidmətə çağırışla bağlı son yaş həddinin 35-dən 27-yə endirilməsini də zəruri edir. Qeyd olunur ki, hərbi xidmətdən yayınma halları azaldığı üçün nisbətən yaşlı gənclərin hərbi qulluğa çağırılmasına ehtiyac yoxdur. Digər tərəfdən, gənclik yaşının son həddinin 29 yaş götürülməsi də yuxarı yaşlarda olan gənclərin hərbi xidmətə çağırılmasını lüzumsuz edir.
   Hərbi xidmətə çağırışla bağlı son yaş həddinin 27-yə salınması məsələsi dəfələrlə deputatlar tərəfindən də qaldırılıb. Amma hələ ki, heç bir nəticə yoxdur.
   Hərbi ekspert İldırım Məmmədovun sözlərinə görə, əsgərlik yaş həddinin 35-ə qaldırılması heç də fərariliyin qarşısının alınması məqsədilə edilməyib: "Azərbaycanda əsgərlərdən ucuz işçi qüvvəsi kimi istifadə edirlər. Sovet dövründə bölük komandiri 27, tabor komandiri isə 35 yaşa qədər olmalı idi. Söhbət həmin komandirlərin əsgərlərlə ayaqlaşmasından, fiziki imkan göstəricilərindən gedir. Azərbaycanda isə 35 yaşlı kişini əsgər aparırlar. Bu biabırçılıqdır. Ata ilə oğulun bir yerdə qulluq etməsi heç cür qəbuledilən deyil. Bu qədər çağırışçı ilə heç bir ordunu təmin etmək olmaz".
   İ.Məmmədov hesab edir ki, fərariliyin azalması həm də atəşkəsin elan olunması ilə bağlıdır: "Müharibə yoxdur, deməli təhlükə də azalıb. Başqa bir tərəfdən, indi hər şeyi pulla həll etmək mümkün olduğundan, fərariliyə də ehtiyac qalmır".
   
   
Eldar XƏYAL
Beynəlxalq Bank fövqəladə durumda...
Banka dövlət müdaxiləsinin zəruriliyi getdikcə güclənir
Son günlər ölkə mediasında diqqət yetirilən mövzular sırasında Beynəlxalq Bank ətrafında cərəyan edən hadisələr daha çox diqqət cəlb edir. Xatırladaq ki, bu günlərdə sözügedən bankın səhmdarlarının ümumi yığıncağı keçirilib.
   Yığıncaqda səhmlərin 80 faizinə malik səhmdarlar, Maliyyə Nazirliyi də daxil olmaqla, dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsi və növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması barədə qərar qəbul edib. Elə bu da bankın maliyyə durumunun yaxşı olmamasına dair xəbərlərin yenidən geniş vüsət almasına səbəb olub. Xatırladaq ki, Beynəlxalq Bank ölkənin ən kapitallaşdırılmış bankıdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov hesab edir ki, kapitalının həcminə görə ölkədə aparıcı bank olduğu üçün Beynəlxalq Bankda baş verən proseslər bank sektoruna münasibətin formalaşması baxımından əhəmiyyətlidir: "Nəzərə alsaq ki, bank sektoru həssas sektordur, o baxımdan Beynəlxalq Bankda müşahidə edilən problemlər adi vətəndaşlar, müəssisələr arasında "ölkənin birinci bankında problem yaşanırsa, o zaman kapitalının həcminə görə ölkənin 15 və 20-ci bankında problemlərin yaşanmayacağına kim zəmanət verə bilər" kimi narahatlıqlar doğurur. Beynəlxalq Bankda müşahidə edilən problemlər yalnız bu bankın deyil. bütövlükdə bank sisteminin problemidir". Azərbaycan bankları arasında xaricdə ilk dəfə Beynəlxalq Bankın AAA+ reytinq aldığını xatırladan V.Bayramov artıq bir müddətdir bankın ciddi maliyyə problemlərilə üzləşdiyini bildirir: "Əvvəla, Beynəlxalq Bankda müəyyən maliyyə problemlərinin mövcudluğu, eləcə də səhmdarlara dividendlərin ödənilməsindəki problemlər maliyyə qurumunun xarici reytinqinə təsir göstərir. Beynəlxalq maliyyə qurumları bank sistemini qiymətləndirən zaman, xüsusilə qlobal maliyyə böhranından sonra, Azərbaycanda problemli banklar sırasında Beynəlxalq Bankın adını da qeyd edirdilər. Bunun nəticəsidir ki, Beynəlxalq Bankın reytinqi böhran başladıqdan sonra AAA+ reytinqindən BB reytinqinə qədər aşağı düşüb"
   V.Bayramovun Müstəqil İnformasiya Agentliyinin portalında yer alan açıqlamasında bildirilir ki, Beynəlxalq Bankda müşahidə edilən problemlər qurumun tətbiq etdiyi kooperativ idarəetmənin iflasa uğramasından xəbər verir: "Beynəlxalq Bankın idarəetmə sistemi uzun müddət digər banklar üçün nümunəvi xarakter daşısa da, son illər idarəetmə sistemində islahatların aparılmaması, təmərküzləşmə meyllərinin, qərarların qəbulunun mərkəzləşdirilməsi sözügedən problemlərin yaranmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarından başlayaraq bank öz səhmdarlarına dividend ödəyə bilmir. Bankda problemlərin yaranmasının digər səbəbi problemli kreditlərin həcminin artmasıdır. Nəzərə alsaq ki, Beynəlxalq Bankın uzun müddət reytinqi AAA+ reytinqi olub, o baxımdan bankın Amerika Birləşmiş Ştatlarında, Avropada ucuz maliyyə mənbələrinə birbaşa çıxış imkanları olub. Deməli, Beynəlxalq Bankın cəlb etdiyi vəsaitlərin faiz dərəcələri digər bankların cəlb etdiyi vəsaitlər üzrə faiz dərəcəsindən aşağı təşkil edib. Praktiki bu, Beynəlxalq Banka kifayət qədər manevr imkanları versə də, kredit bazarında rəqabət aparmaq üçün üstünlük qazandırsa da, ötən müddətdə bankın kredit bazarında mövqeləri ciddi şəkildə möhkəmlənməyib, əksinə, problemli kreditlərin- verilən və geri qaytarılmayan kreditlərin sayının artımına gətirib çıxarıb". Ekspert bankın gəlirlərinin 70 faizinin kreditlərin verilməsi və kreditlər üzrə dividendlərin ödənilməsinə görə əldə edilən gəlirlər olduğunu da deyir.
   Onun fikrincə, problemli kreditlər məsələsinin böyüməsi Beynəlxalq Bankın likvidliyinə çox ciddi mənfi təsir göstərib. Ən əsası isə, bankın gəlirlərinin azalmasına gətirib çıxarıb. Səhmdarlara dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsinə gəlincə, V.Bayramovun qənaətinə görə, bu qərar da bankda vəziyyətin yaxşı olmadığından xəbər verir: "Rəsmi məlumatlara əsasən, səhmdarların 80 faizi qərarın lehinə səs verib. Belə bir qərarın qəbulu rüblük dividendlərin ödənilməsilə bağlı problemin qalmaqda olduğunu göstərir. Eyni zamanda, Beynəlxalq Bank növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, 2010-cu il ərzində bank öz səhmdarlarına dividend ödəmək imkanına malik olmayacaq".
   İqtisadçı, bununla belə, problemin həlli üçün yaxın vaxtlarda Beynəlxalq Banka dövlətin müdaxiləsinin kəskin artmasının gözlənildiyini də əlavə edir.
   
