19 Iyul 2010-cı il, N 276(1884)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2476)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1145)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1110)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1104)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
NEMƏT

Səadət, yaxşılıq, lütf, ruzi, ehsan sözlərini ehtiva edən nemət, bütün xeyirli və faydalı şeylərin məcmusudur. Ehsan isə "Sənin Allahı görürmüş kimi, Ona qulluq etməyindir. Sən Onu görməsən də, O səni görür" (həz.Məhəmməd). Ən yaxşı ehsan valideynə edilən yaxşılıqdır.

   "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik" (Əhqaf 15). Kainat və onun içindəkilər bəşər övladının maddi və mənəvi ehtiyaclarına xidmət etdiyi üçün bəndənin də ən ümdə vəzifəsi həmin nemətləri ona verən Allaha şükr və minnətdar olmasıdır. Zira Peyğəmbər(ə) buyurub: "Hər bir nemət şükr istər". İnsan iradəsindən asılı olmayaraq yaradılan Günəşin - həyat mənbəyinin olmamasını bir anlığa təsəvvür etsək aydın olar ki, həmin nemətlər bəndədən yox, Allahdandır. Bəndə verənə nemət yox, nikmət deyilir. Nemətdən fərqli olaraq nikmət istənilən vaxt bir başqası tərəfindən alına bilər. Allah verəni - neməti isə heç kim ala bilməz.

   

   Nemət, ənam və Munim

   

   Nemətdən istifadə edilməsi ənam, həmin neməti yaradan və onu məxluqunun istifadəsinə verən isə Munimdir (Allahın sifətlərindən biri). "Nemətin içində ənam görünür; Rahmənin iltifatı hiss edilir. Nemətdən ənama keçsən, Munimi görərsən" (S.Nursi, v.e.1960). Göründüyü kimi, yediyi bir tikə çörəyi nemət bilməyən, onun ənam olduğundan ğafil olan insan, heç vaxt Munimi tanıya bilməz. Belələri o tikənin İlahi bir ikram, ehsan olduğunu dərk etmədikləri üçün, həmin nemət yox olana qədər Munimə şükr etməzlər."Bolluq və nemət içində olanlar bu nemət getməyincə onun qiymətini dərk etməzlər" (həz.Məhəmməd). Necə deyərlər, dəryada yaşayan balıqlar dəryanın qədrini bilməzlər. Elələri də var ki, var-dövləti olduğu halda, həmin nemətdən istifadə edə bilmir. Yəni onların nemətləri ənamla reallaşmır. Məs., pulu, malı var, amma xəstədir, yeyə bilmir. Allah ona bir nemət olaraq, övlad verib, fəqət övlad zaydır və s. və i. Bir qrup insanlar hesab edirlər ki, nemət yalnız mədəni yeməklə doldurmaqdan ibarətdir. Halbuki, mədə doyduğu kimi, hər biri bir nemət olan göz, qulaq, qəlb və başqa cövhərlər də doymalıdırlar. Göz bir Allah neməti, gözlə görünər şeylər isə başqa bir nemət; gözün həmin əşyaları görüb, qəlbi riqqətə gətirməsi isə digər bir nemətdir. Deməli, gözün gördüyü şeylər həmin gözün ruzisi, qidasıdır. Qulaq da bir nemətdir. Qəlbləri oxşayan bülbül səsi, xoş müraciət, həzin musiqi isə başqa bir nemətdir. Həmin səslər də qulağın qidası, ruzisidir. Deməli, göz, qulaq hərəsi bir nemət. Gözün görməsi, qulağın eşitməsi isə bu nemətdən istifadədir, yəni ənamdır. Əlbəttə, bu nemətə və ənama şükr etməyən kor və kar insanın süfrəsinin bərəkəti də olmaz. Başqa sözlə, nemətlərdə Allahın iltifat və lütfünü hiss edən möminin təkcə bir növ yeməkdən aldığı ləzzət, nemətə şükr etməyən insanın ən mükəlləf və mükəmməl süfrədə çoxsaylı yeməklərdən aldığı ləzzətdən daha bərəkətli və daha xeyirlidir.

