MKİ-nin sabiq rəhbəri də İranla
müharibəni qaçılmaz görür
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Maykl Hayden hesab edir ki, İrana qarşı müharibə qaçılmazdır.
Milli.Az xəbər portalının məlumatına görə, o bu fikri CNN telekanalına müsahibəsində səsləndirib: "İranın nüvə obyektlərinə hücum ehtimalı indi daha yüksəkdir. Artıq İrana qarşı bu addımın atılması qaçılmazdır". MKİ-nin keçmiş rəhbəri bildirib ki, "İranın nüvə proqramını dayandırmaması ABŞ-a başqa yol saxlamır". Onun fikrincə, önləyici tədbirlər görülməsə, İran nüvə proqramını kütləvi qırğın silahının istehsalına imkan verəcək dərəcəyə çatdıracaq.