22 Iyul 2010-cı il, N 279(1887)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3654)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1753)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1261)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1148)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1111)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1107)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Metropoliten" kimi iri vergi ödəyicilərinin özəlləşdirilməsi gündəmə gəlib
Samir Əliyev: "İri vergi ödəyicilərinin özəlləşdirilməsinin ləngiməsi ölkədə iri monopoliyaların yaranmasına rəvac verir"
"Rentabelsiz müəssisələrdə işçilərə 100-200 manat maaş verməkdənsə..."
Zaman-zaman Azərbaycanda iri vergi ödəyiciləri olan qurumların özəlləşdirilməsi gündəmə gəlsə də, son nəticədə bu məsələ gündəlikdən çıxarılıb. Məlumat üçün qeyd edək ki, Azərbaycanda 9 qurum ən iri vergi ödəyicisi hesab olunur.
   Bunlar Dövlət Neft Şirkəti, bu ilə qədər "Azəriqaz" və "Azərikimya" ayrı-ayrılıqda, bu ildən etibarən isə ARDNŞ-in tərkibində, Bakı Metropoliteni, "Azərsu" AZAL, Dövlət Dəmiryol İdarəsi və "Azərenerji"dir. Milli Büdcə Qrupunun 2009-cu il büdcəsinin icrasına dair rəyində bildirilir ki, qeyri-neft sektorunun əsas özəyini təşkil edən(ARDNŞ istisna olmaqla) 8 iri vergi ödəyicisinin vergilərdə payı cəmi 2 faiz təşkil edib. Üstəlik, bu qurumların bəzilərinə hökumət büdcədən yardımın etməyə məcbur olub. Mütəxəssislərin fikrincə, həmin qurumlar dövlətin himayəsində qaldıqca, rentabellik səviyyəsi aşağı olur. Bu da, öz növbəsində, böyük məsrəflərə səbəb olur. O baxımdan çıxış yolu sözügedən müəssisələrin özəlləşdirilməsindən keçir.
   Sözügedən məsələni dəyərləndirən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, Azərbaycan müstəqilliyini elan etdikdən sonra üzərinə götürdüyü öhdəliklərdən biri də özəlləşdirmədir: "Nəticədə, bilirsiniz ki, böyük özəlləşdirmə aparıldı və bununla bağlı proqram qəbul olundu. İndi vəziyyət o yerə çatıb ki, artıq bir çox mütəxəssislər iri vergi ödəicilərinin özəlləşdirilməsi məsələsini gündəmə gətirib. Əslində bu iri vergi ödəyicilərinin özəlləşdirilməsi məsələsi çoxdan gündəliyə gətirilib. Konkret olaraq ARDNŞ-in özəlləşdirilməsi müxtəlif vaxtlarda gündəliyə gətirilib. Ancaq nədənsə, bu fikirdən vaz keçiblər. Qeyd edim ki, ARDNŞ ölkədə ən böyük vergi ödəyicisidir və dövlət büdcəsinin 30-40 faizi bu şirkətin hesabına formalaşır. Əslinə baxanda, ARDNŞ ölkədə bəlkə də ən mənfəətsiz, rentabelsiz işləyən bir qurumdur. Yəni söhbət ondan gedir ki, bu təşkilatın əsas gəlir mənbəyi neftdir. Baxmayaraq ki, bu təşkilatın gəlirləri çoxdur, amma büdcə ödəmələri azdır. Büdcə ödəmələri az olmaqla yanaşı, ARDNŞ dövlətdən kredit götürür. Məlumat üçün qeyd edək ki, ötən il ARDNŞ Mərkəzi Bankdan 750 milyon manat kredit aldı. Bununla belə, ARDNŞ-in çoxlu sayda törəmə şirkətləri var ki, həmin şirkətlər ayrı-ayrılıqda işləsə, daha çox rentabelli olacaq. Üstəlik, "Azəriqaz"ın ARDNŞ-ə birləşdirilməsi məntiqsizdir. Bu onsuz da şişmiş bir qurumun daha da yüklənməsi deməkdir".