   Nemətlərin ən xeyirlisi Rəbb kəlamları, İslam dinidir. Təəssüf ki, çağdaş dünyada bu nemətdən ya ifrat, ya da təfritlə istifadə olunur. Dini siyasətə alət edənlər, İslamı elm, iradə və iman vəhdətindən ayıranlar, minarənin dibində dayanıb "Allahu Əkbər" nidasını eşitməyənlər bu nemətdən istifadə etməyən talesizlərdir. Bəndənin həm özü, həm də mənsub olduğu cəmiyyətin adından Rəbbə xitabən: "(Bizi) nemət verdiyin kəslərin yoluna (yönəlt)!" (Fətiha 6) - duası, bu nemətdən istifadənin (ənamın) Allahdan istənilməsini önə çəkir. Lakin nemət və ənamın Allahdan olması o demək deyil ki, bəndə heç bir iş görmədən, həmin dəyərlərə sahib çıxacaq. Əks halda, Rəbb bəndəsinə nə ağıl, şüur, iman, iradə və vicdan kimi mənəvi cövhərləri, nə də göz, qulaq, ağız, əl, ayaq və digər maddi alətləri verərdi.

   

   Hürriyyət haqqı ən böyük nemətdir

   

   İnsana verilən yaşama haqqı, fərdi və ictimai şüur, bu şüur vasitəsilə məhəbbətlə tənzimlənən cəmiyyət və onun durumu, suverenlik, bayraq sevgisi hələ də şükrünü lazımınca verə bilmədiyimiz nemətlərdəndir. Bu nemətlərin mühafizəsi üçün verilən hürriyyət isə, başqa bir nemətdir. Hürriyyət Rəbbin elə bir lütfüdür ki, dinə və torpağa sahib çıxma, yaşama haqqı, söz və vicdan azadlıqları, canı və malı qoruma məhz bu dəyərlə mümkün olur. Həqiqi hürriyyət bəndəyə yox, Allaha təslimdən ibarətdir. "Hər qul azad olduğu zaman sevinir. Mən isə Sənə qul olduğum zaman şad və məmnunam" kəlamı, bu həqiqəti çox gözəl ifadə edir. Allaha yox, pula, vəzifəyə qul olanların hürriyyəti olmadığı üçün, onların yaşama qarantı da yoxdur. Belələri bu nemətə şükr yox, nankorluq etdiyinə görə, Rəbb də onları hürriyyətdən məhrum edir.

   

   Nemətin davamı yeni nemətdir

   

   Məlumdur ki, hər bir nemətdə o nemətin tükənməsindən irəli gələn bir narahatlıq düşüncəsi var. İstifadə olunan o nemətin yenilərilə əvəz olunması isə başqa bir ləzzət, başqa bir nemətdir. Əgər meyvənin ağacı bilinməzsə və ya o yoxdursa, həmin nemət yalnız yeyilib qurtaran meyvədən ibarət olar. Və o meyvənin yerinə yeniləri gəlməyincə, həmin nemət yox olar və insan bundan təəssüf hissi keçirər. Əgər meyvənin ağacı varsa, o zaman həmin meyvənin yenə olacağı düşüncəsi kədər hissini yox edər. Yəni meyvə bir nemət, ağac isə həmin nemətin davamı olan başqa bir nemətdir. Nemətlərin zəncirvari davamı bəşər həyatında da xüsusi rol oynayır. Valideynin ölməsilə onun özəlliklərini daşıyan övladların, nəvələrin dünyaya gəlişi nemətlərin davamından xəbər verir. Başqa sözlə, Allahın Varis isminin təcəllisilə əsillərin, babaların yeni nəsillərlə, varislərlə əvəz olunması, həmin nəslin davam edəcəyini göstərən yeni bir nemətdir. Bu zaman nemətlərin davamlı və uzunömürlü olması həmin nemətin özündən də böyük bir nemətdir. Yəni ləzzətlərin mütəmadi bir-birini əvəz etməsi ləzzətin özündən də ləzzətlidir.

