Sumqayıtın Kimyaçılar qəsəbəsində həyat
yoldaşı ilə dava edən Təranə özünü yandırdı
Sumqayıtda intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, srağagün Kimyaçılar qəsəbəsi, 86 saylı evdə yaşayan 44 yaşlı Təranə Camalova üzərinə benzin tökərək özünü yandırıb.
Ailə üzvlərinin səyi nəticəsində yanğın söndürülüb və o, xəstəxanaya çatdırılıb. Amma həkimlərin səyinə baxmayaraq, yanıq xəsarəti ağır olduğundan, T.Camalovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum olmasa da, onunla həyat yoldaşı arasında uzun müddətdir münaqişə olduğu bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.