Sabunçuda dostunu bıçaqlayan Anar Əliyev tutuldu
Bakının Sabunçu rayonunda dostunu bıçaqlamaqda təqsirləndirilən şəxs yaxalanıb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanan Anar Əliyev iyulun 19-da Sülh küçəsində dostu Samir Məmmədəliyevi şəxsi münaqişə zəmində bıçaqlayaraq hadisə yerindən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev tutularaq cinayət məsuliyyətinə cəlb olunub.
Faktla bağlı Cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.