   Dünya və axirəti saleh bəndə üçün nemətlərlə dolu iki süfrə açan Allah, hər bir canlıya sevgi, məhəbbət, valideyn nəvazişi verib ki, o, məzluma, zəifə, xəstəyə, ağlayan körpəyə həmin dəyərlərlə şəfa versin, rəhm etsin. Sevgi, məhəbbət bir nemət, ağlayan körpəni həmin nemətlə ovundurmaq isə başqa bir nemətdir. Yeri gəlmişkən, nemətdən ləzzət almaq təkcə valideyn və uşağa şamil edilməz. Çünki fitratı pozulmayan hər bir şəxs anasız ac bir körpənin ağlamasından nə qədər kədərlənirsə, ananın körpəsinə şəfqət, mərhəmət göstərməsindən də eyni ölçüdə ləzzət alıb, məmnun qalır.

   Elə "dünya bir körpənin göz yaşına dəyməz" kəlamı da bu məntiqə söykənir.

   

   Cənnətin əbədiliyi Cənnətdən də üstün nemətdir

   

   Mömin bəndələr üçün axirətdəki durum - Cənnət bir nemətdir. Cənnətin əbədiliyi isə Cənnətdən də üstün nemət. Quran bir nemət, onun qiyamətə qədər insanların mənəviyyatına xidmət edəcəyi isə başqa bir nemətdir. Bəşəriyyətin iftixar abidəsi, müəllimi, Allah kəlamlarının təbliğçisi, Onun elçisi Məhəmməd(ə) də bir nemətdir. Onun axirətdə ümmətinə şəfaətçi olması isə, başqa bir nemət. Və nəhayət, Rəbbin Əsməi - Husnədəki 99 ismi bəşər üçün sonsuz bir nemət. Onun bu isimlərin təcəllilərindən bir zərrəsini istədiyi bəndəsinə verməsi isə, başqa bir nemət. "Allah sizə istədiyiniz şeylərin hamısından veribdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz" (İbrahim 34).

   

   Allah haqqı bərpa olunana qədər məzlumladır

   

   Rəbb buyurub: "Mən haqqı bərpa olunana qədər məzlumlayam". Lakin O, Rahmən sifətilə bu dünyada yaratdıqlarının hamısının, o cümlədən, kafirlərin də ruzisini verir. Hətta bir imtahan, sınaq, ibrət üçün bəzən kafirə, nankora, asiyə mömindən də artıq mar-dövlət verir. "Kafirlərin bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma" (Taha 131). Ayəyə görə, Rəbb bəzi zalımlara etdikləri pisliklərə rəğmən çoxlu ehsan (vəzifə, dünya malı) verir. Zahirən həmin bolluq onlar üçün bir nemət kimi qəbul edilə bilər. Halbuki, bu verim onların qəlbini ilahi həqiqətlərdən və axirətdən uzaqlaşdırdığı üçün bir ikram (ehsan etmək, əziz tutmaq) yox, bir kələkdir, bir məkri ilahidir - İlahi tələsidir. "Onların pislikdə müvəffəqiyyətləri müvəqqətidir, bir məkri-İlahidir" (S. Nursi). Məsələ Quran hikməti kontekstində təhlil edilərsə, belə nəticəyə gəlmək olar: İnsanın nail olduğu hər bir nemət, əgər onun barəsində xeyirli isə, bu, ilahi bir ikramdır. Əgər o nemət həmin şəxsin pis əməl və asiliyini artırırsa, onda bu ikram yox, istidracdır. İstidrac isə, bir kimsəni öz arzusuna uyğun tədricən yüksəldib, sonra onu həmin yüksəklikdən çuxura ataraq həlak etmək deməkdir. Buna nəmrudların, fironların, əbu-ləhəblərin, hitlerlərin yüksəldilərək, həlak edilməsi də şahidlik edir. Bunu Hacı Məmmədov və onun kimi insanların acı taleləri də sübut edir: ucaldılaraq, həlak etmək, alçaltmaq; Mal-dövlət, vəzifə verməklə zəlil və şərəfsiz etmək aqibəti.

