09 Iyun 2010-cı il, N 362(1860)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1756)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1262)
Nabranda istirahət Antalyadan baha başa gəlirmiş (1199)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1149)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
282930

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Bir neçə bankın filialları talan edilib
"Royal Bank", "Azərdəmiryolbank", "Nikoylbank"...

Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hazırda 42 cinayət işinin istintaqı aparılır. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

   Məlumata görə, araşdırılan cinayət işlərindən biri Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "Royal Bank" ASC-nin bir sıra filiallarının fəaliyyəti yoxlanarkən aşkar edilmiş qanun pozuntuları ilə bağlıdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, "Royal Bank" ASC-nin "Paytaxt" filialının müdiri işləmiş Anar Həşimov qulluq mövqeyindən istifadə etməklə və vəzifə saxtakarlığı yolu ilə ona etibar edilmiş özgə əmlakını külli miqdarda mənimsəyərək talayıb.

   Anar Həşimov filial müdiri işləyərkən, depozit müqaviləsinə əsasən, Yusif Abdullayev tərəfindən xəzinə mədaxil orderilə filiala əmanət qismində təhvil verilmiş pul üzrə əməliyyat aparılarkən əmanətçinin xəbəri olmadan bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan xəzinə məxaric orderində sonuncunun imzasını saxtalaşdırıb, əmanətçinin 50 min 259 manat əmanət və faiz pulunu filialın xəzinəsindən qanunsuz olaraq götürüb. Törətdiyi cinayət əməllərinə görə Anar Həşimov Cinayət Məcəlləsinin etibar edilmiş külli miqdarda özgə əmlakını talama və vəzifə saxtakarlığına görə məsuliyyət nəzərdə tutan 179.3.2-ci və 313-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, Mərkəzi Bank tərəfindən aparılan yoxlama zamanı depozitlərin qəbulu, kreditlərin verilməsi, müəssisələr arasında bank əməliyyatlarının həyata keçirilməsi prosesində aşkar edilmiş digər qanun pozuntuları üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

   Baş Prokurorluğun məlumatında həmçinin bildirilir ki, torpaq sahələrinin qanunsuz satılması, zəbt edilməsi kimi aktuallığı ilə seçilən torpaq üzərində mülkiyyət hüququnun pozulması cinayətlərilə mübarizə daha da gücləndirilib.

   Belə ki, Balaxanı bələdiyyəsi tərəfindən torpaq sahələrinin qanunsuz satılması barədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material üzrə kifayət qədər əsaslar olduğundan, Cinayət Məcəlləsinin 308.1-ci, 311.2-ci və 313-cü maddələri ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Cavanşir Aslan oğlu Məmmədov Balaxanı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb. Qanunvericiliklə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirildiyi halda, o, qanunun tələblərini pozaraq, 2008-ci il yanvarın 23-dən 2009-cu il iyulun 10-dək olan müddətdə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul etməyə səlahiyyəti olmadığı halda, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan Balaxanı bələdiyyəsinin ərazisində yaşamayan və ya həmin ərazi üzrə qeydiyyatı olmayan 122 vətəndaşın, 6 fiziki və hüquqi şəxsin adına ümumilikdə 56 min 480 kvadratmetr torpaq sahəsinin ayrılmasına və icarəyə verilməsinə dair təkbaşına qərarlar qəbul edib. C.Məmmədov həmin torpaqların alqı-satqı yolu ilə vətəndaşların mülkiyyətinə verilməsini təşkil edərək, Balaxanı bələdiyyəsinin qanunla qorunan mənafelərinə zərər vurub.

   Bundan əlavə, o, yenə həmin vəzifədə işləyərkən, mülkiyyətində olmasa da, faktiki istifadə etdiyi 850 kvadratmetr torpaq sahəsini satması və torpaq sahəsinə bələdiyyədən sənəd verilməsi üçün 2009-cu il oktyabrın sonunda ona müraciət edən Balaxanı qəsəbəsinin sakini Ədalət Əliyevdən həmin torpaq sahəsinə digər şəxsin adına köhnə tarixə, yəni 2005-ci il üçün sənəd verməsinə görə 3 min ABŞ dolları məbləğində rüşvət alıb.

