21 May 2010-cı il, N 350(1848)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1756)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1262)
Nabranda istirahət Antalyadan baha başa gəlirmiş (1199)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
12
3456789
10111213141516
17181920212223
24252627282930
31

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Türkiyə-Ermənistan sərhədlərinə dair yeni məxfi sənəd...
Kəlbəcərin azad edilməsi məsələsi qəfildən önə çıxdı
Ankara İrəvanı çıxılmaz duruma saldı

Türkiyə və Ermənistan arasında yenidən maraqlı proseslər cərəyan etməkdədir. Bunun əsas səbəblərindən biri iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün yeni sənədin peyda olmasına dair yayılan məlumatlardıra, digər səbəb Qərb dövlətləri tərəfindən Ankara ilə İrəvan arasında qoyulan konkret yeni şərtlərdir.

   Bu barədə danışmazdan öncə qeyd edək ki, Türkiyənin "Milliyət" qəzetinin yazdığına görə, Türkiyə parlamentinin deputatı, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Suat Kınıklıoğlu həqiqətən Ermənistanla bağlı yeni sənədin olduğunu təsdiq edib. Onun sözlərinə görə, indi Ankara-İrəvan danışıqları masasında yeni sənəd var: "Onun təfərrüatlarını açıqlamayacağam. Yalnız onu deyə bilərəm ki, sənəddə yaxşı təkliflər var. Həmin təkliflərin qəbul olunub-olunmayacağı Ermənistan tərəfindən asılıdır".

   Xatırladaq ki, ötən ilin oktyabrında İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanmasına və sərhədlərin açılmasına dair imzalanan protokollar, hələ ki, dondurulmuş vəziyyətdədir. İndi bu protokollar bəzi yerli və xarici ekspertlər tərəfindən dünya dövlətlərinin yaratdığı yeni problem kimi də dəyərləndirilir. Düzdür, hadisələrin gedişi bu protokolların tam şəkildə qapadılmasını təsdiq etmir. Protokollar imzalanmazdan əvvəl Türkiyənin Ermənistanla sərhədlərini hələ 1993-cü ildə məhz Kəlbəcərin işğal olunmasına görə bağladığı məlum həqiqətdir.

   "Modern.az" saytına Türkiyə diplomatik dairələrindən verilən məlumata görə, son zamanlar dünyanın super gücləri Türkiyəni Ermənistanla sərhədləri tez bir zamanda açmağa məcbur etməsinin qarışılığında qardaş ölkə həm dünyanın super gücləri, həm də Ermənistan qarşısında yeni şərt qoyub. Sadə və məntiqi şərt: Türkiyə Ermənistanla sərhədləri Kəlbəcərin bu dövlət tərəfindən işğalına görə bağlayıb. Bu rayon işğaldan azad olunacağı təqdirdə sərhədlər açıla bilər. Odur ki, Kəlbəcər işğaldan azad edilməyənə qədər sərhədlərin açılmasından söhbət gedə bilməz.

   Türkiyənin diplomatik qaynaqları onu da bildirir ki, dünya dövlətləri, Ermənistan bu məntiqli arqumentin qarşısına alternativ çıxara bilmir. Odur ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılmasından söhbət gedirsə, öncə Kəlbəcər boşaldılacaq. Kəlbəcər və Laçını danışıqlar peosesinin gedişində oyun quraraq özününküləşdirmək istəyən Ermənistan indi Türkiyə qarşısında siyasi mübarizədə arqumentsiz qalıb. Kəlbəcərin həm strateji, həm də digər əhəmiyyətli tərəfləri Ermənistanı bu bölgədən vaz keçməməyə iştahlandırmışdısa, artıq dünya dövlətlərinin basqısı və Türkiyənin mövqeyi Ermənistanı Kəlbəcəri azad etməyə məcbur edə bilər.

   Xatırladaq ki, 1993-cü ildə Kəlbəcərin zəbt edilməsindən sonra Türkiyə Azərbaycanın digər bölgələrini işğaldan qorumaq üçün Ermənistanla sərhədlərini bağladı.

   Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan isə bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində real addımlar atılmasa və Azərbaycan razılıq verməsə, Türkiyənin Ermənistanla sərhədlərinin açılacağını düşünmək sadəlövhlük olardı. Onun sözlərinə görə, ilk gündən məlum olduğu kimi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır.

   Avropa İttifaqı ilə müsəlman dünyası arasında dialoqu gücləndirmək məqsədilə qurulan LİNKS düşüncə dərnəyinin rəhbəri Dennis Sammut də bildirir ki, Ankara ilə İrəvan arasında imzalanan protokolların icrasında rəsmi Bakı həlledici söz sahibidir

   Azərbaycanın xarici siyasətinin əsasını Dağlıq Qarabağ münaqişəsinin həllinin təşkil etdiyini deyən LİNKS sədri bildirib ki, son 10 ildə Azərbaycan, demək olar ki, bütün siyasətini məhz bu problemin həlli üzərində qurub və rəsmi Bakı Dağlıq Qarabağın müstəqilliynin heç vaxt qəbul etməyəcək "Son 10 ildə tez-tez Azərbaycana səfər etdim. Müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycan 10 il əvvələ nisbətən bu məsələyə daha çox diqqət ayırır. Bu ölkə Dağlıq Qarabağın müstəqilliyini heç vaxt qəbul etməyəcək. Əhalinin əksəriyyəti münaqişənin müharibə yolu ilə həllinə tərəfdardır. Azərbaycan tərəfi isə, vasitəçilərin tərəfsizliyinə inanmasa da, münaqişə ilə bağlı sülh danışıqlarını davam etdirir. Bu ölkənin xarici siyasətinin əsas prioritetidə Dağlıq Qarabağ münaqişəsidir".

   Dennis Sammuta görə, xarici siyasətində mühüm irəliləyişlər müşahidə olunan Azərbaycan Rusiya ilə əlaqələri gücləndirib,ABŞ və İsraillə daha sıx əməkdaşlığa başlayıb. Azərbaycanın yeraltı təbii sərvətlərə sahib olduğunu diqqətə çatdıran LİNKS sədri neft və təbii qaz ehtiyatları ilə zəngin olan bu ölkənin son vaxtlar dünya səhnəsindəki rolunun artdığını da bildirib: "Dünyada enerjiyə olan ehtiyacı nəzərə alsaq, vəziyyət getdikcə Azərbaycanın xeyrinə dəyişir. 10 il əvvəl bu barədə heç söhbət belə gedə bilməzdi. Amma indi Azərbaycan dünya siyasi arenasında özündən daha çox bəhs etdirir".

   Azərbaycanın Türkiyə ilə münasibətlərinə, Ankara ilə İrəvan arasında imzalanan protokollara da toxunan Dennis Sammut sənədlərin icrasında rəsmi Bakının həlledici söz sahibi olduğunu ifadə edib.

   Protokolların imzalandığı ilk vaxtlarda Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri xatırladan Sammut Ankaranın Bakının maraqlarına zidd addımlar atmayacağına əminliyini də ifadə edib.

   
Tahir TAĞIYEV
Oxunub: 647 Geri gayıt
Digər xəbərlər
Mərkəzi Seçki Komissiyası qondarma "Dağlıq Qarabağ parlamentinə seçkilər"i alt-üst etdi
Bəyanatda "böyük güc sahibləri" ittiham olundu
Beynəlxalq Hüquq Bürosu Dəniz Baykalla bağlı pornokaseti montaj elan etdi
"Görüntülərdə əslində iki kişi var"
Əli Əliyev kitaba qarşı videoçəkiliş çıxardı
VİP sədri kitabda çap olunandan fərqli çıxışının videomətnini payladı
Qarabağ ermənilərinin qanunsuz seçki oyunu BMT Təhlükəsizlik Şurasına çıxdı
Səfir Aqşin Mehdiyev məktub ünvanlayıb
ABŞ-ın İranla müharibə hazırlığı avqustda tam başa çatacaq
ABŞ-ın ikinci aviadaşıyıcı qruplaşması Fars körfəzinə doğru irəliləyir
Türkiyə-İran-ABŞ üçbucağında yeni nüvə gərginliyi...
Ərdoğan Obama və Putinlə gərgin telefon danışığında məqbul cavab almadı
Ermənidən vicdanlı söz...
Vardan Oskanyan: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində real addımlar atılmasa, Türkiyə Ermənistanla sərhədləri açmayacaq"
İrana qarşı dördüncü sanksiyalar paketi BMT-yə təqdim olundu
Ballistik raketlərin inkişafına məhdudiyyət qoyulur
Dağlıq Qarabağ münaqişəsilə bağlı iki qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyindədir
Türkiyə-Ermənistan sərhədlərinə dair yeni məxfi sənəd...
Kəlbəcərin azad edilməsi məsələsi qəfildən önə çıxdı
 
 SON XƏBƏRLƏR
2010-05-21 Nəsimidə "Nissan Tida" "Range Rover"i vurub adamların üstünə atdı
2010-05-21 21-ci Polis Bölməsi Bakıda Allahın evindən oğurluq edəni həbs etdi
2010-05-21 Masazırda fəhlə 5-ci mərtəbədən yıxıldı
2010-05-21 Azərbaycan beynəlxalq təşkilatlara borclu düşdü
2010-05-21 Bakıda maşından 200 min oğurlayan dəstə həbs edildi
2010-05-21 Gəncə polisi özünü bıçaqlayan Əhmədov Elmiri ifşa etdi
2010-05-21 ABŞ rəsmi surətdə hindulardan üzr istədi
2010-05-21 Müsavatla Demokratiya Uğrunda İttifaq bugünə təyin etdikləri aksiyanı təxirə saldı
2010-05-21 Məzahir Pənahov da ATƏT-in Az.TV barədə təklifinə təəccübləndi
2010-05-21 Misir Mərdanov "Son zəng" tədbirlərinə üç saat vaxt qoydu
2010-05-21 Müdafiə naziri girov götürülüb
2010-05-21 Türkiyə XİN Dağlıq Qarabağdakı qanunsuz seçkiyə əla ad qoydu
2010-05-21 Azərbaycan İrana qarşı yeni 4-cü sanksiyanı necə qarşıladı?
2010-05-21 Prezident Administrasiyasında parlament seçkiləri ilə bağlı önəmli müzakirə keçirildi
2010-05-21 Büdcəyə yenidən baxılmasının lehinə və əleyhinə olanların arqumentləri...
2010-05-21 Avropa Parlamenti Ermənistanı rəsmən işğalçı kimi tanıdı
2010-05-21 "Əl Cəzirə" telekanalının yayımına qadağa qoyulub
2010-05-21 AMİP Güney Azərbaycan Milli Hərəkatının növbəti ildönümünü keçirdi
2010-05-21 Ümid Partiyası, deyəsən, mayın 22-də heç bir aksiya keçirməyəcək
2010-05-21 Bakıdakı "Müşfiq məscidi"nin başında iş var
2010-05-21 Əli Məsimov iqtisadiyyatımızın 10 faizini "kölgəyə saldı"
2010-05-21 Millət vəkili büdcəyə yenidən baxılmasını tələb edir
2010-05-21 Azərbaycanın bank sektorunda yeni böhran gözlənir
2010-05-21 "Qoca" ləqəbli Namiq Məmmədovun 500 minlik bir cinayəti də açılıb
2010-05-21 "Aqrolizinq" MMC-nin filial direktorunun məhkəməsi başladı
2010-05-21 Hafiz Paşayev Diplomatik Akademiyanın yeni magistrlərilə görüşdü
2010-05-21 Demokratiya Uğrunda İttifaqın "104 deputatı" hazırdır
2010-05-21 Ümid Partiyası çay süfrəsində görüşən 4 partiya sədrinə ikibaşlı söz dedi
2010-05-21 Telman İsmayılov Rusiya "FSB"nin bir addımlığında 60 milyon dollara torpaq aldı
2010-05-21 Vergilər nazirinin müavini Əli Məsimovun fikrini tam təkzib etdi
2010-05-21 Səttar Mehbalıyev ikili mühasibatın əsas səbəbini açdı
2010-05-21 Ekspertlər neftin ucuzlaşmasının müvəqqəti olduğunu düşünür
2010-05-21 Dollar hara qədər bahalaşacaq?
2010-05-21 Mərkəzi Seçki Komissiyası qondarma "Dağlıq Qarabağ parlamentinə seçkilər"i alt-üst etdi
2010-05-21 Beynəlxalq Hüquq Bürosu Dəniz Baykalla bağlı pornokaseti montaj elan etdi
