31 Mart 2010-cı il, N 314(1811)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2476)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2437)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1357)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İlham Əliyevin hərbi bəyanatları öz işini görür
Üç Qafqaz ölkəsinin hərbi hazırlığı barədə maraqlı beynəlxalq hesabat açıqlandı
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll oluna biləcəyinə dair ritorikasını daha da gücləndirməsi indi təkcə Ermənistanda yox, beynəlxalq miqyasda da diqqətlə izlənməkdədir. Görünür, elə bunun nəticəsidir ki, Azərbaycan və Ermənistan arasında mümkün hərbi qarşıdurmanın müxtəlif ssenariləri cızılmaqda, iki ölkənin hərbi büdcəsi daha geniş miqyasda müqayisə olunmaqdadır.
   Növbəti belə müqayisə Stokholm Beynəlxalq İnstitutunun açıqladığı son hesabatda əksini tapıb. Hesabata görə, son onillikdə Azərbaycan, Gürcüstan və Ermənistan hərbi büdcələrini durmadan artırıb: "Onların müdafiə xərclərinin həcmi ümumilikdə 5 dəfə yüksəlib".
    Hesabat müəllifləri qeyd edir ki, Azərbaycan hərbi büdcənin artımı baxımından digər iki Qafqaz dövlətini geridə qoyur. Vurğulanır ki, Ermənistan 1999-cu ildə hərbiyə 93 milyon dollar xərcləyibsə, bu rəqəm 2008-ci ildə 217 milyon dollar təşkil edib. Azərbaycanda isə bu rəqəm 1999-cu il üçün 133, 2008-ci il üçünsə 697 milyon dollara çatıb. Sözügedən institutun silahların alınmasının öyrənilməsi proqramının direktoru Pol Holton bildirib ki, son 2 ildə Azərbaycan və Gürcüstan Ermənistanla müqayisədə xarici ölkələrdən daha çox müdafiə xarakterli hərbi texnika alıb: "2009-cu ildə Azərbaycanın aldığı texnika arasında Rusiya ilə imzalanmış müqavilə əsasında əldə edilən 70 ədəd "BTR - 80A" seriyalı zirehli texnika da var. Bundan əlavə, Bakı keçən il "Paramount Groups"la Cənubi Afrika Respublikasında işlənilib-hazırlanan "Matador" və "Marauder" tipli zirehli maşınların Azərbaycanda istehsalına dair müqavilə imzalayıb".
   Onun sözlərinə görə, bu maşınların Azərbaycanda istehsal edilməsi milli müdafiə sənayesinin yaradılması istiqamətində ilk addım olacaq: "Bakının yeni tipli zirehli texnika istehsalına başlaması, İsraildən pilotsuz təyyarələrin alınması və son aylarda Ermənistanın ünvanına hərbi bəyanatların səsləndirilməsi Bakının itirilmiş əraziləri potensial olaraq güc yolu ilə qaytarmağa hazırlaşdığına şübhə yeri qoymur. Rusiya ilə Ermənistan arasında təhlükəsizlik məsələlərilə bağlı razılaşmanın imzalandığı nəzərə alınarsa, bu məsələdə Azərbaycan üçün əsas məqam Moskvanın bu addıma reaksiyasının necə olacağıdır".
   Xatırladaq ki, ölkəmizdə zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkətilə razılaşmalar əldə olunub. "Motodor" adlanan bu zirehli maşının göstəriciləri olduqca yüksəkdir. Belə ki, bu maşınlar hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfərlik tutumu olan "Motodor"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır.
   Bundan başqa, ölkəmizdə PDM (Piyadaların döyüş maşını) və ZTR -lərin (zirehli transportyor) modernizasiyası da həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernizasiya edilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu isə külli miqdarda vəsaitə qənaət deməkdir. Perspektivdə Azərbaycan istehsalı olan hərbi helikopterlərin istifadəyə verilməsi də planlaşdırılır ki, bu, silahlı qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir.
   Bir neçə gün əvvəl isə Rusiyanın "Nezavisimaya qazeta" nəşrinin apardığı araşdırmaya görə, postsovet məkanında ÜDM-ə nisbətdə silahlanmaya daha çox pul xərcləyən Ermənistandır-4,07 faiz. Dağlıq Qarabağ separatçılarının da silahlanmasına çəkilən xərclər nəzərə alınsa, Ermənistan bu məqsədlə 600 milyon dollar vəsait xərcləyir.
   Azərbaycanın müdafiə xərcləri ÜDM-in 3,95 faizini təşkil edir: "Nəzərə alsaq ki, Azərbaycan Ermənistandan dəfələrlə varlıdır, bu məbləğ Ermənistan və Dağlıq Qarabağ separatçılarının silahlanmasına çəkilən xərcdən xeyli artıqdır. Daha dəqiqi, Azərbaycan silahlanmaya 1,5 milyard dollar xərcləyir". "Nezavisimaya qazeta" da yazır ki, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi də var və müharibə yenidən fəallaşacağı təqdirdə bu ölkənin öz hərbi potensialını 3-4 milyard dollara (ÜDM-in 9-10 faizi) çatdırmaq imkanı var. Qəzetin məlumatına görə, Azərbaycanın hərbi gücünün bu qədər artması beynəlxalq təşkilatları, xüsusilə, ATƏT-i narahat edir: "Bu günlərdə ATƏT-in xüusi nümayəndəsi bildirib ki, Azərbaycan öz hərbi büdcəsini ixtisar etməlidir və bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin bir hissəsinə çevrilə bilər. Qoran Lenmarker hesab edir ki, münaqişənin uzanmasından Azərbaycan və Ermənistanın iqtisadiyyatı, əhalisi ziyan çəkir".
   Lakin xatırladaq ki, Novruz bayramı münasibətilə keçirilən mərasimdə çıxışı zamanı prezident İlham Əliyev bundan sonra da Azərbaycanı müdafiə xərclərinin artırılacağını və yeni müasir silahlar alınacağını bildirib.
   Digər tərəfdən, Azərbaycanın hərbi-sənaye potensialını bundan sonra da gücləndirmək üçün addımlar atacağı gözlənir. Artıq hərbi-sənaye kompleksinin gücləndirilməsi nəticəsində ölkəmizdə 450-dən çox adda hərbi təyinatlı məhsul istehsalı həyata keçirilir.
   
Tahir TAĞIYEV
Ermənistan-Türkiyə münasibətlərində həlledici tarix - 13 aprel?