   S.Əliyevin qənaətincə, iri vergi ödəyicisi olan şirkətlər özəlləşdirilməli və həm də modernləşdirilməlidir: "Günün reallığı bunu tələb edir. Bu şirkətlər dövlətin himayəsində olmaqla daha da rentabelsiz fəaliyyət göstərir. Düzdür, hökumət müəyyən sosial amilləri nəzərə alaraq, hələ ki, ARDNŞ-i özəlləşdirmək fikrində deyil. Ancaq gec, ya da tez buna getmək lazımdır. Neftin qiyməti 40 dollara qədər ucuzlaşanda ARDNŞ-də ixtisarların aparılması gündəmə gəlmişdi. İşçilər bir müddət ixtisar olundu, maaşlar azaldıldı. Sonradan neftin qiyməti yenidən bahalaşmağa başlayanda bu məsələ gündəmdən çıxdı. İri vergi ödəyicilərinin özəlləşdirilməsinin ləngiməsi ölkədə iri monopoliyaların yaranmasına rəvac verir. Bu da, öz növbəsində, sağlam rəqabət mühitinin pozulmasına gətirib çıxarır. Rəqabət mühiti pozulduğundan, digər şirkətlər rəqabət apara bilmir və sıradan çıxır".
   S.Əliyev ümumilikdə iri müəssisələrin birləşdirilməsinin səmərəli variant olmadığını bildirdi: "Məsələn, "Azərikimiya" sovet dövründə yaradılmışdı, müstəqillik əldə edildikdən sonra bu şirkət çox səmərəsiz və gəlirsiz işləyir.
   Bu şirkətin ayrı-ayrı şəhərlərdə - Sumqayıtda, Gəncədə, Mingəçevirdə zavodları var. Bu zavodlar ya işləmir, ya da ki, çox cüzi qüvvə ilə işləyir. Ona görə də belə şirkəti digərilə birləşdirmək yox, özəlləşdirmək lazım idi. "Azərkimiya"nı ARDNŞ-ə birləşdirmək bu şirkətin yükünü artırdı. Bununla belə, nəinki iri vergi ödəyicilərinin, eyni zamanda Beynəlxalq Bank kimi qurumların da özəlləşdirilməsinə ehtiyac var. Onu da qeyd edim ki, iri vergi ödəyiciləri özəlləşməyə çıxarılsa, xaricdən xeyli təklif gələcək. Bu zaman ölkəyə investisiya axını güclənəcək. Rentabelsiz müəssisələrdə işçilərə 100-200 manat maaş verməkdənsə, həmin müəssələri özəlləşdirmək daha məqsədəuyğundur".
   
Vidadi ORDAHALLI
Kreditləri geri ala bilməyən banklar əks tədbirə əl atdı
Bankların əmanətlərin faizlərini qaytarmaqla bağlı problemləri dərinləşir
Zaman-zaman Azərbaycanın bank sektoruna gündəmə gələn maraqlı məqamlardan biri də problemli kreditlərlə bağlıdır. Banklar müştəriləri sırasında yer alan bir sıra fiziki və hüquqi şəxslərin məsuliyyətsizliyi və öz imkanlarını düzgün dəyərləndirməmələri səbəbindən problemli kreditəlrin miqdarının artmaqda olduğunu bildirir.
   Təbii olaraq bu vəziyyət bankların işinə də təsir edir və onların bir çoxu ciddi zərərlə üzləşir. Lakin problemin miqyası təkcə bununla məhdudlaşmır. Maliyyə çətinliyilə üzləşən bankların əmanətlər üzrə faiz dərəcələrini ödəməkdə çətinlik çəkmələrilə bağlı yayılan informasiyaların da sayı çoxalmaqdadır. Bəzi ekspertlər isə hətta belə fikirlər də səsləndirir ki, maliyyə çətinliyi yaşayan bankların qarşıdakı dövrdə əmanət qaytalıması prosesində də problemlərlə üzləşəcəyi istisna deyil.
   Banklar özləri isə yaranmış vəziyyəti, daha çox, problemli kreditlərlə əlaqələndirməyə çalışır. Lakin o da faktdır ki, problemli kreditlərin miqyasının artmasında da elə əsas günahkar məhz bankların özüdür. Xatırlatmaq yerinə düşərdi ki, hələ qlobal maliyyə böhranı başlamazdan əvvəl Azərbaycan bankları MDB ölkələri arasında ən yüksək faizlə kredit təklif edənlər sırasında yer alırdı. Hətta həmin vaxt bəzi dövrlərdə istehlak kreditlərinin faiz dərəcəsi 35 faizə qədər yüksəlib. Təbii ki, 35 faizlə verilən kreditlərin geri qaytarılması imkanları olduqca məhduddur. Banklar isə, buna rəğmən, qısa müddətdə daha çox gəlir əldə etmək üçün yüksək faizlə kredit verməkdə davam edirdi. Sonradan böhranın başlanması belə kreditlərin qaytarılmasında yaranan problemləri daha da dərinləşdirdi. Bu isə bir daha təsdiq edir ki, istehlak kreditlərinin qaytarılmasında müşahidə edilən problemlər və yubanmalar, sadəcə, bu kreditlərdən istifadə edən vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə deyil, eyni zamanda, kommersiya banklarının uzun müddət kifayət qədər bahalı kredit siyasəti həyata keçirməsilə də bağlıdır. Beləliklə, 2009-cu ilin ortalarından başlayaraq problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Ötən ilin ortalarında problemli kreditlərin payı bank aktivlərinin 2,7 faizini təşkil edirdisə, bu rəqəm artıq 5 faiz həddinə çatıb.
   Hələlik ölkəmizdə problemli kreditlərin həll edilməsi üçün mexanizm yoxdur.
   Problemin digər tərəfi bankların, kreditlər qaytarıla bilməyəndə girov şəklində olan avtomobil və ya mənzili, yaxud digər girov obyektini satacaqlarını güman etmələridir. Bununla dəyən ziyanın ödəniləcəyini düşünürlər. Amma böhrandan sonra həm əmlak, həm də avtomobil bazarında müşahidə edilən durğunluq, praktiki olaraq, banklara girovu sataraq dəyən ziyanı ödəməyə imkan vermir.
   Belə vəziyyət isə, yuxarıda qeyd olunduğu kimi, bəzi yerli banklarda vətəndaşların əmanətlərinin faizini ödəməkdə çətinlik çəkməsinə yol açır.
   Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli isə bizimlə söhbətində yerli bankların bir hissəsində əmanət faizlərinin ödənilməsilə bağlı problemlər olduğunu təsdiqləyir: "Düzdür, Azərbaycan böhrandan ciddi zərər çəkmədi. Etiraf etmək lazımdır ki, aidiyyəti qurumların antiböhran siyasəti maliyyə sektorunu mövcud zərbədən müəyyən dərəcədə sığortalaya bildi. Amma bütün bunlara baxmayaraq, maliyyə bazarında tərəddüdlər davam etdiyindən, banklarda gərginlik yaşanır. Məsələn: hazırda 15-dən artıq bankda problem mövcuddur. Buna görə də bankların sağlamlaşdırılması istiqamətində geniş proqramlar hazırlanmalıdır".
   Amma millət vəkili "Həftə içi" qəzetinə verdiyi açıqlamada bildirir ki, əmanət faizlərinin ödənilməsinin dayandırılması ajiotaj yaratmamalıdır: "Bir neçə il bundan əvvəl sözügedən problem narahatlıq yarada bilərdi. Lakin "Əmanətlərin sığortalanması" haqqında qanunvericiliyin qüvvəyə minməsindən sonra vəziyyət xeyli dəyişib. Bir məqamı da vurğulayım ki, qanun yeni qüvvəyə minən zaman bizə xeyli şikayət daxil olurdu. Həmin şikayətlərdə bildirilirdi ki, qanun qəbul edilsə də, bank işçilərinin tələbləri qanunlardan öndə dayanır. Yəni bəzi bank işçiləri əmanətləri sığortalamaqda maraqlı deyil və bununla bağlı müxtəlif bəhanələr gətirilir. Əslində, belə faktlar var və həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar müvafiq tədbirlər görməlidir".
   Hazırda belə hesab edilir ki, üzləşdikləri problemdən xilas olmaları üçün banklar yüksək faiz dərəcələrini aşağı salmalıdır. Həqiqətdir ki, hazırda ölkəmizdə istehlak kreditlərində faiz dərəcələri yenə də çox yüksəkdir. Bu vəziyyət sonda bankların özünün zərərlə üzləşməsinə yol açır.
   
Tahir TAĞIYEV
Azərbaycanda Avropa malları bahalaşacaq
Avro ilə bağlı yeni prosesin müsbət və mənfi tərəfləri gözlənilir
Son günlərdə iqtisadi gündəmi zəbt edən əsas mövzulardan biri yenə avro ilə bağlıdır. Bir neçə gün öncəyə qədər bu valutanın ucuzlaşması əsas müzakirə mövzusu idisə, indi avronun möhkəmlənməsi xüsusi diqqət mərkəzindədir.