Tahir TAĞIYEV
10 il əvvəl Zaqatalada ifşa olunmuş Hacı Maqomedovun silahlı dəstəsinin bir üzvü axtarışa verildi
Ömər Rizvanov bir sıra ağır cinayətlər törətməkdə suçlanır
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) 2000-2002-ci illərdə Zaqatala-Balakən bölgəsində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətmiş Hacı Maqomedovun silahlı quldur dəstəsinin fəal üzvlərindən olan daha bir Zaqatala sakini barəsində axtarış elan edib.
   DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zaqatala rayonu Car kənd sakini, 1958-ci il təvəllüdlü Rizvanov Ömər Hacımurad oğlu Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 217.2-ci (banditizm - sabit silahlı qruplarda və ya onların törətdiyi basqınlarda iştirak etmə) maddələrilə təqsirli bilinir. Onun barəsində 2001-ci ilin oktyabrından Zaqatala Rayon Polis Şöbəsi tərəfindən axtarış elan edilib. Məlumata görə, Ö.Rizvanov H.Maqomedovun başçılıq etdiyi silahlı cinayətkar birləşmənin ən fəal üzvlərindən olub və silahlı qruplaşmanın tərkibində bir sıra ağır cinayətlər törədib.
   Barəsində axtarış elan olunan gündən bəri Ö. Rizvanovun harada gizləndiyi məlum deyil. DİN mətbuat xidməti həmin şəxsin fotosunu APA-ya təqdim edib.
   DİN Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan, CM-in 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddəsilə axtarışa verilmiş Bayramov Şirin Qədir oğlunun fotosunu da APA-ya təqdim edib. Əldə olunan əməliyyat məlumatlarına görə, Ş.Bayramov respublikanın bir sıra rayonlarında həyat yoldaşı, Ağstafa rayon sakini, 1961-ci il təvəllüdlü Eyyubova Məlahət İbrahimxəlil qızı və az yaşlı övladı ilə birlikdə dələduzluq etməklə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsəyib.
   DİN barəsində axtarış elan olunmuş hər iki şəxsin yerinin müəyyənləşdirilməsində köməklik məqsədi ilə, onların gizləndiyi yer barədə məlumatı olan şəxslərdən nazirliyin Baş Cinayət Axtarış İdarəsinə və ya Zaqatala Rayon Polis Şöbəsinə məlumat verilməsini xahiş edir. Məlumatın anonimliyi qorunmaqla həmin vətəndaşlara yüksək məbləğdə pul mükafatı veriləcək.
   Əlaqə telefonları: 012 590 91 03, 0174 5 24 63, 0 174 5 26 20, 0174 5 22 76.
AXCP, deyəsən, DUİ-ni Müsavat-AXCP birliyinə qoşmaq istəmir
Nurəddin Məmmədli ilə Pənah Hüseynin DUİ barədə fikirləri tam əks oldu
"Partiyaların birliyində daha çox siyasi qurum təmsil olunanda diferensiallaşma çətinləşir və mübahisələr artır. Ona görə indiki məqamda Demokratiya Uğrunda İttifaqın da Müsavat - AXCP birliyində olması əlverişli deyil".
   Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli DUİ-nin AXCP - Müsavat seçki blokunda təmsilçiliyi məsələsinə münasibət bildirərkən deyib. Sədr müavini bildirib ki, hazırkı mərhələdə partiyalar arasında müzakirələr aparılır və nəticənin necə olacağı barədə konkret fikir söyləmək mümkün deyil: "Amma mənim mövqeyim belədir ki, hər hansı prosesə qatılan subyektlərin sayı artanda problem daha həlledilməz olur. Ona görə də ilkin mərhələdə iki partiyanın birliyinə nail olmaq lazımdır. Ondan sonra digər partiyaların da birləşməsi müzakirə oluna bilər. Bu mənim şəxsi mövqeyimdir". Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bildirib ki, partiyalar arasında müzakirələrin başlanmasının özü müsbət nəticə hesab olunmalıdır. O, hazırda seçki dairələri üzrə vahid namizəd irəli sürmək, seçki bloku yaratmaq istiqamətində müzakirələrin aparıldığını qeyd edib: "Biz Müsavat olaraq, seçki blokunun yaranmasına və seçki dairələrində müxalifət qüvvələrinin vahid namizədlərinin maksimum dərəcədə müdafiə olunmasına çalışacağıq. Bu müzakirələr başlayıb və intensiv davam edir. Biz öz namizədlərimizi müəyyən etmişik və DUİ ilə də bir sıra dairələr razılaşdırılıb. Bu dairələrdə öz mövqelərimizdə qalmaq niyyətindəyik. Eyni zamanda, çalışacağıq ki, AXCP ilə seçki bloku yaradaq. Bunun üçün tərəflər hər cür ciddi kompromislərə hazır olmalıdır. Yəni namizədliyini irəli sürmək istəyən şəxslərin və ya partiyaların siyasi iddiaları blokun yaranmasına maneçilik törətməməlidir". DUİ-də təmsil olunan Xalq Partiyasının nümayəndəsi, millət vəkili Pənah Hüseyn isə APA-ya açıqlamasında AXCP və Müsavatın birlik məsələsində DUİ-nin hər hansı maneə yaradan tərəf kimi çıxış etməyəcəyini söyləyib. O, DUİ Sədrlər Şurasının AXCP-Müsavat birliyini dəstəklədiyini bildirib: "Bu partiyaların yaradacağı seçki blokunda DUİ-nin də təmsil olunması ilə bağlı təklif olarsa, bunu reallaşdırmaq mümkündür. Amma DUİ özü bu məsələdə hər hansı iddia irəli sürmək fikrində deyil. İttifaq özü seçkilərə hazırlaşır, namizədlərini müəyyənləşdirib və bu namizədlərin bir hissəsi Müsavat Partiyası ilə razılaşdırılıb. Bu razılaşma isə öz qüvvəsində qalacaq".
   