Rəsmi Ankara İrəvandan, İrəvan isə Ankaradan üzərinə öhdəlik götürməsini gözləyir
Rəsmi Ankara İrəvandan, İrəvan isə Ankaradan üzərinə öhdəlik götürməsini gözləyir. İki ölkə arasında münasibətlərin normallaşması prosesində həlledici tarix 13 aprel olacaq.
   Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-a gedəcək və protokolların gələcəyini Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə müzakirə edəcək. Bir çox ekspertlər hesab edir ki, Sarkisyan məhz bu görüşdən sonra protokollardan imzasını geri götürüb-gütürməyəcəyinə dair qərar verəcək. Türkiyədə hesab edirlər ki, rəsmi İrəvanın protokollardan rəsmi imzasını geri götürməməsi üçün Ankara daxili səbəblərlə bağlı protokolların ratifikasiyasını bir müddət təxirə salmalıdır. Hazırda iki ölkə arasında protokolların təsdiqi prosesi dondurulub. Hər iki tərəfdə protokolların ratifikisiyası ilə bağlı təkliflər və səsləndirilən fikirlər fərqlidir. Ankara hesab edir ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu yaxınlarda çıxardığı qərar protokoların ratifikasiya prosesinə xələl gətirib. Belə ki, bu qərar protokolların mahiyyətinə ziddir. Bu səbəbdən Ankara İrəvan hökumətindən "Ermənistan Konstitusiya Məhkəməsinin qərarı protokol prosesinə zərər verməz" öhdəliyini üzərinə götürməsini istəyir. Lakin İrəvan bu addımı atmaq niyyətində deyil. Əksinə İrəvan da öz növbəsində Ankaranın üzərinə öhdəlik götürməsini istəyir. Ermənistan Prezident Aparatının yüksək vəzifəli rəsmiləri Türkiyənin öhdəlikləri yazılı surətdə üzərinə götürməsini istəyirlər. Ermənistan istəyir ki, Türkiyə daxili səbəblərdən protokolların təsdiqini təxirə salsın. Çünki onlarda belə bir fikir var ki, Türkiyədə Konstitusiya dəyişikliyi, referendum keçirilməsi və parlament seçkiləri protokolların ratifikasiya prosesini uzadacaq.
Eyni dairədə toqquşan müxalifətçi namizədlər...
Elçin Mirzəbəyli: "Partiyaların daxilində belə, bir dairə üzrə bir neçə namizədin irəli sürülməsilə bağlı problemlər var"
Əhməd Oruc: "Güclü namizəd "balladalarının" hamısını..."
Parlament seçkiləri yaxınlaşdıqca müxalifət partiyalarının blok halında seçkiyə gedmək istəkləri artır. Ancaq gedən proseslər onu deməyə əsas verir ki, bu istək özünü doğrultmayacaq.
   Problem ondan ibarətdir ki, müxalifət partiyaları dairələr üzrə namizədlərin bölüşdürülməsi məsələsində bir araya gələ bilmir. Bu da onsuz da aralarında mövcud olan ziddiyyətləri daha da dərinləşdirir. Təsadüfi deyil ki, bir sıra partiyalar dairələr üzrə namizədlər məsələsində öz ambisiyalarından geri çəkilənə oxşamır. Bu məsələdə Müsavat Partiyasının mövqeyi ondan ibarətdir ki, güclü namizədlər müdafiə olunmalıdır. Ancaq Müsavatın bu fikrilə heç də bütün partiyalar razı deyil.
   BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli hesab edir ki, bəzən dairələr üzrə namizədlər məsələsində absurd fikirlər irəli sürülür: "Belə bir təəssürat yaranır ki, uzun illər Azərbaycanda siyasətlə məşğul olan insanların bəzilərinin ümumiyyətlə Seçki Məcəlləsindən məlumatı yoxdur. Bəziləri seçkidə iki blok halında iştirak edəcəyini və hər blokdan 30-40 namizəd irəli sürəcəklərini bildirir. Ancaq qanuna uyğun olaraq, namizədlərin sayı 60 dairəni əhatə etmirsə, bu faktiki olaraq, hər hansı bir siyasi blokun seçkilərdə iştirak etməsinə imkan vermir. O baxımdan, nəinki ümumi namizədlərin siyahısı blok halında razılaşdırılmayıb, eyni zamanda, partiyaların daxilində belə, bir dairə üzrə bir neçə namizədin irəli sürülməsilə bağlı problemlər var. Bu problemlərin adətən həlli yolu ya müzakirələrdən keçir, ya da bu problem partiyaların seçkili orqanlarında həll olunmalıdır. Hələlik bizim hər hansı bir siyasi partiya ilə hansısa seçki blokunda iştirak etmək qərarımız yoxdur, ancaq siyasi təşkilat olaraq, partiya daxilində namizədlərin müəyyənləşdirilməsi prosesi artıq başa çatmaqdadır. Ona görə də, oxşar proseslərlə qətiyən qarşılaşmamışıq. Yəni hər hansı bir dairədən seçim edərkən birinci növbədə həmin seçim imkanlarını müvafiq rayon təşkilatlarının öz üzərinə qoymuşuq. Partiyanın mərkəzi aparatında bu məsələlər qarşılıqlı razılıq əsasında həyata keçirilir. Yəni məqsəd seçkilərdə uğur qazanmaqdırsa, o zaman hesab edirəm ki, digər iddiaların ikinci plana keçirilməsi mümkündür".
   Azadlıq Partiyasının sədri Əhməd Oruc hesab edir ki, sözügedən məsələ çox mürəkkəbdir: "Fikrimcə, siyasi mühit dəyişməyincə, budəfəki parlament seçkiləri də əvvəlki kimi olacaq. Biz DUİ-yə "Azadlıq" blokuna, Müsavat Partiyasına siyasi proseslərə başlamaqla bağlı təkliflər irəli sürdük. Güclü namizədlər, vahid namizəd kimi söhbətlərin hamısı proses gedən zaman əhəmiyyət kəsb edir. Ölü, sükunətli mühitdə, indiki seçki komissiyalarının dəyişmədiyi bir zamanda nəyəsə nail olmaq mümkün görünmür. Hakimiyyət müxalifətin içindən ən zəif, satılmağa hazır olan iki-üç nəfəri parlamentə buraxacaq. Ona görə də mən güclü namizəd "balladalarının" hamısını aktiv siyasi proseslər aparmamaq üçün edilən jest kimi dəyərləndirirəm. Müxalifətin bu gün həqiqətən parlamentdə oturası adamlarının sayı çox azdır. Çünki həm baş verən proseslər insanları ləkələyib, həm də mühüt insanları sındırıb. Şəxsən mən indiyə qədər bir neçə dəfə parlamentdə təmsil olunmuş şəxslərin namizədliyini verməsinin qəti əleyhinəyəm. Bu şəxslər indiyə qədər heç nəyə nail ola bilməyib. Digər tərəfdən, müxalifətin şanslı namizədləri o qədər də çox deyil ki, biz dairələrdə problem yaradaq. Bu dava ondan ötrüdür ki, hamı istəyir müəyyən dairələrdə namizədləri çox olsun. Tutaq ki, hakimiyyət kimisə parlamentə buraxanda, bunların da müəyyən şansı olsun".