   Maddiliyin dar məhbəsində haramlarla yaşayanlar dünyada kam alıb dünya nemətlərindən tam istifadə etsələr də, bəzi keçici ləzzətlər dadsalar da, onlar həmişə səksəkədə olub, Xaliq və xalqdan qorxarlar. Qocalıqda isə onların qisməti ya tənhalıq, ya da səfillik olar. Vaxtilə vəzifə, mal-dövlət çoxluğu ilə öyünən bu nankorların axirətdəki sorğu-sualı daha əzablı olajaq. "Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!" (Təkəsur 8). "Əvvəl verilir, sonra istənilir" hikmətindən doğan bu imtahanda halallıqla qazanılan hər bir maddi-mənəvi dəyər bir nemət, ənam kimi qəbul edilib, sahibini hidayətə qovuşduracaq. Lakin "nemətlərin ən yaxşısı, halallıqla qazanılan nemətdir" buyuran Peyğəmbər(ə), onu bağındakı halal xurmaya qonaq edən səhabəyə isə belə deyib: "Yediyimiz bu xurmadan da hesaba çəkiləcəyik". Hal belə ikən halalı haram, haramı isə halal kimi qəbul edən xeyirsiz zəka və əməl sahibləri sorğuya tutulmazlar?

   

   Hər bir nemət şükr istər

   

   Hər bir nemət Rəbbə minnətdarlıq, şükr istər. O şükr də yeni nemətlər gətirər. Şükrün ziddi biganəlik, nankorluqdur. Şükr etməyən nankor nemətlərin Allahdan olduğunun fərqinə varmaz. Nemətə biganə qalar. Halbuki, şükr imanın yarısıdır. İman isə Rəbbin ən böyük nemətidir. "Vətən də imandandır" (həz.Məhəmməd). Göründüyü kimi, hər bir fərd və millətin Allah dərgahında həqiqi qiyməti, onun verilən nemətlərə görə Rəbbə şükr etməsi və sonra da həmin əmanətləri qorumasından asılıdır. Bəs, bir millət olaraq, biz necə, Azərbaycan adlanan ən böyük nemətimizin bütövlüyünü bərpa edib, şükrümüzü Rəbbə izhar etməklə, iman atımızı şahlandırıb Onu razı salmışıqmı? Hələ ki, yox...

   
Vaqif Cəliloğlu vaqif_44@mail.ru
Oxunub: 400 Geri gayıt
Digər xəbərlər
Buzovnada "Cip"lə vurulan Vüqar Məmmədov dünyasını dəyişdi
Bir telefon nə böyük şey idi, ay Fuad Süleymanov...
Bakı-Qazax yolunda "QAZ-31"lə "KamAZ" kəllə-kəlləyə gəldi
Sosioloq ailədaxili münaqişələrin yeni səbəblərini tapıb
Rafiq Təmrazov: "Kənd yerlərində həddindən artıq yoxsul ailələr var, məgər onlar hər gün münaqişə edir?"
Bazar və ticarət mərkəzlərinin içində məscidlər...
Bəzi dindarlar bunu yaxşı hal saymasa da...
Bakıda quldurluq, oğurluq, adam oğurluğu faktlarının xeyli azaldığı rəqəmlərlə göstərildi
Paytaxt polisinin əməliyyat müşavirəsində zərərsizləşdirilmiş cinayət qrupları barədə saysız rəqəmlər açıqlandı
Azərbaycanda mülk alan əcnəbilərə müvəqqəti vətəndaşlıq verilə bilər
Bölgələrdə ipoteka ilə bağlı ekspertlərlə Mərkəzi Bank rəsmilərinin niyyətləri bir-birilə uzlaşmadı
NEMƏT
 
