Polşanın sabiq prezidenti pilotun kiminsə tapşırığı ilə hərəkət edə biləcəyinə işarə vurdu
.jpg)
Smolenskdə qəzaya uğrayan "Tu-154" təyyarəsinin pilotu kiminsə tapşırığı ilə hərəkət edə bilərdi. Milli.Az-ın "İTAR-TASS"-a istinadən verdiyi xəbərə görə, belə bir sensasiyalı bəyanatla Polşanın keçmiş prezidenti Lex Valensa çıxış edib.
Onun sözlərinə görə, Polşa milli aviasiyasının hökümət uçuşlarını həyata keçirən bölməsi yüksək peşəkarlardan təşkil olunub. "Qatı duman şəratində yüksək səviyyəli bir pilotun öz başına təyyarəni dəfələrlə endirməyə cəhd etməsi inandırıcı görünmür"- deyə o bildirib. Bununla belə, sabiq prezident onu da əlavə edib ki, komissiyanın rəsmi açıqlamasını gözləmək lazımdır. Qeyd edək ki, şənbə günü yerli vaxtla saat 10:50-də Smolensk vilayətində Polşa Prezidentinin təyyarəsi yerə enərkən qəzaya uğrayıb. Təyyarənin bortunda 132 nəfər, o cümlədən prezident və onun xanımı da olub. Qəzaya uğramış təyyarədə Polşa prezidenti və xanımı ilə yanaşı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub.
Lex Kaçinski Smolensk vilayətinin Katın kəndində anım tədbirlərində iştirak etməli idi. 1940-cı ilin yazında polşalı zabitlər həmin kənddə güllələnib. Polşa prezidentilə bərabər, güllələnmiş zabitlərin övlad və nəvələri də təbirə qatılmalı idi. Lex Kaçinski Smolenskə təyyarə ilə, oradan Katına isə xüsusi qatarla getməli idi.