   
Vidadi ORDAHALLI
İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbərilə parlament seçkilərini müzakirə edib
Müsavat Partiyasının başqanı İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb.
   Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Qarabağ problemi, qarşıdan gələn parlament seçkiləri, Seçki Məcəlləsi, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Səfir parlament seçkilərinə qədər ATƏT-in Bakı ofisinin nəzərdə tutulan tədbirlər barədə partiya başqanına məlumat verib.
   
Rusiyanın antiterror siyasətində yeni dövr başlayır
Son qanlı terror aktı ilə 1989 və 2004-cü illərdəki terrorların mötəbər müqayisəsi gedir
Bazar ertəsi günü Moskva metrosunda törədilmiş intiharçı bomba partlayışlarından sonra onun nəticələri və proseslərin sonrakı inkişaf istiqaməti hələ də gündəmin əsas mövzusu olaraq qalır. Qeyd edək ki, Moskva metrosunda baş vermiş terror nəticəsində yaralanan şəxslər arasında bir azərbaycanlı da var.
   Hələlik isə birmənalı şəkildə istisna olunmur ki, baş verənlər, ilk növbədə, Moskvanın Qafqaz siyasətində yeni korrektələrə gətirib çıxaracaq. Bunun Azərbaycana və digər Cənubi qafqaz ölkələrinə hansı təsir göstərə biləcəyinə dair isə elə Rusiya mediasının özündə müxtəlif məlumatlar, fikirlər yer alır. Məsələn, "Press Sentr" yazır ki,
   Rusiya Qafqazda terrorçuların mövqeyini zəiflətmək üçün region ölkələrilə işbirliyini gücləndirməli olacaq. Konkret Azərbaycana gəlincə, bildirilir ki, qarşıdakı dövr ərzində Rusiya xüsusi xidmət orqanları ilə Azərbaycanın eyni orqanları arasında işbiriliyinin daha da möhkəmlənəcəyi gözləniləndir: "Bu vaxta qədər də iki ölkənin xüsusi xidmət orqanları arasında sıx işbirliyi mövcud olub. Bunun nəticəsində xeyli sayda terrorçu da zərəsizləşdirilib. Lakin Moskvada baş verənlər göstərdi ki, terrorçular hələ də ciddi təhlükə mənbəyi olaraq qalır. Deməli sıx işbirliyi bundan sonra daha aktual xarakter daşıyacaq".
   Qeyd olunur ki, Azərbaycanla işbirliyi əsas etibarıilə Dağıstanda terrorçuların zərərsizləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Lakin o da vurğulanır ki, Dağıstanda terrorçulara qarşı əməliyyatların mitqyasının genişlənməsi onların buradan bütün regiona səpələnməsinə səbəb ola bilər. Başqa sözlə deyilsə, terrorçular Azərbaycanla olan sərhədləri keçməyə də daha çox meyl edə bilər. Xatırladaq ki, indiyə qədər terrorrçuların qarşısı Azərbaycanın müvafiq orqanları tərəfindən uğurla alınıb.
   Bununla yanaşı, o da məlum olub ki, Moskva terrorla mübarizədə fəaliyyət strategiyasını da dəyişməyə hazırlaşır. Artıq Rusiya özünün təhlükəsizlik haqda qanunvericiliyinə dəyişiklik etməyi planlaşdırır.
   Rusiya prezidenti Dmitri Medvedyev ölkənin rəsmi qurumlarından terrorçuluqla mübarizə barədə qanuna dəyişikliklər edilməsinə dair təkliflər irəli sürməyi xahiş edib. Qeyd edək ki, Rusiya qəzetləri hökümətin təhlükəsizlik sahəsində fəaliyyətinə tənqidi yanaşır və mövcud təhdidlərə dair hökümətin strategiyasının təftişinə çağırırlar.
   Bu arada Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov yenidən deyib ki, hücumu Şimali Qafqazla əlaqəli qruplar həyata keçirib.
   Moskvadakı Karnegi Mərkəzindən Rusiya siyasəti üzrə ekspert Liliya Şevtsova bu ittihamları və rəsmilərin verdiyi bəyanatları belə şərh edib: "Mən radio, televiziya və internetdəki reportajları izləyirəm və Rusiya rəsmilərindən birinin tamamilə iztirablı bir etirafıilə qarşılaşdım. O, demək olar qəfildən, heç bir hazırlığı olmadığından bəyan edib ki, "təəssüf ki, biz həddindən artıq arxayınlaşmışdıq, təəssüflər olsun ki, biz olimpiya oyunları kimi digər işlər barəsində düşünürdük." Əslində isə bu, hüquq-mühafizə orqanlarının, da, etirafı, rəsmilər və hüquq-mühafizə orqanlarının faciə ilə qəfildən, heç bir hazırlıqları olmadan üzləşməsi faktını göstərir. Bu isə özlüyündə qəribədir, bilirsiz ki, bizim Şimali Qafqazda terror aktları ilə bağlı hələ də artan təhlükə mövcuddur. Əslində Şimali Qafqazda vətəndaş müharibəsi gedir".
