22 Iyul 2010-cı il, N 279(1887)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3633)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1145)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1110)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1104)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Azərbaycan və erməni diasporunun Metyu Brayza davası...
ABŞ Senatının bugünkü qərarı bu ölkədə erməni lobbisinin nəyə qadir olduğunu göstərəcək
Məlumat verildiyi kimi, bu gün ABŞ Senatının xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı müzakirələr keçiriləcək. Həmçinin komitədə, həmçinin, ABŞ-ın Bosniya-Herseqovina, İslandiya və Yunanıstana səfir postlarına namizədlərilə də bağlı dinləmələr baş tutacaq.
   Bu arada isə Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı okeanın o tayında erməni və azərbaycanlı diasporu arasında qızğın bir qarşıdurma da yaşanmaqdadır.Belə ki, ABŞ-da ən böyük erməni lobbisi sayılan Amerika Erməni Milli Komitəsi (ANKA) yenidən Metyu Brayza barədə 7 səhifəlik sənəd hazırlayaraq Senatın xarici əlaqələr komitəsinə təqdim edib və senatorlar Brayzanın əleyhinə səsverməyə dəvət olunur. Senatın səsverməsi isə həlledici xarakter daşıyır. ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq də bildirib ki, Metyu Brazyanın Birləşmiş Ştatların Azərbaycana səfir təyin edilməsilə bağlı son sözü Senat deyəcək: "ABŞ-ın Azərbaycadakı yeni səfirinin təyin edilməsilə bağlı ABŞ prezidenti Barak Obama Metyu Brayzanın namizədliyini irəli sürüb. Bizim konstitusiyaya uyğun olaraq isə namizədlik Senatda dinləmələrdən keçirilməlidir. İyulun 22-də ABŞ Senatının xarici əlaqələr komitəsi Metyu Brayzanın səfir təyin olunması ilə bağlı dinləmələr keçirəcək. Lakin onu da demək istəyirəm ki, Senat bunu təsdiqləməsə, Metyu Brayza səfir ola bilməyəcək. ABŞ-da yaşayan bir qrup erməni Metyu Brayzanın səfir təyin edilməsini tənqidlə qarşılamışdı. Bu isə normal bir haldır. Amma son sözü Senat deyəcək".
   Qeyd edildiyi kimi isə, ermənilər Brayzanın ölkəmizdə səfir olmasını istəmir. Hələ onun namizədliyi irəli sürüləndən ermənilər bu şəxsə qarşı aktiv kampaniya aparır. Həmişəki kimi, erməni diasporu Brayzanın həyat yoldaşı Zeyno Baranın türkəsilli olmasını da burada xüsusi qabardır. Bundan öncə isə Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan bildirib ki, onlar əvvəllər də dövlət katibi köməkçisinin müavini və Dağlıq Qarabağ sülh prosesində Amerikanın nümayəndəsi kimi Brayzanın diplomatik fəaliyyətindən çox narahat olduqlarını bəyan ediblər: "Biz Senatın Xarici Əlaqələr Komitəsi və bütün Senatın Brayzanın fəaliyyətinə, onun çıxışlarına və təsdiqlənmə prosesində sorğulara cavablarına xüsusi diqqət yetirəcəyinə ümid edirik. Əvvəllər də qeyd etdiyimiz kimi, biz dövlət katibi köməkçisinin müavini və Dağlıq Qarabağ sülh prosesində Amerikanın nümayəndəsi kimi Brayzanın diplomatik fəaliyyətindən çox narahatıq".
   Baş verənlər Azərbaycan diasporunu da hərəkətə gətirib. Belə ki, ABŞ-ın Azərbaycan diasporu Metyu Brayzanın Amerikanın Azərbaycandakı səfiri təyin olunması üçün dəstək kampaniyası keçirir.
   Amerikanın Azərbaycan icmalarının fəallarına göndərilmiş Böyük Azərbaycan diasporu təşkilatı olan Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) məlumatında M.Brayzanın Amerikanın Azərbaycanda səfiri təyin olunması və "erməni lobbisinin Amerika-Azərbaycan münasibətlərinə xələl gətirmə cəhdlərinin qarşısının alınması" barədə Amerika senatorlarına müraciət etməyə çağırış əks olunub.
   Brayza isə dəfələrlə bildirib ki, Azərbaycanda, ABŞ-ın partnyoru olan ölkələrdən birində işləmək istəyir.
   Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı keçmiş həmsədri regiona və onun əsas problemlərindən biri sayılan Dağlıq Qarabağ münaqişəsinə yaxşı bələddir. Ekspertlərin fikrincə, bu məqam Ağ Evin onu Azərbaycanda səfir görmək istəyinin əsas səbəblərindən biridir.
   Xatırladaq ki, Brayzanın namizədliyindən Azərbaycan rəsmiləri razı qalıb. ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi ötən ilin iyun ayından boşdur. Ağ Evin Azərbaycana səfir təyinatı məsələsində məhz Brayzanın üzərində dayanmasını alqışlayan yerli ekspertlər bildirir ki, əslində ABŞ-ın bir ilə yaxın Azərbaycana səfir təyin etməməsinin özü artıq geosiyasi münasibətlərə təsir edən bir elementə çevrilmişdi. Qonşu dövlətlərin əksəriyyəti bu faktoru ABŞ-ın Azərbaycana marağının azalması kimi dəyərləndirib, onu öz siyasətində nəzərə alırdı.
   Bildirilir ki, bütün bunların sonunda Metyu Brayzanın səfir vəzifəsinə irəli sürülməsi vəziyyətin dəyişdiyindən xəbər verir. Qeyd olunduğu kimi, Brayza Azərbaycanı yaxşı tanıyır. Onun ölkənin ictimai-siyasi həyatında tanınan şəxslər arasında xeyli dostları, tanışları var. Eləcə də Brayzanın Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərlə çox gözəl münasibəti var. Ermənistan tərəfinin Brayzanın Azərbaycana səfir təyin edilməsi məsələsinə etiraz etməsini ekspertlər sadalananlar fonunda təbii qarşılayır.
