31 Mart 2010-cı il, N 314(1811)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3633)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2433)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1737)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1645)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1350)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Azərbaycanda biznesmenlərin reytinq cədvəlini tutmaq problemə dönüb
Ancaq bu yönümdə maraqlı proseslər başlayıb
Müasir həyatı reytinqlərsiz təsəvvür etmək mümkün deyil. Xüsusən də Azərbaycanın Qərbə inteqrasiyası fonunda bu məsələ hər keçən gün daha aktual şəkildə gündəmə gəlir. Araşdırmalar göstərir ki, artıq ölkəmizdə də insanlar, investorlar, şirkətlər reytinq cədvəllərinə daha çox diqqət etməyə başlayır.
   Hələ ötən əsrin əvvəllərində inkişaf etmiş Qərb ölkələrində işgüzar aktivliyin sürətlə artdığı bir vaxtda insanlar informasiya bolluğu və vaxt qıtlığı ilə üz-üzə qaldı. Belə vəziyyətdə adamlar araşdırmalara çox vaxt sərf etmək istəmir, nəticə çıxarmaq üçün daha rahat olan sistemləşdirilmiş məlumatlar almağa çalışırdı. Bu məlumatları reytinq şirkətləri verməyə başladı. İndi dünyada ən müxtəlif məsələlərə həsr olunmuş minlərlə reytinq tərtib olunur.
   Reytinqlərin həyata təsiri hədsizdir. Siyasi reytinqlər ölkəyə münasibəti formalaşdırır, İqtisadi reytinqlər banklar və şirkətlərin nüfuzunu artırıb-azaldır, biznesə təsir edir. Hərçənd, bəzən onlar da həqiqəti əks etdirmir. Siyasi və iqtisadi maraqlar burda da özünü göstərir. Məsələn, 2001-ci ildə Amerikanın enerji nəhəngi "Enron" şirkətinin qəflətən müflis olması ona müsbət qiymət verən bütün reytinq şirkətlərinin nüfuzunu sarsıtdı. Şirkətin fəaliyyətini iki ay əvvəl yoxlayıb problem tapmayan "Artur Andersen" şirkəti isə reputasiyasına dəyən zərbədən özünə gəlməyib fəaliyyətini dayandırmalı oldu. Böhran dövründə reytinqlərin dəqiqliyi yenidən şübhə altına düşdü. Məlum oldu ki, reytinq agentliklərinin çoxu həmin şirkətlərə konsaltinq xidmətləri də göstərir. Yəni onların bazarda maraqları var. Hərçənd, indinin özündə də dünya investorları üçün əsas maliyyə mayakı məhz beynəlxalq reytinqlər sayılır.
   İqtisadçı-ekspert Rəhim Hüseynov məsələ ilə bağlı İctimai Televiziyaya açıqlamasında bildirir ki, bu gün dünyada yüzlərlə psevdoreytinq ölçən, illüziya, yalançı reytinq verən qurumlar var: "Azərbaycana da özəl şirkətlərə belə məktub gəlir ki, siz keçən ilin nəticələrinə görə dünyada filan sahədə 7-ci yeri tutmusunuz. Filan vaxt filan ölkəyə gəlin sizə mükafat veriləcək. Sonra məlum olur ki, əslində o təşkilat şirkətin adını sadəcə hansısa siyahıda görüb. Qəzetlərdə, saytlarda Azərbaycan şirkətləri aldıqları mükafatla öyünərək onu reklam edir. Dərinə gedəndə hansı mükafatdır, onu kim verib, onu verənin özünün statusu nədir, onu ətrafı qəbul edibmi, o halda böyük suallar yaranır. Belə reytinq heç kimə lazım deyil".
   Beləliklə, aydın görünür ki, reytinq dalğası Azərbaycana da çatıb. Hər ilin sonu və ya əvvəlində mükafatlar mövsümü başlayır - müxtəlif təşkilatlar ilin ən yaxşı brendi, ən yaxşı biznesmeni, ən yaxşı texnologiyası, ən aktiv şirkəti ilin tikinti, avtomobil, mobil rabitə və s. şirkətlərini seçir. Ən maraqlısı da odur ki, mükafatı verən şirkətlərin seçimləri həmişə fərqli olur. Yəni hərənin öz maraqları və öz favoritləri var.
   O da faktdır ki, ölkəmizdə beynəlxalq mükafatların əsas müştəriləri biznes - şirkət və banklardır. Ölkə şirkətləri arasında xarici mükafatlarla fəxr etmək adi haldır. Ciddi reytinq tutmaq isə asan deyil. Məsələn, Azərbaycan biznesmenlərinin reytinqini müəyyən etmək indiyədək mümkün olmayıb. İqtisadçı-ekspert Rəhim Hüseynov deyir ki, biznesmenlərin reytinqi müəyyən edilərkən onlar müxtəlif şərtlərə cavab verməlidir: "Mütləq Azərbaycan vətəndaşı olsun, dövlət məmuru ola bilməz. Başqa məhdudiyyətlər qoyulur və sonda siyahı dağılır. Doğrudur, Azərbaycanın hansısa şəhər və rayonlarında yerli səviyyədə ciddi iş adamları var. Hansı ki, müəyyən işlər görüb, iş yerləri açıb. Amma onu ətraf rayonlarda tanımırlar. Bundan başqa, Azərbaycanda biznesin şəfaflığında çox ciddi problemlər var. Hətta ciddi iş adamı, ölkə miqyasında böyük işlər görən iş adamı da çalışır ki, çox halda adı hallanmasın. Hətta onu elan etmək istəyəndə deyir ki, mənə o lazım deyil. Ona görə də problemlər olur".
   Amma bütün çatışmazlıqlarına baxmayaraq, reytinqlərə tələbat nəinki azalır, əksinə, artır.
   
Tahir TAĞIYEV
Əslən azərbaycanlı Murad Nevada qubernatorunun müavini seçilə bilər
Milliyyətcə azərbaycanlı olan ABŞ vətəndaşı Pol Murad Demokrat Partiyasından Nevada ştatının qubernator müavini vəzifəsinə ən şanslı namizəddir.
   APA-nın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Demokrat Partiyası daxilində Nevada ştatının qubernatoru və qubernator müavini vəzifələrinə namizədlərin seçiləcəyi ilkin seçkidə P.Muradın şansı çox yüksək qiymətləndirilir. Partiya daxilində keçirilən sorğuda P.Murad 73%-lə birinci olub. "Las Vegas Review" qəzeti də P.Muradın şansının digər namizədlərlə müqayisədə yüksək olduğunu yazıb. Partiya daxilində ilkin seçki iyunun 8-də, Nevada qubernatoru və onun müavininin müəyyənləşəcəyi seçki isə noyabrda olacaq.
   P.Murad ötən həftənin şənbə günü Nyu-Yorkda türk dərnəklərinin rəhbərlərilə görüşüb. O, ştatda yeni iş yerləri yaratmaq üçün çalışacağını açıqlayıb. Orta təbəqəni təmsil etdiyini vurğulayan P.Murad 50-si beynəlxalq arenada, 50-si isə ABŞ daxilində fəaliyyət göstərən 100 böyük firmanı Nevadaya cəlb edəcəyini bildirib.
   Qeyd edək ki, 1975-ci il təvəllüdlü P.Murad 1991-ci ildə ABŞ-a köçüb.
   