   Ekspertlər avronun belə sürətlə bahalaşmasının Azərbaycan iqtisadiyyatına həm müsbət, həm də mənfi təsirlərinin olacağını vurğulayır. İqtisadçılar qeyd edir ki, Azərbaycanın valyuta bazarında avronun manata nisbətən məzənnəsində son günlər ciddi artımların müşahidə edilməsi, əvvəla, avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadədə artmasına səbəb olur. Ancaq bu heç də avronun dollara nisbətən məzənnəsinin bundan öncəki kəskin azalmasından dəyən ziyanın, belə demək mümkünsə, kompensasiyası anlamına gəlməməlidir. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxaracaq. Bu isə, Avropa mallarının Azərbaycanda daha baha satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri bir sıra xidmətlərin, eləcə də nəqliyyatın qiymətinin artmasına səbəb olacaq. Bu isə təbii ki, yay mövsümündə xaricdə dincəlmək istəyənlər üçün heç də xoş sürpriz olmayacaq.
   İqtisadçıların fikrincə, avronun manata nisbətən son yüksəlişi yerli iş adamlarının ixrac qabiliyyətini artırmaq üçün kifayət deyil. Əvvəlla, hələ də avro ilə manatın məzənnəsi valyuta bazarının diqtə etdiyi müvazinət deyil. İkincisi, son dəyişikliklərdən sonra da avrozonada Azərbaycan məhsulları "bahalı məhsullar" statusunu qoruyub saxlayır ki, bu da onların rəqabət imkanlarını azaldır.
   Bir sıra ekspertlər hesab edir ki, Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxması və sərt siyasətdən yumşaq valyuta siyasətinə keçməsi olduqca vacibdir.
   Onu da qeyd edək ki, yayılan məlumatlara görə, avronun məzənnəsindəki artımlar Azərbaycan valyuta bazarına psixoloji təsirlər göstərib. İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, artıq bəzi valyutadəyişmə məntəqələri avronun alışını həyata keçirsə də, satış dayandırılıb: "Bu da, avronun dünya bazarında məzənnəsinin yüksəlməsi və son günlər Mərkəzi Bankın manatın avroya nisbətən məzənnəsini hər gün əvvəlki günə nisbətən daha yüksək məzənnə ilə müəyyənləşdirməsilə bağlıdır. Hansı ki, bütün bunlar avroya tələbatı artırıb".
   V.Bayramov qeyd edib ki, son günlər yalnız rəsmi məzənnədəki kəskin artımlar valyutadəyişmə məntəqələrinin avronun alqı-satqısı yönündə tərəddüdlər yaradıb: "Valyutadəyişmə məntəqələrində avronun alışı ilə bağlı kurs elan edilsə də, satış kursu elan olunmur.Onlar daha çox avro yığmağa üstünlük verir. Başqa tərəfdən, valyutadəyişmə məntəqələri öz kursunu müəyyənləşdirməyə çalışmır. Onlar Mərkəzi Bankın elan etdiyi məzənnədən cəmi 3 faiz artıq məzənnə ilə xarici valyutanı alıb-sata bilər. Bu da, praktiki, avronun satışı ilə bağlı qara bazarın yaranmasına təkan verir. Belə ki, valyutadəyişmə məntəqələri avronunun satışını elan etmir. Amma avroya tələbat yarandığı halda daha yüksək məzənnə ilə avronu vətəndaşa satırlar". Onun fikrincə, avronun məzənnəsinin yüksəlməsi bu valyutanın yığım vasitəsi kimi yenidən dirçəlməsinə şərait yaradır.Güman edilir ki, yarımillik yekunlar elan edildikdən sonra avronun məzənnəsindəki artımlar daha da ciddiləşəcək.
   Spekulyativ faktorlara toxunan mütəxəssisin rəyinə görə, bəzi dövlətlər, o cümlədən investorlar avronun məzənnəsinin aşağı düşməsində maraqlı idi. Bununla belə, V.Bayramov hesab edir ki, spekulyativ faktorlar uzun müddət fəaliyyət göstərə bilməz: "Avronun məzənnəsinin yüksəlməsi prosesinin yaxın vaxtlarda da davam edəcəyi gözlənir. Bunu nəzərə alaraq, ötən aylardan avro ilə saxlanan ehtiyatların satılmasının məqsədəuyğun olmadığını deyirdik. Eyni zamanda, əhaliyə avronun məzənnəsinin aşağı düşdüyü müddətdə avro ilə yığımlarını artırmalarını təklif etmişdik. Çünki belə yığımları, adətən, valyutanın məzənnəsinin düşdüyü vaxtda etmək iqtisadi baxımdan daha məqsədəuyğun və rentabellidir. Yəni valyutanın ucuz qiymətə alınması onun baha qiymətə satılmasına imkan yaradır".