   
Tahir TAĞIYEV
Rusiyanın İrana raket satmayacağı barədə daha bir xəbər yayıldı
İşlər belə gedərsə, Rusiya-İran münasibəti, deyəsən, doğrudan kəskinləşəcək. Lent.az-ın "mignews"-a istinadən məlumatına görə, Rusiyanın informasiya agentlikləri Moskvanın Tehrana raket satmayacağı barədə xəbər yayıb.
   Ölkənin ali rütbəli hərbçilərinə istinad edən KİV-in xəbərinə görə, BMT Təhlükəsizlik Şurasının sonuncu 4-cü qətnaməsindən sonra RF bu addımını qətiləşdirib. Adı çəkilməyən rus hərbçisi bildirib ki, Moskva həmin sanksiyanı dəstəklədiyindən İslam Respublikasına zenit raket qurğusunun verilməyəcəyi istisna edilmir.
   Qeyd edək ki, Rusiya S-300 zenit raket qurğusu ilə bağlı 2007-ci ildə İranla imzaladığı müqaviləni yerinə yetirməyib. Qərb gizli şəkildə şübhəli nüvə proqramı gerçəkləşdirən dövlətə silah satılmasına qarşıdır.
   Rusiya hərbi komandanlığının təmsilçisi Aleksandr Fomin S-300 raket kompleksi haqda birbaşa danışmasa da, bildirib ki, Kreml BMT sanksiyasından sonra "böyük raket sistemlərini" satmayacaq.
   Xatırladaq ki, sanksiya qəbulundan sonra Moskva hərbçiləri və diplomatları raket sistemilə bağlı Tehranla aralarındakı sövdələşmənin qüvvədə qaldığını, qətnamənin ona təsir göstərməyəcəyini bəyan edirdi.
BMT-nin 250 nəfərlik "qara terrorçular siyahı"sına yeni ekstremist əlavə edildi
BMT rəsmi "terrorçuların qara siyahısına" Amerikada anadan olmuş müsəlman lideri Ənvər ək-Əvlakını salıb.
   APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının bu qərarı əl-Əvlakının bank hesablarını dondurmağı BMT-yə üzv dövlətlərin öhdəsinə qoyur, onun beynəlxalq səfərlərini qadağan edir və s. Yəməndə yaşayan 39 yaşlı əl-Əvlakı ABŞ-a məxsus təyyarədə terror aktı törətmək cəhdində şubhəli bilinir.
   BMT-nin "qara siyahı"-sında" "Əl-Qaidə" və "Taliban" ilə əlaqəli 250 nəfər var.
ABŞ-ın Türkiyədəki yeni səfiri 1915-ci il hadisələrini "soyqırım" adlandırmaqdan imtina etdi
""
"Türkiyə ilə Ermənistan arasında yaxınlaşma Qafqaz regionunda sabitliyi və inkişafı daha da sürətləndirəcək".
   Bu sözləri ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri Frensis Jozef Rikkardon (Francis Joseph Ricciardone) Senatın Xarici Əlaqələr Komitəsinin iclasında deyib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, F.J.Rikkardon 1915-ci il hadisələrini "soyqırım" (genoside) adlandırmaqdan imtina edərək, bu olayları qətliam (massacre) kimi qiymətləndirib: "Türk və erməni millətləri birlikdə daha güclü olacaq, çünki onlar öz ümumi tarixlərini qəbul edir və ümumi insanlığı tanıyırlar". Ermənipərəst senator Robert Menendez Türkiyənin 1915-ci il hadisələrinə yönəlik siyasətini və Ermənistanla, həmçinin Kiprlə normallaşma prosesini necə idarə edə biləcəyini soruşub. Yeni səfir Türkiyə və Ermənistan hökumətlərinin 10 oktyabr 2010-cu ildə Sürixdə imzaladığı tarixi protokolları alqışladıqlarını vurğulayıb: "Hər iki ölkə əlaqələri normallaşdırmaq istəyini dəfələrlə açıq-aşkar bəyan edib. Birləşmiş Ştatlar protokolları ratifikasiya etməsi üçün Türkiyəyə təzyiq göstərməyə davam edəcək. Biz türklər və ermənilər arasında anlaşma yaradan proqramları dəstəkləyəcəyik". Diplomat qeyd edib ki, Türkiyədəki fəaliyyəti zamanı Kipr, Erministan, İran, İsrail və Əfqanıstan məsələləri onun diqqət mərkəzində olacaq. Regional inkişafdan söhbət açan Rikkardon bildirib ki, ABŞ Türkiyə və Azərbaycan arasında imzalanmış qaz satışı və tranzitinə dair razılaşmanı alqışlayır: "Bu razılaşma Cənub dəhlizi üçün əsas yaratmaqda vacib mərhələlərdən biridir. Bu dəhlizə "Nabucco" qaz borusu, Türkiyə-Yunanıstan-İtaliya birləşdirici xətti və transadriatik qaz borusu daxildir. Türkiyə hər üç qaz xəttində inteqral tranzit rolunu oynayacaq. Dəhliz Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kommersiya gəlirini təmin edəcək, həmçinin Avropa ilə qarşılıqlı maraq əsasında uzunmüddətli tərəfdaşlıq yaradacaq. Bosfor boğazı ilə neftin təhlükəsiz ötürülməsi və BTC vasitəsilə neftin nəqlində - dünyanın enerji bazarında Türkiyə vacib rol oynayacaq". Səfir xatırladıb ki, 1990-cı illərdə ABŞ-la Türkiyə arasında yaranmış sıx əməkdaşlıq BTC-nin reallaşmasına kömək edib, indi isə hər iki ölkə Xəzər qazını Avropa bazarlarına çıxarmaq üçün birgə çalışır. İndianadan olan senator, Xarici Əlaqələr Komitəsinin həmsədri Riçard Luqar isə bəyan edib ki, bəzi anlaşılmazlıqlara baxmayaraq, Türkiyə ABŞ üçün hələ də mühüm tərəfdaş olmaqda davam edir: "Bizim növbəti səfirimiz ABŞ-Türkiyə ittifaqının daha da güclənməsi üçün bütün imkanları səfərbər etməlidir. "Nabucco" layihəsinin tamamlanması enerji ehtiyatlarının bölüşdürülməsini təmin edərək Xəzər, Qafqaz və Avropa regionundakı millətləri birləşdirəcək". Sonda komitənin rəhbəri Con Kerri ümid etdiyini bildirib ki, Senat F.J.Rikkardonun təyinatını gələn həftələrdə təsdiqləyə bilər.
