Şimali Qafqazda vəziyyət gərgin olaraq qalır
Xüsusi əməliyyat nəticəsində 2 silahlı zərərsizləşdirilib
İnquşetiyanın Nazran şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində 2 silahlı qruplaşma üzvü məhv edilib. Əməliyyatın təfərrüatı haqda məlumat verilmir. Verilən məlumata görə, əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarından heç kim xəsarət almayıb.
İnquşetiyanın Malqobek şəhərində isə naməlum şəxslər axtarışda olan silahlı qruplaşma üzvünü qətlə yetirib. Məlumata görə, hadisə nəticəsində qətlə yetirilən axtarışda olan Çingiz Qetaqacayev olub.
Bundan əlavə, Maqobek - Nazran yolunda da içində silahlı olan "VAZ" markalı avtomaşın aşkar olunub. Rayondakı mənbənin "İnterfaks"a verdiyi məlumata görə, maşın Malqobekin iki kilometrliyində tapılıb.
Maşındakı silahlının bədənində güllə yaraları aşkar olunub. Silahlının şəxsiyyəti də müəyyənləşib. Bu, Malqobek sakinidir.
Dünən, həmçinin, Dağıstanın Kızılyurt rayonu Komsomolsk kəndində güclü partlayıcı qurğu zərərsizləşdirilib.