Uydurma soyqırım qətnaməsi hələ də ABŞ-Türkiyə münasibətlərinin gündəliyindən düşməyib
İki ölkənin XİN başçısının məxsusi müzakirəsi nə deməkdir?
ABŞ Dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qondarma "erməni soyqırımına" dair qətnamənin qəbul olunması məsələsini telefon söhbəti zamanı müzakirə edib.
   APA-nın "Amerikanın səsi" radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Xarici İşlər nazirliyi məlumat yayıb.
   Türkiyə Osmanlı İmperiyası dövrü ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnamənin qəbul edilməməsi üçün ABŞ-a təzyiq göstərir. Türkiyənin Xarici İşlər Nazirliyi bildirir ki, ABŞ dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında telefon söhbəti zamanı müzakirələrin əsas mövzusu bu olub.
   Xarici İşlər Nazirliyinin dünən açıqladığı bəyanatında deyilir ki, Davudoğlu Klintona qətnamənin Konqresin Nümayəndələr Palatasında səsverməyə çıxarılmamasının nə qədər əhəmiyyətli olduğunu bildirib.
   Xarici İşlər Nazirliyi bildirir ki, bu addım Türkiyənin Cənubi Qafqaz regionunda sülh səyləri və ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilər. Bəyanatda həmçinin deyilir ki, siyasətçilər tarixi keçmişi mühakimə etməməlidir.
   Bu ayın əvvəli Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnamənin qəbul edilməsi Türkiyənin öz səfirini ABŞ-dan geri çağırması ilə nəticələnib.
Moskvada Azərbaycan vətəndaşını öz maşınında güllələyiblər
Moskvanın cənubunda "VAZ-2114" markalı maşında öldürülmüş kişinin şəxsiyyəti müəyyənləşib.
   APA-nın "RİA Novosti" agentliyinə istinadən yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbələr atəşlə qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olduğunu bildirir. Axşam saatlarında milisə zəng vuran sakinlər Vostryakovsk keçidindəki evin həyətində şübhəli maşının dayandığını xəbər verib. Maşına baxış keçirən milis əməkdaşları bir nəfərin meyitini aşkarlayıb. Azərbaycan vətəndaşı olduğu müəyyənləşən həmin şəxsin başından aldığı güllə yarası nəticəsində dünyasını dəyişdiyi bildirilir. Faktla bağlı təhqiqat aparılır, istintaq sirri səbəbilə öldürülən şəxsin adı açıqlanmır.
Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart faciələrində erməni izlərini bütün dünyaya car çəkdi
Əsl soyqırım istəyirsinizsə...
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırım günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.
   QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Allahşükür Paşazadə Azərbaycan dindarlarının iradəsini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün sülhpərvər insanlarına müraciət etdiyini, Azərbaycan xalqının son yüzillik tarixində üzləşdiyi müsibətləri bəyan etmək istədiyini bildirib: "Bu bir acı həqiqətdir ki, XX əsr ərzində Azərbaycan xalqı şanlı müstəqillik tarixi yaşamaqla yanaşı, mənfur düşmənlərin məqsədli şəkildə törətdiyi vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib. Xalqımıza qarşı məkrlə düşünülmüş, xaincəsinə cızılmış plan əsasında xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırım cinayətləri bütün bəşər tarixinə qara ləkədir. Azərbaycanın əzəli, əbədi torpaqlarına tarixən xaincəsinə göz dikmiş, bir əsrdə azərbaycanlılara qarşı iki dəfə qətliam törətmiş mənfur erməni ekstremistləri və onların havadarlarının əməllərinə heç bir bəraət ola bilməz. Xüsusi amansızlıqla, silahsız, dinc əhaliyə qarşı, uşaq, qadın, qocalara məhəl qoyulmadan gerçəkləşdirilmiş, bütöv kənd, şəhər və yaşayış məskənlərinin, maddi və mənəvi irsin məhv edilməsi ilə müşayiət olunmuş soyqırımı aktları xalqımızın yaddaşında dərin iz qoyub. Azərbaycanın bir çox yerlərində 92 il bundan əvvəl - 1918-ci ildə törədilmiş ağlasığmaz soyqırımı cinayətlərinin qanlı izləri, kütləvi insan qəbiristanlıqları mövcuddur. Bu yaxınlarda Qubada aşkar edilmiş kütləvi məzarlıq buna əyani misaldır". Müraciətdə qeyd olunur ki, xəyanətkar xislətindən tarix boyunca dəfələrlə sui-istifadə olunmuş erməni ekstremistlərinin əməllərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməlidir: "Bəşəri cinayətlərə münasibətdə siyasi konyukturalara uyma, ikili standartlar mövqeyindən yanaşma, qərəzli təhrif və ya biganəlik nümayiş etdirilməsi qətiyyən yolverilməzdir. Bu yalnız və yalnız bəşəriyyət əleyhinə cinayətlərə daha da rəvac verilməsinə xidmət edə bilər. Cəzasızlıq yeni cinayətlərə sövq edir. Bariz misal kimi, erməni ekstremistlərinin cəzasızlıqlarından istifadə edərək Azərbaycanın 20 faiz ərazisini işğal etməsini, dinc əhalini qətlə yetirməsi, milyondan artıq əhalini öz doğma yurdundan didərgin salmasını, BMT-nin qətnamələrinə saymamazlıq nümayiş etdirilmələrini göstərmək olar". QMİ sədri müraciətində müasir dünyada əsl deyil, qondarma soyqırımlarla bağlı qayğılananların sıralarının genişlənməsini təəssüflə qeyd edib: "Beynəlxalq aləmdə saxta soyqırımların tanınması, soyqırım törətmişlərin "soyqırım qurbanları" kimi qələmə verilməsi yönündə meyllər bizi hədsiz narahat edir. Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsilə bağlı illərdir etdiyimiz müraciətlər, hələ ki, bir nəticə vermir. Bütün bunlara rəğmən, biz inanırıq ki, dünya soyqırımlara məruz qalmış Azərbaycan xalqının haqq səsinə biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardımçı olacaq. Ümidvarıq ki, Azərbaycan həqiqətlərinin dünyaya yayılması qəsbkar dövlət olan Ermənistanın əsl simasının açılmasına yardım göstərəcək, onun genosidlər törədən, özgə torpaqlarına göz dikən terrorçu dövlət kimi tanınmasına rəvac verəcəkdir. Biz bütün dünya ictimaiyyətini Azərbaycan xalqının faciələrinə biganə qalmamağa, bizə qarşı törədilmiş dəhşətli soyqırımı aktlarına prinsipial hüquqi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həllində bizimlə həmrəy olmağa, haqq səsimizə səs verməyə çağırırıq. Qoy Rəbbimiz doğrunu yanlışdan seçməkdə sizlərə yardımçı olsun və mərhəmətini üzərimizdən əsirgəməsin. Amin!"
   
Xəbər xidməti
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşına hökm oxundu
Yasamal Rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Emin Əhmədbəyova hökm oxunub.
   Polis mayoru cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Emin Əhmədbəyov ötən il dekabrın 1-də Bakının Mətbuat prospektində yol polisi müfəttişi Məhərrəm Qurbanova xəsarət yetirməkdə təqsirləndirilib. Emin Əhmədbəyov 2003-cü ildə daxili işlər orqanından xaric edilib. 2006-cı ildə işə bərpa olunub və ona mayor rütbəsi verilib. O isə işsiz qaldığı 3 illik məvacibini tələb edib. Emin Əhmədbəyovun vəkili "Azadlıq" Radiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.
   
KİV Fondunun yeni müsabiqə təklifi baş redaktorların müzakirəsinə çıxdı
Ceyhun Musaoğlu: "İstərdim ki, araşdırma mövzularına xüsusi diqqət yetirilsin"
Şakir Habiloğlu: "Milli ideologiya və Qarabağla bağlı mövzulara üstünlük verilməlidir"
Rauf Arifoğlu: "Mövzular ətrafında düşünmək gərəkdir"
Elçin Mirzəbəyli: "Təklifə müsbət baxıram"
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ölkədə fəaliyyət göstərən aparıcı qəzetlərin baş redaktorlarına məktubla müraciət edəcək. Bunu "Media forum" saytına fondun icraçı direktoru Vüqar Səfərli deyib. Müraciət fondun keçirməyə hazırlaşdığı növbəti jurnalist müsabiqəsilə bağlı olacaq.
   Azərbaycan jurnalistikasının 135 illiyinə həsr ediləcək həmin müsabiqənin mövzularını KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu baş redaktorların iştirakı ilə seçmək niyyətindədir. V.Səfərlinin sözlərinə görə, onlar baş redaktorlardan müsabiqədə görmək istədikləri mövzuları təklif şəklində fonda göndərmələrini xahiş edəcək. Təkliflər KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Konsepsiyasında göstərilən 18 istiqamət çərçivəsində olmalıdır. Təklifləri redaktorlar aprelin 10-na qədər göndərə biləcək: "Təklifləri biz bir həftə ərzində müzakirə edib mövzuları müəyyənləşdirəcəyik. Bu dəfə çalışacağıq ki, müsabiqə elanını tez verək". V.Səfərli onu da bildirib ki, fondun bu ilin əvvəlində keçirdiyi ilk müsabiqənin nəticələrindən şikayət edən olmayıb: "Müsabiqə müddətində fonda daxil olan 46 layihədən 28-i qalib gəlib. Qalib gəlməyənlərdən isə fonda heç bir şikayət daxil olmayıb. Ümumiyyətlə, bu dəfə ötən dəfəki kimi müsabiqədən sonra xüsusi apelyasiya komissiyaları təşkil etmədik. Heç bir beynəlxalq praktikada belə bir şey yoxdur ki, hər dəfə müsabiqə elan edildikdən sonra şikayətlərə xüsusi komissiyalarla baxılsın".
   Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərir. 2010-cu il üçün fonda 2 milyon manat pul ayrılıb. Qurum bu il daha iki müsabiqə elan etməyi nəzərdə tutur.
   Qeyd edək ki, müsabiqə mövzularının qəzet redaktorlarının iştirakı ilə seçmək niyyəti olduqca uğurlu təşəbbüsdür. Bu onu göstərir ki, KİV-ə Dəstək Fondu və onun rəhbəri məsələnin həllində redaktorların iştirakında, onların fikirlərini dinləməkdə də maraqlıdır. Çünki bəzən elə olur ki, qurumun seçdiyi mövzular bəyənilmir, belə halda məsələhətləşərək mövzuların birgə seçimi olduqca əhəmiyyətlidir. Adətən, birgə fəaliyyət nəticəsində daha böyük uğurlar əldə etmək olar. Bu mənada Fondun təşəbbüsü müsabiqəyə, heç şübhəsiz, yeni-yeni aktual mövzuların çıxmasına şərait yaradacaq. Onu da qeyd edək ki, bu müsbət təşəbbüs Fond tərəfindən verilən ilk ideya deyil. İndiyə kimi keçirilən müsabiqələrin gedişində zaman-zaman sözügedən qurum tərəfindən yeniliklər tətbiq olunub. Uzağa getməyək, bu yaxınlarda özəl jurnalist yazıları da müsabiqəyə cəlb olundu. Görəsən, mətbuat bosslarının təşəbbüsə münasibəti necədir? Onlar öz tərəfindən hansı mövzuları təklif etmək niyyətindədir?
   "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli müsabiqə mövzularının qəzet rəhbərlərilə birgə seçilməsi ideyasını dəstəkləyir. Amma o, hansı məzmunda mövzular təklif edəcəklərini indidən bildirmək istəmədi: "Açıqlama ilə tanışam. Deyilən fikirlərə müsbət baxıram. Baş redaktorların iştirakı ilə keçirilən tədbirlərin birində bu təklif elə Vüqar Səfərli tərəfindən irəldi sürülmüşdü. Eyni zamanda, baş redaktorların özləri tərəfindən də çox müsbət qarşılanıb. Biz bütün hallarda təkliflərimizi göndərməyə hazırıq. Məktub hələ daxil olmayıb, yəqin ki, bu günlərdə daxil olacaq. Biz bir neçə mövzu istiqaməti üzrə təkliflərimizi irəli sürmək niyyətindəyik. Hesab edirik ki, həmin mövzular da Azərbaycan mətbuatının inkişafına xidmət edəcək. Lakin konfidensiallıq naminə həmin mövzuları indidən açıqlamaq istəmirəm. Məsələ ondadır ki, bu mövzuları Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu araşdıracaq, üzərində işləyəcək, bəlkə bunların hansınınsa ictimaiyyətə açıqlanmasına ehtiyac yoxdur. Bu baxımdan məsələyə konfidensiallıq nöqteyi-nəzərindən yanaşıram. Bir məsələ ki, hələlik xammal şəklindədir, onu açıqlamırlar".
   "Ədalət" qəzetinin şöbə müdiri Ceyhun Musaoğlu da mövzuların baş redaktorların iştirakı ilə seçilməsini alqışladı. Digər tərəfdən o, araşdırma mövzularına üstünlük verilməsinin tərəfdarıdır: "Bu olduqca uğurlu təklifdir. Belə halda jurnalistlərin istəyi də daha dolğun nəzərə alına bilər. Etimad mühitinin yaranması baxımından da belə olması yaxşıdır. Birgə seçim həm də ortaya ən aktual mövzuların çıxmasına imkan verəcək. Mövzulara gəldikdə, deməliyəm ki, Dəstək Fondunun seçdiyi 18 istiqamət üzrə mövzuların özü zəif mövzulardır. İstərdim ki, araşdırma mövzularına xüsusi diqqət yetirilsin. Smart kartların qoyulmasını araşdırmaq olar. Bildiyimiz kimi, bu proses pulsuz, yəni dövlət hesabına həyata keçirilməlidir, amma əhalidən pul alınmadan qoyulduğunun şahidi olmamışam. Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə münasibəti mövzsunda araşdırma yazmaq mümkündür. Yoxsa indiyə kimi ortaya qoyulan mövzularla heç nəyi həll etmək olmaz".
   "Novoye Vremya" qəzetinin baş redaktoru Şakir Habiloğlu da sözügedən təklifi dəstəkləyir: "Belə olarsa, çox yaxşı olar. Mövzulara gəldikdə, milli ideologiya və Qarabağla bağlı mövzulara üstünlük verilməlidir. Bizim milli ideologiyada çatışmazlıqlar çoxdur. Digər tərəfdən, nə qədər ki, məsələ həll olunmayıb, Qarabağ problemi daim gündəmdə saxlanmalıdır".
   "Yeni Müsavat" qəzetinin təsisçisi Rauf Arifoğlu da həmkarları kimi təklifi bəyənir. Lakin seçəcəkləri mövzular barədə düşünmək lazım gəldiyini dedi: "Təklif yaxşıdır. Amma hansı mövzu təklif edəcəyimiz ətrafında düşünmək lazımdır. Redaktorlarla məsləhətləşmək, mövzular istiqamətində düşünmək üçün onlara müəyyən vaxt verib sonra bunu redaktorlardan almaq düzgün yanaşmadır. Təklifi dəstəkləyirəm. Mövzular ətrafında düşünmək gərəkdir".
   