   
Əhmədinejad Xəzər üzrə özünə xüsusi nümayəndə təyin etdi
İran Prezidenti Mahmud Əhmədinejad Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini təyin edib.
   Təyin olunan xüsusi nümayəndə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadədir. Bu barədə xəbəri "Mehr" agentliyi yayıb. O, bu vəzifədə hazırda İranın Çindəki səfiri, keçmiş xüsusi nümayəndə Mehdi Səfərini əvəzləyəcək. 1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb. 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.
   
Ermənilər Qarabağda müharibə olacağı təbliğatını xüsusi məqsədlə genişləndirir
Başabəla "Madrid prinsipləri"ndən yayınmaq üçün daha bir oyunun əlamətləri ortadadır
Son dövrlər Dağlıq Qarabağda müharibənin başlayacağına dair Ermənistanda səslənən fikirlər durmadan artır. Ekspertlər isə bunun təsadüf olmadığını və baş verənlərin arxasında ciddi məqamların dayandığını bildirir. İlk növbədə diqqət ona çəkilir ki, ermənilər müharibənin Azərbaycan tərəfindən başlanacağını xüsusi qabardır və bunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa cəhd edirlər.
   Məsələn, Ermənistanın Milli və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan bildirib ki, həqiqətən Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı son dərəcə yüksəkdir: "Ermənistan hadisələrin gözlənilməz istiqamətdə inkişaf edə biləcəyinə hazır olmalıdır. Sərhəddə daha bir kiçik insident hərbi əməliyyatların bərpasına və vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Azərbaycan Ermənistana müharibə elan edə bilər. Ermənistan buna hazır olmalıdır".
   Ermənistan müxalifətinin rəhbəri Levon Ter-Petrosyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı prosesdə hələ də müharibə təhlükəsi var və xalqı aldatmaq lazım deyil: "Dağlıq Qarabağda müharibə ehtimalı hələ də aktualdır. Bunu həm Azərbaycan, həm də Ermənistan rəhbərləri də anlayır". Onun sözlərinə görə, son diplomatik səylər münaqişənin həllinə yönəlib. Lakin müharibə təhlükəsi hələ də var və xalqı aldatmaq lazım deyil.
   Vaxtilə Qarabağ müharibəsində iştirak etmiş separatçıların komandiri olmuş Arkadi Karapetyan da bildirib ki, Azərbaycanla müharibə qaçılmazdır və bu, yalnız zaman məsələsidir: "İstənilən an müharibəyə hazır olmalıyıq".
   Ekspertlər qeyd edir ki, ermənilərin müharibə təhlükəsini qabartması və məsuliyyəti Azərbaycanın üzərinə qoyması əslində diqqəti yenilənmiş "Madrid prinsipləri"ndən yayındırmağa yönəlib. Çünki yenilənmiş "Madrid prinsipləri"ilə bağlı Bakı konkret mövqe ortaya qoyub, Ermənistan isə buna münasibət bildirmək istəmir. Bu fonda bəzi versiyalara görə, beynəlxalq təşkilatların Qarabağ münaqişəsi məsələsində getdikcə daha obyektiv mövqe tutması Ermənistanın məlum prinsiplərlə manipulyasiya imkanlarını xeyli azaldır. Rusiya, ABŞ və Fransa prezidentlərinin ötən ay Kanadanın Toronto şəhərində qəbul etdiyi birgə bəyanat Azərbaycanın Dağlıq Qarabağa dair siyasətinin dəstəkləndiyi anlamına gəlməyə imkan verir. Çünki rəsmi Bakının mövqeyi həmsədr ölkə başçılarının bəyanatında nəzərə alınır. Elə vasitəçilər də regiona səfəri zamanı həm prezidentlərin bəyanatından irəli gələn məsələlər, həm də son günlər atəşkəs rejiminin pozulmasının yarada biləcəyi problemlərə ciddi şəkildə toxundular.
   Hələlik Ermənistan tərəfinin addımları Dağlıq Qarabağa dair nizamlanma formulunun tam işə düşməsinə imkan vermir. Bununla belə son hadisələr, xüsusən də Toronto bəyanatı Ermənistan üçün ciddi xəbərdarlıq sayılmalıdır. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı açıq ortadadır və İrəvan bu faktı təhrif etmək iqtidarında deyil. İndi isə, qeyd olunduğu kimi, ermənilər müharibə təhlükəsini qabartmaqla diqqəti yenilənmiş "Madrid prinsipləri"ndən yayındırmağa çalışır. Lakin erməni tərəfi üçün çətinlik yaradan bir amil də odur ki, onlar son zamanlar apardıqları təbliğat kampaniyası ilə Azərbaycanın hərbi çağırışlarının beynəlxalq səviyyədə pislənməsinə nail ola bilmədilər. Bu isə o deməkdir ki, hədəfin yayındırılması taktikası bu dəfə iflasa uğradı. Beynəlxalq təşkilatların nümayəndələri də cəbhədə atəşkəs rejiminin pozulmasına Sarkisyan iqtidarının gözlədiyi reaksiyanı vermədilər. Problemin ATƏT səviyyəsində müzakirəsi isə qarşı tərəfə heç nə vəd etmir. ATƏT-in hazırkı sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev regional proseslərin münaqişənin tezliklə həllini tələb etdiyini və bu məsələnin tənzimlənməsinə maksimum yardımçı olacağını bir daha diqqətə çatdırdı.