   Onun sözlərinə görə, Şimali Qafqaz və İslam radikalizmi barəsində düşünmək çox təbiidir: "Bundan əvvəl Moskva və digər şəhərlərdə baş verən terror hücumları da Şimali Qafqaz hadisələrilə əlaqəlidir. Lakin burada başqa şübhələr və mümkün olan digər versiyalar da mövcuddur. Və eyni zamanda, yadda saxlamaq lazımdır ki, çağdaş Rusiyanın tarixində ən azı iki dəfə-1989 və 2004-cü illərdə terror hücumlarının siyasi nəticələrilə üzləışmişdik. Və hər iki hadisədə törədilən terror aktları siyasi reallığa təsir etmiş, əslində siyasi rejimi daha da sərtləşdirmişdi". Bi-Bi-Si-yə müsahibəsində ekspert bildirir ki, adətən siyasətçilər həmişə belə faciələrdən öz siyasi məqsədləri üçün istifadə edir: "Birinci hadisədə, 1989-cu ildə Moskva metrosunda törədilən terror aktından Çeçenistanda müharibəyə başlamaq üçün istifadə edildi. Və 2004-cü ildə isə Beslanda yüzlərlə məktəb uşağına qarşı törədilən terror aktından siyasi rejimi daha da sərtləşdirmək üçün istifadə edildi".
   
Tahir TAĞIYEV
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin həbsi bir içimlik suya dönür
AKP Konstitusiyaya əlavə və dəyişikliklər layihəsinə sürpriz əlavə edib
Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı hazırlanan layihə üzərində işi davam etdirən hakim partiyanın dünən gecə saatlarında layihəyə sürpriz bir maddə əlavə etdiyi məlum olub.
   Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AKP-nin mərkəzi qərargahında hazırlanan layihəyə əsasən, parlament sədrləri və Silahlı Qüvvələrin Baş Qərargah rəisləri, ordu komandanları vəzifələri ilə bağlı suçlarına görə Konstitusiya Məhkəməsində mühakimə oluna biləcəklər.
   Bu, Konstitusiyanın 148-ci maddəsinə nəzərdə tutulan əlavədə yer alıb.
   AKP-nin hazırladığı və partiyalara, qeyri-hökumət təşkilatlarına təqdim etdiyi layihəyə dünən axşam digər əlavə və dəyişikliklər də edilib. Məsələn, prezidentin Konstitusiya Məhkəməsinə universitet məzunu 2 nəfəri üzv təyin etməsini nəzərdə tutan maddə ləğv edilib. Konstitusiya Məhkəməsinin nümayəndələrinin Hakimlər və Prokurorlar Ali Qurumuna seçilməsi ilə bağlı düzəlişdən də hakim partiya vaz keçib.
   Layihənin bu gün AKP qrupunun rəhbəri Bekir Bozdağ tərəfindən Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi gözlənir.
   
Minsk Qrupunun həmsədrləri Xankəndi və İrəvana bu səfərləri barədə də mənasız bəyanatlar yaydılar
Əslində bəyanatda konkret heç nə yoxdur
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye və Yuri Merzlyakov martın 26-29-da Xankəndi və İrəvana səfərlərinin yekunu ilə bağlı növbəti bəyanatla çıxış edib.
   APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, həmsədrlər Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyini danışıqların durumu barədə məlumatlandırıb. Martın 28-də həmsədrlər erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair şərhlərini Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla müzakirə ediblər. Bundan başqa, həmsədrlər İrəvanda bir sıra ikitərəfli görüşlər də keçiriblər: "Həmsədrlərin və münaqişə tərəflərinin Parisdə və regionda keçirdiyi son görüşlərdən sonra həmsədrlər tərəflərin münaqişənin Madrid prinsipləri çərçivəsində sülh yolu ilə nizamlanmasına hazır olduğunu məmnunluqla qeyd edir".
   
ABŞ-da əhalinin siyahıyaalınmasında azərbaycanlılarla bağlı acınacaqlı fakt üzə çıxıb
Siz deməyin, indiyədək oradakı həmvətənlərimizin çoxu başqa etnik qrup və millətlərin adı ilə siyahıdan keçirmiş
Azərbaycan Diasporu bu il hansı yeni kampaniyaya başladı?
ABŞ-da yaşayan azərbaycanlıların böyük əksəriyyəti ilk dəfə olaraq əhalinin siyahıyaalınmasında iştirak edib. Bu barədə ABŞ Əhalini Siyahıyaalma Bürosunun rəsmisi APA-nın Vaşinqton müxbirinə bildirib.
   Onun sözlərinə görə, ötən illərdə, o cümlədən 2000-ci ildə ABŞ azərbaycanlıları çox vaxt başqa etnik qrupların və millətlərin adı altında qeydiyyatdan keçirdi.
   ABŞ Azərbaycanlıları Şəbəkəsindən APA-nın müxbirinə bildiriblər ki, bu il diaspor nümayəndələri Azərbaycan Türkləri İcması kimi qeydiyyatdan keçmək üçün xüsusi kampaniya təşkil edib. Diaspor təmsilçiləri bildirir ki, hökumətin icmalara məxsus xəstəxanalar, məktəblər, kitabxanalar, infrastruktur və digər sahələr üçün ayırdığı vəsait yalnız diaspor üzvlərinin təqdim etdiyi sorğu cavabları əsasında müəyyənləşir. ABŞ azərbaycanlıları və digər Türk etnik qruplarının sayı çox olsa da, 2000-ci il siyahıyaalmasında ancaq 200 000 nəfər qeydiyyatdan keçib. Səbəb azərbaycanlıların və digər Türk millətlərinin lazımi qaydada sənədlərini təqdim etməməsidir. Azərbaycan diasporunun nümayəndəsi Rəşid Mirsalıyev deyir ki, əvvəllər azərbaycanlılar siyahıyaalma prosesində fəal iştirak etmirdi: "Fikirləşirdik ki, bunun bizə heç bir xeyri yoxdur, ona görə də sənəd toplamırdıq". Onun sözlərinə görə, ABŞ-dakı azərbaycanlılar çox vaxt özlərini fars, yaxud Cənubi Azərbaycandan olan türklər kimi təqdim ediblər: "Digərləri özlərini rus kimi və ya məhz ağ irqin nümayəndəsi kimi göstərirdi. Fikrimcə, azərbaycanlılar böyük azlıq olmadığı üçün onları çox az adam tanıyır, buna görə də özünü türk, rus və ya sadəcə amerikalı kimi təqdim etmək anlaşılmazlıqları aradan qaldırır". Amma bu il diaspor icma üzvlərinə şəxsiyyətini düzgün təqdim etməyin vacibliyini izah edib. Məsələn, bu, azərbaycanlılara öz dillərində təhsil almağa, öz qəzetlərini buraxmağa, bazar günü məktəbləri açmağa və digər icma xidmətlərindən istifadə etməyə imkan verəcək.