Rüfət SULTAN
Merzlyakov "Madrid prinsipləri"nin dörd bəndinə görə erməni jurnalistlərinə "təpindi"
"Məlumatı olduğu kimi verin!"
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Xankəndində onun adından verilən bəyanatları təkzib edib.
   APA-nın məlumatına görə, həmsədr jurnalistlərin onun fikirlərini təhrif etdiyini bildirib: "İnformasiyanı olduğu kimi vermək lazımdır, Xankəndindəki jurnalistlərin etdiyi kimi özündən şərh etmək yox". Tərəflərin dörd bənd istisna olmaqla Madrid prinsiplərilə bağlı ümumi razılığa gəlməsi barədə bəyanatını şərh edən Merzlyakov Xankəndində belə açıqlama vermədiyini deyib: "Mən belə söz deməmişəm. Ağzımdan belə ifadə çıxmayıb". Xatırladaq ki, Yuri Merzlyakov bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə təkzib edib.
   Erməni mətbuatının yazdığına görə, Yuri Merzlyakov Xankəndində jurnalistlərə verdiyi açıqlamada Ermənistanın yeniləşmiş Madrid təkliflərinin bəzi bəndlərilə razı olmadığını bildirib: "Ermənistan tərəfi bəzi bəndlər üzrə razı olmadığını bildirib. Lakin biz vəziyyəti gərginləşdirmirik, çünki bir neçə il əvvəl Madrid prinsiplərini Ermənistan qəbul edirdi, Azərbaycan isə bu təkliflərdən imtina edirdi. Biz razılaşdırılmış nəticə əldə etmək üçün çox iş aparmışıq". Vasitəçinin sözlərinə görə, dörd bənd istisna olmaqla, Madrid təklifləri üzrə ümumi razılığa gəlinib. Həmsədr daha sonra erməni jurnalistlərin onun sözlərini təhrif etdiyini bəyan edib.
Moskva metrosunda terror qurbanlarının sayı 39-a çatdı
Rusiyanın Bakıdakı səfirliyinə matəm çiçəkləri gəlir
Martın 29-da Moskva metrosunda baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Moskva Səhiyyə Departamentinin rəisi Andrey Seltsovski açıqlayıb.
   O bildirib ki, son olaraq Sklifosovski İnstitutunda müalicə olunan bir qadın martın 30-na keçən gecə keçinib. A.Seltsovski ölənlərdən hələlik 8-nin şəxsiyyətinin müəyyənləşdirildiyini, digərlərinin şəxsiyyətinin də martın 30-u günorta saatlarına qədər müəyyənləşdiriləcəyini söyləyib. Xəstəxanalarda 71 nəfər müalicə olunur, onlardan 5-i kritik durumdadır.
   Rusiyanın xarici işlər naziri Sergey Lavrov terror aksiyalarının xaricdən dəstək alınaraq hazırlandığını bəyan edib. Onun fikrincə, terrorun arxasında Əfqanıstan-Pakistan sərhədində fəaliyyət göstərən terrorçu qruplaşmalar dayana bilər: "Orada nəinki Əfqanıstan və ətraf ölkələrdə, həmçinin Orta Asiya ölkələrində də terror aktlarının həyata keçirilməsi planlaşdırılır, bəzən bu marşrutlar Qafqaza da aparır".
   S.Lavrov istintaqın maksimal sürətlə və effektiv aparılacağını da əlavə edib.
   
Partlayış törətmiş qadın kamikadzelərin fotoşəkilləri yayıldı
Moskva milisi martın 29-da metroda partlayış törətmiş qadın kamikadzelərin və onlara yardımçı olmuş 3 nəfərin fotoşəkillərini yayıb.
   APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, terrorçuların fotoları ölü vəziyyətdə çəkilib, onlara kömək edənlərin fotoları isə videomüşahidə kamerasından götürülüb. Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, terrorçular aksiyadan əvvəl bir neçə gün Moskvada və ya Moskva ətrafında qalıblar.
"Moskvada başqa millətlərə xoşagəlməz münasibət yoxdur"
"Moskva metrosunda baş vermiş hadisədən sonra Rusiya paytaxtında başqa millətlərə qarşı hər hansı xoşagəlməz reaksiya yoxdur". Bunu APA-ya açıqlamasında Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti İlqar Hacıyev deyib. O bildirib ki, Rusiya çoxmillətli ölkədir və milli zəmində hansısa aksiyaya imkan verilmir. Terrorçuların milliyyətinin olmadığını vurğulayan İ.Hacıyevin sözlərinə görə, şəhər və ölkə rəhbərliyi də belə çıxışlar üçün şərait yaratmır.
Bakı əhalisi terror hadisələrinin qurbanlarını yad etdi
Bakı əhalisi Moskva metropolitenində baş vermiş terror nəticəsində həlak olmuş insanların xatirəsini yad etmək üçün Rusiyanın Bakıdakı səfirliyinə çiçəklər gətirir. Bu barədə APA-ya səfirliyin üçüncü katibi Anjela Matiyeva bildirib.
   "İnsanlar öz ürəklərinin hökmü ilə gəlir, bunu o qədər səmimi edirlər ki. Biz bunu çox yüksək qiymətləndiririk, bu, bizim münasibətlərin necə yaxın olduğunu xarakterizə edir". Diplomat bildirib ki, "İrəli" İctimai Birliyi adından səfirliyə gətirilən əklil və insanların gətirdikləri güllər səfirlikdə fəaliyyət göstərən ibadətxananın ətrafına qoyulur. A.Matiyevanın sözlərinə görə, ibadətxanada bu gün terror qurbanlarının xatirəsinə səfir və diplomatik nümayəndəliyin əməkdaşları tərəfindən şamlar yandırılıb.
   
Xəbər xidməti
Fəxrəddin Əhmədov Pirallahıda "Fiat" avtomobilini ağaca çırpdı
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
   Hadisə martın 30-u saat 01.00 radələrində Pirallahı qəsəbəsi yaxınlığında qeydə alınıb. Fəxrəddin Əhmədov idarə etdiyi "Fiat" markalı avtomobili yolun kənarında ağaca çırpıb. Nəticədə sürücü F.Əhmədov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - Fərhad Məmmədov, Kamran Umudov, Ramin Əhmədov, Hüseyn Əliyev müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
   
   
Neft Akademiyasında kütləvi terrora görə dörd nəfər məhkəmə qarşısına çıxarıldı
Baş Prokurorluq "ADNA terroru" kimi tanınan qanlı hadisənin istintaqı barədə bəyanat yaydı
Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işinin istintaqı yekunlaşıb.
   Bu barədə APA-ya Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən məlumat verilib. Məhkəmədən bildirilib ki, 2009-cu il aprelin 30-da silahlı şəxs tərəfindən Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanan cinayət işi üzrə ibtidai istintaq materialları Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə daxil olub. Cinayət işi baxılması üçün hələlik icraata verilməyib.
   Xatırladaq ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.
   Baş Prokurorluq dünən kütləvi qətllə bağlı başlanmış cinayət işinin istintaqının başa çatması ilə əlaqədar rəsmi məlumat yayıb.
   Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iş üzrə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri təkzibedilməz dəlillərlə sübuta yetirilib.
   Təqsirləndirilən Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələrilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələrilə ittiham elan olunub.
   Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
   
