PKK terror təşkilatının rəhbərlərindən biri İranın "Fars" agentliyinə şok açıqlama verib
.jpg)
PKK terror təşkilatının rəhbərliyində yer alan şəxslərdən biri İranın "Fars" İnformasiya Agentliyinə şok açıqlama verib.
Lent.az-ın verdiyi məlumata görə, adını gizli saxlayan terror təşkilatının təmsilçisi agentliyə deyib ki, İrana qarşı radikal müxalif mövqeyilə seçilən və Tehranla silahlı mübarizə aparan Xalqın Mücahidləri Təşkilatının üzvlərinin Türkiyə-İraq-İran sərhədindəki Qəndil dağlarında yerləşməsi üçün ABŞ PKK-dan icazə istəyib. PKK isə bunun qarşılığında ABŞ-dan Türkiyənin Qəndil dağındakı PKK bazalarını məhv etmək üçün quru hərəkatının qarşısını almağı tələb edib. Vaşinqton terror təşkilatının bu istəyinə müsbət yanaşıb. Qeyd edək ki, Xalqın Mücahidləri Təşkilatı ABŞ-ın terror təşkilatları siyahısındadır. Bu terror təşkilatının qrupları da İraqın İranla sərhəd bölgələrində yerləşib və PKK-nın İran qolu olan PEJAK-la birgə İrana qarşı hücumlar təşkil edir. Xalqın Mücahidləri Təşkilatının lideri Meryem Recevi isə, başda Fransa olmaqla, müxtəlif Avropa ölkələrində yaşayır.