   Törətdiyi cinayət əməllərinə görə Cavanşir Məmmədov Cinayət Məcəlləsinin 309.1-ci, 311.2-ci və 313-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

   "Azərdəmiryolbank" ASC-nin "Gəncə-2" filialının 2008-ci il yanvarın 1-dən 2009-cu il iyulun 7-dək olan dövr ərzində fəaliyyəti bankın kredit və daxili audit departamentinin auditorları tərəfindən yoxlanarkən plastik kart vasitəsilə kreditlərin verilməsi prosesində, biznes və digər məqsədlər, eləcə də avtomobil almaq üçün kreditlərin verilməsi zamanı külli miqdarda pul vəsaitinin talanması faktları aşkar edilib. Toplanmış material hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

   Həmin material üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələrilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, "Azərdəmiryolbank" ASC-nin "Gəncə-2" filialının müdiri vəzifəsində işləyən Fərid Qurbanov 2006-cı ildə dostu, sahibkarlıq fəaliyyətilə məşğul olan Malik Hüseynov ilə qabaqcadan cinayət əlaqəsinə girərək sonuncunun icarəyə götürüb işlətdiyi çoxsaylı mağaza və iaşə obyektlərinə işə götürdüyü, eləcə də qohumluq və tanışlıq münasibətində olduqları şəxslərin, yaxud əvvəllər filialın xidmətlərindən istifadə etmiş şəxslərin adlarına 2006-2009-cu illərdə kredit verilməsinə dair saxta müqavilələr və digər rəsmi sənədlər tərtib edib. Bundan əlavə, vətəndaşların qanuni şəkildə götürdüyü kredit hesabına apardıqları ödəmə pullarını uçotdan gizlədərək ələ keçirib və bununla da "Azərdəmiryolbank" ASC-yə məxsus 1 milyon 678 min 255 manat məbləğində külli miqdarda nağd pul vəsaitini talayıblar.

   Törətdikləri cinayət əməllərinə görə Fərid Qurbanov və Malik Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

   Ayrı-ayrı şəxslərin əmlakının aldatma yolu ilə ələ keçirmələri barədə vətəndaşların çoxsaylı şikayətləri ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Şölə Gülmalıyeva Bakının Nizami rayonundakı 61 saylı orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2 min 500 manat məbləğində rüşvət alıb.

   Törətdiyi cinayət əməllərinə görə Ş.Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqla həmçinin müəyyən edilib ki, 2006-2009-cu illərdə Ş.Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında "Kapitalbank"ın 1 saylı Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilib, vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Ş.Gülmalıyevaya verilərək sonuncu tərəfindən mənimsənilib.

   Bundan sonra bank tərəfindən Şölə Gülmalıyevadan götürdüyü kreditlər üzrə yaranmış əsas və faiz borclarının ödənilməsi tələb edildikdə, sonuncu ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla bankdan 6 halda cəmi 900 min ABŞ dolları və 3 milyon 230 min manat ipoteka kreditini rəsmiləşdirərək həmin borcları ödəyib.

   İstintaqla müəyyən edilib ki, Ş.Gülmalıyeva qeyd olunan illər ərzində "Nikoil Bank"ın 2 saylı filialından da ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla külli miqdarda kreditlər götürüb, eləcə də ayrı-ayrı vətəndaşları aldadaraq, onların külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib. Hazırda həmin iş üzrə araşdırma davam etdirilir.

   
Xəbər xidməti
Oxunub: 389 Geri gayıt
Digər xəbərlər
Astaralı Elməddin İrandan kiloqramı min dollara aldığı həşişi satarkən tutuldu
Bakıda klinikanın mühasibini öldürüb yandıranlara hökm oxundu
Əmir Bayramov, Ceyhun Kərimov və Zaur Qasımovun hər birinə 15 il iş verdi
Köçkünlərin 100 min manatını "yemiş" Tərtər Hərbi Komissarlığının hüquqşünası məhkəmə qarşısına çıxarıldı
Rəşad Hüseynovun cinayətkar dəstəsində iki bacı da var
Bir neçə bankın filialları talan edilib
"Royal Bank", "Azərdəmiryolbank", "Nikoylbank"...
 