Xəbər xidməti
Məhkəmə-Hüquq Şurası barədə SDİ-nin təklifləri kəskin mübahisə doğurdu
Əliməmməd Nuriyev: "Təklif edilən modeldə Məhkəmə-Hüquq Şurası tamamilə asılı quruma çevriləcək"
Müzəffər Baxışov: "Qurum heç bir dövlət orqanından asılı olmayan tanınmış, müstəqil, ləyaqətli insanlardan seçilsə daha uğurlu olar"
Zaman-zaman müxtəlif qeyri-hökumət təşkilatları ölkə qanunvericiliyinə düzəlişlər üzrə təkliflərlə çıxış edib. Belə təkliflər indi də səslənməkdədir. Belə ki, Sülh və Demokratiya İnstitutu təklif edir ki, Məhkəmə-Hüquq Şurasının, həm də bütünlükdə məhkəmə hakimiyyətinin formalaşdırılması qaydası dəyişdirilsin.
   Mətbuatın yazdığına görə, onların fikrincə, Məhkəmə-Hüquq Şurası Milli Məclisin hakimiyyətin hər hansı qolunu təmsil etməyən namizədlərdən formalaşdırılsa daha yaxşı olar. Təklifə görə, Şura həmçinin parlament qarşısında hesabatlı olmalıdır. Bütün səviyyələrdə hakimlərin təyinatı və vəzifədən kənarlaşdırılması yalnız Milli Məclisin qərarı ilə həyata keçirilməlidir. SDİ hakimlərin səlahiyyət müddətinin uzadılmasını və icra hakimiyyətinin hakimlərin cəzalandırılmasında və ya işdən çıxarılmasında iştirakının mümkünlüyünün istisna edilməsini də zəruri hesab edir. Hakimlərin davranış etikası məcəlləsi Qərbdəki məhkəmə etikası məcəlləsinə uyğun olaraq parlament tərəfindən qanun kimi qəbul edilməlidir. SDİ məhkəmə qərarlarının vaxtlı-vaxtında və dəqiq icra olunması üçün məhkəmə icraçıları orqanını, Qərbdə olduğu kimi, hakimlərin tabeliyinə verməyi də təklif edir. Görəsən, sözügedən təkliflərə ekspertlərin münasibəti necədir?
   "Konstitusiya Araşdırmaları" Fondunun rəhbəri Əliməmməd Nuriyev alternativ təkliflərin olmasını normal qarşılasa da, sözügedən fikirlərin heç də hakimlərin müstəqilliyinə gətirməyəcəyini düşünür. Bu səbəbdən də təkliflərə elə də müsbət yanaşmır: "Qeyri-hökumət təşkilatı nümayəndələrinin müxtəlif təkliflərlə çıxış etmələri normaldır. Buna demokratik cəmiyyətdə vətəndaş təşəbbüslərinin realizə forması kimi də baxmaq olar. Təkliflərin mahiyyətinə gəldikdə isə, deməliyəm ki, Məhkəmə-Hüquq Şurasının təşkili qaydalarında dəyişiklik edilməsi və onun konkret detallarının nədən ibarət olduğunu görə bilmirəm. Onlar Məhkəmə-Hüquq Şurasının təşkili prosesində hakimiyyət orqanlarının iştirakını məqbul saymırsa, onda hansı formadan istifadə olunmalıdır? Məhkəmə-Hüquq Şurası haqqında qanuna görə bu hakimlərin özünüidarə orqanıdır. Özünüidarə orqanıdırsa, ona hakimiyyət səlahiyyətinin verilməsi doğru-düzgün olmazdı. İkinci tərəfdən, Məhkəmə-Hüquq Şurasının tərkibinə baxsaq burada hakimlərin çoxluq təşkil etdiyini görərik. Yəni qərarların qəbulunda, xüsusən də hakimlərin səlahiyyəti məsələsində icra strukturunun nümayəndəsi olsa da, onlar iştirak etmir. Bu da onu göstərir ki, qərarları məhz hakimlər özləri qəbul edir. Dünyada başqa bir proses də var, hakimləri təyin edən qurumun təşkilində parlamentin iştirakı istiqamətində də mübarizə gedir. Bir çox ölkədə bu işdə prezidentlə yanaşı parlament də iştirak edir. Türkiyədə də parlamentin iştirak məsələsi qoyulub. Digər tərəfdən, Məhkəmə-Hüquq Şurasının müstəqilliyi məsələsi qoyulursa onda nədən o parlament qarşısında hesabatlı olmalıdır? İlk baxışdan burada ziddiyyətli məqamların olduğu üzə çıxır. Hesab edirəm, hakimiyyət qolları arasında əlaqələr olmalıdır. Düşünmürəm ki, hakimlər tamamilə nəzarətdən, hesabatlıqdan kənar olan bir qurum olmalıdır. Bu gün məhkəmələr tərəfindən qəbul edilən qərarların 90 faizindən çoxuna siyasi hakimiyyətin hansısa bir təsiri yoxdur. Əsasım olmasa da, ola bilər ki, yerdə qalan faizə hər hansı bir təsir var. Təklif edilən modeldə isə o, tamamilə asılı bir quruma çevriləcək və demək olar ki, onların fəaliyyətini dəyərləndirən hakimlərdən asılı olacaq. Hazırki şəraitdə düşünmürəm ki, təklif edilən model hakimlərin müstəqilliyini təmin etsin".
   "Hüqüqi Dövlət" Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov isə təklifləri bəyənir: "Səslənən təklifləri çox yüksək qiymətləndirirəm.
   Həqiqətən də Məhkəmə-Hüquq Şurasının icra hakimiyyətinin nəzarəti altında olması əslində qurumu iflic vəziyyətə salır. Məhkəmə-Hüquq Şurası hakimlərin başı üzərində qoyulan damokl qılıncıdır. Amma qurum heç bir dövlət orqanından asılı olmayan Azərbaycanın ən tanınmış, müstəqil, ləyaqətli insanlarından seçilsə daha uğurlu olar. Onların təyanatı səlahiyyətinin parlamentə verilməsi də doğru deyil, çünki hazırkı Milli Məclis müstəqil deyil. Buna görə də bu təklifin reallaşmasının da xeyri olmayacaq. Ölkədə hakimlərin müstəqilliyini 30 faiz civarında təmin etsək, bu böyük uğur olardı. Təəssüf ki, bu yoxdur".
   
Rüfət SULTAN
Birləşmiş Ərəb Əmirlikləri prezidentinin milyarder qardaşının meyiti tapıldı
Dünyanın 27-ci ən varlı adamının cəsədi göldən çıxarılıb
Ötən həftənin cümə günü Mərakeşdə təyyarə qəzasında itkin düşən Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Əbu-Dabi əmiri Şeyx Xəlifə bin Zayed əl-Nahayanın qardaşı, dünyanın 27-ci ən varlı adamı, 42 yaşlı Şeyx Əhməd bin Zayed əl-Nahyanın meyiti tapılıb.
   Lent.az-ın "əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, 800 milyard dollar kapitala malik olan, Əbu Dabi Sərmayə Qrupuna rəhbərlik edən Şeyx Əhməd bin Zayed əl-Nahyanın cəsədi Mərakeşin paytaxtı Rabatdan 30 kilometr uzaqlıqda yerləşən bir göldən çıxarılıb.
   Ötən həftənin cümə günü gölə çırpılan təyyarənin ispaniyalı pilotu yaralı halda xilas edilmiş, ancaq milyarder tapılmamışdı.
   Qeyd edək ki, Şeyx Əhməd bin Zayed əl-Nahyanın böyük qardaşı, 1967-ci ildə anadan olmuş Şeyx Nasser bin Zayed əl-Nahyan da 2008-ci ilin yayında oxşar şəkildə bir vertolyot qəzasında həyatını itirib. Hökumət naziri olan Şeyx Nasser bin Zayed əl-Nahyanın vertolyotu Fars körfəzinə düşüb. İndidən dünyada əl-Nahyan ailəsinin başında bir "təyyarə lənəti" olduğu söylənir.
   Xatırladaq ki, Şeyx Əhməd bin Zayed əl-Nahyan həm də BƏƏ-in Maliyyə və Sənaye Nazirliyinin baş katibi olub. O, 2008-ci ildə ABŞ-ın bank sektorunun nəhənglərindən olan "Citibank"ın səhmlərinin 4,9 faizini 7.5 milyard dollara satın alıb.
   Bu səbəbdən də o, qlobal böhranın təsirini azaldan cəsur iş adamlarından biri sayılır. Şeyx Əhməd bin Zayed əl-Nahyanın rəhbərlik etdiyi Əbu Dabi Sərmayə Qrupu isə dünyanın ən böyük sərmayə qrupu sayılır. Bu qrup əsasən Şimali Amerika və Avropada sərmayə qoyuluşlarında iştirak edib. 40 yaşlı qardaşı Şeyx Mansour bin Zayed bin Sultan əl-Nahyan isə BƏƏ-in Nazirlər Kabinetinin işinə məsul nazir postunu tutur, eyni zamanda "Manchester City" futbol klubunun prezidentidir.
   Məlumat üçün bildirək ki, əl-Nahyan ailəsi Dubayı quran və idarə edən ailədir. BƏƏ-in qurucusu Seyx Zayed bin Sultan əl-Nahyanın (1918-2004) övladlarının sərvəti dünyanın bir çox ölkələrinin milli gəlirini üstələyir.
15 min manatdan bahalı əşya alanlar Maliyyə Monitorinqi Xidmətinin siyahısına düşəcək
Mağazalar da məlumat toplaya biləcək
Ölkədə maliyyə monitorinq xidmətinin yaradılmasından sonra artıq pul əməliyyatlarının həyata keçirilməsində tamamilə yeni bir mərhələ başlayır. Belə ki, bundan sonra 15 min manatdan bahalı əşya alınanda və ya maliyyə əməliyyatı aparılanda, göstərilən alış-verişlər maliyyə monitorinqinə düşəcək. Xüsusilə əməliyyatı nağd pulla aparanlar haqqında daha ətraflı məlumat toplanacaq. Özü də bu məlumatları müştərinin birbaşa təmasda olduğu mağaza və ya bank yığacaq, lazım olanda müvafiq dövlət orqanlarına verəcək.
   Xatırladaq ki, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin yaradılması barədə fərman prezident tərfindən ötən il fevralın 24-də imzalanıb. Həmin il iyulun 16-da isə dövlət başçısı Maliyyə Monitorinqi Xidmətinin strukturunu və ştat cədvəlini təsdiqləyib. Maliyyə Monitorinqi Xidməti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun qüvvəyə minəndən sonra yaradılıb.
   Qurum cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə təşkil edilir. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunu Milli Məclis ötən il fevralın əvvəlində qəbul edib. Qanun cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsilə bağlı hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına, həmin sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəldib. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna görə, Maliyyə Monitorinqi Xidməti Azərbaycana gətirilən, ölkədən aparılan və alqı-satqı zamanı dəyəri qeyd olunan məbləğdən artıq olan bütün pul əməliyyatlarını yoxlamaq səlahiyyətinə malikdir.
   
