Şəhid gizirimizin meyiti hələ də təmas xəttindədir
Mübariz İbrahimovun meyiti hələ ailəsinə təhvil verilməyib
İyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun meyiti hələ də təmas xəttindədir. Şəhidin meyiti hələ ailəsinə təhvil verilməyib. Bu barədə ANS-ə mərhumun yaxınları məlumat verib. Qeyd edək ki, Mübariz İbrahimov 2006-ci ildə Biləsuvar rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. 2009-cu ildə daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirib.