.jpg)
"Barselona" klubu son 8 oyunda ilk dəfə futbol üzrə İspaniya çempionatında qalib gələ bilməyib. Çempionatın 33-cü turu çərçivəsində "Barselona" səfərdə "Espanyol"la heç-heçə oynayıb - 0:0. Oyunun 62-ci dəqiqəsində "Barselona" meydanda 10 nəfərlə qalıb. Belə ki, Daniel Alves iki sarı kartla oyundan çıxarılıb. Bu heç-heçədən sonra "Barselona"nın 84 xalı var. Komanda ən yaxın izləyicisi "Real"ı 4 xal qabaqlayır.