Tahir TAĞIYEV
Moskva metrosunda terrordan yaralanan azərbaycanlıdan təzə xəbərlər gəldi
Cəbi Əliyev Hövsanda yaşayırmış, atası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında işləyir
Metro terrorunun azərbaycanlı şahidi: "Mənimlə eyni vaxtda qatara bir qadın da mindi..."
Moskva metrosunda baş vermiş terror nəticəsində yaralanan şəxslər arasında bir azərbaycanlı da var.
   APA-nın Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, 27 yaşlı Əliyev Cəbi İsrafil oğludur. Z.Əliyev N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunda müalicə olunur.
   Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralının vəziyyəti kafidir.
   Dünən Cəbi İsrafil oğlu Əliyev özü də APA-ya açıqlama verib. APA-nın Moskva müxbirinin məlumatına görə, C.Əliyev bildirib ki, hadisə baş verən gün işə getmək üçün metroya, həmişə olduğu kimi, "Yuqo Zapadnaya" stansiyasından daxil olub: "Mənim iş yerim "Semyonovskaya" stansiyası yaxınlığında yerləşir. Həmin gün metro qatarı tunellərdə tez-tez dayanırdı. Tez-tez elan verirdilər ki, buna səbəb texniki nasazlıqdır. Stansiyaların birinə çatanda mobil telefon vasitəsilə İnternetə daxil oldum və "Lubyanka" stansiyasında partlayış olması haqda xəbəri oxudum. Amma təşviş yaratmamaq üçün ətrafımdakı insanlara heç nə demədim". C.Əliyev deyib ki, qatar metronun "Park Kulturı" stansiyasına çatanda sərnişinlərdən vaqonları tərk etmək xahiş olunub: "Artıq bunun partlayışla əlaqədar olduğuna şübhə etmirdim. Platformaya çıxıb 4-5 metr aralanmışdım ki, birdən partlayış oldu. Bu zaman belimdən güclü zərbə hiss etdim. Yanımdan parçalar uçdu. Bunun əşyalar, yoxsa insan bədəninin parçaları olduğunu bilmirəm. Məni dəri gödəkcə geyinməyim və sütunun arxasında olmağım xilas etdi. Camaat çıxışda basabas yaratdı. Bu vaxt qohumlarım zəng etdi və onlara sağ olduğumu dedim. Oradan çıxıb evə gəldim, anam ilkin tibbi yardım göstərdikdən sonra xəstəxanaya getdim. Həkimlər xəstəxanada qalmağımı məsləhət gördülər". C.Əliyev qeyd edib ki, "Yuqo Zapadnaya" stansiyasında onunla eyni vaxtda qatara bir qadın da minib: "Onu əvvəllər metroda görməmişdim. Qatarda mənimlə üzbəüz oturmuşdu, çox küskün baxışları vardı. Amma deyə bilmərəm ki, partlayışı məhz o törədib". Qeyd edək ki, C.Əliyev 2 dekabr 1982-ci ildə Bakının Hövsan qəsəbəsində anadan olub. Atası milliyyətcə azərbaycanlı, anası rusdur. Valideynləri Binə hava limanında işləyib və aviaşəhərcikdə yaşayıblar. 1993-də anası ilə birgə əvvəlcə Tambova, sonra Moskvaya köçüb. Son dəfə 2000-ci ildə atasının dəvətilə Azərbaycanda olub. Dediyinə görə, həmin vaxt atası İsrafil Əliyev hava limanında işləməkdə davam edirmiş. Amma o vaxtdan atası ilə heç bir əlaqəsi yoxdur. Moskvada kompüter proqramçısı işləyən C.Əliyev evlidir, iki övladı var. Yaralının 2-3 günə evə buraxılacağı gözlənir.
   Əlavə edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun tapşırığı ilə səfirliyin diaspor məsələləri üzrə müşaviri Ağalar Atamoğlanov Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsilə birgə xəstəxanaya gedərək Cəbi Əliyevə baş çəkib.
   
RAMİL
Ramil Usubov müsabiqə ilə DİN-in orta rəis heyətinə qəbul olunan gənc zabitlərə xeyir-dua verdi
Müsabiqə Komissiyasının iclasında nazir şəxsən iştirak edib
Daxili İşlər Nazirliyində orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə Müsabiqə Komissiyasının iclası keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.
   Müsabiqə Komissiyasının sədri, DİN Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi işinin daha da genişləndirilməsi və səmərəsinin artırılması məqsədi ilə daxili işlər nazirinin "Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi haqqında" əmrinə əsasən respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in İnternet saytında dəfələrlə elanlar verilib, ötən ilin noyabr və dekabr aylarında sənədlərin qəbulu prosesi həyata keçirilib. Nəticədə 79 namizədin sənədi müsabiqənin birinci mərhələsi olan test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına göndərilib. Test imtahanlarında 65-dən yuxarı bal toplayan 51 namizəd müsabiqənin 2-ci mərhələsinə buraxılıb. Sonra həmin namizədlər orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin ikinci mərhələsindən keçərək daxili işlər nazirinin müvafiq əmrlərilə bütün iddiaçılar "polis leytenantı" xüsusi rütbəsi verilməklə respublikanın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin edilib.
   Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov zabit vəzifələrinə təyin olunmaları münasibətilə müsabiqənin qaliblərini təbrik edib. O, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını daim uca tutmağı arzulayıb. Gənc zabitlərin qarşıya qoyulmuş tapşırıqların və vəzifələrin yüksək məsuliyyətlə yerinə yetirəcəyinə əmin olduğunu vurğulayan R. Usubov onların dövlətçiliyə, anda sədaqətlə xidmət etməyə, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olmağa, Azərbaycanda sabitliyin nümunəvi təminində öz səylərini əsirgəməməyə çağırıb.
   
Nəsimi Rayon Məhkəməsi "Təzadlar" qəzetinin Mətbuat Şurasına qarşı iddiasını geri qaytardı
Dünən Nəsimi Rayon Məhkəməsi "Təzadlar" qəzetinin Azərbaycan Mətbuat Şurasına qarşı qaldırdığı iddianı rədd edib.
   Hakim İkram Şirinovun sədrliyilə keçirilən məhkəmə prosesində qəzetin Mətbuat Şurasının bu nəşrlə bağlı çıxardığı qərarının ləğvi, Şuranın "Təzadlar"dan üzr istəməsi və dəymiş mənəvi ziyana görə 50 min manat cərimə ödəməsilə bağlı tələbi əsassız sayılıb.
   Məhkəmədə iştirak edən MŞ-nin səlahiyyətli nümayəndəsi, vəkil Şəmsəddin Əliyevin bildirdiyinə görə, iddiaçı tərəf prosesin yekunlaşmaqda olduğu indiki mərhələdə işin aidiyyəti üzrə Bakı şəhər 1 saylı Yerli İqtisad Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırmışdı. Məsələyə aydınlıq gətirən vəkil qəzetin bu addımını məhkəmə prosesini ləngitmək istəyi kimi dəyərləndirib və hakimin vəsatəti təmin etmədiyini vurğulayıb.
   Qeyd edək ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası ötən ilin sentyabrında keçirilən iclasında Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin müraciətinə əsasən "Təzadlar" qəzetində səfir Hulusi Kılıç barədə gedən yazını müzakirə edərək müvafiq rəy çıxarıb. Həmin rəydə nəşrin məlum materialında peşə prinsiplərinin tələblərinə aşkar sayğısızlıq etdiyi əksini tapıb. Sənəddə, həmçinin, "Təzadlar"ın fəaliyyətilə bağlı quruma daxil olan digər şikayət və müraciətlərin motivləri nəzərə alınaraq nəşrin adının Şuranın "qara siyahı"ya salınmasının zəruriliyi göstərilib. MŞ-nin İdarə Heyəti 22 oktyabr 2009-cu il tarixli iclasında həmin rəy əsasında müvafiq qərar çıxarıb.
   
