.jpg)
Udmurt vilayət Prokurorluğu beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını Azərbaycan Baş Prokurorluğuna təhvil vermək barədə qərar çıxarıb.
APA-nın vilayətin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1969-cu il təvəllüdlü Fərid Ramiz oğlu Quliyev külli miqdarda dövlət əmlakını talamaqda ittiham olunur.
Azərbaycan istintaq orqanları onu kommersiya banklarından birinin İdarə heyətinin sədri olarkən Azərbaycan Beynəlxalq Bankının ayırdığı 400 min ABŞ dolları depozitin 357 min dollarını bankın kassasından oğurlamaqda təqsirləndirir.
Cinayət işi başlanandan sonra o gizlənib və barəsində beynəlxalq axtarış elan olunub. Sonradan məlum olub ki, o, Rusiyada mühakimə olunub.