31 Mart 2010-cı il, N 314(1811)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2476)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1357)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
AFFA-dan "Xəzər-Lənkəran"a ağır cəza
Kluba 35 min manatlıq cərimə kəsildi, baş məşqçi 4 oyunluq cəzalandırıldı...
Dünən AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə toplantıda ölkə çempionatının XXV turunda "Xəzər-Lənkəran" - "Neftçi" oyunundakı qalmaqala qiymət verilib. İclasda Lənkəran təmsilçisinə üst-üstə 35 min manatlıq cərimə kəsilib.
   Qarşılaşma zamanı stadionda ictimai asayiş və təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi "Xəzər-Lənkəran" 5000 manat cərimə olunub. Oyun zamanı meydana və qaçış zolağına kənar əşyalar atıldığı üçün komanda daha 2000 manat cəriməyə məruz qalıb. Görüş zamanı məşqçiləri və nümayəndələri texniki zona qaydalarını pozduğu üçün klub əlavə 2000 manat cərimə olunub.
   Oyun zamanı stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyindən lənkəranlılara daha 8000 manat cərimə kəsilib. Bundan əlavə, matçın 90+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ruslan Poladov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiyaya, komandası isə 2000 manat cəriməyə məruz qalıb.
   Baş məşqçisi Ağasəlim Mircavadov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılıb və "Xəzər-Lənkəran" 4000 manat cərimə olunub.
   Klubun mətbuat katibi Tural Əsgərov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq cəzaya, klub isə 4000 manat cərimə olunub. Matçda stadionun direktoru Höccət Hacıyev oyunun hakiminə hədə-qorxu gəldiyi üçün 10 oyunluq kənarlaşdırılıb və meydan sahibinə 8000 (səkkiz min) manat cərimə kəsilib.
   "Xəzər-Lənkəran"ın növbəti ev oyunlarında təhlükəsizlik tədbirlərinə riayət olunmayacağı təqdirdə, klub daha ciddi cəzalandırılacaq.
   Klubun baş məşqçisi Ağasəlim Mircavadov tərəfindən analoji hərəkətlərə yol verilərsə, ona daha ciddi sanksiyalar tətbiq olunacaq.
Anri okeanın o tayına gedir
İspaniyanın "Barselona" klubunda çıxış edən 32 yaşlı fransız Tyeri Anri klubu tərk edəcək. O, ABŞ-ın "Nyu-York Red Bulls" klubu ilə demək olar ki, hər mənada razılığa gəlib. Anri yayda baş tutacaq dünya çempionatından sonra, yaxud da 2011-ci ilin martında yeni klubunda debüt edə bilər. Xatırladaq ki, Tyeri Anri İbrahimoviçin "Barselona"ya transfer olunmasından sonra əsas heyətdəki yerini itirib.
   
İspaniya, Braziliya, Argentina, Hollandiya və İngiltərə
Kapello Dünya Çempionatının favoritlərini göstərdi
İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello bu il keçiriləcək dünya çempionatında qələbə qazanmağa əsas namizəd saydığı millilərin adını açıqlayıb. Avropa mətbuatının yazdığına görə, italiyalı mütəxəssis İspaniya, Braziliya, Argentina, Hollandiya və İngiltərə yığmalarını dünya çempionatının favoritləri hesab edir. Kapello bu gün üçün dünyanın ən güclü futbolçuları saydığı şəxslərin də adlarını dilə gətirib. Onun fikrincə, hazırda Kriştianu Ronaldu, Messi və Runiyə rəqib yoxdur. "Pato ilə Aquero da çox yaxşı oyunçulardır. Lakin onlar ilk üçlüyə məğlub olur", - deyə İngiltərə millisinin baş məşqçisi bildirib.
   