Xəbər xidməti
Əsgər Vüqar Pənahini kim güllələyib?
Müdafiə Nazirliyi Cəbrayılın Mehdili kəndində şəhid olmuş əsgərimiz barədə rəsmi məlumat yaydı
"Martın 26-da Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində düşmən gülləsindən şəhid olan əsgər Vüqar Pənahi haqqında ölkə KİV-də təzadlı xəbərlər yer alır. Müdafiə Nazirliyi şəhidin doğmalarının həyəcanını, çəkdikləri dərd və ağrıları başa düşür və bunu anlayışla qarşılayır.
   Müharibə şəraitində itkilərimizin olmayacağına təminat vermək çox çətindir. Elə cəbhə əraziləri var ki, tərəflər 50-100 metr məsafədə üzbəüz dayanır. Atəşkəsin pozulduğu anda hər iki tərəfdən itkilərin olduğu qaçılmazdır. Nə etməli ki, bu, həyatımızın reallığıdır".
   APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun açıqlamasında bildirilib. E. Sabiroğlu deyib ki, bəzən hər hansı hadisə baş verərkən onu olduğu kimi yox, tamamilə təhrif olunmuş formada ictimaiyyətə təqdim edirlər: "Bu da fikir çaşqınlığına şərait yaradır. Şəhid əsgərimiz Vüqar Pənahinin timsalında bunun bir daha şahidi olduq. Heç bir əsas, dəlil və sübut gətirmədən əsgərin guya hərbi hissə komandiri tərəfindən güllələndiyi, hadisədən əvvəl yenə həmin komandirin Vüqarı guya ayağından silahla vurduğu iddia olunur. Axı bunların heç biri söylənilən kimi deyil. Dərd adamı danışdırar, ancaq bu zaman da həqiqətin üzərinə pərdə çəkmək olmaz. Bir daha araşdırdıq. Aydın oldu ki, Vüqarı ayağından komandirin gülləsi yox, 26 avqust 2009-cu il tarixdə ehtiyatsızlıqdan əlindəki silahdan açılan öz gülləsi yaralayıb. Bu barədə onun öz imzası ilə təsdiq etdiyi izahatı da var. 19 sentyabr 2009-cu ildə həmin hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1 maddəsinə əsasən Füzuli Hərbi Prokurorluğu tərəfindən cinayət işinin başlanılması rədd olunub. İstənilən zaman maraqlananlar, şəhidlin doğmaları həmin sənədlərlə tanış ola bilərlər. Başqa bir mətbuat vasitəsində isə Vüqarın xalası oğlu Ramin Bağırovun da hərbi xidmətdə müəmmalı şəraitdə öldüyü göstərilir və bildirilir ki, hadisə ilə bağlı ümumiyyətlə, araşdırma belə aparılmayıb. Konkret fakt isə tamamilə başqa bir şeyi deyir".
   E.Sabiroğlu deyib ki, Yasamal Rayon Hərbi Komissarlığından əsgəri xidmətə gedən Ramin Bağırov 2004-cü ilin iyun ayında Cəbrayılın Cocuq Mərcanlı kəndi ərazisində düşmən gülləsindən ağır yaralanıb və Mərkəzi Klinik Hərbi Hospitala çatdırılıb: "Hərbi həkimlər nə qədər çalışsalar da, yaralını xilas edə bilməyiblər və Ramin Bağırov həmin ilin iyul ayının 6-da dünyasını dəyişib".
Seçki Məcəlləsi yox, Siyasi Partiyalar Haqqında Qanun dəyişəcək
Aydın Mirzəzadə YAP-ın öz müttəfiqləri ilə seçkidə necə əməkdaşlıq edəcəyinə aydınlıq gətirdi
Parlament seçkilərinin yaxınlaşması fonunda ölkədə siyasi fəallıq da artmaqdadır. Seçki ərəfəsində öz arasında hər hansı birlik yarada bilməyən müxalifət Seçki Məcəlləsinə dəyişiklik məsələsini yenidən gündəmə gətirib. Lakin əks düşərgə bununla razılaşmır.
   Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirir ki, hakim partiya seçkilərə hazırlığı Seçki Məcəlləsinə uyğun olaraq aparacaq". Hazırda partiya daxilində partiya təşkilatları səviyyəsində hazırlıq prosesinin getdiyini deyən millət vəkili bildirib ki, bu, partiyadaxili məsələdir və namizədlərin müəyyənləşdirilməsi məsələsilə bağlı partiyanın icra katibliyi zamanı gələndə öz fikrini ifadə edəcək.
    Bir sıra partiyaların YAP-la əməkdaşlıq istəyilə bağlı fikirlərə toxunan A.Mirzəzadə SİA-ya açıqlamasında qeyd edib ki, təmsil etdiyi partiyanın ideyalarına sadiq olan xeyli sayda siyasi qüvvələr var və onlarla əməkdaşlıqda maraqlıdırlar: "Münasibətlərimiz yaxşıdır və əməkdaşlığımız bundan sonra da davam etdiriləcək. Həmin partiyalarla birgə tədbirlərimiz, müəyyən məsələlərə birgə yanaşmamız olur və bunu yüksək qiymətləndirmək lazımdır. Əməkdaşlığın yeni formaları isə şəraitdən və imkanlardan asılı olaraq müəyyənləşdiriləcək. Həmin siyasi qüvvələrlə parlament seçkilərində əməkdaşlıq perspektivinə gəlincə, deyə bilərəm ki, bütün bu suallara seçkiqabağı cavab veriləcək".
    Seçki Məcəlləsinin parlament seçkilərinə kimi dəyişdirilməsinin nəzəri cəhətdən mümkünlüyünü söyləyən A.Mirzəzadə, bununla belə, belə bir addıma ehtiyac olmadığını deyib. O, Seçki Məcəlləsinin indiki formasının hər üç - prezident, parlament və bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsinə imkan verdiyi qənaətindədir. Millət vəkili "Siyasi Partiyalar haqqında" qanunun yenilənməsilə bağlı səslənən fikir və təkliflərə də toxunub: "Seçki komissiyalarının tərkibinin dəyişdirilməsilə bağlı müxtəlif təkliflər var. İş ondadır ki, bu komissiyalar təklif olunan formalarda təşkil olunsa, effektli işləyə bilməyəcək. Çox təəssüf edirəm ki, normal şəkildə seçkilərə hazırlaşmaq, namizədlərini müəyyənləşdirmək, təbliğatını aparmaq əvəzinə müxalifət, bir qayda olaraq, köhnə mövzuları qaldırmağa daha çox meyl edir. Ancaq həmin məsələlərin müzakirəsi zamanı müxalifət iqtidarın sualları qarşısında bir qayda olaraq susur. Komissiyalar müəyyən edilib və optimal şəkildə bugünkü siyasi qüvvələr nisbətini müəyyən edə bilir. "Siyasi Partiyalar haqqında" yeni qanunla bağlı məsələlərə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi baxır. Bununla belə, hesab edirəm ki, 18 il bundan əvvəl qəbul olunan Qanunun yenilənməsinə ehtiyac var. Siyasi münasibətləri özündə əks etdirən yeni bir qanun qəbul edilməlidir. Deyə bilmərəm ki, parlament seçkilərinə kimi sözügeüdən Qanun qəbul ediləcək, ya yox. Hər halda, parlament bu məsələni diqqətdə saxlamalıdır".
   İqtidar-müxalifət dialoqu ilə bağlı mediada vaxtaşırı səslənən fikirlərə münasibət bildirən Siyasi Şura üzvü müxalifət düşərgəsinin dialoqla bağlı iddialarını əsassız hesab edib: "Dialoq əslində bir atmosferdir, bir ab-havadır ki, bu da Azərbaycanda mövcuddur.
   Dialoq müəyyən bir məsələdə qarşı tərəfin fikrini öyrənməkdir. Bu gün mətbuatda, telekanallarda, internetdə müxtəlif tərəflərin müxtəlif məsələlərlə bağlı münasibətinin şahidi oluruq. Azərbaycanda ümumən dialoq əhval-ruhiyyəsi var. Konstitusiya ilə hakimiyyət orqanlarının səlahiyyəti müəyyənləşdirilib. Hər hansı bir qüvvə hakimiyyətlə müəyyən məsələləri müzakirə etmək istəyirsə, burada problem yoxdur. Tez-tez dəyirmi masalarda görüşürük. Məsələn, "Səs" qəzetinin təşkil etdiyi Dəyirmi Masada müxtəlif siyasi qüvvələrin nümayəndələri bir araya gələrək 31 Mart soyqırımı ilə bağlı münasibətlərini bildirdi. Dialoqun bir mədəniyyət olaraq Azərbaycanda oturuşduğunu deyə bilərik".
   
Tahir TAĞIYEV
Prezident üç MTN-çiyə general-mayor rütbəsi verdi
Orden və medal alanların siyahısı isə genişdir
Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
   APA-nın "AzərTAc"a istinadən verdiyi xəbərə görə, Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:
   Əsədullayev Ədalət Hüseyn oğlu - Əks-kəşfiyyat Baş İdarəsinin rəisi
   Quliyev Elçin İbrahim oğlu - Antiterror Mərkəzinin rəisi
   Şıxəliyev Mövlam Məmmədismayıl oğlu - İstintaq Baş İdarəsinin rəisi
   Sultanov Şahin Sultan oğlu -Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası rəisinin tədris işi üzrə birinci müavini
   Dövlət başçısının digər Sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin başqa bir qrup əməkdaşı "Vətənə xidmətə görə" ordeni, digər qrup "Vətən uğrunda" medalı və "İgidliyə görə medalları" ilə təltif edilib.
   
ABŞ-ın Azərbaycanda yeni səfiri barədə təzə söz deyildi
Müvəqqəti işlər vəkili Donald Lu: "Azərbaycana təyin olunacaq yeni səfiri gözləməyə dəyər"
"Düşünürəm ki, ABŞ səfiri Azərbaycana tez bir zamanda gələcək. Azərbaycana yeni təyin olunacaq səfir diplomatiya sahəsində çox zəngin təcrübəyə malik bir şəxs olacaq. Bu səfiri gözləməyə dəyər".
   APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu deyib. "Azərbaycanda ABŞ səfirinin olmaması bizim münasibətlərin bir növ əksi deyil. Bu bizim sistemdə mövcud olan bürokratik məqamların göstəricisidir" - deyə diplomat qeyd edib. "Azərbaycanla ABŞ arasında dövlətlərarası münasibətlər, dialoq səfirsiz necə gedir" sualına cavab olaraq Donald Lu deyib ki, ABŞ-la Azərbaycan arasında çox güclü münasibətlər var: "ABŞ-Azərbaycan münasibətlərinin dərin maraqları var. Bu dialoq çox aktiv davam edir. ABŞ dövlət katibinin müavini, konqresmenlər, yüksək rütbəli hərbi şəxslər tez-tez Azərbaycana gəlir. Azərbaycan rəsmiləri də ABŞ-a səfərlər edir. Biz ümid edirik ki, ABŞ səfiri tez bir zamanda təyin olunacaq". D. Lu ABŞ-da səfir təyinatının mürəkkəb proses olduğunu vurğulayıb: "Dünyada digər dövlətlər də var ki, hazırda orda ABŞ səfirləri yoxdur. Onlar bizim üçün böyük önəm daşıyan vacib dövlətlərdir. Şübhəsiz ki, Azərbaycan bu dövlətlərin sırasındadır".
   
Həmsədrlər Azərbaycanın işğal torpaqlarına səfərləri ilə bağlı Ermənistan prezidentinə xəbər verdilər
İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasye, Robert Bradtke və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
   APA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesilə bağlı bir sıra məsələlər müzakirə olunub. Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqlarına etdikləri səfərin nəticələrilə bağlı prezident və xarici işlər nazirini məlumatlandırıblar. Müzakirələr zamanı Madrid prinsiplərinə münasibət bildirən Edvard Nalbandyan ölkəsinin hələ iki il əvvəl bu prinsipləri qəbul etdiyini deyib: "Ermənistan hələ iki il əvvəl həmin prinsipləri danışıqlar prosesinin əsası kimi qəbul edib və biz mövqeyimizdə qalırıq".
   