   
Tahir TAĞIYEV
Rusiya çay istehsalçıları Putinə Azərbaycandan şikayət edib
Azərbaycandan Rusiyaya çay idxalı məhdudlaşdırıla bilər
sitrus cay sahe 2429
RBK Daily-nin məlumatına görə, Azərbaycanda çay idxalının tənzimlənməsi sistemi rusiyalı ixracatçıların maraqlarını pozur. Bu barədə Rusiyanın çay və kofe istehsalçıları assosiasiyası - "Rosçaykofe" baş nazir Vladimir Putinə məlumat verib.
   Azərbaycana çay ixracında yerli şirkətlər 50 mln. dollar qazana bilər. Halbuki, hazırda onların gəliri cəmi 34 min dollar təşkil edir. Eyni zamanda, Azərbaycan tərəfi öz çayını Rusiyaya idxal etməklə 4,5 mln. dollar alır.
   "Rosçaykofe"nin Vladimir Putinə məktubunda deyilir ki, Azərbaycanda, faktiki olaraq, çay idxalına qadağa var, halbuki, Azərbaycan çayının bazara çıxışı üçün rəsmi maneələr yoxdur. "Rosçaykofe"nin baş direktoru Ramaz Çanturiya qeyd edib.
   "Rusiyanın çay şirkətləri dəfələrlə yerli bazara daxil olmaq istəyib, amma formal maneələrlə üzləşib" - deyə cənab Çanturiya sözünə davam edib. "Buna Azərbaycan rəhbərliyinin yerli oyunçuların maraqlarını müdafiə etməsi kimi baxmaq olar. Əsas dividendləri inhisarçı "Azərsun" alır". Bəzi çay operatorlarının sözlərinə görə, yerli bazarda işləmək üçün yeganə imkan çay idxalı üçün qeyri-rəsmi kvota almaqdır.
   Belə tənzimləmə sistemi azad ticarət haqqında beynəlxalq qanunlara ziddir və Rusiya istehsalçılarının və ixracçılarının maraqlarını məhdudlaşdırır, "Rosçaykofe"də belə hesab edirlər.
   Bununla belə, Azərbaycandan Rusiyaya çay ixracı hər hansı məhdudiyyət olmadan həyata keçirilir. Təkcə 2009-cu il ərzində ixrac həcmi 2008-ci il ilə müqayisədə 22% (2,4 min ton), pulla ifadədə isə 26% (4,5 mln. dollar) artıb. Müqayisə üçün: Rusiya 2009-cu il ərzində Azərbaycan bazarına 34,3 min dollar məbləğində 1,4 t. çay ixrac edib.
   Cənab Çanturiyanın sözlərinə görə, nəzəri cəhətdən Rusiya şirkətləri bazarı tamamilə çayla təmin edə bilər, amma yüksək rəqabəti nəzərə alaraq, yerli istehsalçılar ümumi həcmin yarısına - 7-8 min tona ümid ola bilər.
   Bütün məhdudlaşdırıcı tədbirlər ləğv edildiyi halda Azərbaycana Rusiya çayının ixrac həcmi pulla ifadədə 50 mln. dollara çata bilər.
   "Rosçaykofe" hökumətdən Rusiya çay sənayesinin ixrac potensialının dəstəklənməsi və Rusiya və Azərbaycan arasında qarşılıqlı səmərəli ticarət-iqtisadi münasibətlərin bərpası üçün yardım göstərməyi xahiş edir.
   Problemin həlli mümkün olmadığı halda assosiasiya Azərbaycandan çay idxalına məhdudiyyətlər, hətta qadağa belə qoyulması mümkünlüyünə baxılmasını xahiş edəcək. Rusiya Azərbaycan bazarı hesabına çay ixracını iki dəfəyə qədər artıra bilərdi, cənab Çanturiya belə hesab edir. Azərbaycanın çaya olan tələbatı 15 min ton təşkil edir. "Turan" agentliyinin araşdırmalarına görə, yerli çay yarpağının istehsalının həcmi 300 tondan artıq deyil. İstehsal ferment çayının Azərbaycana idxalı, sonradan yerli çay fabriklərində müxtəlif markalarla qablaşdırılması üzərində qurulub.
   Rəsmi olaraq, təxminən 8 min ton çay idxal olunur, 5 min tondan çox isə ixrac edir. Lakin ölkənin çay tələbatı ildə 15 min ton təşkil edir. Bir neçə il əvvəl bu sahədə inhisarçı olan "Azərsun" Holding təcrübədə əhalinin tələbatının tamamilə ödənilməsinin, rəqəmlərdə isə 7 min ton defisit olmasının səbəbini izah edə bilməmişdi. Bu o deməkdir ki, ölkənin çay bazarının böyük hissəsi qanunsuzdur.