   Görünür, beynəlxalq birlik diplomatik davranış qaydalarında ciddi korrektələr edir və Dağlıq Qarabağ kimi münaqişələrin həllində ədalətsiz mövqenin Cənubi Qafqazda tam sabitliyin yaranmasına imkan vermədiyini anlayır.
   
Tahir TAĞIYEV
PKK terror təşkilatının rəhbərlərindən biri İranın "Fars" agentliyinə şok açıqlama verib
PKK terror təşkilatının rəhbərliyində yer alan şəxslərdən biri İranın "Fars" İnformasiya Agentliyinə şok açıqlama verib.
   Lent.az-ın verdiyi məlumata görə, adını gizli saxlayan terror təşkilatının təmsilçisi agentliyə deyib ki, İrana qarşı radikal müxalif mövqeyilə seçilən və Tehranla silahlı mübarizə aparan Xalqın Mücahidləri Təşkilatının üzvlərinin Türkiyə-İraq-İran sərhədindəki Qəndil dağlarında yerləşməsi üçün ABŞ PKK-dan icazə istəyib. PKK isə bunun qarşılığında ABŞ-dan Türkiyənin Qəndil dağındakı PKK bazalarını məhv etmək üçün quru hərəkatının qarşısını almağı tələb edib. Vaşinqton terror təşkilatının bu istəyinə müsbət yanaşıb. Qeyd edək ki, Xalqın Mücahidləri Təşkilatı ABŞ-ın terror təşkilatları siyahısındadır. Bu terror təşkilatının qrupları da İraqın İranla sərhəd bölgələrində yerləşib və PKK-nın İran qolu olan PEJAK-la birgə İrana qarşı hücumlar təşkil edir. Xalqın Mücahidləri Təşkilatının lideri Meryem Recevi isə, başda Fransa olmaqla, müxtəlif Avropa ölkələrində yaşayır.
PKK rəhbərlərindən biri İtaliyada yaxalandı
PKK terror təşkilatının rəhbərliyində yer alan və İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Nizamettin Toğuç Venesiyada yaxalanıb.
   Lent.az-ın "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçunun ələ keçirilməsi üçün İtaliyanın DİGOS adlı kəşfiyyat qurumu ilə polis iyulun 18-də birgə əməliyyat keçirib.
   Nizamettin Toğuçla birgə eyni avtomobildə olan 4 terrorçu da saxlanıb. Əməliyyat barədə dünən məlumat yayılıb. Nizamettin Toğuç PKK tərəfindən Venesiyada təşkil olunan gizli bir toplantıya qatılmaq üçün İtaliyaya gəlibmiş.
   Terrorçunun beynəlxalq anlaşmalar çərçivəsində yaxın vaxtlarda Türkiyəyə ekstradisiya edilməsi gözlənir.
AB İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcək
Avropa Birliyi İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər. "Associated Press"in məlumatına görə, məsələ iyulun 22-də qurumda müzakirəyə çıxarılacaq. Guman edilir ki, yeni sanksiya 41 iranlı fiziki şəxsə, 57 xarici şirkətə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən nəzarət olunan 15 firmaya tətbiq olunacaq.
   
Qırğızıstanın təzə hökumətinin dəhşətli zorakılıq cinayətləri barədə BMT-nin əlinə faktlar düşüb
BMT-nin İnsan Haqları üzrə Komissarı Qırğızıstanda təhlükəsizlik qüvvələrinin regiondakı iğtişaşlar zamanı işgəncələrdən istifadə etməsi barədə bəyanatla çıxış edib.
   APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, BMT-nin Cenevredəki baş ofisinin açıqladığı bəyanatda Navi Pillay deyib ki, onun Qırğızıstandakı işçiləri həbsə alınanlardan məcburi tutulmalar, işgəncələr vasitəsilə zorakı ifadələrin alınmasına dəlalət edən sübutlara malikdir.
   BMT-nin İnsan Haqları üzrə Komissarlığı belə hesab edir ki, Qırğızıstanın cənubi Oş və Cəlalabad şəhərlərində iyun ayındakı zorakılıqlardan bəri 1000-dən çox adam həbs edilib.
   Bəyanatda həbsə alınma metodları və həbslərin durumu ilə bağlı dərin narahatlıqlar ifadə edilir.
   BMT-nin İnsan Haqqları üzrə Komissarı Navi Pillay deyib ki, tutulanların əksəriyyəti gənc kişilərdir.
   O həmçinin bildirib ki, regiondakı işçilərinin əlində həbsə alınanlarla pis rəftar edilməsi, onların hətta zorakılıqlara məruz qalması barədə əsaslı dəlillər var.
   Pillay, həmçinin, yerli rəsmilərin bu zorakılıq hallarına göz yumduqlarını deyib.
   Onun sözlərinə görə, həbs edilənlərin ailə və vəkillərinə, o cümlədən insan haqları müdafiəçilərinə həyəcan təbili çalınmalı dərəcədə hədələr edilir və onlar qorxudulur.
   Pillay qeyd edib ki, tutulanlardan məcburi şəkildə əslində törətmədikləri cinayətlər barədə zorakı ifadələrin alınması və ya azad edilmələri müqabilində onlardan böyük məbləğdə pulların istənilməsi barədə məlumatlar mövcuddur.
   O, bu bəyanatı ilə regionda insan haqlarının davamlı müstəqil monitorinqinə və iyun zorakılıqlarının beynəlxalq istintaqına çağırıb.