Şəmkirdə yol polisinin qətlinə görə araşdırma başladı
Kazımov Elşənin cəzasını Mahmud Ağalarov verəcək
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən Elşən Subayət oğlu Kazımovun cinayət işi üzrə məhkəmə baxışı avqustun 3-nə təyin olunub.
   İttihama görə, 2010-cu il mayın 11-də Şəmkir rayonu ərazisində Baş Dövlət Yol Polisi alayının 9-cu tağımının müfəttişi, 1969-cu il təvəllüdlü Mehman Tapdıq oğlu Məmmədov rayonun Seyidlər kənd sakini Elşən Kazımov tərəfindən idarə edilən "VAZ-2106" markalı avtomaşını nəzarət qaydasında saxlayıb. Aparılan araşdırmalar zamanı avtomaşının sənədsiz idarə edilməsi, habelə sürücünün sərxoş halda olması şübhə doğurduğundan, Mehman Məmmədov Elşən Kazımovu avtomaşından düşürərək sərxoşluq dərəcəsini müəyyən etmək üçün xidməti avtomaşına oturdub. Onu Şəmkir rayon Mərkəzi Xəstəxanasına apararkən Muxtariyyat kəndi ərazisində onlar arasında münaqişə baş verib. Münaqişə zamanı Elşən Kazımov Mehman Məmmədovu daşla qətlə yetirərək, xidməti avtomaşında hadisə yerindən qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində E.Kazımov tutularaq istintaqa təhvil verilib.
   E.Kazımov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsilə ittiham olunur.
   