   Azərbaycan diasporuna geniş kampaniya aparmaqda ABŞ-dakı yeganə Azərbaycan televiziyası - GünAz TV yardım edib. Siyahiyaalma məsələsi Los-Anceles, Çikaqo, Vaşinqton və Nyu-Yorkda keçirilən bir sıra Azərbaycan tədbirlərində də əsas müzakirə mövzusu olub.
   
10 konqresmen Obamaya məktubda Azərbaycanın ABŞ üçün etdiyi yaxşılıqları sadaladı
"Niyə səfir yoxdur, 907-ci düzəliş nə vaxtadək qalacaq?"
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun 10 üzvü martın 26-da prezident Barak Obamaya məktub göndərib. Məktubda qeyd edilir ki, Avropa ilə Asiya arasında geosiyasi cəhətdən dinamik regionda yerləşən Azərbaycan ABŞ-ın strateji müttəfiqidir.
   Onlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, 11 sentyabr hadisəsindən dərhal sonra Azərbaycanın ABŞ-a güclü dəstək verdiyini, Kosovo, İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda mühüm rol oynadığını qeyd edir: "Azərbaycan Əfqanıstana hava yolu ilə yüklərin çatdırılmasında, əfqan polisinə təlimlər verilməsində, minalardan təmizləmə və tibbi yardım işlərində ABŞ-a yaxından kömək edir."
   Amma konqresmenlər bildirir ki, əlaqələrin genişləndirilməsinə mane olan bəzi hallar da var: "Buna baxmayaraq, 1992-ci ildə qəbul edilmiş və ABŞ hökumətinin Azərbaycana birbaşa yardımlarını qadağan edən Azadlığı Müdafiə Aktına 907-ci Düzəliş iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində maneə olaraq qalır. Bu, həm də ABŞ-ın regiondakı maraqlarına zidd vəziyyətdir. Bundan başqa, 2009-cu ilin iyulundan Bakıda ABŞ səfirinin olmaması da lüzumsuz qeyri-müəyyənlik yaradır. Nəhayət, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, ABŞ Moskva və Parislə birlikdə Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik fəaliyyətini daha da aktivləşdirməlidir."
   Bu məzmunda məktubu ABŞ prezidentinə 10 konqresmen göndərib. Bunlar Bill Şuster, Solomon Ortiz, Michael Conaway, Michael McMahon, Dan Burton, Ĉohn Boozman, Howard Coble, Sue Myrick, Denny Rehberg, Tim Ryandır.
   
RAMİL
İçimizdəki aşkar ermənilərdən necə istifadə edə bilərik?
Türkiyənin gündəmə gətirdiyi maraqlı modelə Azərbaycanda reaksiyalar fərqli oldu
Zahid Oruc: "Ramzan Kadırov kimi rusiyapərəstlər Moskva üçün əlverişli şəxs qismində necə tapıldısa, bu siyasət Azərbaycan tərəfindən də tətbiq olunmalıdır"
Elçin Mirzəbəyli: "Ermənilərdən gələn xeyirin Azərbaycan üçün hər hansı nəticə verəcəyini gözləmirəm"
Adətən münaqişə şəraitində yaşayan dövlətlər bir-birinə qarşı mübarizədə müxtəlif metodlardan istifadə edir. Belə metodlardan biri də öz ərazisində yaşayan, lakin konfliktdə olduğu dövlətin millətindən olan vətəndaşlardan məhz həmin ölkəyə qarşı istifadə etməkdir.
   Həmişə olduğu kimi, son zamanlarda ermənilər yenə də Türkiyəyə qarşı uydurma soyqırım iddialarını qaldırmağa başlayıb. Amma bu, Türkiyədə yaşayan erməni əsilli vətəndaşların narazılığı ilə qarşılanıb. Belə ki, bu günlərdə Türkiyə vətəndaşı olan erməni diasporunun rəhbəri mətbuata açıqlamasında soyqırım iddialarının uydurma olduğunu və özlərinin həmişə Türkiyənin yanında olacağını bəyan edib. Bununla o, əslində dünyaya səpələnən erməni diasporunun indiyə kimi apardığı mənfur siyasətə sarsıdıcı zərbə vurub. Yəni əslində erməninin iç üzü elə erməninin özü tərəfindən açılıb. Dünya miqyasında mənfur qonşularımızın işğalçı siyasətini ifşa etmək üçün, heç şübhəsiz, bu məqam da böyük əhəmiyyət kəsb edir. Bu amildən Azərbaycanda da qəsbkarlara qarşı istifadə etmək mümkündür. Azərbaycanda, xüsusən də paytaxtda 30-40 minə yaxın erməni mənşəli insan yaşayır. Ermənini elə onların özlərinin əli ilə ifşa etmək üçün, Türkiyədə olduğu kimi, ölkəmizdə də erməni mənşəli vətəndaşları təşkilatlandırıb onlardan dövlət maraqlarımız naminə istifadə etmək gərəkdir. Düzdür, işğal prosesi davam etdiyi bir halda bu olduqca həssas məqamdır. Amma dövlət maraqları bir sıra hallarda belə situasiyalara əl atmağı vacib edir. Görəsən, sözügedən məsələyə ekspertlərin münasibəti necədir?