2010-05-21 Qarabağ ermənilərinin qanunsuz seçki oyunu BMT Təhlükəsizlik Şurasına çıxdı
2010-05-21 Türkiyə-İran-ABŞ üçbucağında yeni nüvə gərginliyi...
2010-05-21 Ermənidən vicdanlı söz...
2010-05-21 İrana qarşı dördüncü sanksiyalar paketi BMT-yə təqdim olundu
2010-05-21 Dağlıq Qarabağ münaqişəsilə bağlı iki qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyindədir
2010-05-21 Bakı məktəbləri su basmış rayon məktəblilərinə kömək təklif etdi
2010-05-21 Kür 600 milyon manatı apardı
2010-05-21 Narkotik vasitələrin alverində təqsirləndirilən Bakı sakini Ələkbərova Arzu məhkəmə zalından azadlığa buraxıldı
2010-05-21 Goranboy sakini İvan göldə batıb
2010-05-21 Tanınmışlar 88 yaşı tamam olmuş "rəhmətlik" pioneri necə xatırlayır?
2010-05-21 Eyyub Hüseynov kolbasanı tam yaramaz məhsul adlandırdı
2010-05-21 Bakıda yandırılan tullantıların böyük fəsadları üzə çıxıb
2010-05-21 "Əbu Bəkr"i partladan 31 nəfərlik vəhhabi dəstəsinə son söz imkanı verildi
2010-05-21 Uzun saçlı oğlanların xasiyyətində şok dəyişmələr...
2010-05-21 "Xəzər Lənkəran" bundan sonra yerli futbolçulara üstünlük verəcək
2010-05-21 Del Boskedən Guiza ilə bağlı şok qərar
2010-05-21 "Yuventus"un yeni baş məşqçisi Del Neri oldu
2010-05-21 Finalda "Bavariya" - "İnter" qarşılaşması ingilislərə tapşırıldı
2010-05-21 Mübariz Mənsimov "Beşiktaş"a maddi dəstəyini dayandırdı
2010-05-21 Pelleqrininin "Real"dan qovulması xəbəri yayıldı
2010-05-21 Paraqvay yığmasını Fransada şoka salan oğurluq
2010-05-21 "Fənər"in prezidenti məğlubiyyətdən sonra çox sərt açıqlamalarla gündəmə gəldi
2010-05-21 Binədə "Hyundai"la vurulan Şəmdin Əliyev vəfat etdi
2010-05-21 Sumqayıtda Tamara Quliyevanın evi partlayıb
2010-05-21 İctimai Komissiya Səbaildəki mağazaları alt-üst etdi
2010-05-21 Sel basmış 9 rayonun pensiyaları tam paylanıb
2010-05-21 Türkiyədəki kömür mədənində baş verən partlayışdan sonra yer altında qalan 30 fəhlədən 28-nin meyiti çıxarılıb
2010-05-21 Astarada Zamid adlı gənc 76 yaşlı babasını bıçaqladı
2010-05-21 Mayın 26-da Bakıda "kitab hadisəsi" olacaq
2010-05-21 Atatürk litseyinin 16 yaşlı şagirdi - ən gənc yazıçı Rəsul Rza mükafatı aldı
2010-05-21 "Ləziz sənətçi" kimdir?
2010-05-21 Firuzə İbadova uşağa baxır
2010-05-21 Şou əhli sel-daşqın qurbanlarına hörmətsizlik etdi
2010-05-21 Şou-müğənnilər Milli Kulinariya Mərkəzinə qarşı kampaniyaya hazırlaşır
2010-05-20 Siyəzəndə 45 yaşlı kişi ailə münaqişəsi zəminində özünü bıçaqladı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009