   
TURAN
Bizim ekspert Bakıda avro ilə əlaqədar başlanmış prosesi müvəqqəti saydı
Akif Nəsirli: "Yaxın günlərdə proses öz əvvəlki axarına qayıdacaq"
Son dövrlər avro ətrafında maraqlı tendensiyalar baş verir. Bir neçə ay öncə avronun məzənnəsi kəskin surətdə aşağı düşməyə başlamışdı. Artıq bu təhlükəli məqam arxada qalmaq üzrədir. Belə ki, avronun dollara nisbətən məzənnəsi psixoloji həddi keçib.
    Valyuta bazarında 1 avro indi 1 dollar 30 sentə satılır. Ekspertlərə görə, avronun məzənnəsinin möhkəmlənməsinin arxasında ABŞ-ın ilin 5 ayının iqtisadi yekunlarını elan etməsi dayanır. Yekunlar Amerikada iqtisadi göstəricilərin heç də ürəkaçan olmadığını üzə çıxarıb. Bu ölkədə son 5 ayda işsizlik problemi dərinləşib. Avronun mövqeyini yenidən möhkəmləndirməsində həmin zonaya daxil olan ölkələrdə, tədricən də olsa, baş qaldırmaqda olan iqtisadi yüksəliş də öz sözünü deyib. Böhranın Yunanıstanın ardınca İtaliya və İspaniyaya keçəcəyilə bağlı proqnozlar özünü doğrultmayıb. Bu ölkələr həmin təhlükədən yan keçməyi bacarıb. Yunanıstanın özündə də iqtisadi stabilləşmə meylləri müşahidə olunur. Ekspertlərin nəzərincə, avronun məzənnəsində baş verən artımlar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Ən azından, bunun psixoloji təsirləri baş verməlidir. Bunun nəticəsidir ki, bəzi valyutadəyişmə məntəqələri avronun alışını həyata keçirsə də, satışı dayandırıb. Belə ki, metronun "Elmlər Akademiyası" stansiyası valyutadəyişmə məntəqələrində avro almaq istəyənlər əliboş geri qayıtmalı olur. Burada işləyənlər həmin prosesə dünəndən (srağagün-red.) start verildiyini bildirdilər: "Artıq avronun möhkəmlənməyə başladığı hiss olunur. İndi onun dollara nisbətən məzənnəsində artımın olduğunu görə bilərik.
   Hazırda 1 avro 1 dollar 30 sent arasındadır. Onu da qeyd edim ki, proses ardıcıl olaraq, iki gündür ki, məhz bu tempdə davam edir. Belə vəziyyət avronun yenidən əvvəlki vəziyyətinə qayıdacağından xəbər verir. Hətta belə davam etsə, onun daha da yüksələcəyi gözlənir. Belə bir məqamda proseslə məşğul olanlara avronun alışı sərf etdiyi halda, satışı hələlik o qədər də münasib deyil. Yəni hələlik çoxlu miqdarda avro yığımı ilə məşğuluq və avronun mövqeyini daha da gücləndirməsini gözləyirik. Bu səbəbdən də indi avronun alışına xüsusi diqqət yetirilir. Nəzərə alsaq ki, avroya tələb artıb, onun məzənnəsinin bahalaşmaya doğru gedəcəyi şəksizdir".
   Xatırladaq ki, avronun məzənnəsi, may ayından başlayaraq, enməyə doğru istiqamət götürmüşdü. Hətta bir müddət avro 1 dollar 20 sentə qədər düşmüşdü. Manatla münasibətdə isə avro, ilk dəfə olaraq, psixoloji həddi keçdi. Yəni bir ay öncə 1 manat 98 avroya qədər enmişdi. Halbuki, indiyə qədər avronun manata nisbətən məzənnəsi yüksək həddə qalırdı. Ümumiyyətlə, avronun məzənnəsinin zəifləməsinin müvəqqəti olacağı əvvəldən gözlənirdi. Belə ki, onunla bağlı böhran Yunanıstanın düşdüyü krizislə əlaqədar olaraq yaranmışdı. Hazırda bu ölkədə digər Birlik dövlətlərinin səyilə çətinliklər aradan qalxmaq üzrədir. Digər tərəfdən, qədim Ellada ölkəsi Avropa Birliyi iqtisadiyyatının heç 3 faizini verə bilmir ki, onda baş verən krizis avroya kəskin və uzunmüddətli təsir etmək gücündə olsun.