Zidan "Real"ın baş məşqçisi ola bilər
İspaniyanın "Real" klubunun və Fransa milli komandasının sabiq futbolçusu Zinəddin Zidan hələlik özünü "kral klubu"nun baş məşqçisi postunda görmədiyini açıqlayıb. Lent.az-ın məlumatına görə, Zidan gələcəkdə bu postu tutacağını istisna etməyib. Keçmiş yarımmüdafiəçi "Real"a xeyir verməyi çox istədiyini bildirib: "Hələlik "Real"ın baş məşqçisi olmağa hazır deyiləm. Baxaq, görək gələcəkdə nə olacaq. Ola bilsin, bu, gələcəkdə reallaşdı. Madrid klubuna xeyir verməyi çox istəyirəm. Lakin prezident Florentino Peresin planlarını həyata keçirmək üçün müəyyən vaxt lazımdır. Açığı, "Real"a yaxın olmaq, digər vəzifələrdən birini yerinə yetirmək istəyirəm". Qeyd edək ki, 1988-ci ilin dünya çempionu 2001-2006-cı illərdə "Real"ın şərəfini qoruyub. "Kral klubu" Zinəddin Zidanın karyerasında sonuncu olub. Hazırda Zidan Florentino Peresin məsləhətçisidir. Bundan öncə o, əslən bağlı olduğu Əlcəzair yığmasının baş məşqçisi vəzifəsindən imtina edib.
Rövnəq Abdullayev Ramin Musayevə barmaq silkələdi
Lənkərandakı qalmaqallı "Xəzər-Lənkəran" - "Neftçi" görüşü Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə baha başa gələ bilər.
   Apasport.az saytının xəbərinə görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə Unibank Premyer Liqasının oyunlarının təşkilatçılığında yol verdiyi nöqsanlar ucbatından PFL-ə yazılı xəbərdarlıq elan olunub.
   
Terim Raykaardın yerinə gətirilir?
Türkiyə çempionatının son turunda öz meydanında "Fənərbağça"ya məğlub olaraq çempionluq şanslarını xeyli azaldan "Qalatasaray"da ara qarışıb.
   Milli.Az "Fotomaç" qəzetinə istinadən xəbər verir ki, klub rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti prezident Adnan Polatdan baş məşqçi Frank Raykaardın istefaya göndərilməsini tələb edir. Onlar hollandiyalı mütəxəssisin mövsümün sonunda klubdan göndərilməsini, onun əvəzinə "Qalatasaray" və Türkiyə millisinin sabiq çalışdırıcısı Fatih Termin gətirilməsini vacib sayır. Məlumata görə, "Cim Bom" rəsmiləri Raykaardla uğur əldə olunacağına inanmır, "Qalatasaray"ı türk futbolunu yaxından tanıyan məşqçinin çalışdırmasının vacibliyini söyləyirlər. Onlar Terimin keçmiş klubuna qayıtmaqdan imtina edəcəyi təqdirdə, Mirça Luçeskunun İstanbula gətirilməsini təklif edirlər.
   
"Qalatasaray"ın vitse-prezidenti Azərbaycanda iş axtarır
Türkiyənin "Qalatasaray" klubunun vitse-prezidenti Adnan Sezgin ölkəmizdə işləyə bilər. Bu barədə Türkiyənin "Vətən" qəzeti yazıb.
   Türkiyə mətbuatı çempionatın son turunda "Fənərbaxça"ya məğlubiyyətdən sonra kəskin tənqid edilən "Qalatasaray" klubunun rəhbərliyində dəyişikliklər ediləcəyini bildirir. "Vəzət" qəzeti "Qalatasaray"ın vitse-prezidentinin artıq özünə Özbəkistan və Azərbaycanda iş axtardığını da yazıb.
   
   
Qalmaqallı oyunda Vəli Qasımovun da adı hallandırıldı
Onun hakimlərin otağında nə işi var idi?
"Xəzər-Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov "Neftçi"lə qalmaqallı oyundan əvvəl yaşanan bir maraqlı olay haqda məlumat verib.
   Apasport.az saytına açıqlamasında Nadirov bildirib ki, qarşılaşmadan öncə Azərbaycanın veteran futbolçusu Vəli Qasımov hakimlərin otağına daxil olub və onlarla təxminən 15 dəqiqə ərzində məxfi söhbət aparıb: "Vəli Qasımov əvvəl "Neftçi"də çalışırdı. Mənə maraqlıdır, bu gün AFFA-da seleksiya işi ilə məşğul olan bir adamın hakimlərin otağında nə işi var idi? O, hakimlərlə söhbət edəndə qapını bağlayıblar və heç kimi ora buraxmayıblar".
   