   
Diktator Nikolae Çauşeskunun və həyat yoldaşının məzarlarını açdılar
Rumıniyanın keçmiş diktatoru Nikolae Çauşesku və onun həyat yoldaşı Yelena Çauşeskunun məzarları açılıb.
   APA-nın AFP-yə istinadən xəbərinə görə, Çauşeskuların mərhum qızı Zoyanın həyat yoldaşı Mirça Opran əvvəllər Buxarestin Qença rayonundakı hərbi qəbiristanlıqda olan məzarlarda dəfn olunanların Çauşeskular olduğunu təsdiqləmək üçün DNT ekspertizasının keçirilməsinin vacibliyini bildirib.
   Qeyd edək ki, Nikolae Çauşesku Rumıniya KP MK-nın birinci katibi olaraq ölkəni 1965-ci ildən idarə edib. 1974-cü ildən həm də Rumıniyanın prezidenti və baş naziri olub. 1972-ci ildən Rumıniya KP MK-nın üzvü olan Yelena Çauşesku isə 1980-ci ildən baş nazirin birinci müavini olub.
   Çauşesku rejimi 1989-cu ilin dekabrında devrilib. Buxarestdən qaçan diktator və xanımı üsyançı hərbçilər tərəfindən yaxalanıb. 25 dekabr 1989-cu ildə keçirilən və Rumıniya televiziyası ilə yayımlanan qısa müddətli məhkəmə prosesində Çauşeskular soyqırımda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Hökm dərhal yerinə yetirilib.
   
   
Partiyalar AMİP-in "namizədlərə təmənnalı dəstək" taktikasını bəyənmədi
Bəybala Əbil: "Görkəmli insanların müxalifət siyahısında olması prosesə müsbət mənada çox şey gətirir"
Nurəddin Məmmədli: "Xalq arasında sayılıb-seçilən insanlar bizə müraciət etsə..."
Seçkilər yaxınlaşdıqca siyasi təşkilatlar prosesdə iştirakla bağlı taktikasını da müəyyənləşdirir. Partiyalardan bəziləri prosesə təkbaşına, digərləri özlərinə yaxın siyasi qüvvələrlə əməkdaşlıq şəraitində qoşulur. Bu zaman partiyalar, bir çox hallarda bitərəflərin, tanınmış ziyalıların da nüfuzundan istifadə edərək, onları da öz təşkilat və bloklarına cəlb edir.
   Tanınmış, cəmiyyətdə çəkisi olan müstəqil namizədlərin siyasi təşkilatlar daxilində seçkilərə qoşulması həmin partiyalara əksər hallarda başucalığı gətirir. Amma deyəsən, təzə sədrinə yenicə qovuşmuş AMİP müstəqil namizədlərlə bağlı məsələdə tamam fərqli mövqedədir. Belə ki, təşkilatın mətbuat və təbliğat katibi Əli Orucovun fikrincə, müstəqillər AMİP sıralarında seçkilərə gedərkən onların partiyaya nə verəcəyi də nəzərə alınmalıdır: "Parlament seçkilərində AMİP-in adından seçkilərə qatılacaq müstəqil şəxslər qarşılıqlı olaraq partiyaya nə verəcəklərini də düşünməlidir". Partiya katibi bildirib ki, bəzi müstəqil şəxslər seçkilərə AMİP-in namizədi kimi qatılmaq üçün onlara müraciət edib: "Təcrübədə başımıza gəlib, ötən parlament seçkilərində AMİP-in irəli sürdüyü Əli Məsimov və Vahid Əhmədov parlamentdə təmsil olundu. Amma onların bu təmsilçiliyi AMİP-ə heç nə vermədi. Biz komissiyalardan kənarda qaldıq. Bu dəfə belə namizədlər irəli sürülərsə, bizim onlardan müəyyən istəyimiz, təmənnamız olacaq. Bu təmənna ondan ibarətdir ki, onlar partiyaya köməklik göstərməlidir. Ən azından, partiyanın maraqlarını müdafiə etməli, partiya proqramının həyata keçirilməsi üçün çalışmalıdırlar. Belə olsa, həmin namizədləri dəstəkləyə bilərik".
   Siyasi təşkilatların öz daxilində seçkiyə gedən bitərəflərə münasibətdə belə taktika yürütməsi heç də yenilik deyil. Belə hallara demokratik ölkələrin praktikasında çox rast gəlinib. Bununla müstəqillərə dəstək verəcək partiya, həmin namizəd seçiləcəyi təqdirdə, parlamentdə fəaliyyəti dönəmində təşkilatın maraqlarını da qorumağı onun qarşısına məsuliyyət kimi qoyur. Partiyaların belə taktika yürütməsi başadüşüləndir. Çünki siyasətdə bu və ya digər dəstək elə belə verilmir. Amma bununla belə, Azərbaycan müxalifətinin indiki durumunda onların müstəqil namizədlərə münasibətdə belə taktika sərgiləməsi heç də uğurlu sayıla bilməz. Hazırda müxalifətin sosial bazası zəifdir. Bu səbəbdən onların proseslərə təsir imkanlırı da yox dərəcəsindədir. Ona görə də, indiki halda bitərəf ziyalıların belə müxalifətlə əməkdaşlığa getməyə marağı, demək olar ki, sıfır səviyyəsindədir. Belə bir vəziyyətdə seçkilərdə namizədliyini verən hər hansı bir tanınmış müstəqil şəxsin siyasi təşkilatdan dəstək istəməsi müxalifət üçün göydəndüşmə olardı. Lakin AMİP-in bunun müqabilində onlardan hansısa təmənna güdməsi, istər-istəməz, həmin şəxsləri bu partiya ilə əməkdaşlıqdan çəkindirə bilər. Bir daha qeyd edirik ki, müxalifətin indiki durumunda onların müstəqil namizədlərə daha çox ehtiyacı var, nəinki ikincilərin birincilərə. Ona görə də, AMİP-in sözügedən məsələdə tutduğu mövqe indiki dönəm üçün heç də uğurlu variant sayıla bilməz. Bu mövqe müstəqillərin müxalifətdən daha da uzaqlaşması ilə nəticələnər. Həmin səbəbdən də sözügedən taktikanın hansısa effekt verəcəyini gözləməyinə dəyməz.