   Millət vəkili Zahid Oruc bu məsələdə ən sərt təpki göstərənlərin haqlı olduğunu deməklə yanaşı, qeyd etdi ki, ölkəmizdə yaşayan ermənilərdən işğalçıya qarşı istifadə də vacibdir: "Bir neçə dəfə, Azərbaycanın rəsmi şəxsləri və parlamentarları olaraq, ölkəmizdə sovet dönəmindən bu yana müəyyən sayda erməninin yaşamaqda davam etdiyini vurğulamışıq. Bunu beynəlxalq aləmə təqdim edərkən həm də o mövqeyi nəzərə çatdırmağa çalışmışıq ki, bu ölkədə bütün etnik zümrələr, o cümlədən erməni millətinə mənsub şəxslər də yaşaya bilir. Azərbaycan özünün milli-etnik tolerantlığı ilə seçilən bir ölkədir. Burada, baxmayaraq ki, Ermənistan münaqişəni milli müstəvidə aparmağa çalışıb və tarix ərzində məruz qaldığımız genosidlər məhz bu aspektdə reallaşdırılıb. Bununla yanaşı, Azərbaycan öz siyasətini hədsiz dərəcədə dözümlülük və bu məsələdə düşmən ermənilə başqa bir təbəqə ermənini ayırmaq səviyyəsində münasibət istiqamətində qurub. Bundan sonrakı dönəmdə həmin erməni amilini bir tərəfdən Qarabağda da ermənilərin Azərbaycan tərkibində yaşaması mümkünlüyü faktına görə təqdim etməlidir. İkinci tərəfdən, bütün baş vermiş faciələr fonunda belə hər bir ermənini düşmən edək siyasəti aparmadığımızı göstərə bilərik". Həmsöhbətimiz qaldırılan məsələnin son dərəcədə həssas olduğuna da diqqət yetirdi: "Əlbəttə, etiraf etmək lazımdır ki, bu son dərəcədə həssas bir problemdir. Türk cəmiyyətinin daxili mühitilə Azərbaycan gerçəkləri xeyli fərqlidir. Biz münaqişənin son dərəcədə böyük ağrılarını bu gün də həyatımızda yaşamaqdayıq. 20 mindən artıq Azərbaycan şəhidinin olması bu rəqəmin 100 minlərlə ailəni əhatə etməsi deməkdir. Məcburi köçkünlərin olması, itirilən torpaq, onların yüz illik zəhməti bahasına başa gələn mülklərin ermələr tərəfindən işğalı öz-özlüyündə ermənilərə dözümlə yanaşmağa imkan vermir. Bu məsələdə mövqe söyləyərkən biz həmin məqamları nəzərə alırıq. Bu heç bir halda günahımız və milli dözümsüzlük kimi qələmə verilə bilməz. Xatırlayırsınızsa, bir vaxtlar Robert Köçəryan bəyan etmişdi ki, bu iki millət dinc yanaşı yaşaya bilməyəcək. Azərbaycan dövləti olaraq, ölkəmizi və onun Konstitusiyasını, qanunlarını tanıyan ermənilərin vətəndaş ola biləcəyini dünyaya göstərməliyik. Qarabağ siyasətində bu mühüm bir amildir. Əslində biz Qarabağ ermənilərinə də müraciət etməliyik. Onlara təklif etməliyik ki, hədsiz dərəcədə ideologiyalaşmış, milli şovinizmlə xəstələnmiş qüvvələrin girovluğundan azad olsunlar. Onlar bu illər ərzində yalnız itiriblər. Hətta guya Qarabağ savaşının birinci mərhələsində hərbi üstünlük qazanıblarsa da, bu onların real həyatında heç bir parametr üzrə özünü göstərmir. Onların hazırkı şəraiti çox yaxşı bəllidir. Ermənilərə münasibətdə Azərbaycan Konstitusiyası və qanunlarına uyğun normal vətəndaş münasibəti göstəriləcək kimi siyasət işlətməliyik. Bu, dövlətimizin xəttində çox mühüm olmalıdır. Etiraf edək ki, bu məsələdə çox sərt təpkilərin olacağı da göz önünə alınmalıdır. Belə çıxmasın ki, bu, ermənilərə yönəlik bir humanizm mövqeyidir. Azərbaycan qanunlarını tanımayan, milli düşmənçilik ideologiyasında yaşayan ermənilərə qarşı son dərəcədə barışmaz mövqe tutmalıyıq. Qarabağı Azərbaycanın ərazisi kimi qəbul edən, soyqırımın baş vermədiyini, əksinə, azərbaycanlıların erməni şovinizminin qurbanı olduğu mövqeyini tanıyan ermənilərə də Türkiyədəki kimi normal münasibət göstərməliyik. Bu, ən azı, Qarabağ probleminin müəyyən bir dönəmdə həlli üçün gərəkdir. Əlbəttə, mən o insanlardanam ki, ermənilərsiz Azərbaycan modelinin qaçılmaz olduğunu dərk edirəm. Nə yazıq ki, ermənilər birgə yaşayış üçün əsaslar qoymur, kiçicik belə kompromis mövqeyi göstərmirlər. O insanlar ki, Azərbaycan qanunlarını tanımayacaq, həmin ölkə hüdudlarında yaşamayacaqlar. Bu mənada, ermənilərsiz Azərbaycanı məhz ermənilərin fəaliyyəti doğurur". Z.Oruc burada Kremlin Çeçenistanda yeritdiyi siyasəti tətbiq etməyi lazım bilir: "Müsahibələrimin birində belə bir model irəli sürmüşdüm ki, Rusiyanın Çeçenistan siyasətini Qarabağa tətbiq etməliyik. Ramzan Kadırov və onun atası kimi rusiyapərəstlər Moskva üçün əlverişli şəxs qismində necə tapıldı və təşkilatlandırıldısa, bu siyasət Azərbaycan tərəfindən də tətbiq olunmalıdır. Əlbəttə, praktik nöqteyi-nəzərdən buna çox şübhəli yanaşacaqlar. Yeni qeyd olunacaq ki, həmin ermənilər baş qaldıracaqları təqdirdə müəyyən bir qüvvəyə çevrilərək yenidən əleyhimizə olacaqlar. Bu mövqedə olanları da anlayışla qarşılamalıyıq. Bu məsələdə ən sərt mövqe göstərənlərin əsasları var. Həqiqətən, bu qədər tökülən qanlar fonunda ermənilərə necə dözümlə yanaşmaq olar? Amma paralel şəkildə dünyanın siyasi reallıqlarını da nəzərə almalıyıq. Ona görə də sözügedən məsələdə həm Bakıda yaşayan ermənilərdən istifadənin vacib olduğunu qeyd edirəm, həm də paralel şəkildə Dağlıq Qarabağ ermənisinə müraciət edərək, onları qəsbkar ermənilərə qarşı qoymaq siyasətinin tərəfdarıyam".