Ekspertlər bəzi KİV-lərin xarici sifarişlə işləməsinin kökündə üçbucaq görür
Məhərrəm Zülfüqarlı: "Qərb, Rusiya və İran xüsusi yer tutur"
Akif Nağı: "Bir sıra qəzetlərdə Amerika, Moskva və ya Tehran əleyhinə hər hansı bəyanat vermək qeyri-mümkündür"
Hər bir ölkənin möhkəmlik sistemində informasiya təhlükəsizliyi mühüm yer tutur. İnformasiya təhlükəsizliyinin təmin olunmasında isə elektron və çap KİV-lərinin böyük rolu var. Belə ki, cəmiyyət, əsasən onların təbliğatı əsasında formalaşdığından, təhlükəsizliyin təmin edilməsində də onların oynadığı rolun əhəmiyyəti danılmazdır.
   Yəni informasiyanı verən cəmiyyəti Vətənə məhəbbət və sadiqlik ruhunda tərbiyələndirə də bilər və ya əksinə. Bütün hallarda, media cəmiyyətin inkişafında yüksək xidmət göstəricisinə malikdir. Bunun nəticəsidir ki, xarici dairələr də başqa ölkələrin mediasına nüfuz etməyə, onu öz təsir dairəsində saxlamağa meylli olur. Bunda da məqsəd, söz yox ki, öz maraqlarını təmin etməkdən ibarətdir. Belə halın isə həmin müstəqil ölkələrin təhlükəsizliyinə xələl gətirməyəcəyinə heç kim zəmanət verə bilməz. Milli Mətbuat Günündə etdiyi çıxışda dövlət başçısı da həmin məsələyə toxunaraq, bəzi hallarda xarici dairələrin təsiri altında çıxan mətbu orqanların olduğunu da diqqətə çatdırıb: "Onların sifarişilə yazılan məqalələr də dərc olunur. Bu məsələ ilə də bağlı məndə kifayət qədər məlumatlar var. Mən indi ad çəkmək istəmirəm, amma sadəcə olaraq fikrimi bildirmək istəyirəm ki, bu, ümumiyyətlə yolverilməzdir. İndi hansısa daxildən gələn siyasi sifariş əsasında yazılan məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz olsa da, bu, bizə o qədər də böyük problem yaratmaz. Ancaq xarici dairələrin sifarişilə, göstərişilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə, ümumiyyətlə, son qoyulmalıdır. Burada mən sadəcə olaraq jurnalistləri vətənpərvərliyə çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin. Bunu bir neçə dəfə bildirmişəm. Prezident vəzifəsinə gələndən dərhal sonra bildirmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan başqa ölkələrin maraqlarının toqquşması yeri olmayacaq. Biz buna nail ola bilmişik, baxmayaraq ki, belə cəhdlər var və istisna olunmur ki, gələcəkdə də olacaq. Çünki bizim geosiyasi vəziyyətimiz, apardığımız siyasət və ümumiyyətlə bölgədəki mövqeyimiz, əlbəttə ki, Azərbaycana diqqəti və marağı cəlb edir. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da onilliklər ərzində xalqın iradəsilə idarə olunsun. Yenə də deyirəm ki, belə hallar var. İstərdim ki, belə hallar olmasın. Xarici dairələrin kifayət qədər media resursları var ki, onların vasitəsilə istədiklərini bildirsinlər, xüsusilə, yenə də deyirəm, internet dövründə bunu etmək o qədər də çətin deyil". Görəsən, belə sifarişli yazılar təxminən hansı ölkələrdən və ya dairələrdən gələ bilər? İkinci bir tərəfdən, belə sifarişli yazılarda əsasən hansı məsələlər əhatə olunur?
   Ekspert Məhərrəm Zülfüqarlı birinci sualımıza cavab olaraq bildirdi ki, burada üçbucağı ayırd etmək olar: "Deyərdim ki, təkcə bəzi informasiya orqanları deyil, hətta müəyyən ictimai təşkilatlar da Azərbaycanda strateji marağı olan ölkələrin ya dolayısı ilə sifarişini yerinə yetirir, ya da onlara uyğun mövqedən çıxış edir. Ölkəmizdə əsas marağı olan ölkələr sırasında, ABŞ başda olmaqla, Qərb dövlətləri, Rusiya və İran mühüm yer tutur. Çıxan yazıları oxumaqla həmin mövqeləri açıq-aydın görmək mümkündür. Belə hallara qarşı mübarizə aparmaq üçün milli təhlükəsizlik qüvvələri məsələyə ciddi yanaşaraq onunla məşğul olmalıdır. Azərbaycan dövlətinə xələl gətirən, dövlətçilik əleyhinə işləyən, kimlərinsə sifarişi və maliyyə vəsaitilə ölkəmizi zəiflətməyə çalışan hər hansı bir şəxsin, kimliyindən asılı olmayaraq, bu yöndəki fəaliyyətinin qarşısı hökmən alınmalıdır. Çalışmalıyıq milli dövlətçiliyimiz daha da inkişaf etsin, müstəqilliyimiz daimi olsun. Mövcud olan problemlər daxildə həll olunmalıdır. Hansısa strateji marağı olan ölkənin sifarişini yerinə yetirən isə qanunla cəzalanmalıdır".
   Həmsöhbətimiz qeyd etdi ki, xaricdən yönələn belə sifarişli yazılar, göndərilən ünvandan asılı olaraq, müxtəlif məsələləri əhatə edir: "Müəyyən bir dövrdə Amerika İranı müharibə ilə hədələyirdi. Bu zaman ölkə mətbuatında bəzən Azərbaycanın da bu müharibəyə mütləq şəkildə qoşulması barədə şərhlər yer alırdı. Bu hal, sözsüz ki, Qərbin sifarişi idi. Rusiya Gürcüstana hücum edəndə bəziləri bu savaşın təkcə Gürcüstana deyil, Azərbaycana da aid olduğunu, ona görə də gürcüləri müdafiə etməli olduğumuzu qabardırdı. Onda bildirdim ki, neçə illərdir Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub, amma Tiflis İrəvanı işğalçı ölkə kimi tanımayıb. Deməli, bu sifarişli yazı idi ki, Azərbaycan təxribata çəkilsin. Lakin yeridilən təmkinli siyasət bu cür təxribatların qarşısını aldı. Nardaran kəndində Azərbaycan dövlətçiliyi və vətənpərvərliyi şüarları deyil, sırf dini şiə şüarları yayılır. Burada "Amerikaya ölüm" kimi şüarların səslənməsindən hiss etmək olar ki, həmin məqam İranın maraqlarına cavab verir. Azərbaycanda heç bir sosial bazası olmayan kommunist təmayüllü partiyalar 2000-ci ildə parlamentdə təmsil olunan zaman təklif etmişdi ki, Azərbaycan Rusiyaya birləşsin. Bununla da müstəqil dövlətçiliyimizə qarşı çıxdılar. Təəssüf ki, onlara qarşı heç bir tədbir görülmədi".
   Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da vurğuladı ki, sözügedən mövqeni tutan qəzetlərdə bağlı olduğu ölkənin təəssübkeşliyinə həsr olunan məsələlər yer alır: "Həqiqətən də müəyyən qəzetlərdə əcnəbilərin sifarişilə işləmək tendensiyası hiss olunur. Bir qrup qəzetlər müəyyən fondların təsiri altındadır. Ölkəmizdə Qərbin, Rusiyanın, İranın təsir dairəsində olan mətbu orqanlar fəaliyyət göstərir. Müşahidə edəndə, təxminən belə bir mənzərənin şahidi olmaq mümkündür. Həmin qəzetlərdə Azərbaycanın təəssübkeşliyindən daha çox, bağlı olduqları ölkənin təəssübkeşliyi hiss olunur. Bir sıra qəzetlərdə Amerika, bəzilərində Rusiya və ya İran əleyhinə hər hansı bir bəyanat vermək qeyri-mümkündür".
   