   KXCP sədrinin müavini Bəybala Əbil də bu fikirdədir ki, AMİP-in həmin məsələdə sərgilədiyi taktika heç də doğru yanaşma deyil: "Hər hansı bir görkəmli, tanınmış ziyalı bu və ya digər partiyanın siyahısına düşürsə, o təkcə öz adı ilə həmin təşkilata müsbət mənada nəsə gətirir. Prinsipcə, hər hansı partiyanın Azərbaycanın bugünkü günündə təkcə sırf öz üzvlərinin siyahısı ilə seçkiyə getməsi o qədər də məqbul deyil. Hazırda çalışırıq ki, bütövlükdə müxalifət, ziyalı təbəqəsi, rejimin fəaliyyətindən narazı olan xalq kütlələrinin təmsilçiləri həmin namizədlər siyahılarında təmsil olunsun. Bu zaman onların təşkilata nə gətirib-gətirməyəcəyi önəm daşımamalıdır. Görkəmli insanların müxalifət siyahılarında olmasının özü, onların adları həmin prosesə müsbət mənada çox şey gətirir. Belədə, həmin siyahılar ümumxalq siyahısına çevrilə bilər. Məsələyə yalnız bu baxımdan yanaşmaq lazımdır. Digər mənalarda isə müstəqil ziyalılara olan münasibəti qəbul edə bilmirəm".
   AXCP sədrinin müavini Nurəddin Məmmədli də tanınmışlardan təmənna ummağı lazım bilmir: "Hər bir partiyanın proseslərə öz siyasi xətti, hadisələrə müxtəlif münasibəti var. Ona görə də başqa partiyaların bu səpkidə mövqeyinə hörmətlə yanaşıram və ona hər hansı bir şərh vermək istəməzdim. Sadəcə olaraq, öz adımdan partiyamız haqqında deyə bilərəm ki, ictimai nüfuzu olan, xalq arasında sayılıb-seçilən insanlar bizə müraciət etsə, onları təmənnasız olaraq öz siyahımıza daxil etməyə hazırıq. Hazırkı məqamda belə insanlar var. Həmin insanlara şərait yaradılmasını aktual, ciddi problem kimi görürük və bu kimi məsələləri həll etməyə çalışırıq. Digər partiyaların bu məsələyə münasibəti isə onların öz işidir. Ona görə bu barədə hər hansı bir formul təklif etmək fikrindən uzağam".
   
Rüfət SULTAN
PKK müəyyən şərtlərlə tərksilahın mümkün olduğunu bəyan edir
PKK yaraqlılarının liderlərindən olan Murad Karayılan silahdaşlarına silahı yerə qoymaq göstərişi verə bilər.
   Bunu Karayılan özü bildirib. Lakin o, yaraqlıların tərk-silah edilməsi üçün Ankaranın bəzi şərtlərə əməl etməsinin vacibliyini söyləyib. "Biz Ankaradan elan etdiyimiz barışığa dəstək, ordunun əməliyyatlarının dayandırılmasını və kürd siyasətçilərin təqibinə son qoyulmasını gözləyirik" - deyə o qeyd edib.
   Murat Karayılan deyib ki, daha geniş siyasi və mədəni hüquqlar verildiyi təqdirdə PKK BMT nəzarəti altında silahları yerə qoya bilərdi. "Məsələ demokratik şəkildə, dialoq vasitəsilə çözülsə, biz silahları yerə qoymağa hazırıq" - deyə PKK lideri bildirib.
   İraq Kürdüstanında kürd liderilə görüşən BBC müxbiri Gabriel Gatehouse xəbər verir ki, qrupla razılıq əldə olunsa, bu, 26 il davam edən qanlı münaqişəyə son qoya bilərdi.
   Bununla belə, Türkiyə hökuməti Karayılanın bu sözlərinə cavab olaraq terrorçuların çıxışlarını şərh etməyə adət etmədiyini bəyan edib.
   Qeyd edək ki, son zamanlar Türkiyənin çənub-şərq bölgələrində PKK döyüşçülərilə hökumət qüvvələri arasında toqquşmaların sayı artıb.
   PKK-nın Türkiyəyə qarşı apardığı partizan müharibəsi, 25 ildir ki, davam edir. Təqribən 40 min insan bu müharibənin qurbanı olub.
   PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır.
   
Xəbər xidməti
İsrail öz vətəndaşları üçün Türkiyə qadağasını nisbətən yumşaltdı
İsrail artıq vətəndaşları üçün Türkiyənin təhlükəli olmadığını bəyan edib. Lent.az-ın Türkiyənin "NTV" telekanalına istinadən verdiyi məlumata görə, mayın 31-də "Mavi Mərmərə" gəmisinə hücumdan sonra vətəndaşlarını təhlükəli olması səbəbindən Türkiyəyə getməməyə çağıran İsrail hökuməti təhlükənin aradan qalxdığı qənaətindədir. İsrail Baş Nazirliyinin nəzdindəki Terrorla Mübarizə Şöbəsindən verilən açıqlamada qeyd olunur ki, Türkiyədə İsrail əleyhinə aksiyaların keçirilməməsi və sabitliyin bərqərar olması səbəbindən səyahət xəbərdarlığı ləğv edilib. Bununla belə, İsrail vətəndaşlarına yenə də Türkiyədə siyasi aksiyalar keçirilən yerlərdən uzaq durmaq və siyasi mübahisələrə qatılmamaq tövsiyə olunub.