"Qalatasaray" 10 milyon avroluq təhlükə ilə üzləşib
İstanbulun "Qalatasaray" klubu böyük məbləğli gəlirdən məhrum ola bilər. Apasport.az saytının məlumatına görə, ötən həftə öz meydanında "Fənərbaxça"ya minimal hesabla uduzan "Cim Bom" çempionatın yekununda ilk iki yerdən birini tutmaq şansını çətinləşdirib.
   Frank Raykaardın yetirmələri qızıl və ya gümüş medalları qazanmayacaqları təqdirdə, növbəti mövsüm Çempionlar Liqasında iştirak edə bilməyəcəklər. Bu mötəbər yarışa qatılmamaq isə "Qalatasaray"ı 10 milyon avroluq gəlirdən məhrum edəcək.
   Superliqanın başa çatmasına 7 tur qalmış "Qalatasaray" 53 xalla 4-cü yerdədir. "Sarı-qırmızılılar" lider "Bursaspor"dan 5, "Beşiktaş" və "Fənəbaxça"dan isə 2 xal geri qalırlar.
   
   
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-03-31 Ağsuda 8 yaşlı qız yelləncəyin ipindən asılaraq boğuldu
2010-03-31 Ağsuda mikroavtobusla "BMW" qarşı-qarşıya hərəkətlə toqquşdu
2010-03-31 Binəqədili Fatma Ağayevanın evinə işıq pulu yığmaq adı ilə oğru girdi
2010-03-31 Milli QHT Forumu Qubadakı kütləvi məzarlıqda aksiya keçirdi
2010-03-31 Martın 10-da Mingəçevir Su Anbarına balıq ovuna gedənlərdən birinin meyitini tapdılar
2010-03-31 "Azəriqaz" Səhiyyə Nazirliyindən 90 min manat tələb etdi
2010-03-31 Milli soyadlarının sonunda "dəniz", "bulud" da ola bilər
2010-03-31 "Bakıelektrikşəbəkə" "Azərbaycan" Nəşriyyatının işığını kəsdi və bərpa etdi
2010-03-31 Beyləqanda xəstəxana binası yanıb
2010-03-31 Rövnəq Abdullayev Rüstəm İbrahimbəyovun ittihamına cavab verib
2010-03-31 Həmsədrlər Azərbaycanın işğal torpaqlarına səfərləri ilə bağlı Ermənistan prezidentinə xəbər verdilər
2010-03-31 ABŞ-ın Azərbaycanda yeni səfiri barədə təzə söz deyildi
2010-03-31 Prezident üç MTN-çiyə general-mayor rütbəsi verdi
2010-03-31 Seçki Məcəlləsi yox, Siyasi Partiyalar Haqqında Qanun dəyişəcək
2010-03-31 Əsgər Vüqar Pənahini kim güllələyib?
2010-03-31 Nəsimi Rayon Məhkəməsi "Təzadlar" qəzetinin Mətbuat Şurasına qarşı iddiasını geri qaytardı
2010-03-31 Ramil Usubov müsabiqə ilə DİN-in orta rəis heyətinə qəbul olunan gənc zabitlərə xeyir-dua verdi
2010-03-31 Moskva metrosunda terrordan yaralanan azərbaycanlıdan təzə xəbərlər gəldi
2010-03-31 Birləşmiş Ərəb Əmirlikləri prezidentinin milyarder qardaşının meyiti tapıldı
2010-03-31 Məhkəmə-Hüquq Şurası barədə SDİ-nin təklifləri kəskin mübahisə doğurdu
2010-03-31 İçimizdəki aşkar ermənilərdən necə istifadə edə bilərik?
2010-03-31 Fəxrəddin Əhmədov Pirallahıda "Fiat" avtomobilini ağaca çırpdı
2010-03-31 Bakı əhalisi terror hadisələrinin qurbanlarını yad etdi
2010-03-31 "Moskvada başqa millətlərə xoşagəlməz münasibət yoxdur"
2010-03-31 Partlayış törətmiş qadın kamikadzelərin fotoşəkilləri yayıldı
2010-03-31 Moskva metrosunda terror qurbanlarının sayı 39-a çatdı
2010-03-31 Merzlyakov "Madrid prinsipləri"nin dörd bəndinə görə erməni jurnalistlərinə "təpindi"
2010-03-31 KİV Fondunun yeni müsabiqə təklifi baş redaktorların müzakirəsinə çıxdı
2010-03-31 10 konqresmen Obamaya məktubda Azərbaycanın ABŞ üçün etdiyi yaxşılıqları sadaladı