   
Rusiyadakı dəhşətli terrorda Türkiyənin adı hallandı
"Qara dullar" təşkilatı nədir?
Rusiyanın paytaxtı Moskva şəhərində qadın kamikadzelərin törətdiyi terror hadisəsilə bağlı maraqlı bir xəbər yayılıb. Lent.az-ın məlumatına görə, bu ölkədə çap olunan məşhur "Kommersant" qəzeti qadın kamikazelərin Türkiyədə təlim gördüyünü yazıb.
   Qəzet martın əvvəlində İnquşetiyada rus əsgərlərinin öldürdüyü "Buryatiyalı Səid" ləqəbli Aleksandr Tixomirovun ifadələrinə əsaslanaraq bu iddianı irəli sürüb. Belə ki, Tixomirov sağlığında 30-dan çox çeçen və rus qadının kamikadze olmaları üçün Türkiyədəki mədrəsələrdən birinə göndərildiyini bildirib.
   Rus rəsmiləri isə bu qadınlardan indiyədək 9-un hadisə törədərək özlərinin də öldüyünü açıqlayıb.
   Rusiyada onlarla insanın həlak olması ilə nəticələnən metro partlayışlarını iki qadının törətməsi bu terror aksiyasının "Qara dullar" təşkilatı tərəfindən hazırlanması barədə fikirlərin yayılmasına səbəb olub. Bəzi məlumatlara görə isə, terrorçu-kamikadzelər Türkiyə ərazisində təlim keçib. Terror təşkilatına yaxın şəxslərdən hesab olunan Milana Vitaliyeva adlı qadın "CNN Türk" kanalına müsahibə verib.
   Vitaliyeva 2002-ci ildə Moskvada "Bolşoy teatr"a hücumda iştirak etmiş "Qara dullar" təşkilatının 18 üzvünə başçılıq edən Yesira adlı qadının yaxın qohumudur. "Məqsəd intiqam almaq deyil, dünyaya səsimizi eşitdirməkdir",-deyən Vitaliyeva təşkilatın terror aksiyalarının mülki şəxslərə qarşı olmadığını bildirib.
   "Rusların bizim torpaqlarımızı tərk etməsini istəyirik. Bizə çox zülm edilib, bizim halımıza acıyan olmayıb. Amma onlara bir şey olan kimi bütün dünya ayağa qalxır" - deyə il yarımdır Türkiyədə yaşayan qadın söyləyib.
   "Qara dullar"ın təlim keçmədiyini və öz istəklərilə bu hərəkəti etdiklərini söyləyən çeçen qadın Türkiyədə təşkilat üzvlərinə təlim keçilməsilə bağlı iddiaları da təkzib edib. "Qara dullar" çeçen müqavimət hərəkatının təsirilə formalaşan təşkilata rus-çeçen müharibəsində zorlanan, müharibədə uşaqlarını və yaxınlarını itirən qadınlar daxildir. İlk dəfə təşkilatın adı 2000-ci ildə çəkilib.
   
Xəbər xidməti
Rövnəq Abdullayev Rüstəm İbrahimbəyovun ittihamına cavab verib
"Məsələyə məhkəmədə baxılacaq"
"Azərbaycan Dövlət Neft Şirkəti neçə illərdir neft yataqlarındakı qanunsuz tikililərlə mübarizə aparır. Bu tikililərin yaratdığı problemlər barədə dəfələrlə danışıb, mədən torpaqlarındakı qanunsuz tikililərlə mübarizə aparmışıq. Rüstəm İbrahimbəyov məşhur adam olduğundan, onun qanunsuz tikinti apardığı torpaq səs-küyə səbəb olub".
   APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Azərbaycan Kinematoqraflar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyovun Bayılda Kino Evi tikmək istəyinə ARDNŞ tərəfindən maneçilik törədilməsilə bağlı məsələyə münasibət bildirərkən deyib.
   R.Abdullayevin sözlərinə görə, həmin ərazidə çoxlu sayda qanunsuz məskunlaşma və tikinti işləri aparılıb. Ümumilikdə ərazidə 100-ə yaxın qanunsuz tikili var. Şirkət rəhbəri bildirib ki, məsələyə məhkəmədə baxılacaq və müvafiq qərarı da məhkəmə verəcək.
   Qeyd edək ki, srağagün Rüstəm İbrahimbəyov Bakıda Kino Evinin tikilişinə başlanması ilə mətbuat konfransı keçirib. O, Azərbaycan Dövlət Neft Şirkətini Kino Evinin tikintisinə dəfələrlə maneçilik törətməkdə günahlandırıb.
   
Beyləqanda xəstəxana binası yanıb
Beyləqan rayonunda xəstəxana binasında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə dünən qeydə alınıb.
   Məlumatda bildirilir ki, Beyləqan şəhərində Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 1500 kv/m olan ikimərtəbəli xəstəxana binasının damında baş vermiş yanğın nəticəsində kompressor qurğusunun yanar hissələri yanıb.
   Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində bina yanğından mühafizə olunub və qısa müddətdə yanğının qarşısı tam alınıb.
   
"Bakıelektrikşəbəkə" "Azərbaycan" Nəşriyyatının işığını kəsdi və bərpa etdi
Dünən "Bakıelektrikşəbəkə" ASC "Azərbaycan" Nəşriyyatına elektrik enerjisinin verilməsini 3 saata qədər dayandırıb.
   Bu barədə APA-ya nəşriyyatın direktor müavini Bəsti İsmayılova məlumat verib. Onun sözlərinə görə, nəşriyyatın "Bakıelektrikşəbəkə"yə elektrik enerjisi borcu olduğu üçün enerji verilişi dayandırılıb: "Amma bununla bağlı danışıqlar aparılandan sonra müvəqqəti olaraq elektrikin verilməsi barədə razılıq əldə olunub".
   "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, "Azərbaycan" Nəşriyyatının şirkətə 178 min manat borcu var. Nəşriyyatın istehlak etdiyi elektrik enerjisinə görə yaranmış borcla bağlı qurum rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib, nəşriyyatın direktoru Ağabəy Əsgərova məktub göndərilib və sonuncu dəfə iki gün əvvəl xəbərdarlıq olunub. Qarşılıqlı razılaşma ilə müvəqqəti olaraq nəşriyyata elektrikin verilməsi bərpa edilib.
   
Milli soyadlarının sonunda "dəniz", "bulud" da ola bilər
Mahmud Kərimov prezidentin soyadlarla bağlı xüsusi sərəncamının olacağını gözləmir
"Ov", "yev"dən qurtulmaq xatirinə hətta "zadə"yə də razılıq verildi
Milli soyad sonluqları ilə bağlı son qərar gələn ay veriləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, AMEA Rəyasət Heyəti yanında fəaliyyət göstərən Terminologiya Komissiyasının sədri Mahmud Kərimov bildirib:
   "Hazırda Ədliyyə Nazirliyində bununla bağlı iş aparılır. Güman etmirəm ki, ölkə başçısının milli soyad sonluqları ilə bağlı xüsusi sərəncamı olsun. Amma bu məsələ müəyyən qanunlarla tənzimlənəcək. Yerli VVAQ şöbələrinə bununla bağlı təlimatlar veriləcək. Bu təlimatlara uyğun onlar yeni soyadların verilməsini təklif edəcək".
   M.Kərimov deyib ki, milli soyad sonluqları ilə bağlı təkliflər müxtəlifdir: "Soyad sonluğu -lı, li, -lu, -lü sonluğu da ola bilər, insanın doğulduğu yerin adı da ola bilər, "dəniz", "bulud", hər şey ola bilər. Bununla bağlı vətəndaşlara sərbəstlik verilir. Biz hətta -zadə sonluğuna da razılığımızı vermişik. Ən əsası odur ki, -ov, -yev sonluqlarından nəhayət əl çəkək".
   
"Azəriqaz" Səhiyyə Nazirliyindən 90 min manat tələb etdi
Nazirlik qaz pulunu ödəmir
"Azəriqaz" İstehsalat Birliyi (İB) Səhiyyə Nazirliyini məhkəməyə verib.
   Lent.az-ın məlumatına görə, İB 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə nazirliyin işlətdiyi qazpulu borcunu ödəmədiyinə görə müraciət edib. "Azəriqaz" İB Səhiyyə Nazirliyindən 89 727 manat ödənilməmiş qazpulu borcunu tələb edir.
   Qeyd edək ki, məhkəmə prosesi aprelin 1-də keçiriləcək.
   
Martın 10-da Mingəçevir Su Anbarına balıq ovuna gedənlərdən birinin meyitini tapdılar
Vəliyev Rəfailin axtarışları davam edir
20 gündür itkin düşdüyü bildirilən Samux rayon sakinlərindən birinin meyiti Mingəçevir Su Anbarından tapılıb.
   Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Samux rayon Əli-Bayramlı kənd sakinləri, 1972-ci il təvəllüdlü Vəliyev Rəfail Kamal oğlu və 1966-cı il təvəllüdlü Əhmədov Asif Yaqub oğlu martın 10-da gecə saatlarında Mingəçevir Su Anbarına balıq tutmağa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb. İtkin düşmüş şəxslərdən biri Əhmədov Asif Yaqub oğlunun meyiti 20 gündən sonra Mingəçevir Su Anbarının Samux rayon ərazisinə düşən hövzəsindən tapılıb və ailəsinə təhvil verilib. Digər şəxsin - Vəliyev Rəfail Kamal oğlunun axtarışları isə hələ də davam etdirilir.
   
   
   
Milli QHT Forumu Qubadakı kütləvi məzarlıqda aksiya keçirdi
Azərbaycanda fəaliyyət göstərən müxtəlif hökumət və qeyri-hökumət təşkilatları, azərbaycanlı və əcnəbi tələbələr, Xocalı soyqırımı qurbanlarının qohumları Qubadakı kütləvi məzarlıqda aksiya keçirib. APA-nın şimal bürosunun xəbərinə görə, Milli QHT Forumunun sədri Rauf Zeyni bir sıra ölkələrin parlamentlərinin uydurma "erməni soyqırımı"nı tanımaq üçün təşəbbüs göstərdiyini xatırladıb: "Əsl həqiqət isə bütün dünya ictimaiyyətindən gizlədilir. Fakt budur ki, Azərbaycan xalqı iki əsrdir erməni soyqırımına məruz qalır. Bu həqiqəti Qubadakı soyqırım məzarlığı əyani şəkildə sübut edir. Biz bütün dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara öz bəyanatımızı ünvanlayaraq ermənilərin işğalçı və cinayətkar siyasətini ifşa edəcəyik".
   Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan 8 əcnəbi tələbə də Qubadakı soyqırım məzarlığının timsalında erməni vəhşiliyinin əyani sübutu ilə rastlaşdıqlarını açıqlayıb. Sonda bütün aksiya iştirakçıları - Milli QHT Forumu, Beynəlxalq Diaspor Mərkəzi, Böyük Vətən Müharibəsi, eləcə də Qarabağ müharibəsi veteranları və əlilləri adından ermənilərin Azərbaycanda törətdiyi soyqırım barədə bəyanat qəbul edilib. Bəyanat beynəlxalq təşkilatlara göndəriləcək. Sonda aksiya iştirakçıları işğalçı Ermənistanın bayrağını yandırıb.
Binəqədili Fatma Ağayevanın evinə işıq pulu yığmaq adı ilə oğru girdi
Bakının Binəqədi rayonu ərazisində qəribə quldurluq hadisəsi törədilib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, martın 29-da özünü "Bakıelektrikşəbəkə"nin əməkdaşı kimi təqdim edən şəxs Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yaşayan Fatma Ağayevaya məxsus evə daxil olub. Naməlum şəxs F.Ağayevaya zor tətbiq edərək onun üzərindəki qızıl-zinət əşyalarını alıb. Evdə axtarış aparan "işıqçı", qadın səs-küy salmağa başladığına görə mənzilindən başqa heç nə apara bilməyərək hadisə yerindən qaçıb. Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanıb. Hadisəni törədən şəxsin axtarışı həyata keçirilir.
   