Rüfət SULTAN
İlyas İsmayılov, Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyevin blokuna hələ ad seçilməyib
Ancaq avqustda...
Azərbaycanda sağ-mərkəzçi müxalifət partiyalarının avqust ayında yeni bloku yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib.
   "Parlament seçkilərinə birgə qatılmaq məqsədilə Böyük Quruluş (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) və Ədalət partiyalarının seçki blokunun yaradılması ilə bağlı danışıqlar davam etdirilir. Artıq ilkin razılaşmalar da var. Lakin müəyyən məsələrlə bağlı, hələ ki, razılıq əldə edilmədiyinə görə nəticələr barədə danışmaq tezdir. Yaxın iyirmi gün ərzində və ola bilsin ki, daha tez razılaşma əldə ediləcək" - Qəzənfəroğlu əlavə edib. BQP sədrinin sözlərinə görə, bloka müxtəlif adların verilməsi barədə təkliflər var və indi bu adların razılaşdırılması üzərində danışıqlar aparılır.
Prezident kənd təsərrüfatı üçün önəmli təşkilata 5 milyon manat vəsait ayırdı
"Aqrolizinq" ASC və "Naxçıvan Aqrolizinq" ASC-yə dəstək Dövlət Proqramına uyğundur
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı "AzərTAc" dövlət informasiya agentliyi yayıb.
   Sərəncama görə, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq" aqrar sahədə istehsalın artırılması, kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə ilə bağlı görülən tədbirlərin sürətləndirilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan:
   1. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılsın.
   2. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 (iki) milyon manat vəsait ayrılsın.
   Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulmuş vəsaitlərin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.
   
"Azərbaycan milli mətbuatında Güney Azərbaycan" mövzusu...
DAK tədbir keçirdi
Dünya Azərbaycanlıları Konqresi (DAK) "Azərbaycan milli mətbuatında Güney Azərbaycan" mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Güney Azərbaycan mövzusunda yazan jurnalistlər və ziyalılar iştirak edib.
   DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli bildirib ki, güney və quzey Azərbaycanın mətbuatı həmişə bir-birinə dəstək olub: "Güney Azərbaycan əhalisinin maarifləndirilməsi, informasiya ilə təmin olunması məsələsində Quzey Azərbaycan mətbuatının böyük rolu var. Son illər güneydə baş verən hadisələrə Azərbaycan mətbuatı xüsusilə diqqətlə yanaşıb". DAK Daimi Şurasının sədri Əjdər Tağızadə isə deyib ki, Güney Azərbaycandakı milli azadlıq hərəkatının fəallarına qarşı təqib və təzyiqlər davam edir və bu, mətbuatın diqqətindən kənarda qalmır. O, DAK-ın fəaliyyətində mətbuatla əlaqələrin xüsusi bir istiqamət təşkil etdiyini vurğulayıb. Digər iştirakçıların da çıxışından sonra Güney Azərbaycan mövzusunda yazan jurnalistlərə diplomlar təqdim olunub.
   
Azərbaycanda cəmi 7 nəfər abituriyentin 700 ballıq savadı var imiş
Ancaq bu, deyilənə görə, 1992-ci ildən indiyədək ən yüksək göstəricidir
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə testlə keçirildiyi 1992-ci ildən indiyədək olan müddətdə ilk dəfə olaraq bu il 7 nəfər abituriyent 700 bal toplayıb.
   Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, 700 bal toplayanların ikisi I, ikisi II, üçü IV ixtisas qrupu üzrə sənəd verənlərdir. Bu il III ixtisas qrupu üzrə maksimal nəticə göstərən olmayıb. E.Nağızadə deyib ki, qəbul imtahanlarında ilk dəfə 700 bal 2008-ci ildə toplanıb. Həmin ilki qəbul imtahanlarında 6 nəfər mümkün olan ən yüksək nəticəni əldə edib. Ötənilki imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilib.
   
   
Ermənilər Azərbaycanın Xocavənd rayonunda yerləşən Azıx mağarasını mənimsədilər
Milli.Az xəbər portalının məlumatına görə, "Armenia Today" dünyanın ən qədim insanlarının yaşadığı mağaralardan sayılan Azıx mağarası haqda material və şəkillər dərc edib.
   Ermənilər həyasızcasına "1999-cu ildən mağarada axtarış və araşdırmalar aparıldığını, hər il mağaranın 300 min il əvvəl yaşamış insanlara məxsusluğunu sübut edən əşyalar tapıldığını" yazır. Azərbaycana məxsus bu tarixi yerdə "araşdırma" aparan ermənilər o dövrdə yaşamış insanları bir gün erməni çıxartsalar, gərək buna heç kim təəccüblənməsin...
   Qeyd edək ki, Azıx mağarasının sahəsi 800 kv m-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyüdür. Vaxtilə mağaradan 700 min il bundan əvvələ aid ocaq izləri tapılıb.
   
Milli Mətbuat Günündən 6 gün sonra bayram tədbiri, ya "toydan sonra nağara"...
Əflatun Amaşov: "Tədbirə qatılmayacağam"
İyulun 28-də "İttihad" Beynəlxalq Mərkəzi Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirəcək. Lent.az-ın məlumatına görə, mərasimin "Buta Palace"da keçirilməsi dəqiqləşib.
   Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da həmin tədbirə dəvət alanlardandır. Lakin Ə.Amaşov Lent.az-a açıqlamasında həmin mərasimə qatılmayacağını bildirib: "Mən həmin təşkilatın adını birinci dəfədir, eşidirəm. Belə bir mərkəzin mətbuatın 135 illiyilə bağlı tədbir keçirməsi mənə qəribə və müəmmalı gəlir. Başqa bir müəmma isə odur ki, planlaşdırılan tədbir Milli Mətbuat Günündən xeyli - 6 gün sonra keçirilir. Axı artıq Milli Mətbuat Günü ilə bağlı tədbirlər də yekunlaşıb. Özü də cəmiyyətə, həmçinin Mətbuat Şurasına məlum olmayan qurum tərəfindən keçirilir. Bunlar hamısı müəmmalıdır. Ona görə də tədbirə qatılmayacağam".
   
