Son qanlı terror aktı ilə 1989 və 2004-cü illərdəki terrorların mötəbər müqayisəsi gedir
.jpg)
Bazar ertəsi günü Moskva metrosunda törədilmiş intiharçı bomba partlayışlarından sonra onun nəticələri və proseslərin sonrakı inkişaf istiqaməti hələ də gündəmin əsas mövzusu olaraq qalır. Qeyd edək ki, Moskva metrosunda baş vermiş terror nəticəsində yaralanan şəxslər arasında bir azərbaycanlı da var.
Hələlik isə birmənalı şəkildə istisna olunmur ki, baş verənlər, ilk növbədə, Moskvanın Qafqaz siyasətində yeni korrektələrə gətirib çıxaracaq. Bunun Azərbaycana və digər Cənubi qafqaz ölkələrinə hansı təsir göstərə biləcəyinə dair isə elə Rusiya mediasının özündə müxtəlif məlumatlar, fikirlər yer alır. Məsələn, "Press Sentr" yazır ki,
Rusiya Qafqazda terrorçuların mövqeyini zəiflətmək üçün region ölkələrilə işbirliyini gücləndirməli olacaq. Konkret Azərbaycana gəlincə, bildirilir ki, qarşıdakı dövr ərzində Rusiya xüsusi xidmət orqanları ilə Azərbaycanın eyni orqanları arasında işbiriliyinin daha da möhkəmlənəcəyi gözləniləndir: "Bu vaxta qədər də iki ölkənin xüsusi xidmət orqanları arasında sıx işbirliyi mövcud olub. Bunun nəticəsində xeyli sayda terrorçu da zərəsizləşdirilib. Lakin Moskvada baş verənlər göstərdi ki, terrorçular hələ də ciddi təhlükə mənbəyi olaraq qalır. Deməli sıx işbirliyi bundan sonra daha aktual xarakter daşıyacaq".
Qeyd olunur ki, Azərbaycanla işbirliyi əsas etibarıilə Dağıstanda terrorçuların zərərsizləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Lakin o da vurğulanır ki, Dağıstanda terrorçulara qarşı əməliyyatların mitqyasının genişlənməsi onların buradan bütün regiona səpələnməsinə səbəb ola bilər. Başqa sözlə deyilsə, terrorçular Azərbaycanla olan sərhədləri keçməyə də daha çox meyl edə bilər. Xatırladaq ki, indiyə qədər terrorrçuların qarşısı Azərbaycanın müvafiq orqanları tərəfindən uğurla alınıb.
Bununla yanaşı, o da məlum olub ki, Moskva terrorla mübarizədə fəaliyyət strategiyasını da dəyişməyə hazırlaşır. Artıq Rusiya özünün təhlükəsizlik haqda qanunvericiliyinə dəyişiklik etməyi planlaşdırır.
Rusiya prezidenti Dmitri Medvedyev ölkənin rəsmi qurumlarından terrorçuluqla mübarizə barədə qanuna dəyişikliklər edilməsinə dair təkliflər irəli sürməyi xahiş edib. Qeyd edək ki, Rusiya qəzetləri hökümətin təhlükəsizlik sahəsində fəaliyyətinə tənqidi yanaşır və mövcud təhdidlərə dair hökümətin strategiyasının təftişinə çağırırlar.
Bu arada Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov yenidən deyib ki, hücumu Şimali Qafqazla əlaqəli qruplar həyata keçirib.
Moskvadakı Karnegi Mərkəzindən Rusiya siyasəti üzrə ekspert Liliya Şevtsova bu ittihamları və rəsmilərin verdiyi bəyanatları belə şərh edib: "Mən radio, televiziya və internetdəki reportajları izləyirəm və Rusiya rəsmilərindən birinin tamamilə iztirablı bir etirafıilə qarşılaşdım. O, demək olar qəfildən, heç bir hazırlığı olmadığından bəyan edib ki, "təəssüf ki, biz həddindən artıq arxayınlaşmışdıq, təəssüflər olsun ki, biz olimpiya oyunları kimi digər işlər barəsində düşünürdük." Əslində isə bu, hüquq-mühafizə orqanlarının, da, etirafı, rəsmilər və hüquq-mühafizə orqanlarının faciə ilə qəfildən, heç bir hazırlıqları olmadan üzləşməsi faktını göstərir. Bu isə özlüyündə qəribədir, bilirsiz ki, bizim Şimali Qafqazda terror aktları ilə bağlı hələ də artan təhlükə mövcuddur. Əslində Şimali Qafqazda vətəndaş müharibəsi gedir".
Onun sözlərinə görə, Şimali Qafqaz və İslam radikalizmi barəsində düşünmək çox təbiidir: "Bundan əvvəl Moskva və digər şəhərlərdə baş verən terror hücumları da Şimali Qafqaz hadisələrilə əlaqəlidir. Lakin burada başqa şübhələr və mümkün olan digər versiyalar da mövcuddur. Və eyni zamanda, yadda saxlamaq lazımdır ki, çağdaş Rusiyanın tarixində ən azı iki dəfə-1989 və 2004-cü illərdə terror hücumlarının siyasi nəticələrilə üzləışmişdik. Və hər iki hadisədə törədilən terror aktları siyasi reallığa təsir etmiş, əslində siyasi rejimi daha da sərtləşdirmişdi". Bi-Bi-Si-yə müsahibəsində ekspert bildirir ki, adətən siyasətçilər həmişə belə faciələrdən öz siyasi məqsədləri üçün istifadə edir: "Birinci hadisədə, 1989-cu ildə Moskva metrosunda törədilən terror aktından Çeçenistanda müharibəyə başlamaq üçün istifadə edildi. Və 2004-cü ildə isə Beslanda yüzlərlə məktəb uşağına qarşı törədilən terror aktından siyasi rejimi daha da sərtləşdirmək üçün istifadə edildi".