.jpg)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) avqust ayında növbəti qurultayını keçirəcək. Partiya sədrinin müavini Nurəddin Məmmədli APA-ya bildirib ki, qurultaya hazırlıq istiqamətində tədbirlər yekunlaşıb, sonuncu işlər görülür.
O, cəmi bir neçə rayon təşkilatında konfransların keçirilmədiyini və qısa müddətdə bunun da həll olunacağını vurğulayıb. N.Məmmədli qurultayda AXCP ilə Müsavat Partiyasının birləşməsi məsələsinin də müzakirəyə çıxarılacağını qeyd edib: "Qurultayda Müsavatla birləşmə məsələsinə baxılacaq. Hazırda partiyalar arasında müzakirələr aparılır, danışıqlar uğurla nəticələnsə, qurultayda birləşmə ilə bağlı qərar verə bilərik. Bu, partiyadaxili qərar olacaq".