İyulun 26-da iki qardaş Xəzərdə batıb
Xəzər dənizində batan iki nəfərin meyiti çıxarılıb, batma təhlükəsilə üzləşən 8 nəfər isə xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisələr iyulun 26-da qeydə alınıb.
   Məlumatda bildirilir ki, Xəzər dənizinin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsilə üzləşmiş 8 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Dənizin nəzarət olunmayan hissəsində batmış 1993-cü il təvəllüdlü Orxan Ramazan oğlu Hacıyevin və 1990-cı il təvəllüdlü Ruslan Ramazan oğlu Hacıyevin cəsədləri isə dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılıb.
   Dənizin nəzarət olunan hissəsində batdığı ehtimal olunan 1 nəfərin axtarışları davam etdirilir.
   
TQDK boş magistratura yerlərinə əlavə sənəd yığımına başlayır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-dan ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə yerləşdirmə üçün sənəd qəbuluna başlayacaq.
   TQDK-nın sektor müdiri Natiq Əliyev APA-ya bildirib ki, sənəd qəbulu iyulun 29-u saat 9.00-dan başlayaraq avqustun 5-i saat 9.00-dək İnternetlə aparılacaq. Vakant yerlər barədə elan "Magistr" jurnalının 6 sayında dərc ediləcək. N.Əliyev deyib ki, iyulun 28-29-da magistratura imtahanları ilə bağlı TQDK-da apelyasiya komissiyaları fəaliyyət göstərəcək.
   
Göyçayda 72 yaşlı qadın özünü Şirvan kanalına atıb intihar etdi
Göyçay rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Göyçay rayon Polis Şöbəsindən bildirilib. Hadisə iyulun 27-də saat 01.00 radələrində qeydə alınıb. Rayon sakini, 1938-ci il təvəllüdlü Narıngül Hüseyn qızı Ələsgərova özünü Yuxarı Şirvan kanalına atıb. Mərhumun meyiti dünən səhər saatlarında sudan çıxarılıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
   
   
   
   
Ən ağır müsabiqə şəraiti ikinci qrupda yaranıb
600-dən çox bal toplayanların sayı bu il xeyli artıb
Bu il 1414 abituriyent ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Ötən il isə bu rəqəm 996 nəfər olub. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, ixtisas seçimində olan rəqabət ümumi müsabiqədə iştirak edənlərin sayından və onların nəticəsindən asılıdır. Nəticələr bu il ayrı-ayrı qruplar üzrə müxtəlif olub.
   TQDK rəsmisinin sözlərinə görə, bu il ixtisas seçimində ən yüksək müsabiqə vəziyyəti II qrupda, daha sonra isə IV qrupda yaranıb. Bu il II qrupda 518 nəfər 600-dən çox bal toplayıb. Bu ilki imtahanlarda II qrup üzrə də 500-dən çox bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə artaraq 1801 nəfərə çatıb. IV qrup üzrə 500-dən yüksək nəticə göstərənlərin sayı isə təqribən ötən ilki qədərdir. Bu il IV qrup üzrə 1263 nəfər 500-dən çox bal toplayıb. E. Nağızadə deyib ki, I və III ixtisas qruplarında 500-dən çox bal toplayanların sayında azalma qeydə alınıb. Bu il I qrup üzrə 932, III qrup üzrə 1283 nəfər 500-dən çox nəticə göstərə bilib.
   E.Nağızadə bildirib ki, bu il I və III qruplarda orta və aşağı nəticə göstərənlərin sayı çox olduğu üçün müsabiqə vəziyyəti digər qruplarla müqayisədə abituriyentlər üçün sərfəli olub.
Bakının Qaraçuxur qəsəbəsində "su qiyamı"...
Sakinlər içməli suyun olmamasından şikayətlənir
Dünən Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 14 ünvanının sakinləri yolu bağlayıb. Aksiyanın keçirilməsinə səbəb qəsəbədə bir həftədən çoxdur içməli suyun olmamasıdır. Bu barədə qəsəbə sakinləri ANS PRESS-ə şikayətlərində bildirib.
   "Bir həftədən çoxdur su gəlmir. Deyirlər ki, su nasosunun naqili qırılıb. Naqil asfaltın altından keçdiyindən problemin həll olunması üçün yolun qazılması lazımdır. "Azərsu" ASC-dən də bizə bildirirlər ki, gərək yolun qazılmasına Qaraçuxur bələdiyyəsi icazə versin" -deyə qəsəbə sakini Ağalar Uğurlu vurğuladı.
   Məsələ ilə əlaqədar Qaraçuxur bələdiyyəsinin sədr müavini Əvəz Mirzəyev ANS PRESS-ə açıqlamasında problemin su qıtlığından deyil, yerin altından su sızmasından ibarət olduğunu bildirdi.
   "Qəsəbəyə su gəlməsilə əlaqədar heç bir problem yoxdur. Sadəcə, iki gündür yerin altındakı su borularından sızma var. Bizə də sakinlər elə bununla əlaqədar şikayət bildirib. Zaur Şərifov küçəsində yolun bağlanmasına da səbəb kimi bunu göstəriblər. Məsələ ilə əlaqədar salahiyyətli şəxslərə məlumat verilib. Sakinlərlə razılığa gəlinib. Problem iki günə həll olunacaq" - deyə Əvəz Mirzəyev vurğulayıb.
   