 SON XƏBƏRLƏR
2010-06-09 Etimad İsmayılovun məhkəməsi iyunun 15-ə qaldı
2010-06-09 Lerikdən gəlib Maştağada işləyən fəhlə özünü asdı
2010-06-09 Gəncədəki Şahsevərlər məscidində atılmış körpə tapılıb
2010-06-09 "Mətbuat Şurasının "qara siyahı"sının rəngi bir qədər də tündləşə bilər"
2010-06-09 Topdansatış bazarı partladıldı
2010-06-09 Bakı-Sumqayıt yolunda silahlı dava...
2010-06-09 Bakı sakini Şahin Əliyev ayaqlarını itirməmək üçün başını kəsdi
2010-06-09 Bu dəfə Qəzzaya humanitar gəmini dünya yəhudiləri özləri göndərmək istəyir
2010-06-09 Türkiyədə Putinə sui-qəsd cəhdi...
2010-06-09 Builki əlaçı şagirdlər qızıl medaldan məhrum oldular
2010-06-09 Milli Məclisə Seçki Məcəlləsində dəyişikliklər layihəsi daxil oldu
2010-06-09 Təhsil Nazirliyinin, KİV DF və Mətbuat Şurasının jurnalistlər üçün birgə müsabiqə layihəsinə start verildi
2010-06-09 Azərbaycan Fransa parlamentinin bəzi üzvlərini "qara siyahı"ya sala bilər
2010-06-09 Prezident bir qrup təhsil işçisini təltif etdi
2010-06-09 Robert Qeytsin Bakı səfərindən sonra hərbi doktrinada dəyişikliklər edilə bilər
2010-06-09 İlham Əliyev "Çırağan" Sarayındakı dünya sammitində İsrailin hərəkətlərini pislədi
2010-06-09 Beynəlxalq Təşkilat Azərbaycanda DİN, Ədliyyə və Təhsil Nazirliyindən şikayətlərin azaldığını bildirdi
2010-06-09 ADP güc-bəla ilə deputatlığa 51 namizəd müəyyənləşdirib
2010-06-09 Akif Nağı "Qarabağ naminə yalnız müharibə" deyənləri parlamentə saldırmaq istəyir
2010-06-09 Nəqliyyat müfəttişləri ilə bağlı insidentlər çoxalır
2010-06-09 Fərda terroru niyə metroda yox, ADNA-da törətdi?
2010-06-09 İsrail "Gəmi əməliyyatını" araşdırmaq üçün komissiya yaradılmasına razılıq verdi
2010-06-09 Bakıdakı dini konfessiyalar İsrailin məşhur "gəmi əməliyyatı" barədə niyə susur?
2010-06-09 Rusiya qəzaya uğramış Polşa təyyarəsində meyitlərdən oğurluq edildiyini təsdiqləyir
2010-06-09 BŞİH müsavatçı gənclərin bu gün İsrail səfirliyi qarşısında aksiya keçirilməsilə bağlı müraciətinə cavab vermədi
2010-06-09 Baş Prokurorluq həbs olunmuş jurnalist Elman Malıyevlə bağlı əlavə məlumatlar açıqladı
2010-06-09 Polis Akademiyasının rəisi Ramiz Nağıyevin İordaniyaya gedişinin səbəbini səfir bəyanladı
2010-06-09 Gəncə sakinləri çayxanada polisi döyüb
2010-06-09 Araz çayının yeni açılmış qolu təzədən doldurulur?
2010-06-09 İpoteka krediti ətrafında yeni olaylar cərəyan edir
2010-06-09 Putin nə Ermənistanın, nə də Azərbaycanın qarşısında günahkar olmaq istəyir
2010-06-09 Konstitusiya Məhkəməsi CHP-nin AKP-yə qarşı müraciətini qəbul etdi
2010-06-09 Əhmədinejad dünya sammitində danışarkən İsrail səfiri zalı tərk etdi
2010-06-09 İsrail komandosları İranda fəaliyyət göstərir?