Türkiyə parlamentində NATO qrupunun rəhbəri də müvəqqəti sərhəd açılımını inkar etdi
Vahid Ərdəm: "Ermənistandakı təlim üçün NATO-nun Türkiyə ərazisindən istifadəsi mümkün deyil"
"Ermənistanda keçirilməsi nəzərdə tutulan təlimdə NATO-nun Türkiyə ərazisindən istifadəsi mümkün deyil". Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisi NATO qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Vahid Ərdəm deyib.
   O, Türkiyə Xarici İşlər Nazirliyinin də bu iddianı təkzib etdiyini xatırladıb: "NATO-nun Ermənistandakı təlimə silah-sursat aparmaq üçün bizə təzyiq göstərəcəyini zənn etmirəm. Bizim sərhədimiz bağlıdır. Başqa kanallardan Türkiyə, təbii ki, NATO-ya dəstək verə bilər. Ancaq sərhəd bağlı olduğuna görə NATO-nun da bu məsələdə təkid edəcəyinə inanmıram. Sərhədin qısa müddətdə açılması üçün hazırlıqlar yoxdur. Türkiyənin bu məsələ ilə bağlı qərarı da yoxdur".
   V.Ərdəm, TBMM NATO qrupunun rəhbəri kimi, ona alyansdan bu məsələ barədə heç bir məlumat gəlmədiyini söyləyib: "NATO-nun bu məsələ ilə əlaqədar hökumətə müraciət edib-etmədiyinə dair də məndə məlumat yoxdur".
   
Müsavat və AXCP birləşsə, Əhməd Oruc da onlara birləşəcək
Azadlıq Partiyası Müsavat-AXCP partiyalarının birliyinə qoşulmaq niyyətindədir. Bu barədə çərşənbə günü "Trend"ə Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
   "Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan bütün partiyaların birləşməsini təklif edib. Bizim partiyaya da belə bir təklif gəlib. Ortada konkret bir model olarsa, biz də bu birləşmədə mütləq iştirak edəcəyik", - Oruc əlavə edib.
   Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 21 illiyinə həsr olunmuş tədbir zamanı Müsavat başqanı İsa Qəmbər AXCP və Müsavatın birləşərək bir partiya olmasını təklif edib.
   Oruc deyib ki, İsa Qəmbərdən belə bir təklif gəlməsinə baxmayaraq, bəzi ikinci-üçüncü dərəcəli funksionerlər həmin təklifi başqa cür şərh etməyə, təklifin yalnız Müsavatla AXCP-yə aid olduğunu iddia etməyə çalışır.
BP şirkətinin illər boyu yığdıqları tar-mar olur
Şirkət aktivlərin kütləvi satışına başlayıb
Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində baş vermiş zərərin ödənilməsi üçün Pakistan və Vyetnamdakı hasilat aktivlərini satacaq.
   "APA-Economics"in "BBC"yə istinadən verdiyi məlumata görə, aktivlərin alıcısının adı hələ açıqlanmayıb.
   Bundan başqa, BP ümumi dəyəri 7 mlrd. ABŞ dolları təşkil edən aktivlərini "Apache Corporation"a satacaq. Bu aktivlər Texas və Nyu-Mexikoda dəyəri 3,1 mlrd. dollar, Kanadada 3,25 mlrd. dollar və Misirdə 650 mln. dollar olan qaz yataqlarına aiddir.
   Bundan öncə BP şirkəti Meksika körfəzində baş vermiş qəzanı aradan qaldırmaq üçün 10 mlrd. dollarlıq aktivlərini satacağını bildirmişdi. Şirkət artıq ekoloji fəlakətin nəticələrini aradan qaldırılması üçün 4 mlrd. dollar xərcləyib.
   Eyni zamanda, BP şirkəti 4 il ərzində Fəlakətin nəticələrinin aradan qaldırmaq üçün xüsusi fonda 20 mlrd. dollar köçürmə olacaq. BP Vaşinqtona 18 mlrd. dollar həcmində cərimə ödəməli olacağı da istisna deyil.
   Bununla yanaşı, BP Meksika körfəzində neftin hər axıdılmış barrelinə görə 4,3 min dollar ödəməli olacaq.
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-07-22 Almaniyada Hitlerə qarşı uğursuz sui-qəsd iştirakçılarının edam yerinə Angela Merkel özü gəlib
2010-07-22 Səttar Mehbalıyev jurnalistləri təbrik etdi
2010-07-22 Masazır gölü ətrafındakı duz zavodu açıldı
2010-07-22 "Olaylar" KİV DF-nin maliyyə dəstəyilə müsabiqə layihəsini yekunlaşdırdı
2010-07-22 Rüstəm İbrahimbəyov kino kompleksini Avropa Məhkəməsinə çıxara bilər
2010-07-22 ABŞ-ın Bakıda keçirdiyi budəfəki İstiqlaliyyət bayramında hökumət adından Samir Şərifov çıxış etdi
2010-07-22 Neftçala polisi İmaməddin Cəfərovu güllələyənləri tutdu
2010-07-22 Bakı İstintaq Təcridxanasında İlham Abbasov adlı şəxs ölüb
2010-07-22 Suraxanı polisi Qaraçuxurda saysız maşınlar qarət etmiş Nicatı həbs etdi
2010-07-22 Balakən Aviasiya Mərkəzində 12 yaşlı qız paraşütlə 1200 metr hündürlükdən tullanıb
2010-07-22 Bakıda ADNA terrorunun əsas təşkilatçısı olan erməni Qumaşyan barədə Gürcüstan prokurorluğu susur
2010-07-22 Zəlzələ İrana yenə "ayaq açıb"
2010-07-22 Quba və Qusarda 8 nəfəri "işə düzəldən" dələduz ələ keçib
2010-07-22 Rusiyada terrorçular hidroelektrik stansiyanı partlatdı
2010-07-22 Sumqayıtın Kimyaçılar qəsəbəsində həyat yoldaşı ilə dava edən Təranə özünü yandırdı
2010-07-22 "Eşşək Partiyası" yaradıldı
2010-07-22 ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays Azərbaycana gələsi olmadı
2010-07-22 Sumqayıt Nəqliyyat Departamentinin sabiq rəisi həbs oluna bilər
2010-07-22 Bərdəli Kəmalə Yusifovanın "fahişə biznesi" baş tutmadı
2010-07-22 Şirvanda neft mədənlərinin birinə qaz sızdı
2010-07-22 AMİP-də mətbuat bayramı Masa formasında keçirildi
2010-07-22 Müsavat Partiyası meyiti ermənilərdə girov saxlanan Milli Ordunun giziri Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsini istəyir
2010-07-22 QAT Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisindən Mübariz İbrahimovun meyitini tələb etdi
2010-07-22 KXCP-nin 31 iyul mitinqindən imtinası Müsavatla imzalanan "Niyyət protokolu"nu zərbə altına qoymurmu?
2010-07-22 BP şirkətinin illər boyu yığdıqları tar-mar olur
2010-07-22 Müsavat və AXCP birləşsə, Əhməd Oruc da onlara birləşəcək
2010-07-22 Türkiyə parlamentində NATO qrupunun rəhbəri də müvəqqəti sərhəd açılımını inkar etdi
2010-07-22 İsrail öz vətəndaşları üçün Türkiyə qadağasını nisbətən yumşaltdı
2010-07-22 PKK müəyyən şərtlərlə tərksilahın mümkün olduğunu bəyan edir
2010-07-22 Partiyalar AMİP-in "namizədlərə təmənnalı dəstək" taktikasını bəyənmədi
2010-07-22 "Mən "Ədalət" qəzetinə çoxdan gəlməli idim"
2010-07-22 Moskva-Naxçıvan marşrutu üzrə yeni aviareys açılır
2010-07-22 Mailə Muradxanlısız mətbuatın ilk bayramı...
2010-07-22 Diktator Nikolae Çauşeskunun və həyat yoldaşının məzarlarını açdılar
2010-07-22 Qırğızıstanın təzə hökumətinin dəhşətli zorakılıq cinayətləri barədə BMT-nin əlinə faktlar düşüb
2010-07-22 AB İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcək
2010-07-22 PKK rəhbərlərindən biri İtaliyada yaxalandı
2010-07-22 PKK terror təşkilatının rəhbərlərindən biri İranın "Fars" agentliyinə şok açıqlama verib
2010-07-22 Ermənilər Qarabağda müharibə olacağı təbliğatını xüsusi məqsədlə genişləndirir
2010-07-22 Əhmədinejad Xəzər üzrə özünə xüsusi nümayəndə təyin etdi
2010-07-22 ABŞ-ın Türkiyədəki yeni səfiri 1915-ci il hadisələrini "soyqırım" adlandırmaqdan imtina etdi
2010-07-22 BMT-nin 250 nəfərlik "qara terrorçular siyahı"sına yeni ekstremist əlavə edildi
2010-07-22 Rusiyanın İrana raket satmayacağı barədə daha bir xəbər yayıldı
2010-07-22 Bizim ekspert Bakıda avro ilə əlaqədar başlanmış prosesi müvəqqəti saydı
2010-07-22 Rusiya çay istehsalçıları Putinə Azərbaycandan şikayət edib
2010-07-22 Sabirabadda daşqından sonrakı vəziyyətlə bağlı dedi-qodular səngimir
2010-07-22 Tikintidə 92 bədbəxt hadisə, 23 ölüm...
2010-07-22 Bakıda saxta "Golden Graal" limonadı istehsal edən müəssisə aşkarlanıb
2010-07-22 Taxıl bahalaşma təhlükəsi qarşısındadır
2010-07-22 Kreditləri geri ala bilməyən banklar əks tədbirə əl atdı
2010-07-22 "Metropoliten" kimi iri vergi ödəyicilərinin özəlləşdirilməsi gündəmə gəlib
2010-07-22 "Gələcəyin Pelesi" İngiltərəyə köçür?
2010-07-22 Berluskoni 25 ildə "Milan"a 1 milyard avro xərcləyib
2010-07-22 Futbol üzrə Türkiyə Superliqasının püşkü atıldı
2010-07-22 "Çelsi"də Petr Çex şoku...
2010-07-22 Molladan azarkeşlərə qeyri-adi çağırış
2010-07-22 Daha bir Azərbaycan futbol klubu dağıldı
2010-07-22 Raul Qonsales "Tottenhem"ə keçə bilər
2010-07-22 "Real" Maykonun transferi ilə bağlı "İnter"ə bir həftə vaxt verdi
2010-07-22 İssiar Dia "Fənərbaxça"da
2010-07-22 Azarkeşlər "Buduçnost" - "Bakı" matçını boykot edir
2010-07-22 Sabunçuda dostunu bıçaqlayan Anar Əliyev tutuldu
2010-07-22 Qobulu Toğrulun qatilinin həbs edildiyi deyilir
2010-07-22 Ağdam sakini Aynurə Səfərova 20 gündən sonra ərinin oğru olduğunu bilib
2010-07-22 Lənkəranda Anar Mehdiyev 50 manata görə soyğunçunu tutdurdu
2010-07-22 MTN bir ayda 15 nəfərdən 425 kiloqram narkotik aşkarlayıb
2010-07-22 Sumqayıtda 40 yaşlı Kəsirə Əliyeva eyvandan yıxılaraq dünyasını dəyişib
2010-07-22 Babək prospektindəki məşhur "Dədəmin" avtoservisində ölüm...
2010-07-22 Bakıda 17 nəfər dənizdə batıb
2010-07-22 Qaradağda 59 yaşlı kişinin meyiti bağlı qapı arxasında evində tapıldı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009