   Müstəqil iqtisadçı-ekspert Akif Nəsirli avronun bahalaşma prosesinin qısamüddətli olacağı qənaətindədir. Həmin səbəbdən, onun fikrincə, yaxın zamanda bu valyutanın satışı da bərpa ediləcək: "Azərbaycanda valyuta satış və alışı adətən bir mərkəzdən idarə olunur. Ona görə də güman edirəm ki, avronun möhkəmlənməyə doğru meyllənməsi valyutadəyişmə biznesilə məşğul olan insanları maraqlandırdığından, onlar həmin valyutanın məzənnəsinin bir qədər də qalxmasını gözləyir. Bu səbəbdən də hələlik həmin pulun satışına elə də meylli deyillər. Son vaxtlar ölkə əhalisi arasında avroya maraq da elə də çox deyil. Düşünürəm ki, qalxma tendensiyası qısamüddətli olacaq. Bir neçə gündən sonra həm alış, həm də satış prosesi normallaşacaq. Ümumiyyətlə, hazırkı tendensiyanın ölkənin maliyyə sferasına təsir edəcəyini də gözləmirəm. Yaxın günlərdə proses öz əvvəlki axarına qayıdacaq. Çünki avronun məzənnəsinin möhkəmlənməsindən iri həcmdə gəlir əldə etmək bizdə mümkünsüzdür. Avronun vəziyyəti beynəlxalq maliyyə sferasında o qədər də yaxşı deyil ki, onun bahalaşması uzunmüddətli prosesə çevrilsin. İndi avro ətrafında cərəyan edən proses yaxın günlərdə dayanacaq".
   
   
Rüfət SULTAN
 
 
 SON XƏBƏRLƏR
2010-07-22 Almaniyada Hitlerə qarşı uğursuz sui-qəsd iştirakçılarının edam yerinə Angela Merkel özü gəlib
2010-07-22 Səttar Mehbalıyev jurnalistləri təbrik etdi
2010-07-22 Masazır gölü ətrafındakı duz zavodu açıldı
2010-07-22 "Olaylar" KİV DF-nin maliyyə dəstəyilə müsabiqə layihəsini yekunlaşdırdı
2010-07-22 Rüstəm İbrahimbəyov kino kompleksini Avropa Məhkəməsinə çıxara bilər
2010-07-22 ABŞ-ın Bakıda keçirdiyi budəfəki İstiqlaliyyət bayramında hökumət adından Samir Şərifov çıxış etdi
2010-07-22 Neftçala polisi İmaməddin Cəfərovu güllələyənləri tutdu
2010-07-22 Bakı İstintaq Təcridxanasında İlham Abbasov adlı şəxs ölüb
2010-07-22 Suraxanı polisi Qaraçuxurda saysız maşınlar qarət etmiş Nicatı həbs etdi
2010-07-22 Balakən Aviasiya Mərkəzində 12 yaşlı qız paraşütlə 1200 metr hündürlükdən tullanıb
2010-07-22 Bakıda ADNA terrorunun əsas təşkilatçısı olan erməni Qumaşyan barədə Gürcüstan prokurorluğu susur
2010-07-22 Zəlzələ İrana yenə "ayaq açıb"
2010-07-22 Quba və Qusarda 8 nəfəri "işə düzəldən" dələduz ələ keçib
2010-07-22 Rusiyada terrorçular hidroelektrik stansiyanı partlatdı
2010-07-22 Sumqayıtın Kimyaçılar qəsəbəsində həyat yoldaşı ilə dava edən Təranə özünü yandırdı
2010-07-22 "Eşşək Partiyası" yaradıldı
2010-07-22 ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays Azərbaycana gələsi olmadı
2010-07-22 Sumqayıt Nəqliyyat Departamentinin sabiq rəisi həbs oluna bilər
2010-07-22 Bərdəli Kəmalə Yusifovanın "fahişə biznesi" baş tutmadı
2010-07-22 Şirvanda neft mədənlərinin birinə qaz sızdı
2010-07-22 AMİP-də mətbuat bayramı Masa formasında keçirildi
2010-07-22 Müsavat Partiyası meyiti ermənilərdə girov saxlanan Milli Ordunun giziri Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsini istəyir
2010-07-22 QAT Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisindən Mübariz İbrahimovun meyitini tələb etdi
2010-07-22 KXCP-nin 31 iyul mitinqindən imtinası Müsavatla imzalanan "Niyyət protokolu"nu zərbə altına qoymurmu?