 SON XƏBƏRLƏR
2010-07-19 Davudoğlu NATO təlimləri üçün Ermənistanla sərhədlərin müvəqqəti də olsa, açılmayacağını bildirdi
2010-07-19 Fransadakı iğtişaşlarda 60-a yaxın avtomobil yandırılıb
2010-07-19 Suraxanıda "Jiquli" "Mercedes"lə toqquşub
2010-07-19 Bakıda 175 saylı məktəbin qarşısında valideyn öldü
2010-07-19 Nabranda istirahətdən qayıdan ənclər faciə ilə üzləşdi
2010-07-19 Ucarda anasını maşın vurmuş Sahibə Hüseynova evdən qaçdı
2010-07-19 İran "LUKoyl"u "qara siyahı"ya salmaqla hədələyir
2010-07-19 İranda baş vermiş partlayışla bağlı 40 nəfər həbs edilib
2010-07-19 Yenə cəhənnəm - erməni və gürcülərdən xöşbəxtik
2010-07-19 Davudoğlu NATO təlimləri üçün Ermənistanla sərhədlərin müvəqqəti də olsa, açılmayacağını bildirdi
2010-07-19 Naxçıvandakı QHT-lərin İnkişaf Resurs Mərkəzində nə baş verir?
2010-07-19 İran parlamenti uranın 20 faizədək zənginləşdirilməsini qanuniləşdirdi
2010-07-19 İlham Əliyev Seçki Məcəlləsi ilə bağlı hökumətə iki ay vaxt verdi
2010-07-19 Prezident Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurova məktub ünvanladı
2010-07-19 Özəl şirkətlərdən qəzet üçün məlumat almaq getdikcə çətinləşir
2010-07-19 Prezident Batumiyə getdi
2010-07-19 Azərbaycanın qazı Türkiyədən Naxçıvana ötürüləcək
2010-07-19 Məmmədyarov-Nalbandyan görüşünün nəticəsizliyi Türkiyəni də məyus etdi
2010-07-19 VİP və ALP Sərdar Cəlaloğlunun fikirlərindən narazılıq etdi
2010-07-19 Partiyalar "deputat siyahılarında" iş adamlarına yer verəcəkmi?
2010-07-19 İlqar Altay "Mavi Mərmərə"dən başqa Kaçinskinin təyyarə qəzasını da araşdırır
2010-07-19 Allahşükür Paşazadə heç kimi dəstəkləməyəcək
2010-07-19 Vuruşub barışan partiya rəhbərlərinə görə bir çox jurnalistlər zərbə altında qalır
2010-07-19 Qarabağda kilsə tikintisinə Şeyxin susması dinşünasları da tərpətdi
2010-07-19 Türkiyə-Ermənistan sərhədinin NATO çərçivəsində bir neçə günlüyə açılması nəzərdən keçirilir
2010-07-19 Ekspertlər tarif söhbətini Gürcüstanın Azərbaycanın səxavətliliyindən istifadəsi kimi yozur
2010-07-19 Qazaxıstanın Türkiyədəki səfiri Zakir Həşimova vida qonaqlığı verdi
2010-07-19 ABŞ Fələstin və İsraili birbaşa danışıqları bərpa etməyə çağırıb
2010-07-19 ABŞ tərəfindən qaçırıldığı deyilən iranlı fizik barədə təzə xəbər...
2010-07-19 Almatıda son Qarabağ müzakirələri politoloqları bədbinləşdirib
2010-07-19 Nazarbayev Medvedyevin Dağlıq Qarabağ səylərindən tam məmnun qalıb
2010-07-19 Qırğızıstanın təhlükəsizlik xidməti iğtişaşların yenidən baş qaldırmasını istisna etmir
2010-07-19 "Elm haqqında" və "Ali təhsil haqqında" qanun layihələri Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq
2010-07-19 Uqo Çaves Venesuelanın xalq qəhrəmanı Simon Bolivarın meyitini qəbirdən çıxartdırıb
2010-07-19 Azərbaycanın Avropa Birliyi ilə Assosiasiya sazişi məsələsi maraqlı mərhələyə daxil olub
2010-07-19 Buzovnada "Cip"lə vurulan Vüqar Məmmədov dünyasını dəyişdi
2010-07-19 Bir telefon nə böyük şey idi, ay Fuad Süleymanov...
2010-07-19 Bakı-Qazax yolunda "QAZ-31"lə "KamAZ" kəllə-kəlləyə gəldi
2010-07-19 Sosioloq ailədaxili münaqişələrin yeni səbəblərini tapıb
2010-07-19 "Azərikimya" İB-nin magistral yollarında təmir başladı
2010-07-19 "Ombudsmanın" qoşalaşmasına dəstək verənlər çoxalır
2010-07-19 Ekspertlər 9 vergi nəhəngində ciddi islahatlara ehtiyac görür
2010-07-19 Molla məsciddə "Qalatasaray"a dua etdi
2010-07-19 Mourinyonun "Real"da "dəmir qanunları"...
2010-07-19 SOCAR Gürcüstanda klub alır?
2010-07-19 Leo Franko "Saraqosa"ya keçir
2010-07-19 Mirça Rednik "Xəzər Lənkəran"da nə qədər qazanacaq?
2010-07-19 "Qalatasaray" Harri Kyüeli satmayacaq
2010-07-19 Anri Fransa millisindən getdi
2010-07-19 Adriano 9,5 milyon avro qarşılığında "Barselona"ya keçdi
2010-07-19 Moldova yığmasının oyunçusu "Turan"da
2010-07-19 NEMƏT
2010-07-16 Qobustan həbsxanasında məhkum ürək tutulmasından dünyasını dəyişib
2010-07-16 Bir gündə 4 nəfər özünü öldürdü
2010-07-16 Dağıstanda baş vermiş partlayışa görə Bakı-Moskva qatarı dayandırıldı
2010-07-16 Xalq artisti Eldar Quliyevin bağ evində qan töküldü
2010-07-16 Hacı Məmmədov "bomba" kimidir
2010-07-16 Müsəlman maqnat fransalı qadınların çadra cəriməsini ödəməyi öhdəsinə götürdü
2010-07-16 ABŞ-a qarşı "Taliban" ordusunda meymunlar da döyüşürmüş...
2010-07-16 Oğul atasının meyitini Qəbələ meşələrində tapdı
2010-07-16 Nyu-Yorkda 11 sentyabr partlayışının yerində XVIII əsrə aid gəmi aşkar edilib
2010-07-16 Ermənistan öldürülmüş Azərbaycan əsgərinin meyiti barədə müəmmalı xəbər göndərib
2010-07-16 Abşeronun Qobu qəsəbəsində tikinti üstündə adam güllələdilər
2010-07-16 İlham Əliyev Xarici İşlər Nazirliyinin strukturunu təsdiq etdi
2010-07-16 Prezident Portuqaliya XİN başçısını qəbul etdi
2010-07-16 "Danışan deputatlarla" bağlı Nizami Cəfərovun tənqidinə iki münasibət...
2010-07-16 Portuqaliyanın XİN başçısı Elmar Məmmədyarova "Qarabağ dəstəyi" verdi
2010-07-16 Aydın Quliyev jurnalist stajı ilə bağlı sirr açdı
2010-07-16 Məhkəmə Cəlal Əliyevin "Yeni Müsavat"a qarşı iddiasını qismən təmin etdi
2010-07-16 "Diffamasiya Haqqında" qanun layihəsinin müəllifləri parlamentə dəvət olunacaq
 
 
 
Copyright (c) Bakı Xəbər 2009