Dərnəgüldəki masaj salonunda "Riad"ın mühafizə əməkdaşı qətlə yetirildi
Fuad Ələkbərov ağır vəziyyətdə xəstəxanaya çatdırıldı
Bakıda masaj salonlarından birində qətl hadisəsi törədilib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
   Hadisə iyulun 26-dan 27-ə keçən gecə Dərnəgül qəsəbəsində yerləşən masaj salonlarından birində qeydə alınıb. Üç naməlum şəxs salonda mühafizəçi işləyən "Riad" Mühafizə Xidmətinin əməkdaşları, 1980-cı il təvəllüdlü Elşad Qasımovu və Fuad Ələkbərovu bıçaqlayıb. E.Qasımov aldığı 4 bıçaq zərbəsindən yerindəcə keçinib. Digər mühafizəçi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Baş vermiş hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hələlik hadisənin motivi məlum deyil. Binəqədi Rayon Polis İdarəsindən bildirilir ki, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - 1978-ci il təvəllüdlü Sadiq Əsgərov və 1983-cü il təvəllüdlü Orxan Hümbətəliyev saxlanıb. Onlardan cinayətdə istifadə olunan bıçaq və qanlı paltarlar maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
   
Xəbər xidməti
Əhmədinejad yaxın üç ayda Yaxın Şərqdə müharibə xəbəri yaydı
"Birləşmiş Ştatlar Yaxın Şərqin ən azı 2 dövlətinə qarşı müharibəyə başlayacaq"
İran prezidenti Mahmud Əhmədinejad 3 aya Yaxın Şərqdə müharibə başlanacağını bəyan edib. "Reuters"in məlumatına görə, o, müharibənin ABŞ tərəfindən başlanacağını bildirib.
   Prezidentdə olan məlumata görə, 3 ay ərzində Birləşmiş Ştatlar Yaxın Şərqin "ən azı 2 dövlətinə qarşı müharibəyə başlayacaq". O, informasiyanı haradan aldığını, həmçinin "2 dövlət" arasında İranın da olub-olmadığını söyləməyib. "Vaşinqton regionumuzdakı 2 dövlətə hücum haqda qərar qəbul edib. ABŞ-da İrana qarşı psixoloji müharibə planının olduğunu da bilirik", - deyə Əhmədinejad bildirib.
   İran dövlət başçısı Tehrana qarşı tətbiq edilən beynəlxalq qadağalara da münasibət bildirib. Əhmədinejadın sözlərinə görə, qadağalar sayəsində İranı müzakirələrə sövq edəcəklərini düşünənlər sadəcə yanılır.
   Qeyd edək ki, İsrail əvvəllər də şübhəli bildiyi nüvə hədəflərinə hücum təşkil etmişdi. 1981-ci ildə İraqa məxsus nüvə reaktorunu yerlə-yeksən edən İsrail 2007-ci ildə Suriyada şübhəli hesab etdiyi meydanı bombalamışdı.
Bakı vağzalında 7 aylıq uşağını 6400 manata satan ananın məhkəməsi başlayıb
Bakı Apelyasiya Məhkəməsində insan alverində təqsirləndirilən mütəşəkkil dəstənin birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayət əsasında baxış iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər ifadə verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini istəyib. Proses iyulun 30-da davam etdiriləcək. Qeyd edək ki, cinayət işi üzrə İlham Trihudə, Elman Sadixi və Zülfiyyə Hüseynova təqsirləndirilirlər. İttiham aktına əsasən, ötən il iyunun 6-da Bakı Dəmiryol Stansiyasının ərazisində Zülfiyyə Hüseynova İlham Trihudə və Elman Sadixi ilə əlbir olaraq 7 aylıq qızını 6.400 manata satmaq istəyib. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 144-1.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barədə insan alveri törətmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən insan alveri törətmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrinə əsasən ittiham olunur.
   
"Siyəzən Broyler"də ölüm hadisəsi...
Elektrik iş başında elektrik cərəyanının vurması nəticəsində keçinib
İyulun 27-də saat 13:00 radələrində Siyəzən rayon sakini elektrik cərəyanının vurması nəticəsində ölüb. Siyəzən rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 32 yaşlı Mahir Salman oğlu Salmanov "Siyəzənelektrikşəbəkə"nin əməkdaşı olub. Hadisə növbətçi montyor Mahir Salmanov "Siyəzən Broyler"in həyətindəki Kompressor Stansiyasında təmir işləri apararkən baş verib.
   
