.jpg)
Azadlıq Partiyası Müsavat-AXCP partiyalarının birliyinə qoşulmaq niyyətindədir. Bu barədə çərşənbə günü "Trend"ə Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
"Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan bütün partiyaların birləşməsini təklif edib. Bizim partiyaya da belə bir təklif gəlib. Ortada konkret bir model olarsa, biz də bu birləşmədə mütləq iştirak edəcəyik", - Oruc əlavə edib.
Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 21 illiyinə həsr olunmuş tədbir zamanı Müsavat başqanı İsa Qəmbər AXCP və Müsavatın birləşərək bir partiya olmasını təklif edib.
Oruc deyib ki, İsa Qəmbərdən belə bir təklif gəlməsinə baxmayaraq, bəzi ikinci-üçüncü dərəcəli funksionerlər həmin təklifi başqa cür şərh etməyə, təklifin yalnız Müsavatla AXCP-yə aid olduğunu iddia etməyə çalışır.