   Elçin Mirzəbəyli isə Azərbaycan vətəndaşı olan ermənilərin sözügedən məsələdə iştirakının tərəfdarı olsa da, onun effekt verməyəcəyini bildirdi: "Bakıda yaşayan ermənilər, məlumatıma görə, qarışıq ailələrdəndir. O insanların da bir çox hallarda adları cəmiyyətə açıqlanmır, gizli saxlanır. Nəinki Bakıda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının, həmçinin işğal olunan ərazilərdəki ermənilərin də bu prosesdə müxtəlif vasitələrlə iştirakının təmin edilməsinin tərəfdarıyam. Dağlıq Qarabağda yaşayan və işğaldan zülm çəkən yetərincə erməni mənşəli insan var və şübhə etmirəm ki, onlar bu və ya digər şəkildə təminat aldıqları halda işğal və Ermənistanın yürütdüyü aqressiv siyasət əleyhinə çıxış edə bilər. Bu istiqamətdə işin aparılmasının tərəfdarıyam. Azərbaycanda yaşayan ermənilər müstəqil şəkildə təşkilatlanaraq ölkəmizin mövqeyinin müdafiə edilməsi istiqamətində addım atmaq istəyəcəksə, hesab edirəm ki, o zaman müəyyən effektiv nəticəyə nail olmaq mümkündür. Hərçənd, bunun nəticə etibarilə böyük dəyişikliklərə səbəb olacağını gözləmirəm. Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə, bunun xalqımızın iradəsilə baş verəcəyinə inanıram. Bununla belə, ermənilərdən gələn xeyirin Azərbaycan üçün hər hansı nəticə verəcəyini də gözləmirəm. İlanın ağına da lənət, qarasına da. Türkiyədə yaşayan erməni diasporunun rəhbəri ona görə belə bəyanatla çıxış edir ki, burada geniş imkanlara malikdir və Türkiyəni tərk etmək niyyətində deyil. Yəni öz mövqelərini qorumaq baxımından belə mövqe sərgiləyirlər. Ancaq sizi əmin edirəm ki, hər hansı bir kritik durum yarandıqda, Türkiyəyə qarşı real basqı olduqda, tarixdə olduğu kimi, bu tip insanlar həmin real gücün tərəfinə keçəcək".
   
Rüfət SULTAN
Azərbaycan neftinə uzanan erməni barmağı barədə ARDNŞ prezidenti birmənalı məlumat verdi
Rövnəq Abdullayev "Rusneft" şirkətinin Azərbaycanla heç bir əlaqəsi olmadığını bildirdi
Rusiyanın "Rusneft" şirkətinin hazırda Azərbaycanla heç bir əlaqəsi yoxdur. "APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
   R.Abdullayevin sözlərinə görə, əvvəllər Azərbaycanda neft layihəsində iştirak payı alan "Rusneft" şirkəti sonradan öz payını Britaniyanın "Global Investment" şirkətinə satıb. Sonrakı mərhələdə isə Britaniya və Azərbaycan tərəfinin iştirakı ilə "Azerbaijan Global Energy" əməliyyat şirkəti yaradılıb.
   Qeyd edək ki, Rusiyanın AFK "Sistema" şirkəti Azərbaycandakı neft yataqlarının işlənməsi layihəsində əvvəllər paya malik olan "Rusneft" şirkətinin minoritar səhm paketini (48%) alıb. AFK "Sistema"ya rəhbərlik edənlərdən biri Ermənistanın keçmiş prezidenti Robert Köçəryandır.
   Xatırladaq ki, 2006-cı il noyabrın 3-də Rusiyanın "Rusneft" şirkətilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında "Rusneft Absheron Investments Ltd." əməliyyat şirkətinin yaradılmasına dair müqavilə imzalanıb. Müştərək şirkət "Zığ-Hövsan" yataqlar blokunun işlənməsi ilə məşğul olub. Kontrakt sahəsi 65 kv. km, çıxarılan neft ehtiyatları qalığı isə 12 mln. ton təşkil edir. Hasilat işlərinə 2007-ci ilin sentyabr ayında başlanılıb.
   Əvvəllər bu blokun işlənməsində operator rolunda Rusiyanın "LUKoil" şirkəti çıxış edib. Belə ki, 2001-ci ilin yanvarın 9-da ARDNŞ ilə "LUKoil" arasında bərabər paylar əsasında (50%) PSA tipli müqavilə bağlanıb. Lakin sonradan layihə üzrə ekoloji bərpa işlərinə böyük həcmli investisiya tələb olunduğuna görə, "LUKoil" layihədən imtina edib və kontrakt 2004-cü ilin dekabr ayında ləğv olunub. "LUKoil" ekspertlərinin hesablamalarına əsasən, ümumi investisiyalar 250-300 mln. ABŞ dolları olduğu halda, ekoloji məsələlərin həllinə təqribən 100 mln. dollar tələb olunur.
   Qeyd edək ki, "Zığ" yatağı 1935-ci, "Hövsan" yatağı isə 1948-ci ildən istismar olunur və indiyədək bu blokdan mövcud ehtiyatların yalnız 5-10%-i çıxarılıb. "Hövsan-Zığ" bloku Bakıdan təqribən 25 km şimal-şərqdə yerləşir. Layihəyə təxminən 100-150 mln. dollar həcmində investisiyanın yatırılacağı gözlənir və bunun 10-15%-i ekoloji tədbirlərin icrasına sərf olunacaq.
   Ukraynadakı siyasi dəyşikliklər Odessa-Brodı-Plotsk-Qdansk neft boru kəmərinin inşası layihəsinin icrasına mənfi təsir göstərməyəcək. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlər Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
   R.Abdullayevin sözlərinə görə, bu layihə daim Ukrayna hökumətinin diqqət mərkəzində saxlanır: "Ukrayna çalışacaq ki, bu layihədən özünəməxsus səviyyədə istifadə etsin". Xatırladaq ki, Xəzər neftinin Avropaya nəql edilməsi məqsədilə Ukrayna tərəfinin təşəbbüsü ilə inşa olunan Odessa-Brodı neft kəmərinin perspektivdə Plotsk-Qdansk marşrutu ilə Şimali Polşaya qədər uzadılması planlaşdırılır.
Xəbər xidməti
 
 
 SON XƏBƏRLƏR
2010-03-31 Ağsuda 8 yaşlı qız yelləncəyin ipindən asılaraq boğuldu
2010-03-31 Ağsuda mikroavtobusla "BMW" qarşı-qarşıya hərəkətlə toqquşdu
2010-03-31 Binəqədili Fatma Ağayevanın evinə işıq pulu yığmaq adı ilə oğru girdi
2010-03-31 Milli QHT Forumu Qubadakı kütləvi məzarlıqda aksiya keçirdi
2010-03-31 Martın 10-da Mingəçevir Su Anbarına balıq ovuna gedənlərdən birinin meyitini tapdılar
2010-03-31 "Azəriqaz" Səhiyyə Nazirliyindən 90 min manat tələb etdi
2010-03-31 Milli soyadlarının sonunda "dəniz", "bulud" da ola bilər
2010-03-31 "Bakıelektrikşəbəkə" "Azərbaycan" Nəşriyyatının işığını kəsdi və bərpa etdi
2010-03-31 Beyləqanda xəstəxana binası yanıb
2010-03-31 Rövnəq Abdullayev Rüstəm İbrahimbəyovun ittihamına cavab verib
2010-03-31 Həmsədrlər Azərbaycanın işğal torpaqlarına səfərləri ilə bağlı Ermənistan prezidentinə xəbər verdilər
2010-03-31 ABŞ-ın Azərbaycanda yeni səfiri barədə təzə söz deyildi
2010-03-31 Prezident üç MTN-çiyə general-mayor rütbəsi verdi
2010-03-31 Seçki Məcəlləsi yox, Siyasi Partiyalar Haqqında Qanun dəyişəcək
2010-03-31 Əsgər Vüqar Pənahini kim güllələyib?