2010-07-22 BP şirkətinin illər boyu yığdıqları tar-mar olur
2010-07-22 Müsavat və AXCP birləşsə, Əhməd Oruc da onlara birləşəcək
2010-07-22 Türkiyə parlamentində NATO qrupunun rəhbəri də müvəqqəti sərhəd açılımını inkar etdi
2010-07-22 İsrail öz vətəndaşları üçün Türkiyə qadağasını nisbətən yumşaltdı
2010-07-22 PKK müəyyən şərtlərlə tərksilahın mümkün olduğunu bəyan edir
2010-07-22 Partiyalar AMİP-in "namizədlərə təmənnalı dəstək" taktikasını bəyənmədi
2010-07-22 "Mən "Ədalət" qəzetinə çoxdan gəlməli idim"
2010-07-22 Moskva-Naxçıvan marşrutu üzrə yeni aviareys açılır
2010-07-22 Mailə Muradxanlısız mətbuatın ilk bayramı...
2010-07-22 Diktator Nikolae Çauşeskunun və həyat yoldaşının məzarlarını açdılar
2010-07-22 Qırğızıstanın təzə hökumətinin dəhşətli zorakılıq cinayətləri barədə BMT-nin əlinə faktlar düşüb
2010-07-22 AB İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcək
2010-07-22 PKK rəhbərlərindən biri İtaliyada yaxalandı
2010-07-22 PKK terror təşkilatının rəhbərlərindən biri İranın "Fars" agentliyinə şok açıqlama verib
2010-07-22 Ermənilər Qarabağda müharibə olacağı təbliğatını xüsusi məqsədlə genişləndirir
2010-07-22 Əhmədinejad Xəzər üzrə özünə xüsusi nümayəndə təyin etdi
2010-07-22 ABŞ-ın Türkiyədəki yeni səfiri 1915-ci il hadisələrini "soyqırım" adlandırmaqdan imtina etdi
2010-07-22 BMT-nin 250 nəfərlik "qara terrorçular siyahı"sına yeni ekstremist əlavə edildi
2010-07-22 Rusiyanın İrana raket satmayacağı barədə daha bir xəbər yayıldı
2010-07-22 Bizim ekspert Bakıda avro ilə əlaqədar başlanmış prosesi müvəqqəti saydı
2010-07-22 Rusiya çay istehsalçıları Putinə Azərbaycandan şikayət edib
2010-07-22 Sabirabadda daşqından sonrakı vəziyyətlə bağlı dedi-qodular səngimir
2010-07-22 Tikintidə 92 bədbəxt hadisə, 23 ölüm...
2010-07-22 Bakıda saxta "Golden Graal" limonadı istehsal edən müəssisə aşkarlanıb
2010-07-22 Taxıl bahalaşma təhlükəsi qarşısındadır
2010-07-22 Kreditləri geri ala bilməyən banklar əks tədbirə əl atdı
2010-07-22 "Metropoliten" kimi iri vergi ödəyicilərinin özəlləşdirilməsi gündəmə gəlib
2010-07-22 "Gələcəyin Pelesi" İngiltərəyə köçür?
2010-07-22 Berluskoni 25 ildə "Milan"a 1 milyard avro xərcləyib
2010-07-22 Futbol üzrə Türkiyə Superliqasının püşkü atıldı
2010-07-22 "Çelsi"də Petr Çex şoku...
2010-07-22 Molladan azarkeşlərə qeyri-adi çağırış
2010-07-22 Daha bir Azərbaycan futbol klubu dağıldı
2010-07-22 Raul Qonsales "Tottenhem"ə keçə bilər
2010-07-22 "Real" Maykonun transferi ilə bağlı "İnter"ə bir həftə vaxt verdi
2010-07-22 İssiar Dia "Fənərbaxça"da
2010-07-22 Azarkeşlər "Buduçnost" - "Bakı" matçını boykot edir
2010-07-22 Sabunçuda dostunu bıçaqlayan Anar Əliyev tutuldu
2010-07-22 Qobulu Toğrulun qatilinin həbs edildiyi deyilir
2010-07-22 Ağdam sakini Aynurə Səfərova 20 gündən sonra ərinin oğru olduğunu bilib
2010-07-22 Lənkəranda Anar Mehdiyev 50 manata görə soyğunçunu tutdurdu
2010-07-22 MTN bir ayda 15 nəfərdən 425 kiloqram narkotik aşkarlayıb
2010-07-22 Sumqayıtda 40 yaşlı Kəsirə Əliyeva eyvandan yıxılaraq dünyasını dəyişib
2010-07-22 Babək prospektindəki məşhur "Dədəmin" avtoservisində ölüm...
2010-07-22 Bakıda 17 nəfər dənizdə batıb
2010-07-22 Qaradağda 59 yaşlı kişinin meyiti bağlı qapı arxasında evində tapıldı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009