Ağsuda mikroavtobusla "BMW" qarşı-qarşıya hərəkətlə toqquşdu
Ağır xəsarət alanlar arasında 8 yaşlı Mingəçevir sakini də var
Ağsu rayonu ərazisində ağır avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə martın 29-da axşam saatlarında Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 175-ci kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədov Aydın Baxış oğluna məxsus 10-OĈ-212 dövlət nömrə nişanlı "BMW" markalı minik avtomobili qarşı tərəfdən gələn Ağdaş rayon sakini, 1960-cı il təvəllüdlü Əhmədov Zəhmət Əhmədiyyə oğlunun idarə etdiyi 90-DO-462 dövlət nömrə nişanlı "Mersedes" markalı mikroavtobusla toqquşub. Hadisə nəticəsində avtobusun sərnişinləri olan Mingəçevir şəhər sakinləri - 1951-ci il təvəllüdlü Rəsulova Nigar Səməd qızı və onun 8 yaşlı oğlu Rəsulzadə Sənan İlkin oğlu, 1992-ci il təvəllüdlü Cəfərov Ruhi Rafiq oğlu və 1941-ci il təvəllüdlü Rəsulov İsmayıl Qurban oğlu müxtəlif bədən xəsarətlərilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
   
Ağsuda 8 yaşlı qız yelləncəyin ipindən asılaraq boğuldu
Ağsu rayonunun Maşadqanlı kəndində 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə martın 28-də qeydə alınıb. Kənd sakini, 8 yaşlı Nərmin Soltiyeva həyətlərindəki yelləncəkdə oynayarkən yıxılıb və yelləncəyin ipinin boğazına dolaşması nəticəsində boğulub. Faktla bağlı araşdırmalar aparılır.
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-03-31 Ağsuda 8 yaşlı qız yelləncəyin ipindən asılaraq boğuldu
2010-03-31 Ağsuda mikroavtobusla "BMW" qarşı-qarşıya hərəkətlə toqquşdu
2010-03-31 Binəqədili Fatma Ağayevanın evinə işıq pulu yığmaq adı ilə oğru girdi
2010-03-31 Milli QHT Forumu Qubadakı kütləvi məzarlıqda aksiya keçirdi
2010-03-31 Martın 10-da Mingəçevir Su Anbarına balıq ovuna gedənlərdən birinin meyitini tapdılar
2010-03-31 "Azəriqaz" Səhiyyə Nazirliyindən 90 min manat tələb etdi
2010-03-31 Milli soyadlarının sonunda "dəniz", "bulud" da ola bilər
2010-03-31 "Bakıelektrikşəbəkə" "Azərbaycan" Nəşriyyatının işığını kəsdi və bərpa etdi
2010-03-31 Beyləqanda xəstəxana binası yanıb
2010-03-31 Rövnəq Abdullayev Rüstəm İbrahimbəyovun ittihamına cavab verib
2010-03-31 Həmsədrlər Azərbaycanın işğal torpaqlarına səfərləri ilə bağlı Ermənistan prezidentinə xəbər verdilər
2010-03-31 ABŞ-ın Azərbaycanda yeni səfiri barədə təzə söz deyildi
2010-03-31 Prezident üç MTN-çiyə general-mayor rütbəsi verdi
2010-03-31 Seçki Məcəlləsi yox, Siyasi Partiyalar Haqqında Qanun dəyişəcək
2010-03-31 Əsgər Vüqar Pənahini kim güllələyib?
2010-03-31 Nəsimi Rayon Məhkəməsi "Təzadlar" qəzetinin Mətbuat Şurasına qarşı iddiasını geri qaytardı
2010-03-31 Ramil Usubov müsabiqə ilə DİN-in orta rəis heyətinə qəbul olunan gənc zabitlərə xeyir-dua verdi
2010-03-31 Moskva metrosunda terrordan yaralanan azərbaycanlıdan təzə xəbərlər gəldi
2010-03-31 Birləşmiş Ərəb Əmirlikləri prezidentinin milyarder qardaşının meyiti tapıldı
2010-03-31 Məhkəmə-Hüquq Şurası barədə SDİ-nin təklifləri kəskin mübahisə doğurdu
2010-03-31 İçimizdəki aşkar ermənilərdən necə istifadə edə bilərik?
2010-03-31 Fəxrəddin Əhmədov Pirallahıda "Fiat" avtomobilini ağaca çırpdı
2010-03-31 Bakı əhalisi terror hadisələrinin qurbanlarını yad etdi
2010-03-31 "Moskvada başqa millətlərə xoşagəlməz münasibət yoxdur"
2010-03-31 Partlayış törətmiş qadın kamikadzelərin fotoşəkilləri yayıldı
2010-03-31 Moskva metrosunda terror qurbanlarının sayı 39-a çatdı
2010-03-31 Merzlyakov "Madrid prinsipləri"nin dörd bəndinə görə erməni jurnalistlərinə "təpindi"
2010-03-31 KİV Fondunun yeni müsabiqə təklifi baş redaktorların müzakirəsinə çıxdı
2010-03-31 10 konqresmen Obamaya məktubda Azərbaycanın ABŞ üçün etdiyi yaxşılıqları sadaladı
2010-03-31 Minsk Qrupunun həmsədrləri Xankəndi və İrəvana bu səfərləri barədə də mənasız bəyanatlar yaydılar
2010-03-31 Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin həbsi bir içimlik suya dönür
2010-03-31 İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbərilə parlament seçkilərini müzakirə edib
2010-03-31 Eyni dairədə toqquşan müxalifətçi namizədlər...
2010-03-31 Ermənistan-Türkiyə münasibətlərində həlledici tarix - 13 aprel?
2010-03-31 İlham Əliyevin hərbi bəyanatları öz işini görür
2010-03-31 Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşına hökm oxundu
2010-03-31 Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart faciələrində erməni izlərini bütün dünyaya car çəkdi
2010-03-31 Moskvada Azərbaycan vətəndaşını öz maşınında güllələyiblər
2010-03-31 Uydurma soyqırım qətnaməsi hələ də ABŞ-Türkiyə münasibətlərinin gündəliyindən düşməyib
2010-03-31 Əslən azərbaycanlı Murad Nevada qubernatorunun müavini seçilə bilər
2010-03-31 Azərbaycanda biznesmenlərin reytinq cədvəlini tutmaq problemə dönüb
2010-03-31 Neft Akademiyası ilə sabiq tələbə Elmin Bədəlovun məhkəməsi "sehrli çevrəyə" düşüb
2010-03-31 Sarayın arxasında evləri sökülənlər qalmaqallı hadisənin konkret səbəbini prezidentə yazdılar
2010-03-31 Ağsu şəhərində ev yanıb
2010-03-31 Şəkidə toyuna hazırlaşan ruhi xəstə yoxa çıxıb
2010-03-31 Avtovağzal kompleksində sanitariya, təmizlik və kommunal xidməti göstərilməsi üstündə dava düşdü
2010-03-31 Yasamalda tələbə bıçaqlandı
2010-03-31 Aprelin 14-də "Fatimeyi Zəhra" məscidinin kassasiya şikayətinə baxılacaq
2010-03-31 Bakıda kirayə mənzillərin haqqı sürətlə düşməyə başlayıb
2010-03-31 "Qalatasaray" 10 milyon avroluq təhlükə ilə üzləşib
2010-03-31 Qalmaqallı oyunda Vəli Qasımovun da adı hallandırıldı
2010-03-31 "Qalatasaray"ın vitse-prezidenti Azərbaycanda iş axtarır
2010-03-31 Terim Raykaardın yerinə gətirilir?
2010-03-31 Rövnəq Abdullayev Ramin Musayevə barmaq silkələdi
2010-03-31 Zidan "Real"ın baş məşqçisi ola bilər
2010-03-31 İspaniya, Braziliya, Argentina, Hollandiya və İngiltərə
2010-03-31 Anri okeanın o tayına gedir
2010-03-31 AFFA-dan "Xəzər-Lənkəran"a ağır cəza
2010-03-31 Türkiyədə Azərbaycan əsilli narkotacir yaxalanıb
2010-03-31 Şəmkirdə yarım milyon pul yemiş bankirlərə hökm oxundu
2010-03-31 Hakim Mehdixan Abdullayev 5 "dedovşinaçı" hərbçinin cinayətini sübuta yetirdi
2010-03-31 Əfqanıstan və Pakistanda NATO-ya qarşı döyüşmüş suraxanılı Vüqar İsayevin məhkəməsi başladı
2010-03-31 Bakıda sahibsiz itlərin üstündə mübahisə düşdü
2010-03-31 Bizdə psixoloq yanına gedənlərə çox vaxt "dəli" deyirlər
2010-03-31 İndiki şou-musiqiçilər nəsli 40-45 yaşa çatan kimi səsini itirir
2010-03-31 Tanınmış şoumenlərin gənclik çağlarındakı toy kasetləri ilə bağlı maraqlı iş başlayıb
2010-03-30 Aprelin 4-də sınaq imtahanları keçiriləcək
2010-03-30 Dəm qazı daha bir faciə törətdi
2010-03-30 Masazırda Eldəniz Əkbərov intihar edib
2010-03-30 Eynulla Fətullayevin işi məhkəməyə daxil olub
 
 
 
Copyright (c) Bakı Xəbər 2009