2010-06-09 ABŞ-Azərbaycan isinişməsi dünya mediasının aparıcı mövzusuna çevrildi
2010-06-09 Putinin "Nabukko" ilə bağlı növbəti kinayəsi...
2010-06-09 ABŞ-la Azərbaycan gələn ay ikitərəfli müdafiə məsləhətləşməsinə başlayacaq
2010-06-09 Fəzail Ağamalı Obamanın məktubunu ətrafının ona təsirinin nəticəsi saydı
2010-06-09 Mərkəzi Bank işğal rayonlarına "MİGOM"la pulköçürməni qadağan etdi
2010-06-09 Xəzər polisi hava limanına çəkilən kabelləri oğurlayan şəxsi həbs etdi
2010-06-09 Neft-Qaz Elmi Tədqiqat İnstitutunda ixtisarlar narazılıq doğurub
2010-06-09 Abid Şərifov Arazın təzə qolunu Xəzərə çatdırmaq üçün nə təklif etdi?
2010-06-09 İqtisadiyyat Nazirliyi "Səhliyalı"nın nəfəsini tam kəsdi
2010-06-09 İyuldan ərzaq məhsulları bahalaşacaq
2010-06-09 Təhsil Nazirliyi "Qaynar xətt" zənglərinə görə iki direktora sərt cəza verdi
2010-06-09 Universitetlərin Bakıdan kənara köçürülməsi təqdir olunsa da...
2010-06-09 "Qalatasaray" Elanonun qiymətini dünya çempionatından sonra açıqlayacaq
2010-06-09 "Fənərbaxça" yeni mövsümdə ilk transferini etdi
2010-06-09 Bundesliqa Avropanın ən gəlirli çempionatıdır
2010-06-09 UEFA Əmrəni Türkiyənin ən yaxşı futbolçusu seçdi
2010-06-09 "Bakı" bu dəfə serbiyalı mütəxəssisə tapşırıldı
2010-06-09 Çelsi" "Bavariya"nın ulduzu Şvaynştaygerlə maraqlanır
2010-06-09 Droqba proqnozları alt-üst etdi
2010-06-09 Dünya Çempionatı başlamamış qalmaqal başladı
2010-06-09 Futbol üzrə Dünya çempionatına 2 gün qaldı
2010-06-09 Astaralı Elməddin İrandan kiloqramı min dollara aldığı həşişi satarkən tutuldu
2010-06-09 Bakıda klinikanın mühasibini öldürüb yandıranlara hökm oxundu
2010-06-09 Köçkünlərin 100 min manatını "yemiş" Tərtər Hərbi Komissarlığının hüquqşünası məhkəmə qarşısına çıxarıldı
2010-06-09 Bir neçə bankın filialları talan edilib
2010-06-09 Misir Mərdanov universitetlərin mərkəzdən köçürülməsini dəstəklədi
2010-06-09 Bakıda Emin Əliyarov və Elçin Qasımov öz maşınları ilə iki piyadanı vurdu
2010-06-09 "Aqrolizinq" dörd soyuducu kameranın quraşdırılmasına dair tender elan etdi
2010-06-09 Dissertasiyaları heç də bütün jurnallarda çap etdirmək mümkün olmayacaq
2010-06-09 Salyandakı "Elçin" şadlıq evində "uşaqlar-siqaret" problemi müzakirə edildi
2010-06-09 "Araz" Kredit İttifaqı Azərbaycan Kredit İttifaqları Assosiasiyasından xaric edildi
2010-06-09 Qubanın Birinci Nügədi kənd sakini göldə boğulub
2010-06-09 Şou müğənnilərinin bəzi davranışları Əlibaba Məmmədovu qeyzləndirib
2010-06-08 Dini Komitə müraciət etmiş 800 icmadan 365-ni artıq qeydiyyata alıb
2010-06-08 Bakıda saxta polislər peyda olub
2010-06-08 Bakı Şəhər Prokurorluğunun idarə prokurorunun oğlu qəzada öldü
 
 
 
Copyright (c) Bakı Xəbər 2009