İsmayıllının eyni adlı kəndində 2 mərtəbəli ev yandı
5 otaqlı evin çox hissəsi külə dönüb
İsmayıllı rayonu, İsmayıllı kəndində 2 mərtəbəli ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 170 kvadrat metr olan 2 mərtəbəli 5 otaqlı ev alovlanıb. Evin 150 kvadrat metr hissəsi tamamilə yanıb. Yanğın saat 07:30-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-07-28 İsmayıllının eyni adlı kəndində 2 mərtəbəli ev yandı
2010-07-28 "Siyəzən Broyler"də ölüm hadisəsi...
2010-07-28 Bakı vağzalında 7 aylıq uşağını 6400 manata satan ananın məhkəməsi başlayıb
2010-07-28 Dərnəgüldəki masaj salonunda "Riad"ın mühafizə əməkdaşı qətlə yetirildi
2010-07-28 Bakının Qaraçuxur qəsəbəsində "su qiyamı"...
2010-07-28 Ən ağır müsabiqə şəraiti ikinci qrupda yaranıb
2010-07-28 Göyçayda 72 yaşlı qadın özünü Şirvan kanalına atıb intihar etdi
2010-07-28 TQDK boş magistratura yerlərinə əlavə sənəd yığımına başlayır
2010-07-28 İyulun 26-da iki qardaş Xəzərdə batıb
2010-07-28 Milli Mətbuat Günündən 6 gün sonra bayram tədbiri, ya "toydan sonra nağara"...
2010-07-28 Ermənilər Azərbaycanın Xocavənd rayonunda yerləşən Azıx mağarasını mənimsədilər
2010-07-28 Azərbaycanda cəmi 7 nəfər abituriyentin 700 ballıq savadı var imiş
2010-07-28 "Azərbaycan milli mətbuatında Güney Azərbaycan" mövzusu...
2010-07-28 Prezident kənd təsərrüfatı üçün önəmli təşkilata 5 milyon manat vəsait ayırdı
2010-07-28 İlyas İsmayılov, Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyevin blokuna hələ ad seçilməyib
2010-07-28 Ekspertlər bəzi KİV-lərin xarici sifarişlə işləməsinin kökündə üçbucaq görür
2010-07-28 Şəmkirdə yol polisinin qətlinə görə araşdırma başladı
2010-07-28 AXCP, deyəsən, DUİ-ni Müsavat-AXCP birliyinə qoşmaq istəmir
2010-07-28 10 il əvvəl Zaqatalada ifşa olunmuş Hacı Maqomedovun silahlı dəstəsinin bir üzvü axtarışa verildi
2010-07-28 Müasir Müsavat ermənistanlıların səsini beynəlxalq miqyasa çıxarır
2010-07-28 Beynəlxalq Valyuta Fondunun "Çirkli pul" missiyası Azərbaycana gəlib
2010-07-28 "Azadlıq" blokuna alternativ blokun yaradılması sentyabradək təxirə salındı
2010-07-28 Hərbi xidmətdən yayınma cinayətlərinin azalması ekspertlərin maraqlı təhlil mövzusu oldu
2010-07-28 Qaradağda Dərin Özüllər Zavodunun fəhlələrlə dolu avtobusu aşdı
2010-07-28 Ordumuzda "dedovşina tənəzzülü" barədə rəylər yayılıb
2010-07-28 Göyçayda qəbiristanlığın 3 hektar ərazisi yanaraq külə döndü
2010-07-28 40 milyon manatlıq reklam büdcəsinin yarısı qəzetlərə yönəldilsə...
2010-07-28 Rusiya İranla bağlı yeni mövqe göstərdi
2010-07-28 Şimali Koreya tərəfindən təcavüz təhlükəsi Cənubi Koreyanı "əldən-ayaqdan salıb"
2010-07-28 Rusiya XİN Mahmud Əhmədinejadı məsuliyyətsiz bəyanatlar verməməyə çağırdı
2010-07-28 ABŞ-ın Əfqanıstan sirlərini açmış bir əsgər şübhə altındadır
2010-07-28 Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayacaq
2010-07-28 Türkiyə-İsrail münasibətlərində yeni atmosfer yaranıb
2010-07-28 Erməni separatçılarının rəhbəri Haaqa Məhkəməsinin qərarından sonra dilə gəldi
2010-07-28 Heyvord BP şirkətinin baş direktoru vəzifəsindən azad edildi
2010-07-28 Kosovonun müstəqillik qərarı ətrafında beynəlxalq mübahisə yenidən qızışdı 192 dövlətdən yalnız 69-u...
2010-07-28 Azərbaycanın xam nefti Vyetnama axmağa başlayır
2010-07-28 Azərbaycana çay idxalı artır
2010-07-28 BP Meksikada məruz qaldığı maliyyə zərərinin məbləği barədə astronomik rəqəm açacaq
2010-07-28 Maşın idxalının azalması daxildə benzin satışına təsir göstərəcəkmi?
2010-07-28 Azərbaycan üzrə əlillik məsələsində "Naxçıvan təcrübəsi"...
2010-07-28 Daşkəsəndə komandirlərin kütləvi güllələnməsinə görə məhkəmə başladı
2010-07-28 Arif Haşımov doktorantura həvəskarlarına pis xəbər verdi
2010-07-28 8-ci mikrorayonda Nizami Nərimanov 21-in sakinləri zülmətə qarşı etiraza qalxıb
2010-07-28 "Araz" kursları TQDK-nın builki testlərində xüsusi nəticələr göstərib
2010-07-28 Azərbaycanla Türkiyə oktyabrın 12-də üz-üzə gələcək
2010-07-28 Braziliya yığması da dağıldı
2010-07-28 Çex ulduz Yan Polak "Qalatasaray"a gəlir
2010-07-28 "Qarabağ"ın "Visla"nı məğlub etməsi möcüzə ola bilər
2010-07-28 Maradona Argentina yığmasından gedir
2010-07-28 Quti rəsmən "Beşiktaş"da
2010-07-28 Torres İngiltərə Premyer-Liqasında ən bahalı futbolçu ola bilər
2010-07-28 Fabreqas "Barselona" ilə anlaşdı
2010-07-28 Ronaldinyo "Milan"da qalacaq
2010-07-28 Daşkəsənin Qabaqtəpə kəndində Bağırov Firdovsinin həyətindən 153 çətənə kolu tapıldı
2010-07-28 Dövlət qeydiyyatına alınmış dini qurumların sayı 450-yə çatdı
2010-07-28 Banka səs bombası atıblar
2010-07-28 "Aroma" şirələrinin də insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşib
2010-07-28 Masallının Türkoba kəndində 76 yaşlı dəllək kərbəlayi yeniyetmə qızı zorlaya bilmədi
2010-07-28 Qəmdə bəxti yar olan Bəxtiyar
2010-07-28 Şou aləmində Aygün Kazımova, Telli Borçalı və Namiq Qaraçuxurlu barədə dedi-qodular baş alıb gedir
2010-07-27 Gəncəli Ramil Əli oğlu həyat yoldaşını parkda boğdu
2010-07-27 "Dəmir Bank"ın Gəncə filialında mənimsənilmiş 400 min manatın məhkəməsi başladı
2010-07-27 Abituriyentlərin ixtisas seçimində problem yaranıb
2010-07-27 Bakıdakı "Papiros" kafesində dəhşətli adam oğurluğu cinayətinin üstü açıldı
2010-07-27 Abşeronun Digah qəsəbəsində ailə qətliamı...
2010-07-27 Yeni Günəşlidə 48 yaşlı şəxs binadan özünü atdı
2010-07-27 Astarada dənizdə batmış nişanlı bacılardan ikincisinin də meyiti tapıldı
2010-07-27 Məhkəmə Adnan Hacızadəni vaxtından əvvəl azad etmək müraciətinə mənfi cavab verdi
2010-07-27 Xətaidəki Ali Hərbi Məktəbin kazarması yandı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009