2010-03-31 Nəsimi Rayon Məhkəməsi "Təzadlar" qəzetinin Mətbuat Şurasına qarşı iddiasını geri qaytardı
2010-03-31 Ramil Usubov müsabiqə ilə DİN-in orta rəis heyətinə qəbul olunan gənc zabitlərə xeyir-dua verdi
2010-03-31 Moskva metrosunda terrordan yaralanan azərbaycanlıdan təzə xəbərlər gəldi
2010-03-31 Birləşmiş Ərəb Əmirlikləri prezidentinin milyarder qardaşının meyiti tapıldı
2010-03-31 Məhkəmə-Hüquq Şurası barədə SDİ-nin təklifləri kəskin mübahisə doğurdu
2010-03-31 İçimizdəki aşkar ermənilərdən necə istifadə edə bilərik?
2010-03-31 Fəxrəddin Əhmədov Pirallahıda "Fiat" avtomobilini ağaca çırpdı
2010-03-31 Bakı əhalisi terror hadisələrinin qurbanlarını yad etdi
2010-03-31 "Moskvada başqa millətlərə xoşagəlməz münasibət yoxdur"
2010-03-31 Partlayış törətmiş qadın kamikadzelərin fotoşəkilləri yayıldı
2010-03-31 Moskva metrosunda terror qurbanlarının sayı 39-a çatdı
2010-03-31 Merzlyakov "Madrid prinsipləri"nin dörd bəndinə görə erməni jurnalistlərinə "təpindi"
2010-03-31 KİV Fondunun yeni müsabiqə təklifi baş redaktorların müzakirəsinə çıxdı
2010-03-31 10 konqresmen Obamaya məktubda Azərbaycanın ABŞ üçün etdiyi yaxşılıqları sadaladı
2010-03-31 Minsk Qrupunun həmsədrləri Xankəndi və İrəvana bu səfərləri barədə də mənasız bəyanatlar yaydılar
2010-03-31 Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin həbsi bir içimlik suya dönür
2010-03-31 İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbərilə parlament seçkilərini müzakirə edib
2010-03-31 Eyni dairədə toqquşan müxalifətçi namizədlər...
2010-03-31 Ermənistan-Türkiyə münasibətlərində həlledici tarix - 13 aprel?
2010-03-31 İlham Əliyevin hərbi bəyanatları öz işini görür
2010-03-31 Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşına hökm oxundu
2010-03-31 Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart faciələrində erməni izlərini bütün dünyaya car çəkdi
2010-03-31 Moskvada Azərbaycan vətəndaşını öz maşınında güllələyiblər
2010-03-31 Uydurma soyqırım qətnaməsi hələ də ABŞ-Türkiyə münasibətlərinin gündəliyindən düşməyib
2010-03-31 Əslən azərbaycanlı Murad Nevada qubernatorunun müavini seçilə bilər
2010-03-31 Azərbaycanda biznesmenlərin reytinq cədvəlini tutmaq problemə dönüb
2010-03-31 Neft Akademiyası ilə sabiq tələbə Elmin Bədəlovun məhkəməsi "sehrli çevrəyə" düşüb
2010-03-31 Sarayın arxasında evləri sökülənlər qalmaqallı hadisənin konkret səbəbini prezidentə yazdılar
2010-03-31 Ağsu şəhərində ev yanıb
2010-03-31 Şəkidə toyuna hazırlaşan ruhi xəstə yoxa çıxıb
2010-03-31 Avtovağzal kompleksində sanitariya, təmizlik və kommunal xidməti göstərilməsi üstündə dava düşdü
2010-03-31 Yasamalda tələbə bıçaqlandı
2010-03-31 Aprelin 14-də "Fatimeyi Zəhra" məscidinin kassasiya şikayətinə baxılacaq
2010-03-31 Bakıda kirayə mənzillərin haqqı sürətlə düşməyə başlayıb
2010-03-31 "Qalatasaray" 10 milyon avroluq təhlükə ilə üzləşib
2010-03-31 Qalmaqallı oyunda Vəli Qasımovun da adı hallandırıldı
2010-03-31 "Qalatasaray"ın vitse-prezidenti Azərbaycanda iş axtarır
2010-03-31 Terim Raykaardın yerinə gətirilir?
2010-03-31 Rövnəq Abdullayev Ramin Musayevə barmaq silkələdi
2010-03-31 Zidan "Real"ın baş məşqçisi ola bilər
2010-03-31 İspaniya, Braziliya, Argentina, Hollandiya və İngiltərə
2010-03-31 Anri okeanın o tayına gedir
2010-03-31 AFFA-dan "Xəzər-Lənkəran"a ağır cəza
2010-03-31 Türkiyədə Azərbaycan əsilli narkotacir yaxalanıb
2010-03-31 Şəmkirdə yarım milyon pul yemiş bankirlərə hökm oxundu
2010-03-31 Hakim Mehdixan Abdullayev 5 "dedovşinaçı" hərbçinin cinayətini sübuta yetirdi
2010-03-31 Əfqanıstan və Pakistanda NATO-ya qarşı döyüşmüş suraxanılı Vüqar İsayevin məhkəməsi başladı
2010-03-31 Bakıda sahibsiz itlərin üstündə mübahisə düşdü
2010-03-31 Bizdə psixoloq yanına gedənlərə çox vaxt "dəli" deyirlər
2010-03-31 İndiki şou-musiqiçilər nəsli 40-45 yaşa çatan kimi səsini itirir
2010-03-31 Tanınmış şoumenlərin gənclik çağlarındakı toy kasetləri ilə bağlı maraqlı iş başlayıb
2010-03-30 Aprelin 4-də sınaq imtahanları keçiriləcək
2010-03-30 Dəm qazı daha bir faciə törətdi
2010-03-30 Masazırda Eldəniz Əkbərov intihar edib
2010-03-30 Eynulla Fətullayevin işi məhkəməyə daxil olub
 
 
 
Copyright (c) Bakı Xəbər 2009