2010-03-31 Minsk Qrupunun həmsədrləri Xankəndi və İrəvana bu səfərləri barədə də mənasız bəyanatlar yaydılar
2010-03-31 Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin həbsi bir içimlik suya dönür
2010-03-31 İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbərilə parlament seçkilərini müzakirə edib
2010-03-31 Eyni dairədə toqquşan müxalifətçi namizədlər...
2010-03-31 Ermənistan-Türkiyə münasibətlərində həlledici tarix - 13 aprel?
2010-03-31 İlham Əliyevin hərbi bəyanatları öz işini görür
2010-03-31 Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşına hökm oxundu
2010-03-31 Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart faciələrində erməni izlərini bütün dünyaya car çəkdi
2010-03-31 Moskvada Azərbaycan vətəndaşını öz maşınında güllələyiblər
2010-03-31 Uydurma soyqırım qətnaməsi hələ də ABŞ-Türkiyə münasibətlərinin gündəliyindən düşməyib
2010-03-31 Əslən azərbaycanlı Murad Nevada qubernatorunun müavini seçilə bilər
2010-03-31 Azərbaycanda biznesmenlərin reytinq cədvəlini tutmaq problemə dönüb
2010-03-31 Neft Akademiyası ilə sabiq tələbə Elmin Bədəlovun məhkəməsi "sehrli çevrəyə" düşüb
2010-03-31 Sarayın arxasında evləri sökülənlər qalmaqallı hadisənin konkret səbəbini prezidentə yazdılar
2010-03-31 Ağsu şəhərində ev yanıb
2010-03-31 Şəkidə toyuna hazırlaşan ruhi xəstə yoxa çıxıb
2010-03-31 Avtovağzal kompleksində sanitariya, təmizlik və kommunal xidməti göstərilməsi üstündə dava düşdü
2010-03-31 Yasamalda tələbə bıçaqlandı
2010-03-31 Aprelin 14-də "Fatimeyi Zəhra" məscidinin kassasiya şikayətinə baxılacaq
2010-03-31 Bakıda kirayə mənzillərin haqqı sürətlə düşməyə başlayıb
2010-03-31 "Qalatasaray" 10 milyon avroluq təhlükə ilə üzləşib
2010-03-31 Qalmaqallı oyunda Vəli Qasımovun da adı hallandırıldı
2010-03-31 "Qalatasaray"ın vitse-prezidenti Azərbaycanda iş axtarır
2010-03-31 Terim Raykaardın yerinə gətirilir?
2010-03-31 Rövnəq Abdullayev Ramin Musayevə barmaq silkələdi
2010-03-31 Zidan "Real"ın baş məşqçisi ola bilər
2010-03-31 İspaniya, Braziliya, Argentina, Hollandiya və İngiltərə
2010-03-31 Anri okeanın o tayına gedir
2010-03-31 AFFA-dan "Xəzər-Lənkəran"a ağır cəza
2010-03-31 Türkiyədə Azərbaycan əsilli narkotacir yaxalanıb
2010-03-31 Şəmkirdə yarım milyon pul yemiş bankirlərə hökm oxundu
2010-03-31 Hakim Mehdixan Abdullayev 5 "dedovşinaçı" hərbçinin cinayətini sübuta yetirdi
2010-03-31 Əfqanıstan və Pakistanda NATO-ya qarşı döyüşmüş suraxanılı Vüqar İsayevin məhkəməsi başladı
2010-03-31 Bakıda sahibsiz itlərin üstündə mübahisə düşdü
2010-03-31 Bizdə psixoloq yanına gedənlərə çox vaxt "dəli" deyirlər
2010-03-31 İndiki şou-musiqiçilər nəsli 40-45 yaşa çatan kimi səsini itirir
2010-03-31 Tanınmış şoumenlərin gənclik çağlarındakı toy kasetləri ilə bağlı maraqlı iş başlayıb
2010-03-30 Aprelin 4-də sınaq imtahanları keçiriləcək
2010-03-30 Dəm qazı daha bir faciə törətdi
2010-03-30 Masazırda Eldəniz Əkbərov intihar edib
2010-03-30 Eynulla Fətullayevin işi məhkəməyə daxil olub
 
 
 
Copyright (c) Bakı Xəbər 2009